etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə
edib babalarımızm yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmiz! Buna siz də
tabe olmalısmız. M olla Sadıq, siz M ehrəli bəyin itaətində olacaqsmız, hər nə əmr
etsə, fori bitirəcəksiniz. Hacı İmamqulu, siz də M uxtar bəyin əmrinə tabesiniz.
M illətdən topladığmız paranı millət yolunda m əsrəf edəcəksiniz.
H a c ı İ m a m q u l u . Başmıza dönüm, Əmiraslan ağa, mənim param harada
idi ki, m əsrəf edim?
Ə m i r a s l a n a ğ a . Onu M uxtar bəy bilər. O, onun vəzifəsidir.
M u x t a r b ə y . O, bizim xüsusi işimizdir. Əmrinizin dalmı buyurunuz.
Ə m i r a s l a n a ğ a . M olla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzmı
açıb camaatı bizim itaətimizə çağıracaqsmız. İndi cümləniz mürəxxəssiniz.
Gediniz, iş dalmca olunuz. (Ayağa qalxırlar.) O da məxfi qalmasm ki, hər kim
mənim əmrimdən baş qaçırarsa, güllə qabağma qoyulacaqdır.
M u x t a r b ə y . Hacı İmamqulu, eşitdinmi?
M e h r ə l i b ə y . M olla Sadıq, anladmmı?
B ə y 1 ə r. Əmiraslan ağa, xudahafiz.
Ə m i r a s l a n a ğ a . Xudahafiz, qeyrətlibəylərim .
Ç ıxırlar.
Pərdə
İKİNCİ PƏRDƏ
B irin ci p ərd ən in səhnəsi.
P ə r i c a h a n x a n ı m (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fənabir hal!
Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər
üzərinə üsyan edirlər. Bizim rəiyyətə də etibar yoxdur. Bu axır vaxtlar
xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən
fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir.
Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada
qalmışsan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucənin
imdadma çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmmənin fəryadma
y etiş!
H adi lələ daxil olur.
H a d i 1 ə 1 ə. Uğurlar olsun, Pəricahan xanım.
P ə r i c a h a n x a n ı m Ah! Hadi lələ! A kişi, haraya getmişdin? B ir aydan
artıqdır ki, yox olmuşsan.
H a d i 1 ə 1 ə. Bakıya getmişdim.
P ə r i c a h a n x a n ı m . Nə işə?
H a d i 1 ə 1 ə . Cahangir ağadan xəbər bilməyə. De görüm Gövhər xanımm
xəstəliyi nədir?
P ə r i c a h a n x a n ı m . N ə olacaqdır?! Cahangirin qəm-qüssəsini çəkməkdən
biçarə əmməm şam kimi əriyir.
H a d i 1 ə 1 ə. Gətirdiyim xəbərdən dirilər.
P ə r i c a h a n x a n ı m . Cahangirdən xəbərmi gətirmisən?
H a d i 1 ə 1 ə. Bəli.
P ə r i c a h a n x a n ı m . Ah! Ürəyim necə atlanır, Hadi lələ, tez ol, söylə. M ən
sənin barəndə nə fikirdəydim! Əfv et.
H a d i 1 ə 1 ə. Yəqin fikir etmisən ki, mən bolşevik tərəfinə keçmişəm, beləmi?
P ə r i c a h a n x a n ı m . Bəli, mən nə edim. Sən yox olmuşdun. Əlbəttə,
şübhəyə düşmək olardı.
H a d i 1 ə 1 ə. Xanım, fikriniz səhv deyil.
P ə r i c a h a n x a n ı m . A kişi, nə deyirsən? Doğrudanmı onlar tərəfə
keçmisən?
H a d i 1 ə 1 ə. Bəli.
P ə r i c a h a n x a n ı m . Yox, yox, inanmıram. Sən məni imtahan edirsən. Sən
elə qaniçici, dünyanı oda tutub viran edənlər tərəfinə keçməzsən. Sən istəməzsən
ki, belə gözəl yurdumuz tarm ar olub qızıl qana boyana.
H a d i 1 ə 1 ə. Bu son sözlərinə mən də şərikəm. Lakin bolşeviklər qaniçici
deyillər. Bunlar düşmənlərin iftirasıdır. Bolşeviklər məzlumlar, yoxsullar,
füqareyi-kasibə tərəfdarıdırlar. Onlarm fikri işçi-kəndli sinfini azad etməkdir. Bu
yolda öz qanlarmı tökürlər. M əgər bu pis bir hərəkətdir? Pəricahan xanım,
istəyirsən ki, doğrudan da, əcdadmm gözəl mülkü və belə binası sən deyən hala
düşməsin, sənə həvalə olunan bir təklifi qəbul et. M ən onun üçün buraya
göndərilmişəm.
P ə r i c a h a n x a n ı m . O n ə təklifdir? Səni kim göndərmişdir?
H a d i 1 ə 1 ə. Sənə m əlumdur ki, Azərbaycanda Şura hökuməti qurulduqdan
sonra bir neçə mülkədar, bəylər itaətdən boyun qaçırıb tabe olmaq istəmirlər. Ona
görə də Qızıl Ordu hissələri bu tərəfə gəlib çıxmışdır. H ər yerdə kəndlilər Qırmızı
Ordu tərəfinə keçirlər. Təklif budur ki, Əmiraslan ağa qovğasız təslim olsun.
Səndən başqa da onu bu yola gətirən şəxs tapılmaz. Bizə məlumdur ki, bu saat
Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir.
P ə r i c a h a n x a n ı m . M ənə bu təklifi kim edir?
H a d i 1 ə 1 ə. Cahangir ağa.
P ə r i c a h a n x a n ı m . Kim? Cahangir, mənim sevgilim, nişanlım
əmizadəm? Yox, yox elə iş ola bilməz, inanmıram.
H a d i 1 ə 1 ə. Buyur, öz dəst-xətti ilə sizə yazdığı məktub. (Verir.)
P ə r i c a h a n x a n ı m (məktubu açıb oxuyur.) Ah! Doğru. Cahangir bolşevik
olub. Ordu başm da durubdur, əcdadmm yurdunu da tutmaq istəyir. Ah, ağlım
çaşır! Otaq başıma fırlanır. Cahangir, Cahangir, hansı şeytana aldanıb belə alçaq,
gədəyə yaraşan vəzifəni öhdənə götürmüsən?! Məni də, sevgili əmizadəni,
məhəbbətin uğrunda atəşə yanan nişanlmı da belə yola dəvət edirsən? Yox, yox,
mən sənin kimi alçaq olmaq istəmirəm. Əcdadımm yurdunu, şərəfini sənin kimi
düşməndən müdafiə etməyə hazıram. Onun uğrunda canımı fəda etməyə hazıram.
Hadi kişi, ağan Cahangir məndən cavab istəyir. (M əktubu cırıb H adi lələyə
atarkən.) Bu mənim birinci cavabım. ( Sonra boynundan qızıl medalyonu, içindəki
Cahangirin rəsmi ilə bərabər çıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi
ürəyim üstə sevə-sevə saxlamışam. Gecələr onu bağrıma basıb əzizləmişəm,
öpmüşəm. Ta hicran oduna dözüb təsəlli tapmışam. Hadi kişi...
H a d i 1 ə 1 ə. Pəricahan xanım, kifayətdir. M əni oda yaxma. M ən sənin
lələnəm. Səni də Cahangir ağa kimi bu əllərim üstə bəsləmişəm. M ənə Hadi kişi
demə.
P ə r i c a h a n x a n ı m . Bolşevik tərəfinə keçmiş lələni mən istəmirəm.
Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir?
H a d i 1 ə 1 ə. Xeyr, xanım.
P ə r i c a h a n x a n ı m . İndi görərsən, çıx, ey itlərcə qəlbimdə m əskən etmiş
ilan! Çıx, ey zəhərli, məni atəşə yaxan məhəbbət. Orada indi başqa məhəbbət,
başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanm ürəyi onun üçün
daha qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən.
Dostları ilə paylaş: |