Mirzə Fətəli Axundzadə - 200
M. F. Axundzadənin həyat və yaradıcılığının əsas tarixləri
1812 Fətəli Məmmədtağı oğlu Axundzadə Şəki şəhərində anadan olmuşdur
1832
Gəncədə mədrəsə təhsili almışdır
1833
Şəkidə ibtidai rus məktəbində oxumuşdur
1834
Tiflisdə Qafqaz canişinliyi baş idarəsinin dəftərxanasında tərcüməçisi
vəzifəsində işləmişdir
1836 – 1840 Tiflis qəza məktəbində Azərbaycan və fars dillərindən dərs
Demişdir
1837 “Puşkinin ölümünə şərq poeması”nı yazmışdır
1842
Axundzadə Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir
1851
Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü
seçilmişdir
1852
Qafqaz canişinin baş tərcüməçisi təyin edilmişdir
1850 – 1855 “Hekayəti – Molla İbrahimxəlil kimyagər”, “Hekayəti – Müsyo Jorda
həkimi nəbatət və dərviş Məstəli şah caduküni məşhur”, “Sərgüzəşti –
vəziri xani –Lənkəran”, “Hekayəti – xırs quldurbasan”, “Sərgüzəşti mərdi
xəsis” (Hacı Qara), “Mürafiə vəkillərinin hekayəti” adlı altı komediyasını
yazmışdır
1857
Ərəb əlifbası əsasında yeni əlifba tərtib etmişdir
1858
Qafqaz canişinliyinin baş siyasi idarəsinin tərcüməçisi təyin olunmuşdur
1863 – 1865 “Kəmalüddövlə məktubları” adlı bədii – fəlsəfi traktatını yazmışdır
1873
Polkovnik rütbəsinə layiq görülmüş, Rusiya, İran və Türkiyə dövlət
tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur
1874
Rus şərqşünası Adolf Berje ilə birlikdə “Kəmalüddövlə məktubları”nı
rus dilinə tərcümə etmişdir
1875
Tiflisdə kasıb müsəlman uşaqları üçün ayrıca məktəb açmışdır
1876
Cəlaləddin Ruminin “Məsnəvi”sinə həsr olunmuş “Mollayi Rumi və
8
Mirzə Fətəli Axundzadə - 200
onun təsnifi babində” adlı ədəbi – tənqidi məqalə, eyni zamanda
“Hekayəti –bədiəxani – Ərdəbili və Məşədi Buttan Səlyani”, “hekayəti –
Roma Kərim və Səfər dəllək” və “Hekayəti – Seyyid Ələm Səlyani”
adlı mənzum hekayələr yazmışdır
1877
Ağır ürək xəstəliyinə məruz qalmışdır
1878 fevral Tiflisdə vəfat etmiş və müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn
edilmişdir
1930
Bakıda şairə abidə ucaldılmışdır
1939
Azərbaycanın Milli Kitabxanasına M. F. Axundzadənin adı verilmişdir
1957 “Aldanmış kəvakib” (yaxud “Hekayəti Yusif şah”) povestini yazmışdır
1982
Hökumət görkəmli dramaturqun 170 illiyini qeyd etmişdir
1988 Hökumət ədibin anadan olamsının 175 illiyini qeyd etmişdir
2005
“Seçilmiş əsərləri”nin üç cildliyi İlham Əliyevin 12 iyun 2004 – cü il
tarixli Sərəncamı ilə latın qrafikası ilə çap olunmuşdur
2010 Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında
14 aprel Azərbaycan Respublikası Prezidenti ilham Əliyev Sərəncam
imzalamışdır
9
Mirzə Fətəli Axundzadə - 200
M. F. Axundzadə haqqında görkəmli şəxslərin fikirləri
Azərbaycanın teatrının beşiyi başında dahi, mütəfəkkir, materialist filosof, Azərbaycan
dramaturgiyasının atası Mirzə Fətəli Axundzadə dayanmışdı. Əlamətdar haldır ki, Mirzə Fətəli
Axundzadənin ölməz komediyaları ilk dəfə müəllifin öz tərcüməsi ilə Peterburqda və Tiflisdə
rus səhnəsində tamaşaya qoyulmuşdu.
Heydər
Əliyev
Ümummilli lider
Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda
yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi
məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə
çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdir. Onu
yazıçılığa təhrik edən və bədii zövqündən daha artıq ictimai məfkurəli idi. O, yazılarını bir
sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq
deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz
məfkurələrinin bir tərcümanı kimi tanıyır, ...öz məfkurələrini həyata keçirmək və yaymaq
üçün bir vasitə bilirdi... Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən
artıq yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir
vasitə olmaq üzrə götürülmüş isə də, hər halda burada Mirzə Fətəli o qədər böyük məharət, bir
istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır.
Cəfər
Cabbarlı
Axundzadə elə bir adamdır ki, onun xidmətləri çox böyükdür. O yalnız bizim zəmanəmizdə
öz layiqli qiymətini almışdır. Filosof, dramaturq və ictimai xadim olan Axundzadə öz
ölkəsinin mədəniyyəti arasında canlı əlaqənin timsalıdır.
Lui
Araqon
10