Suğra osmanova qılman İlkin. Baki və bakililar


BAKI KOMENDANTLIQ DÖVRÜNDƏ



Yüklə 2,16 Mb.
səhifə13/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   9   10   11   12   13   14   15   16   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI KOMENDANTLIQ DÖVRÜNDƏ

Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra xanlıqların əvəzinə əyalət

və dairələr təŞkil olundu və bu əyalətlərdə çarizmin hərbi-inzibati sistemi yaradıldı.

Bu sistem komendant və idarə sistemi adlanırdı. Azərbaycanda altı əyalət: Bakı,

Quba, Şəki, İirvan, Qarabağ və TalıŞ əyalətləri, Yelizavetpol və Car-Balakən

dairələri, bunlardan baŞqa Qazax və ŞəmŞəddin distansiyaları təŞkil olunmuŞdu.

Hər əyalətin baŞında komendant dururdu. Komendantlar Qafqazın baŞ komandanı

tərəfindən etibarlı zabitlərdən təyin olunurdu. Komendant əyalətdə külli-ixtiyar

sahibi idi. Onlar vəzifələrə məmurlar təyin edir, bəylərə torpaq sahəsi ayırır, lazım

bildikləri zaman torpağı geri alır, vergilərin toplanması barədə sərəncamlar verirdi.

Bakı komendantı neft və duz yataqlarını, balıq ovunu və s. iltizama (icarəyə)

vermək hüququna da malik idi. Əyalətlər də öz növbəsində mahallara bölünür və

onların baŞında naiblər dururdu. Komendantlar naibliyə çarizmə sadiq olan

adamları təyin edirdilər. Kəndlərə kəndxudalar və yüzbaŞılar cavabdeh idilər.

Kəndxudalar öz yanlarında yasavul və onbaŞılar saxlayırdılar. Vergi və

mülkiyyətləri bölmək, onları vaxtlı-vaxtında yığmaq naiblərin vəzifəsi idi. Lakin

adları çəkilən bu adamlar dövlətdən maaŞ almırdılar. Onlar toplanan vergilərdən ya

müəyyən edilmiŞ miqdarda özlərinə pay götürür, ya da xidmətləri müqabilində

komendantlar onlara torpaq və kəndli bağıŞlayırdılar.

1812-ci ildə Bakıda Şəhər məhkəməsi (divan) yaradılır. Məhkəmənin sədri

Şəhərin komendantı idi. Məhkəmənin üzvlüyünə məmurlardan iki nəfər, Şəhər

əhlindən və bəylərdən də iki nəfər seçilirdi. Bəylərin, eləcə də əhalinin içindən

məhkəməyə seçilənlər bir il iŞləyirdilər. Məhkəmənin iclaslarına bir nəfər molla da

dəvət olunurdu. Ən ağır cinayətlərə hərbi orqanlardan təŞkil edilmiŞ məhkəmə

baxırdı. Bu zaman komendantın məhkəmədə iŞtirak etməyə ixtiyarı yox idi.

Hər əyalətdə ruhanilərin baŞında baŞ qazı dururdu. Qazıda mahal naibi kimi

maaŞ əvəzinə 20 rəncbər mükafat alırdı. BaŞ qazı kəbin-talaq, vərəsəlik və s. bu

kimi ailə məsələlərinə aid iŞlərlə məŞğul olurdu. Ruhani məhkəmələri xalq

içərisində böyük hörmət qazanmıŞdı. Bu ona görə idi ki, çar məmurları ən ağır və

dolaŞıq iŞləri ruhani məhkəməsinin ixtiyarına buraxırdılar.

Komendant sistemi dövründə də bəylər və keçmiŞ xanların adamları torpağı

idarə etməkdə davam edirdilər. Xanlıqlar dövründə torpaqlar üç kateqoriyaya

bölünürdü: xam torpaqlar, icma torpaqları və məskun torpaqlar. KeçmiŞ xanların

külli miqdarda torpaqları çarizm xəzinəsinin ixtiyarına keçmiŞdi. Torpaqların

böyük bir hissəsi isə feodalların əlində idi. Bunlar mülk, xalisə və tiyul

torpaqdardan ibarət idi. Tyul torpaqlar vaxtı ilə xanlar tərəfindən bəylərə ömürlük

verilmiŞdi. Hətta bu torpaqlar nəsildən-nəslə keçirdi. Lakin tiyul sahibi onu

62

baŞqasına satmaq hüququna malik deyildi. Lap əvvəllər tiyul torpaqlar Soyurqal



adlanırdı. 18-ci əsrdə isə bu termin daha iŞlənmirdi. Torpağa yiyələnmənin baŞqa

bir forması isə mülk idi. Tiyuldan fərqli olaraq, mülki satmaq və baŞqasına vermək

də olardı. Bu, Şəxsi mülkiyyətin daha mükəmməl forması idi. Mülk müxtəlif

Şəkildə olurdu. Onun bir forması "Xalisə" mülk idi. Xalisə mülklər vergilərdən

azad olunurdu. Xam torpaqlar otlaq yerlərindən və meŞələrdən ibarət idi. Bu

torpaqlar ancaq xana məxsus idi. Xan bu torpaqları xüsusi Şəxslərə müvəqqəti və

ya da daimi istifadə üçün verirdi. İcma torpaqları isə kəndlilərin əlində idi. İcma bir

ərazidə yaŞayan kəndliləri birləŞdirirdi. Bu sistem hələ xanlıq dövründə də vardı.

Onlar feodal asılılığında olub, xan, komendantlıq dövründə isə bəylər tərəfindən

təyin edilmiŞ kəndxudalar tərəfindən idarə olunurdu. Bəylər torpaqdan istifadə

üçün kəndlilərdən vergi alırdı. Bunlardan baŞqa Vəqf torpaqlar da vardı. Belə

torpaqlar, adətən, məscidlərə və sairə dini müəssisələrə aiddi. Vəqf torpaqların

sahibləri hər cür imtiyazlardan istifadə edir və dövlət xəzinəsinə vergi verməkdən

həmiŞəlik azad olunurdular. Məsələn, Bibiheybət məqbərəsi kimi... Kəndlilər iki

cürdü: rəiyyət - torpağı olub bəydən asılı olan kəndlilər və ikincisi, torpaqdan və

baŞqa kənd təsərrüfatı alətlərindən məhrum olan, ancaq günəmuzd iŞləyən

rəncbərlər idi. Maaflar adlanan bir qrup adamlar da vardı ki, vergilərdən azad

olsalar da xan və bəylərə hərbi xidmət etməyə borclu idilər. Xan tələb etdiyi zaman

onun qoŞunu sırasında vuruŞmağa gəlməli idilər.

40-cı illərdə rus çarizmi bütün torpaqların xəzinənin hesabına keçirilməsi

barədə tədbir hazırlamağa baŞlayır. Onlar deyirdilər ki, xanlıqlar dövründə bütün

torpaqlar ayrı-ayrı adamların deyil, xanın əlində idi. Madam ki, xanlar yoxdur,

demək, bütün torpaqlar xəzinəyə keçməlidir. Çar məmurları öz fikirlərini bununla

əsaslandırdılar ki, Quran torpağa Şəxsi mülkiyyəti inkar edir. Guya bütün torpaqlar

Allahındır. Bu məqsədlə 1841-ci ildə imperatorun fərmanı çıxır. Bu fərmana görə

bəylər kəndləri idarə etmək hüququndan məhrum edilirdilər. Bəylərə kəndlilərdən

aldıqları vergi və töycü əvəzinə dövlət tərəfindən ömürlük pul mükafatı təyin

olunurdu. Lakin bu vəziyyət çox davam etmir. İri torpaq sahibləri və məmurlar

caniŞin Vorontsov qarŞısında məsələ qaldırırlar ki, rus höküməti ilə xidmətləri

əvəzində onlara imtiyazlar verilsin. Rus hakimiyyəti özü də hiss edirdi ki,

kəndliləri idarə etmək üçün yerli varlı siniflərə böyük ehtiyacı vardır. Kəndlilər rus

idarə sisteminə pis baxırdılar. Onları daim tabelikdə saxlamaq üçün möhkəm bir

arxa lazımdı. Məhz buna görə çarizm bəylərə güzəŞtə getməyə məcbur oldu.

Rusiyada torpaq və kəndlilər mülkədarlar tərəfindən idarə olunduğu kimi çarizm

Azərbaycanda da yerli əhali içərisində etibarlı bir arxaya dayanmalı idi.

1846-cı il dekabrın 6-da imperator xüsusi bir fərman verir. Bu fərman

əsasında mülkədar və bəylərin ixtiyarında olan və əcdadları tərəfindən istifadə

edilmiŞ bütün torpaqlar kəndlilərlə birlikdə daimi olaraq onların sərəncamına

63

verilirdi. Bir sözlə, Rusiyada təhkimçilik hüququnun ləğv edilməsindən 14 il qabaq



Azərbaycanda təhkimçilik qayda-qanunu yaradılır.

Bütün torpaqların feodal və bəylərin ixtiyarına keçirilməsi Azərbaycanda və

o cümlədən Bakı kəndliləri içərisində böyük narazılıq və təŞviŞə səbəb oldu. Bu

narazılıq az qala qiyama çevriləcəkdi. Qorxuya düŞən çarizm guya kəndlilərin də

vəziyyətini yaxŞılaŞdırmaq üçün 1847-ci ilin 20 aprelində təzə bir qərar qəbul etdi.

Bu qərara əsasən torpaq sahibi 15 yaŞına çatmıŞ hər bir kəndli üçün 5 desyatindən

az olmayaraq torpaq ayırmalı idi. Bunun əvəzində isə kəndlilər torpaqdan

götürəcəkləri məhsulun onda bir hissəsini sahibkar üçün ayırmalı idi. Sonralar,

yəni 1870-ci ildə verilmiŞ təzə fərmana əsasən kəndlilərin xüsusi

mükəlləfiyyətlərinin ölçüsü xeyli azaldılır. Əslində isə bu tədbirlərin heç biri

kəndliləri dilənçi vəziyyətindən çıxara bilmir. Müəyyən edilmiŞ qaydaya əsasən

kəndlilər mülkədardan hökümət vasitəsilə torpaq ala bilməzdilər. Səbəb onu

göstərirdilər ki, guya kəndlilərin əksəriyyəti köçəri həyat keçirdiklərinə görə torpaq

pulunu vaxtında verə bilməzlər. Halbuki Rusiyada və habelə Gürcüstanda kəndlilər

üçün belə məhdudluq qoyulmurdu.

Çar höküməti Qafqazda komendant sistemini hərbi-xalq sistemi

adlandırırdı. Əslində isə bu hərbi-inzibati bir sistem idi. Əyalətlərdə xalqın divan

bəyləri, naiblər, kəndxudalar tərəfindən talan edilməsi və məhkumiyyət altında

saxlanmaları üçün komendantlar hər cür Şərait yaradırdılar. Çinovniklərin

özbaŞınalığı və bürokratizm həddini aŞmıŞdı. Çar komendantların vəzifə və

hüquqları barədə heç bir rəsmi təlimat verməmiŞdi. Yalnız 1828-ci ilin iyun ayında

Tiflis qubernatoru komendantların ixtiyaratı barədə Şəki və Qarabağ xanlıqlarına

göndərdiyi gizli təlimatda komendantların vəzifələrindən danıŞarkən göstərirdi ki,

komendant idarəsinin birinci vəzifəsi təsərrüfat, məhkəmə, polis və xəfiyyə iŞləri

ilə məŞğul olmaqdır. Komendant xəzinənin gəlirini artırmaq üçün əlveriŞli vasitələr

axtarmalı idi. Bu məsələyə çar hökuməti xüsusilə böyük əhəmiyyət verirdi.

Xanlıqlar Rusiyanın tərkibinə daxil olduqca çar xəzinəsinin gəliri və xüsusi

mülkiyyəti daha da artırdı. Rusiyanın əleyhinə çıxan bəy və xanların da torpaqları

müsadirə edilərək, xəzinənin hesabına keçirilirdi. Təbii sərvətlərin istismarı

üzərində komendant nəzarəti getdikcə artırdı. Bakıda və İirvanda neft quyuları və

duz yataqları ya komendantların özləri tərəfindən, ya da icarədarlar tərəfindən

istismar olunurdu. Komendantlar Xəzər və Kür sahilindəki balıq vətəgələrini

müvafiq məbləğə icarəyə verirdilər.

Torpaqların və kəndlilərin çarizmə rəğbət bəsləyən və rus çinovniklərinə

yarınan feodallara verilməsi nəinki komendantlar tərəfindən, hətta rütbəli çar

məmurları tərəfindən də həyata keçirilirdi. Xan və bəylər tərəfindən çarizmə qarŞı

düŞmənçilik hiss edildikdə torpaqları dərhal xəzinənin xeyrinə müsadirə edilirdi.

Yerli əhalinin və o cümlədən bəy və feodalların çarizmə sədaqətini yoxlamaq və

64

müntəzəm izləmək üçün komendantlar xəfiyyə iŞləri ilə də məŞğul olurdular.



Xüsusi çuğullar vasitəsilə əhalinin əhval-ruhiyyəsini öyrənməyə çalıŞırdılar.

Komendant idarəsinin özünün xüsusi Ştatı vardı. Məsələn, 1824-cü ildə

Bakı əyalət komendantlığı üçün aŞağıdakı vəzifələr təsdiq edilmiŞdi: komendant,

onun müavini, hərbi zabitlər, polismeyster və onun yerli əhalidən olan müavini,

mülki çinovniklərdən bir nəfər katib, tərcüməçi, mirzə, atlı və piyada yasavullar.

Polis məmurları bəzən heç bir səbəb və əsas olmadan yerli əhalini sıxıŞdırır,

onlardan öz xeyirlərinə olaraq qeyri-qanuni cərimə_____lər alır, adamlara fiziki cəza

verirdilər. Mütləqiyyətin müstəmləkəçilik siyasəti dərinləŞdikcə, komendant (və

bəylərin zülmü artdıqca əhali içərisində narazılıq çoxalırdı. 30-cu illərdə Bakıda və

baŞqa Şəhərlərdə müstəmləkəçiliyə qarŞı kəndli çıxıŞları xeyli artmıŞdı. Çar

siyasətinə qarŞı ən böyük üsyan 1837-ci ildə Qubada olmuŞdu. Burada kəndlilər

yerli çar məmurlarına qarŞı açıq üsyana qalxmıŞdılar.

Komendant sistemi özünü bütün Qafqazda biabır etmiŞdi. Hətta yüksək

rütbəli çar məmurları özləri etiraf edirdilər ki, bu sistem özünü doğrultmur.

Azərbaycanın iqtisadi tərəfdən mənimsənilməsi təŞəbbüsləri heç bir nəticə

vermirdi. Çünki bu təŞəbbüslərin həyata keçirilməsinə tamahkar komendantlar

açıqdan-açığa mane olurdular. Bu baxımdan komendant sistemi iqtisadi cəhətdən

ümumiyyətlə çarizm üçün əlveriŞli deyildi, çünki gəlirin çox hissəsi xəzinəyə daxil

olmaq əvəzinə komendant, hərbi xidmətçilər və iri torpaq sahibləri tərəfindən

mənimsənilirdi. RüŞvətxorluq həddini aŞmıŞdı.

1840-cı ilin 10 aprelində I Nikolayın təsdiqi ilə yeni bir reforma verildi. Bu

reforma əsasında Zaqafqaziya ölkəsini idarə etmək üçün komendant sisteminin

əvəzinə "Zaqafqaziya ölkəsinin iŞlərinə baxan idarə" yaradıldı. Reforma 1841-ci il

yanvarın 1-dən həyata keçirilməyə baŞladı. Yeni reforma əsasında Zaqafqaziya iki

hissəyə ayrıldı: Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti. Xəzər

vilayətinə 7 qəza daxil olurdu: İuŞa, Nuxa, Lənkəran, Bakı, İamaxı, Dərbənd və

Quba. Gürcüstan-İmeretiya quberniyasının mərkəzi Tiflis, Xəzər vilayətinin

mərkəzi isə İamaxı Şəhəri təsdiq edildi. Quba və Dərbənd qəzaları çarizmə qarŞı

vuruŞan Dağıstanla həmsərhəd olduqları üçün ayrıca bir okruqda birləŞmiŞdilər.

Dağlılarla müharibəni tez qurtarmaq və Zaqafqaziyada rus hakimiyyətini

daha da möhkəmlətmək məqsədilə çar höküməti Qafqazda rus inzibati idarəsini

təkmilləŞdirməyi qərara aldı. Qafqazda olan baŞ rəislik vəzifəsini ləğv edib,

əvəzində 1844-cü ildə Qafqaz caniŞinliyi təsis etdi.

Qafqazda ilk caniŞin 63 yaŞlı qraf M. S. Vorontsov oldu. O, I Nikolayın

etimadını qazanmıŞ sərkərdələrdəndi. Qafqazda bütün mülki və hərbi hakimiyyət

onun əlində toplanmıŞdı. CaniŞin bilavasitə olaraq, çara tabe idi. Mərkəzi

nazirliklərdən heç birinin onun iŞlərinə qarıŞmağa ixtiyarı yoxdu. Bütün məsələlər

üzrə birbaŞa çarın özünə müracŞət edirdi.

65

Mülki və hərbi hakimiyyət sahəsində Vorontsovun böyük təcrübəsi vardı. O



düz 40 il Sisianovun əlinin altında iŞləmiŞdi.

1845-ci ilin 25 martından Vorontsov öz vəzifəsinə baŞlayır. Etiraf etmək

lazımdır ki, onun caniŞinliyi dövründə ölkədə mədəniyyətin inkiŞafı üçün əlveriŞli

bir Şərait yaradılmıŞdı. İmperiyanın ali məktəblərinə daxil olmaq üçün yerli

əhalidən ötrü məktəblər məhz bu dövrdə təŞkil olundu. Tiflisdə böyük kütləvi

kitabxana açıldı, məktəblər yaradıldı. "Qafqaz" qəzeti və "Qafqaz kalendarı" çap

olunmağa baŞladı. 1846-cı ildən çap olunmağa baŞlayan "Qafqaz" qəzetinin ilk

redaktoru Konstantinov idi. Bunlardan əlavə Tiflisdə gözəl teatr binası tikildi.

Araratın zirvəsinə çıxıŞ da məhz bu illərdə olmuŞdu. Xəzər dənizi ilə Qara dənizin

səviyyələri, arasındakı fərq də Vorontsovun təŞəbbüsü ilə hesablanmıŞdı.

Romanovlar nəslindən Şahzadə Aleksandr Nikolayeviç Qafqaza ilk dəfə məhz

Vorontsovun caniŞinliyi zamanında gəlmiŞdi.

1846-cı ilin 14 dekabrında Vorontsovun əmrinə əsasən bütün Zaqafqaziya

ölkəsi 4 quberniyaya bölündü: Tiflis, Qutayisi, İamaxı və Dərbənd quberniyaları.

Lakin bu bölgü heç bir prinsipə əsaslanmamıŞdı. Azərbaycan, Gürcüstan və

Ermənistan torpaqlarını müvafiq quberniyalarda birləŞdirmək əvəzinə onları daha

da parçalamıŞdılar. Məsələn, Azərbaycan ərazisinin bəzi hissələri Tiflis, Yerevan

və Dərbənd quberniyaları tərkibinə daxil edilmiŞdi.

1840-cı il reformasından sonra bütün idarələrdə iŞlər rus dilində aparılmağa

baŞladı. Əvvəllər yerli əhalidən olan çinovniklər rus məmurları ilə əvəz olundu.

Vergilər artdı.

Knyaz Vorontsovun dövründə də torpaqlar və kəndlər keçmiŞ xanların

yaxın adamları tərəfindən idarə olunurdu. Böyük torpaq sahibləri olan bəylər bir

qayda olaraq, Şəhərdə yaŞayırdılar. Kəndlərdə isə təsərrüfatı idarə edən darğalar və

kəndxudalardı. Kəndli Şəhərdə yaŞayan bəyin ehtiyac duyduğu hər Şeyi araba ilə və

ya ulaq belində Şəhərə daŞıyırdı. Bəyin payını verəndən sonra yerdə qalan

məhsulunu isə bazarda satırdı.

Bu illərdə İçəriŞəhərdəki bazar Şərq bazarlarından heç də geri qalmırdı.

Bazar Cümə məscidinin yanından baŞlayaraq, Qız qalasınadək uzanırdı. Bu bazarın

üstü örtülü olduğu üçün örtülü bazar adlanırdı. Örtülü bazarın bir qolu qoŞa

karvansaranın yanından Çuxur karvansarasına tərəf gedirdi. Varlı tacirlərin

dükanları əsasən örtülü bazarda idi. Qız qalasının yanından baŞlayan ikinci bazar

isə Şimal qala qapısınadək uzanırdı. Burada taxtadan düzəldilmiŞ dükanlar yerin

darısqallığından göbələk kimi sanki bir-birinin böyründə bitmiŞdilər. Bəziləri isə

mallarını küçənin ortasında yerə sərərək, satırdı. Bu bazarlarda can dərmanı desən

tapılardı. Adi paslı mıxdan tutmuŞ bahalı zər-baftayadək hər Şey vardı. Aleksandr

Düma Bakıda olarkən bu bazarda gəzmiŞ və bu barədə qeydlərini çap etdirmiŞdi.

Düma Bakı bazarının təsvirini belə verir: "Burada hər bir Şey bir-birinə qarıŞıb: bir

66

yanda toz-torpaq, bir yanda tarakanlar, o yanda çirkab içində sürünən uŞaqlar,



baŞqa bir tərəfdə isə mis qabda dəmlənən, buğlanan xörəklərin ətri ətrafa yayılır.

Bəli, Şərq belədir. Ətirli yeməklər, daŞ-qaŞ, çirkab, toz-torpaq hamısı birbirinin

yanında.

Biz bazara yollandıq. Orada bir alıŞ-veriŞ gedirdi ki, gəl görəsən. İran

bəzəkləri, türk məxmərləri, Qarabağ xalıları, Lənkəran balıŞları, gürcü tikmələri.

Tiflis baftaları, nə bilim daha nələr. Hər Şey adama "gəl, gəl" deyirdi. Hər Şey

adamı valeh edirdi. Dayanıb hər Şeyə baxmaq istəyirsən".

Bakı bazarından Dümanın gözləri qamaŞmıŞdı. Burada satılan ləl-cavahir,

əlvan ipək parçalar və məxmərlər, Şöhrəti dünyaya yayılmıŞ Qarabağ və İirvan

xalıları, dəstəyi qızıl suyuna və gümüŞə tutulmuŞ xəncərlər, o biri tərəfdən müŞtəri

səsləyən satıcıların çığırtıları, minarədən müəzzinin günorta duasına çağıran

qüssəli avazı bir-birinə qarıŞıb Dümanın xəyalında "Min bir gecə" əfsanələri kimi

əlvan xəyallar doğurmuŞdu. Bakı bazarında gözəlliklə çirkinlik doğrudan da bir

yerdə idi. Belə bir yerdə satılan ən zərif incəsənət əsərləri fransız yazıçısını valeh

etmiŞdi.

"Bizə "Min bir gecə" nağıllarında təsvir olunan piyalələr göstərdilər. Mən

hələ qadınlar üçün baŞ örtüklərini, yalnız cənnət gözəllərinin - hurilərin taxa

biləcəyi bel kəmərlərini demirəm. Bütün bunlar sadə alətlərlə - çəkic, biz və qayçı

ilə gözəl sənətkarlar tərəfindən düzəldilmiŞdi. Əlbəttə, bu incəsənət nümunələrini

Janize və Lemenyenin sexlərində hazırlanan məmulatla müqayisə etmək olmaz.

Bununla belə burada gördüklərim nə qədər təzə və təkrarolunmazdır".

1884-cü ildə Bakıda olarkən İçəriŞəhərin küçələrini gəzmiŞ Skalkovski də

Şəhərin bazarlarında eyni mənzərəni görmüŞdü. O, 1885-ci ildə Sankt-Peterburqda

çap edilmiŞ "Yol qeydləri"ndə yazırdı: "Bakı bir neçə məhəllədən baŞqa tipik Şərq

Şəhəridir. O mənə Misirin ərəb məhəllələrini xatırlatdı. Bazarları da Şərq bazarları

kimidir. Hədsiz-hesabsız xırda dükanlarda nəinki mal satılır, habelə müxtəlif

dəmir, mis, dəri və Şirniyyat məmulatı da hazırlanır. Bütün mallar göz qabağında,

toz-torpaq içindədir. Dükanlar o qədər darısqaldır ki, bardaŞ qurub oturmuŞ tacir

dükanın bütün sahəsini tutur. Bir sözlə, alver dükanın içində deyil, bayırda, qapının

ağzında gedir".

Günorta namazının vaxtı çatdıqda, müəzzinin minarədən səsi eŞidilən kimi

dükanların çoxu bağlanır, bəziləri də satdıqları malları yerli-yerində qoyub Şəhərin

böyük məscidi hesab edilən Cümə məscidinə namaza gedirdilər.

O dövrdə bu kiçik Şəhərdə 23-dən çox məscid vardı. Bunların içərisində ən

məŞhurları bunlardı: Cümə məscidi, İah məscidi (bu İirvanŞahlar sarayının

məscidi idi), Sınıq qala məscidi, Giley məscidi, Qasımbəy məscidi. Bu

məscidlərdən baŞqa demək olar ki, hər məhəllədə təkyələr vardı ki, onlarda

mərsiyə oxunardı. Mollalar və seyidlər məscidlərdən toplanan vəsaitin hesabına

67

dolanırdılar. Onların əksəriyyəti İrandan gəlmə idi. Mollalar məscidlərdən aldıqları



puldan baŞqa ətrafda olan kiçik mədrəsələrdə uŞaqlara dərs də deyirdilər. Şəhərdə

yuxarı zümrədən sayılan bəylər komendantlıq yanında xüsusi hörmətdə idi. O

zaman Şəhərdə 25 bəy ailəsi yaŞayırdı. Bunlardan çoxu keçmiŞ xanların yaxın

adamları idi. Tiyul sahibi kimi ətraf kəndlərdə böyük torpaq sahibləri vardı.

Şəhərdə yaŞasalar da, əsas gəlirləri kəndlərdən idi.

Bu illərdə Bakıda olmuŞ alim və səyyahlar Şəhərin nəinki iqtisadi və ictimai

vəziyyəti ilə maraqlanmıŞ, habelə əhalisi ilə də yaxından təmasda olaraq, onlarla

ünsiyyət bağlayaraq, xasiyyət və təbŞətlərini yaxından öyrənmiŞdilər. Hamı bir

ağızdan bakılıların qonaqpərəst olduqlarını dönə-dönə qeyd etmiŞdilər.

V. L. Veliçko 1904-cü ildə S. Peterburqda çap edilmiŞ külliyyatının birinci

cildində azərbaycanlıların həyat və xarakterinə aid geniŞ yer ayırmıŞdır. O yazırdı:

"Azərbaycanlıların qanı, Şübhəsiz ki, nəcib qandır. Onlar təbŞətcə xeyirxah, cəsur,

alicənab, ağıllı, əməyə, əxlaqi inkiŞafa müqtədir olublar.

Azərbaycanlıları tatar adlandırırlar, bu tamamilə səhvdir. ...Əsas mənŞəyi

etibarilə azərbaycanlılar türkdürlər, qədim oğuzların, səlcuqların... qan

qohumudurlar...".

Daha sonra V.L. Veliçko Zaqafqaziyada müsəlmanlara (azərbaycanlılara -

Q. İ.) qarŞı münasibətdən söhbət açaraq yazırdı: "Tatarlar (azərbaycanlılar - Q. İ.)

ağıllı idarə olunan qüvvəni baŞa düŞür və onu qiymətləndirirlər. Təriqətçilərin səyi

nəticəsində rus adı tatarların yerləŞdikləri yerlərda həmiŞə uca tutulmuŞdur.

Tatarlar indi Zaqafqaziyada yerləŞmiŞ ruslarla baŞqa qonŞulardan daha yaxŞı yola

gedirlər, hətta ruslarla bir dindən olan gürcülər də bəzən müsəlmanlara nisbətən

ruslarla pis yola gedirlər. Bu məhz ona görədir ki, müsəlmanlar təbŞətən və tarixən

aldıqları dərslərin nəticəsində ruslara qarŞı xeyirxah olmuŞlar. Lakin bizim

hakimiyyətimiz dövründə azərbaycanlıların bəxti gətirməmiŞdir. Hətta caniŞin

knyaz Vorontsov öz Şəxsi görüŞləri baxımından təhkimçilik olmayan yerdə

təhkimçilik hüququnu bərqərar etmək və tatar qəbilə dvoryanlığını irəli çəkməklə

səhvə yol vermiŞdir. Savadlı müsəlmanlar hər cür fanatizmə yaddırlar. Bununla

belə mətbuatda, xüsusilə erməni və Avropa mətbuatında müsəlmanlara qarŞı lazımi

ədalətli münasibət yoxdur. Heç bir əsas olmadan onlara çatdırırlar ki, guya

ögeydirlər. Məsələn, onlar nə səbəbə öz vətənlərində bütün hüquqlar cəhətdən

Şübhəli və bəzən saxta yollarla gəlmiŞ xristianlarla, məsələn, siyasi və ictimai

cəhətdən o qədər də etibarlı olmayan ermənilərlə bir gözdə tutulmasınlar. Nəyin

xatirinə Qafqaz mətbuatında müsəlmanların ən müqəddəs etiqadlarına istehza

etməyə icazə verilir, ermənilərin fitnəkarlığını ifŞa etmək isə çətin olur? "Tiflisski

listok"da təxminən aŞağıdakı məzmunda belə bir məqalə dərc edilmiŞdi:

"Yelizavetpol quberniyasının harasında isə rusların məskənləŞməsi üçün boŞ

torpaqlar vardır. Əvvəllər bu torpaqda ermənilər yaŞayırdılar. İndi isə müsəlmanlar

68

onları sıxıŞdırıb, aradan çıxarmıŞ və özləri yaŞayırlar. Bu torpaqlara rus kəndlilərini



köçürmək olar". Bu məqalə baŞdan ayağa cəfəngiyat idi. Çünki rus təbəəsi olan

müsəlmanların yaŞadıqları torpağı boŞ torpaq adlandırmaq olmaz. Açıq görünür ki,

məqalə... müsəlmanlara nifrət doğurmaq məqsədilə yazılmıŞdı".

Bu sözlər ona görə xarakterik və qiymətlidir ki, Qafqazda müsəlmanlara

qarŞı baŞ vermiŞ bu hadisələri Veliçko burada iŞlədiyi müddətdə öz gözləri ilə

görmüŞ və yaxından duymuŞdu.

Böyük fransız yazıçısı Aleksandr Düma da Bakıda və Azərbaycanda olduğu

zaman azərbaycanlıların insanpərvərlik və xeyirxahlığını yaxından duymuŞdu. O

"Qafqaz səfəri" kitabında yazırdı: "Bu xalq (Azərbaycan xalqı - Q. İ.) vaxtı ilə

müzəffər olmuŞ və indinin özündə də daxilən döyüŞkən olaraq qalır... Azərbaycanlı

ilə bir Şey barədə sövdələŞəndə ondan imzalanmıŞ sənəd tələb etməyə ehtiyac

yoxdur".


1856-cı ildə Bakıda olmuŞ məŞhur rus yazıçısı A. F. Pisemski də

azərbaycanlılar haqqında xoŞ sözlər yazmıŞdı: "Onlar (bakılılar - Q. İ.) HəŞtərxan

tatarlarına oxŞamadıqları halda mənə dedilər ki, tatardırlar. Dağlı, ləzgi xarakteri

onların geyimlərində, bədən quruluŞlarında və sifətlərinin nəcib hərbiçi

cizgilərində ifadə olunurdu". A. Anisimovanın 1906-cı ildə çapdan çıxmıŞ

"Qafqaz" kitabında azərbaycanlılar barədə aŞağıdakı sözləri oxuyuruq: "Bunlar

(azərbaycanlılar - Q. İ.) öz əxlaq və adətləri ilə gürcülərdən fərqlənirlər... Çox

müstəqil xalqdırlar. Hamının sifəti ciddidir. Öz ləyaqətlərini baŞa düŞəndirlər. Birbirlərinə

hörmətlə yanaŞırlar. Onlarda elə düzlük görərsən ki, buna heç yerdə rast

gəlməzsən. Qonaqpərvərdirlər. Bir bağban, bostançı, bir əkinçi kimi Qafqaz

əhalisinin hamısından üstündürlər. Çölü və bağı səylə iŞləyirlər".

Vaxtı ilə Şəhərin ən hündür yerində tikilmiŞ və öz əzəməti ilə buraya gələn

səyyahların diqqətini cəlb edən İirvanŞahlar sarayı artıq öz cah-cəlalını itirmiŞdi.

Sarayın bəzi yerləri uçub tökülmüŞdü. Bakı xanları sarayı bərpa etmək əvəzinə

özləri üçün İamaxı darvazası yaxınlığında imarət tikdirmiŞdilər.

Axırıncı dəfə bu imarətdə - xan sarayında Bakı xanı Hüseynqulu xan

yaŞamıŞdı. Xan sarayının məhz burada tikilməsi təsadüfi deyildi. Vaxtı ilə Xəzər

dənizi Şəhərin Şərqində olan bu yerədək uzanırdı. İndiki Əziz Əliyev küçəsinin

böyük bir hissəsi hələ də suyun altında idi. Su qalanın divarını yuyurdu. Beləliklə,

xan sarayından birbaŞa dənizə yol açmaq mümkündü. Bərk ayaqda həm su yolu və

həm də quru ilə Şəhərdən geri çəkilmək mümkündü. O zaman xan sarayı kompleksi

yüzə yaxın otaqdan ibarət idi. Xana məxsus otaqlarla yanaŞı xanın yaxın

müqarribləri əmisi oğlu Əbdürrəhimbəy və qardaŞı Mehdiqulu bəyin də otaqları bu

kompleksə daxildi. İmarət iki mərtəbəli idi. Həyətin ortasında böyük bir bağ və

bağın ortasında isə iri su hovuzu vardı. Komendantlıq dövründə Şəhər komendantı

və Şəhərin baŞqa hakimləri bu binada yaŞayırdılar.

69

18-ci əsrin əvvəllərində Şəhərin maraqlı yerlərindən biri zorxana idi. 1796-cı



ildə rus qoŞunları ilə birlikdə Bakıda olmuŞ A. Araratski öz xatirələrində belə

yazırdı: "Şəhərin küçələri ilə gəziŞərkən birinci dəfə olaraq, Şəhərin ehtiyac və

yoxsulluğunu duydum. Sobaları qızdırmaq üçün odun və təzək çəki ilə satılırdı.

Sonra Şəhərin baŞqa bir binasından İran mahnısı eŞitdim. Adamlar bir-birinin

dalınca oraya girib-çıxırdılar. Maraqlanıb, soruŞdum ki, ora nədir? Dedilər ki,

zorxanadır. Oraya daxil olanda gördüm ki, hərə yaxınlaŞıb, müxtəlif çəkilərdə olan

daŞları qaldırıb, musiqi təranələri altında yorulunca onları oynadırlar. Məni baŞa

saldılar ki, bu əyləncə əzələlərin möhkəmlənməsinə, qanın təmizlənməsinə səbəb

olur. O biri tərəfdən də hərə öz güçünü baŞqalarının yanında nümayiŞ etdirirdi. Bir

saat burada qalıb küçəyə çıxanda soyuq küləkdən tüklərim ürpəŞdi".

İçəriŞəhərdə hamar yer çox az idi. Bir-birinin böyrünə sığınmıŞ evlərə,

ensiz, darısqal küçələrə bir qayda olaraq, yoxuŞla qalxmaq lazım gəlirdi. Torpağın

qiyməti baha olduğu üçün evlərin demək olar ki, həyətləri yoxdu. "Jivopisnaya

Rossiya" jurnalının "Xəzər gözəli" adlı məqaləsində yazılırdı: "Həyətlər və küçələr

o qədər dar idi ki, atlı araba burada dönə bilməzdi. Bəzi evlərdə həyət yerli-dibli

yoxdu. Yalnız zibil yeŞiyi üçün ayrılmıŞ kiçik bir yer vardı. Belə darısqallıq

torpağın bahalığı ilə izah olunur. Şəhər idarəsi torpağı xüsusi adamlara satır və

onlar da çalıŞırdılar ki, torpaqdan daha çox mənfəət götürsünlər. Buna görə də

həyətə kiçik bir sahə ayırırdılar".

Çoxu ev tikərkən çalıŞırdı ki, küçə üçün ayrılmıŞ sahədən də bir hissə

qopartsın. Bunun nəticəsində küçələr daha da daralırdı. 1840-cı ildə Bakıda olmuŞ

Berezin yazırdı: "Küçələr elə darısqal və dolaŞıqdır ki, bir ay Bakıda yaŞamağıma

baxmayaraq, hər hansı bir küçəyə girərkən ondan necə çıxacağımı bilmirdim".

Berezindən on altı il sonra Bakıda olmuŞ görkəmli rus yazıçısı A.F.

Pisemski də Bakı haqqında olan təəssürat dəftərində yazırdı: "Asiya Şəhərlərində

olmayan adam Bakı küçələrini təsəvvür edə bilməz... Bu pəncərəsiz divarların arası

ilə ikilikdə gedirdik. Üçüncü adam olsaydı, küçəyə sığmazdıq. BaŞımızın üstündə

ancaq bir parça səmanı, ayaqlarımızın altında isə peyin görürdük.

1887-ci ildə bir günlüyə Bakıya gəlmiŞ P.İ. Çaykovskiyə də Şəhər kədərli

bir təsir bağıŞlamıŞdı. Bakıya gəlmiŞ A.P. Çexov da Şəhəri tez tərk etməyə çalıŞırdı.

O Şəhərin neft qoxuyan havasından, əlli dərəcəyə çatan istisindən, suyun

Şorluğundan, yaŞıllığın olmamasından gileylənərək yazmıŞdı: "Mənə bir milyon da

versələr burada yaŞamağa razılaŞmaram".

Şəhər su sarıdan əvvəlki kimi yenə də əziyyət çəkirdi. Evlərdə və bazarlarda

natəmizlik artırdı. Əhalidən çoxu yağıŞ suyunu yığıb istifadə edirdi. YağıŞlar da az

yağırdı. O biri, tərəfdən tozlu-torpaqlı xəzri küləklərinin tez-tez əsməsi nəticəsində

əhali içərisində göz xəstəlikləri çoxalırdı.

70

İran hakimiyyəti altında qalmaq bakılılara az qala öz mənŞə_____lərini də



unutdurmuŞdu. XIX əsrin əvvəllərinədək çoxu bakılıları İranlılardan

fərqləndirmirdi. Hamıya İranlı deyilirdi. İran hakimləri onların dillərini əllərindən

almaq üçün ciddi tədbir görürdülər. Bütün fərmanlar və qanunlar ancaq fars dilində

verilir, inzibati idarələrdə yazıŞmalar ancaq fars dilində aparılır, əhalidən ərizələr

də fars dilində qəbul edilirdi. Yeri düŞəndə azərbaycanca danıŞmaq da qadağan

olunurdu. Xanlıq dövründə divanlarda iŞləmək üçün İranın baŞqa Şəhərlərindən

məmurlar dəvət olunurdu. MəiŞətdə iŞlənən adi əŞyaların adları belə farsca idi.

Məsələn: nəməkdan-duz qabı, xəkəndaz-torpaq götürən, dud-keŞ-tüstüçəkən və s.

Bu təsiri daha əyani görmək üçün Bakı kəndlərinin adlarını çəkmək kifayətdir. Bir

neçə kənddən baŞqa bütün kəndlərin adları fars dili tərkibi ilə düzəlmiŞdi.

Balaxana, Novxana, Zirə və s. Bunu ancaq onunla izah etmək olar ki, Bakı əsrlər

boyu öz daŞ çanağına sığınıb, Azərbaycanın baŞqa Şəhər və kəndlərindən ayrı

düŞmüŞdü.

"İrŞad" qəzetinin 1906-cı il 8 iyun tarixli nömrəsində Bakı müsəlmanları

barədə belə yazılırdı: "Bakı müsəlmanları İran nüfuzu altında o qədər olmuŞlar ki,

ləhcələri, paltarları da büsbütün İranlı kimi olmuŞ, mərasim və adətləri də baŞdanayağa

İranlı mərasim və adətidir. Toylarında, yaslarında, sair ümumi məclislərində,

ailələri içərisində İranlıca davranırlar".

Skalkovski 1885-ci ildə nəŞr edilmiŞ "Yol qeydləri" kitabında yazırdı: "Bakı

Zaqafqaziyanın baŞqa Şəhərlərindən tamamilə fərqlənir. Bakıda aŞağı təbəqədən

olan qadınlara rast gəlmək olar ki, onları bizim sözlərimizlə gözəl adlandırmaq

olar. Onların üz cizgiləri çox düzgündür. İri gözləri sürmədən daha da canlanır.

Ancaq onların gözəlliyi yalnız üzlərindən ibarətdir. Qızlar 13-14 yaŞlarında artıq

öz gözəlliklərini hifz edə bilmirlər. 20 yaŞlarında çox oturmaqdan və qapalı həyat

sürməkdən kökəlməyə baŞlayırlar. Bu qadınların çox orijinal geyimləri vardır və

bu geyimlər onların gözəl sifətlərinə çox yaraŞır. Hər Şeydən qabaq onların əsas

qüsurlarını - köklüklərini gizlədir. Geyimləri olduqca qısa tumandan və bellərindən

azca aŞağı salınmıŞ qara qoftadan ibarətdir. Bunu köynəyə oxŞatmaq olmaz.

Üstündən də muncuqla bəzədilmiŞ qoŞa kəmər bağlayırlar. Ayaqlarına qalın corab

və dabanlarının yarısını örtən qaba baŞmaq geyirlər ki, bu da onların geyiminə

uyğun gəlir. BaŞlarında isə çoxlu örtük olur. Qırmızı yelənli ipək örpəkləri qatran

kimi qara Şivə saçlarına çox yaraŞır. Örpəyin altından bez yaylıq bağlayırlar.

Nəhayət, bunların da üstündən dabanlarınadək uzanan yüngül örtük-çadra salırlar

ki, bununla da kiŞi görəndə üzlərini gizlədirlər. Onu da sezdik ki, üzünü qırıŞ

basmıŞ yaŞlı qadınlar sifətlərini cavan qızlara nisbətən daha çox gizlədirlər".

Bakıda ticarət Şəhəri kimi çoxlu peŞə sahibləri yaŞayırdı. Ən çox yayılmıŞ

peŞələr bunlardı: malakeŞ, rəngsaz, daŞyonan, daŞçıxaran, baqqal, bəzzaz, kababçı,

dəmirçi, qırçı, baŞmaqçı, dərzi, keçəçi, zərgər, dabbağ, nalbənd, xalçaçı, boyaqçı,

71

saatsaz, papaqçı, minasaz, kənkan, dəllək, dulusçu, cümədar, Şatır, çayçı, halvaçı,



suçu, sərraf.

Bakının yerli adətlərindən biri də adamlara təxəllüs verməkdi. Bunu da çox

zaman ona görə eləyirdilər ki, eyni adda olan adamları bir-birindən

fərqləndirsinlər. Məsələn, o illərdə dəbdə olan təxəllüslər bunlardı: İirdan

AğadadaŞ, İeytan Bağır, Axmaq nəvəsi İsrafil, Pota BəxŞəli, Xır-xır Əzim, HapıŞ

Məmmədəli, Palto Abasqulu, İt Abutalıb, Part-part nəvəsi Hüseynbala, İombulum

Ələkbər, Xingəl nəvəsi İsmayıl, İır-Şır DadaŞ, Mırığ Ağabala, Hoppataran nəvəsi

Məcid, Tazı Hənifə, Cühud Zeynəlabdin, Çəkçəki Süleyman, MalbaŞ Yusif,

Naqqal Seyfulla, Zıqqı Nəcəf, Gəvəzə Nuru və sairə.

Ruslar Bakıya gələndən sonra yerli Şəhər əhlinin dili ilə fars dili arasındakı

fərqi görür, onların fars olmadığını baŞa düŞür və Azərbaycan dilinin tatar dilinə

daha çox oxŞarlığına görə azərbaycanlıları tatar adlandırmağa baŞlayırlar. İstər I

Pyotr dövründə, istərsə də ondan sonra tatar və çuvaŞlar Bakıya göndərildikdə isə

onlara məlum olur ki, Azərbaycan dili tatar dili deyildir və onların arasında xeyli

fərq vardır. Buna görə yerli tatarları, yəni azərbaycanlıları əsl tatarlardan

fərqləndirmək məqsədilə onları Qafqaz tatarları və bir az sonra isə türk tatarları

çağırırlar. Bakılıların azərbaycanlı adlandırılması sonrakı illərə - XIX əsrin

ortalarına aiddir. Məsələ burasında idi ki, o zaman müxtəlif xanlıq və sultanlıqlara

bölünmüŞ Azərbaycan torpaqları da Azərbaycan adlandırılmırdı. Bütün rus tarixi

sənədlərində bu yerlər ancaq xanlıqların adları ilə tanınırdı. İirvan torpaqları,

Muğan düzü, Xəzər sahili torpaqları və s. bu kimi adlarla vahid bir ölkənin əsl adı

silinib aradan çıxmıŞdı. Xanlıqlar arasındakı daimi çarpıŞmalar da bunun üçün

Şərait yaradırdı. Xanlıqlar və ondan sonra ruslar tərəfindən vahid torpağın

quberniyalara bölünməsi indiyədək aramızda qalmıŞ yerliçilik kimi yoluxucu və

təhlükəli bir xəstəliyin də yaranmasına səbəb olmuŞdur.

İimali Azərbaycan torpaqları İran Şahları tərəfindən də Cənubi

Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edilmirdi. Ağa Məhəmməd Şah

Qacar Azərbaycan xanlıqlarına göndərdiyi bir fərmanında yazırdı: "İranın ali

hakiminin bu fərmanı ondan ibarətdir ki, mənim artıq İranda Şahlığa layiq

görüldüyümü və Azərbaycanın bütün xan və hakimlərinin mənə tabe olduğunu və

indi də düŞmənlərimə cəza vermək üçün qoŞunla bu tərəflərə gəldiyimi sizə

bildirim və nəzərinizə çatdırım". Ağa Məhəmməd Şah Qacar bu fərmanı İamaxını

tutduqdan sonra baŞqa xanlıqları qorxuya salmaq üçün göndərmiŞdi. Buradan

görünür ki, İimali Azərbaycan torpaqlarını "bu tərəflər" adlandırmaqla onu

Azərbaycanın bir hissəsi kimi qəbul etmirdi. İran hakim dairələri ta 1918-ci ilədək

belə təsəvvürdə idilər. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan

edildikdə İran hakim dairələri etiraz edərək bildirdilər ki, sizin özünüzü

Azərbaycan adlandırmağa ixtiyarınız yoxdur. Əsl Azərbaycan İran torpağıdır, siz

72

qafqazlısınız. Rus mənbələrində də Azərbaycan sözünə ilk dəfə BurnaŞovun 1786-



cı ildə yazdığı məktubunda rast gəlirik. Polkovnik S. D. BurnaŞov Gürcüstan Şahı

II İraklinin yanında rus dövlətinin səfiri olmuŞdu. O yazırdı: "Hazırki vəziyyətə

görə Azərbaycan adlanan torpaqlar Şimaldan Gürcüstandan, daha doğrusu,

Kaxetiya və Kartli Şahlığından, Şərqdən isə Xəzər dənizi və Gilan əyalətindən

baŞlayıb, qərbdən Türkiyəyə, cənubdan İraq vilayətinədək uzanır...".

Azərbaycan rus çarizmi tərəfindən istila ediləndən sonra Bakıda bütün

inzibati orqanlarda, kontorlarda və rəsmi yazıŞmalarda rus dili dövlət dili kimi

qəbul edildi. Ərizələr rus dilində yazılır, qanun və fərmanlar rus dilində verilirdi.

Beləliklə, Azərbaycan dili yenə də inkiŞaf edə bilmədi. Əksinə rus dilindən bəzi

sözlər jarqon Şəklində gündəlik danıŞığa daxil oldu. Məsələn, Becid-bejit

sözündən, birkes-bereqis sözündən, Atmaral-Admiral sözündən və sairə.

Beləliklə, Bakıda danıŞılan Azərbaycan dili xalq qaynaqlarından istifadə

edilmədiyindən leksikon cəhətdən inkiŞaf etməmiŞ, zəngin çalarlardan məhrum və

ifadəsiz bir dil olaraq qalmıŞdı. Yalnız 1905-ci il inqilabından sonra mətbuat və

mədəniyyətin inkiŞafı ilə əlaqədar olaraq, xalqın zəngin dili ilə qaynaqlaŞaraq,

inkiŞaf etməyə baŞlamıŞdı.

O vaxtlar Şəhər divarlarından xaricdə üç tikili vardı ki, bunları Bakı ilə

əlaqəsiz təsəvvür etmək çətindi. Bunlar Şəhərlə sanki bir kompleks təŞkil edirdi.

Hər üç tikili Şəhərin tarixi ilə sıx bağlı idi.

Bunlardan biri Bibiheybətdir. Bu tikili Bakının 5-6 kilometrliyində, dəniz

sahilindən təxminən yarım kilometr aralıdakı dağın döŞündə, İıx kəndində inŞa

edilmiŞdir. Rəvayətə görə, burada 800-ci ildə Bağdadda xəlifə Harun əl-RəŞid

tərəfindən öldürülmüŞ yeddinci imam Musayi Kazımın qızı Hökümənin qəbri

vardır. Guya Hökümə atasının ölümündən sonra təqib olunduğu üçün qaçıb, burada

məskən salmıŞdır. Burada ölmüŞ və burada da dəfn edilmiŞdir. Hökümənin Heybət

ədlı bir xidmətçisi varmıŞ. O, Höküməni bibi çağırdığı üçün bura o zamandan

Bibiheybət adını almıŞdır. Sonralar onun qəbri yanında məscid tikilmiŞ və bu yer

ŞŞələrin ibadət yerinə çevrilmiŞdir. Təkcə Bakıdan deyil, baŞqa yerlərdən də

adamlar axıŞıb, buraya səcdəyə gəlirlərmiŞ. Bu məqbərəni Şeyxlər idarə edirdilər.

İeyxlərin məqbərə ətrafında saldıqları məskən sonralar İıx kəndi adlanmağa

baŞlayır. İeyxlər əsasən məqbərənin gəliri hesabına yaŞayırdılar.

Burada bir-birinin böyründə tikilmiŞ iki məscid vardır. Birincisinin cənub

divarında olan yazısından məlum olurdu ki, o 1302-ci ildə ustad Mahmud İbn Saad

tərəfindən tikilmiŞdir. Məqbərənin sol tərəfindəki məscidi isə sonralar, XX əsrdə

Bakı varlılarından Ələkbər DadaŞov tikdirmiŞdir. Dəniz yolu ilə buraya ziyarətə

gələnlər qayıqları sahildəki körpünün yanında saxlayır və yoxuŞla salınmıŞ

pillələrlə yuxarı qalxırdılar. Bakılılar Bibiheybət burnunu Qırxqız da

adlandırırdılar. Qədim bir əfsanəyə görə vaxtı ilə burada qırx nəfər qız qeyb olub.

73

Guya o vaxtdan sakit havalarda onların ağlamasını eŞitmək olur. Qayaların arası ilə



süzülən su da deyilənə görə onların göz yaŞlarıdır.

Bibiheybət məqbərəsini adamlar, xüsusilə qadınlar ildə iki-üç dəfə cümə

axŞamı və cümə günləri ziyarətə gələrdilər. O zaman Çəmbərə kəndinin

yuxarısında Pirvönzəli deyilən iri bir daŞ parçası da varmıŞ. Yerlilər bu daŞı

müqəddəs hesab etdiklərindən dəstə-dəstə, xüsusilə qadınlar, buraya gəlib onu

ziyarət edir və sonra buradan təpənin yuxarısı ilə salınmıŞ cığırla Bibiheybətə

gedirdilər. Bibiheybətə nəzir aparan qadınların çoxu uŞağı olmayan qadınlardı.

Buraya gəlib gedəndən sonra doğurdularsa, ertəsi il məqbərəyə öz nəzirlərini

gətirərdilər.

1877-ci ildə "Bakinski izvestiya" qəzeti özünün 77-ci nömrəsində

Bibiheybəti ziyarətə gəlmiŞ bir nəfərin qeydlərini dərc etmiŞdir. Həmin qeydlərdə

deyilir: "Hələ uzaqdan ətrafa səpələnmiŞ iri qaya parçaları arxasında gizlənən uzun

minarə görünməyə baŞladı. Burada faytonumuz dayandı. İrəli getmək mümkün

deyildi. Faytondan düŞüb, daŞların arası ilə aŞağıya, dənizə tərəf enməyə baŞladıq.

Burada Bibiheybət kəndi yerləŞir. Cəmi 25 həyətdir. Kənddə 100 nəfərədək adam

yaŞayır. Kəndin qurtaracağında uçurum dəniz sahilində Bibiheybətin məscidi

ucalır. Kəndin içərisinə gedən yolun hər iki tərəfinda üstü yazılı baŞ daŞları ucalır.

Alaqapının yanındakı qəbrin böyründə bir dərviŞ yerə dəsmal sərib, durmuŞdu.

Onun əlində təbərzin vardı, belindən isə kəŞkül asılmıŞdı. Alaqapını bizə göstərib

dedi: "Buyurun içəri". DaŞdan səliqə ilə yonulmuŞ qapı tağ Şəklində idi. Ucları tağa

bağlanmıŞ iki yoğun zəncir yerdən azca hündürdə dururdu. Zəncirə çoxlu əski-üskü

bağlanmıŞdı. DərviŞ bizi baŞa saldı ki, bibiyə gətirilən nəziri içəri apararkən, bu

zəncirdən niŞan asırlar. Nəziri verəndən sonra niŞanı çıxarmalıdırlar. DərviŞin

müŞayŞəti ilə qapıdan içəri keçdik. İçəridə də zəncirli tağ vardı. QarŞıda hasarla

əhatə edilmiŞ meydançada kiçik bir məscid vardı. Məscidə qədər olan yol

qəbirlərlə dolu idi. Məscid dörd künclü bir bina idi. Sivri günbəzi vardı. CənubŞərq

tərəfində minarə ucalırdı. Məscidin pəncərələri daŞ Şəbəkələrdən

düzəldilmiŞdi. Nəhayət məscidin kiçik qapısından içəri girdik. Yarım dairəvi bir tar

məscidi iki yerə ayırırdı. Girən kimi sağ tərəfdə bibinin qəbri idi. Məscidin ikinci

böyük hissəsi isə dua və namaz üçün idi. QarŞıdakı divarda kiçik bir qapı

görünürdü. Bu qapıdan dövrə pillələrlə minarəyə qalxırdılar. Məscidin yerliyinə

qırmızı xalı döŞənmiŞdi. Məscidin tən ortasında daŞ bir sandıqça vardır. Deyilənə

görə, bir xanın qəbir daŞıdır. Meyidin sümükləri isə çoxdan Kərbəlaya aparılmıŞdı.

Tağın arxasındakı ikinci hissə daha qaranlıqdı. Ora zəif bir Şam iŞığı ilə iŞıqlanırdı.

Alaqaranlıqda dörd künclü hündür bir yer görünürdü ki, onun da üstü qara parça ilə

örtülü idi. Bu, bibinin qəbri idi.

74

Haqqında söhbət gedən daŞ sandıqca A. A. Bakıxanovun qardaŞı generalleytenant



Cəfərqulu ağanın qəbir sandıqçası imiŞ. Onun sümükləri Kərbəlada dəfn

edilmiŞdi. Fətəli xanın qəbri isə məscidin həyətində idi.

Bibiheybət yuxarıda deyildiyi kimi, bakılıların və uzaqdan ziyarətə gəlmiŞ

azərbaycanlıların ibadət yeri idi. Buranı ömürlük seçilmiŞ on Şeyx idarə edirdi.

Onların baŞçısı mütəvəlli adlanırdı. Tarixdən bizə məlum olan ilk mütəvəlli İeyx

Bünyad olmuŞdur. Ondan sonra isə bu vəzifəyə onun övladları və nəvələri

keçmiŞdir. KeçmiŞ əsrlərdən qalmıŞ sənəd və fərmanlardan görünür ki,

İirvanŞahlardan baŞlayaraq, (Səfəvilərədək bütün hakimlər Bibiheybət məqbərəsini

həmiŞə himayə altında saxlamıŞlar. Bu fərmanlardan biri I İah Təhmasib

tərəfindən 1547-ci ildə verilmiŞdir. Bu fərmanda AbŞeron yarımadasının cənubŞərqində,

Bakı Şəhəri yaxınlığında yerləŞən Zığ kəndinin əmlak və sərvətinin

keçmiŞ dövrlərdən etibarən Bibiheybət məqbərəsinə vəqf olunması təsdiq edilir və

həmin fərmanların hələ də öz güçünü itirmədiyi təsdiq olunur. I İah Abbasın 1607-

ci ildə verdiyi fərmanda isə deyilirdi: "Zığ kəndinin sərvət və əmlakını, asitanə

dərviŞlərinin 1000 baŞ və Zığ kəndi rəiyyətlərinin 500 baŞdan ibarət qoyunlarının

çobanbəyliyini, malibağ vergisini, pambıq əkininin, habelə asitanə dərviŞlərinin

Duldərədəki taxıl əkininin üŞürünü və üç neft quyusunun vergisini məbləğli və

məbləğsiz olaraq, keçmiŞ qayda üzrə adı çəkilən idarəyə bağıŞladıq, mərhəmət

buyurduq". BaŞqa bir sənəd 1667-ci ildə Şah Süleymanın verdiyi fərmandır. Bu

fərmanda Şah İirvan vilayətinin bəylərbəyisi və Bakı hakiminin nəzərinə çatdırır

ki, Bibiheybət məqbərəsinin mütəvəlli və dərviŞlərinin vəqf yerlərinə və

hüquqlarına təcavüz edilməsin".

Mərdəkan kəndində də Bibiheybət Şıxlarının vəqf yerləri vardı. Bu yerlər

Mərdəkandakı dairəvi qalanın ətrafındakı üzüm bağlarından ibarətdi. O vaxtdan

burdakı girdə qala mərdəkanlılar tərəfindən İıx qalası adlanır.

1845-ci ildə Bibiheybəti ziyarətə gələnlərdən biri də XurŞud Banu Natəvan

idi. O uŞağı olmadığı üçün əri Xasay bəy Usmiyevlə birlikdə buraya duaya

gəlmiŞdi. 1858-ci ildə Natəvan ikinci dəfə Bakıya gələndə artıq iki uŞağı vardı.

Həmin ildə onlar Bakıda olan Aleksandr Düma ilə də görüŞmüŞdülər. A. Düma bu

görüŞ səhnəsini çox geniŞ təsvir edir: "Səbirsizliklə gözlənildiyimiz, hörmətlə

qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və

onlardan birinin - gənc xanımın əri də iŞtirak edirdi. Çadra örtmüŞ bu xanımlardan

biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı idi. Anaya qırx,

qızına isə iyirmi yaŞ vermək olardı. Hər ikisi milli geyimdə idi. QəŞənglikdən daha

çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın

yanında iki uŞağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaŞlı qız uŞağı

maraq dolu böyük qara gözlərini bizdən çəkmirdi. BeŞ-altı yaŞlı oğlan uŞağı isə

75

nənəsinin dizlərinə sıxılmıŞ və sövq-təbii ilə əlini belindən asılan xəncərin üstünə



qoymuŞdu".

Natəvan bu görüŞdə, görünür ki, Şair olduğunu A. Dümadan gizlətmiŞdi.

Belə olmasaydı, Düma onun Şairliyi və Şerləri barədə də mütləq yazardı.

Natəvanın ikinci dəfə əri ilə Bakıya gəliŞindən məqsəd iki uŞaq anası

olduğu üçün Bibiheybət məscidinə öz borcunu vermək idi. Məscidi ziyarətdən

sonra iki övlad anası olması münasibətilə o məscidin narahat daŞlıq yolunun bir

hissəsini öz hesabına sahmana saldırmıŞdı.

Beləliklə, Bibiheybət dərviŞləri, İıx kəndi əhalisi əsrlər boyu onlara vəqf

edilmiŞ torpaqlardan istifadə etmiŞ və hər cür vergilərdən azad edilmiŞdilər. Bakı

xanları da Bibiheybətə köməklərini heç zaman əsirgəməmiŞdilər.

Şəhər divarları xaricində ikinci belə bir tikili Əbu Səid Əbülxeyir

məqbərəsidir. Bu məqbərə indi yoxdur, uçub-dağılmıŞ və yerlə yeksan edilmiŞdir.

Bu məqbərə təxminən indi Respublika Prokurorluğunun yerləŞdiyi binanın yerində

idi. O zamanlar bu yerdə bakılıların qəbiristanlığı idi. Bu məqbərə Şəhər əhalisi

içərisində o zamanlar Xəlifə dam və ya da Xəlifə damı adlanırdı. Əbu Səidin

Şəxsiyyəti barədə A. A. Bakıxanov yazırdı: "Əbu Səid Bakuvi yoxsul olmasına

baxmayaraq, kəramətlə tanınmıŞ və son dərəcə əliaçıq bir dərviŞ olmuŞdur. Bakı

Şəhərinin xaricində bir soməədə oturub, ibadətlə məŞğul idi. Azacıq olan mədaxili

ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanı əsasında İübani neft və əkin

yerləri onun türbəsinin məsarifinə məxsusdu. Axırda bu ölkənin vəziyyətində

əmələ gələn iğtiŞaŞ nəticəsində onun məscid və mehmanxanası xarab olub, qəbri və

itaət etdiyi yer torpaq altında qalmıŞdır. Bu yerdə olan bir neçə ev "Xəlifə damı"

adı ilə məŞhurdur".

Əbu Səid öləndən sonra onun yaŞadığı bu yer müqəddəs yer hesab

olunmuŞdur. İahlar tərəfindən buraya mütəvəllilər təyin edilmiŞ və məqbərə üçün

vəqf yerləri ayrılmıŞdır. Həmin məqbərə ilə əlaqədar fərmanları T. M. Musəvi

özünün "Bakı tarixinə dair orta əsr sənədləri" kitabında geniŞ izah edir. Hələ 1491-

ci ildə İirvanŞah Fərrux Yasar AbŞerondakı bir sıra mülklərini Əbu Səid

Əbülxeyrin məqbərəsinə vəqf etmiŞdir. Vəqfnamədə deyilirdi: "Bu xoŞ saatlı

vaxtlarda xeyir-dua etmək məqsədilə öz xalis malım hesabına İübani əkinəcəyini,

oradakı qatı neft quyusu ilə birlikdə İüvəlandakı beŞ üzüm bağı sahəsini və meŞə

yerini, habelə Bilgəhdəki üzüm bağı sahəsini satın alıb, abad edərək, Badkubə

yaxınlığında dəfn olunan seçilmiŞ pəhrizkar rəhmətlik İeyx Əbu Səidin müqəddəs

məzarına ŞərŞətə müvafiq qayda üzrə vəqf və açıqcasına dini mühafizəyə verdim".

Fərrux Yasardan sonra Bakıya gəlmiŞ baŞqa hakim və Şahlar da məqbərəyə

verilmiŞ həmin vəqf yerlərini təsdiq etmiŞlər. Məqbərənin mütəvəllisi İeyx Zahid

öldükdən sonra onun yerinə 1673-cü ildə Xəlifə İeyx Məhəmməd təyin edilir.

Buna əsasən də məqbərə ətrafındakı tikili "Xəlifə dam" adlandırılmıŞdır. Xəlifə

76

İeyx Məhəmməd də öləndən sonra məqbərəni onun övladları idarə edirdilər. XIX



əsrin əvvəllərinə doğru, Bakıxanovun yazdığına görə, bu tikili tamam uçub

dağılmıŞdır.

Bakı qala Şəhəri ilə əlaqədar üçüncü tikili Şəhərdən çox uzaqda olsa da,

Suraxana atəŞgahıdır. Bu atəŞgah, ya da atəŞgadə XVIII əsrdə Hindistanın Moltanı

vilayətindən olan tacirlər tərəfindən tikilmiŞdir. Yazılana görə, Suraxanada

özbaŞına yanan qazların olduğunu eŞidən hindlilər Qanqa və İnqa sahillərindən

axıŞıb buraya ibadətə gəlirdilər. Bakıya ticarətə gəlmiŞ hind tacirləri geri döndükdə

Suraxana atəŞgədələrinin tərifini yaydıqca buraya gələn zəvvarların sayı daha da

artırdı. Bu əsrdə hind tacirləri HəŞtərxan Şəhərində də özlərinin xüsusi ticarət

məhəllələrini yaratmıŞdılar. Hətta XVII əsrin əvvəllərində hind tacirləri

HəŞtərxanda daŞdan örtülü bazar da tikmiŞdilər. Tarixçi S. AŞurbəylinin fikrincə,

Suraxana atəŞgahı atəŞpərəstlərin qədim məbədi yerində salınmıŞdır. Guya

AbŞeron əhalisi İslam dinini qəbul etdikdən sonra bura hindlilərin müqəddəs yerinə

çevrilmiŞdir. Müəllif hətta Suraxana sözünün də qədim Hindistanın sanskrit dilində

təbərrük mənasında iŞlədilən "surakŞam" sözündən alındığını qeyd edir. Əlbəttə,

bu, ehtimaldır. Çünki Balaxana, Kürdəxana, Novxana kəndlərinin adlarından,

göründüyü kimi, Suraxana adının da fars sözlərindən yarandığına Şübhə ola bilməz.

AtəŞgah beŞ künclü hasarla əhatə edilmiŞdi. GiriŞ qapısının üstündə ikinci

mərtəbədə bir otaq vardı. Bu, balaxana adlanırdı. Bu otaqda qonaqlar qəbul

edilirdi. Bu otaqdan içəri tərəfə, yəni həyətə 14 pilləli daŞ pilləkənlə enirdilər.

Balaxanın dörd tərəfində daŞ borular vardı ki, bunlardan alov çıxırdı.

Həyətin tən ortasında məbəd yerləŞirdi. Bu da dörd künclü günbəzli

bir tikili idi. Məbəd həyətin səthindən azca hündur olduğu üçün oraya üç-dörd daŞ

pillə ilə qalxırdılar. Məbədin dörd küncündə kvadrat Şəklində borular vardı.

Bunlardan alov çıxırdı. Həyətdə divar boyu 22 hücrə vardır ki, hamısının qapısı

içəri açılırdı. Deyilənə görə bu hücrələr əvvəllər bir-birindən ayrı-ayrılıqda olan

otaqlardı. Ancaq sonralar vahid bir hasarla birləŞdirilmiŞdir. Hücrələr adama köhnə

bir karvansaranı xatırladır. Həyətdə baŞ məbəddən baŞqa bir çox kiçik atəŞgahlar

da vardı. 1754-cü ildə Bakıda olmuŞ ingilis səyyahı Qonvey yazırdı ki, bu

məbədlərdən ən böyüyündə hindlilər ibadətlə məŞğuldular. Burada 40-50

nəfərədək yoxsul hindli vardı. 1780-ci ildə Reyneqqs Bakıda səfərdə olarkən

Suraxana atəŞgahını gəzmiŞdir. Onun yazdığına görə torpaqdan alov çıxan bu

yerdə hindlilər - gebrlər və baŞqa yoxsul adamlar özlərinə kiçik daŞ evlər

tikmiŞdilər. Bu mənzillərdə torpaq döŞəmə qalın gillə ŞirələnmiŞdir ki, qaz bayıra

çıxmasın. Od yandırmaq lazım gəldikdə mənzil sahibi gildə deŞik açır və qazı

yandıraraq, qazanı həmin deŞiyin üstünə qoyur. O zaman qazdan həm də mənzili

iŞıqlandırmaq üçün istifadə edirdilər. Bunun üçün deŞiyə içərisi gillə ŞirələnmiŞ

qamıŞ trubalar qoyur və oradan çıxan qaz Şam kimi yanırdı. Reyneqqsin yazdığına

77

görə o zamanlar burada Hindistandakı öz əyalətlərinin adı ilə adlandırılan



moltanılar yaŞayırdılar. Onlar bu mənzillərindən ötrü Bakı xanına hər il 50 tümən

pul verirdilər. Hindlilər əsas etibarilə öz ölümlərinin yaxınlaŞmasını gözləyən

qocalar və özlərini dinə həsr etmiŞ gənclər idi. Burada onlar özlərini sınaqdan

çıxarırdılar. Onlardan bəziləri on illər müddətində bir və yaxud hər iki qolunu

qabağa uzatmıŞ halda hərəkətsiz vəziyyətdə dururdular.

Suraxana atəŞgahı Bakıda olmuŞ bütün səyyah və yazıçıların diqqətini

həmiŞə cəlb etmiŞdir. _____Hətta ən qısa müddətə gəlmiŞ adamlar belə bu atəŞgahı

görməmiŞ Bakıdan getməzdilər.

1796-cı ildə Bakıda olmuŞ A. B. Araratski atəŞgahı seyr edərkən hindlilərin

sayı xeyli azalmıŞdı. Bununla belə, o, atəŞgahın geniŞ təsvirini verə bilmiŞdir.

"Artemi Araratskinin həyatı" kitabında oxuyuruq: "Bu yer Şəhərdən azı 20 verst

aralı olsa da, gecələr onun alovu həmiŞə görünur. Yanar torpaq AvŞaran adlanan

ada ilə üzbəüz olan bir kəndin yaxınlığındakı təpələrdən birinin üstündədir.

AvŞaranın qayalıq və dayaz yeri dənizçilər üçün tez-tez fəlakət yerinə çevrilirdi.

Çünki onlar gecə vaxtı torpaqdan qalxan bu alova aldanaraq ona yaxınlaŞır və

fəlakətə uğrayırdılar. Yolboyu rast gəldiyimiz gölməçələrdə suyun üstündə neft

görünürdü. Neft Bakının bütün ətrafında çıxarılır və Şəhərin baŞlıca sənayesidir.

Odlu yer, yaxud yanan torpaq uzunluğu azı yüz sajenə çatan divarla hörülmüŞdür...

Hasarın içərisində qədim zamanlarda atəŞpərəstlər tərəfindən düzəldilmiŞ hücrəyə

oxŞar otaqlar vardır ki, kəndin adamları qıŞ vaxtı bu otaqlara köçüb, baharadək

burada qalırlar. Hər hücrənin ortasında çuxur qazılıb. Çörək və xörək biŞirmək

üçün içinə gildən qayrılmıŞ təndir qoyurlar. Çörək və ya xörək biŞirmək lazım

gəldikdə təndirin dibindəki torpağı azca eŞələyib, yandırırlar. Böyük alov əmələ

gəlir. Təndir qızandan sonra xəmiri kiçik kömbə Şəklində onun divarlarına

yapıŞdırırlar. Və beləliklə çörək tez bir zamanda biŞir. Xörək biŞirəndə isə təndiri

yandırıb, torpağın üstünə qazan qoyurlar. Alov lazım olmayanda onun üstünə bir

az torpaq töküb söndürürlər. Hücrənin tavanında nəfəslik - deŞik açılmıŞdır ki,

buradan içəri həm iŞıq düŞür, həm də ocağı yandıranda bacanı əvəz edir. HəmiŞə

yanan yerin dövrəsi dörd sajen olar. Burada torpaq ağ gildən ibarətdir. Alov ondan

sanki küləklə üfürülub çıxır. Alovun yalnız yuxarı hissəsi görünür, o torpağın

rəngini qətiyyən dəyiŞmir. Bir sözlə, divar arasına alınmıŞ yerin yanma təbŞəti var.

Burada da alov yuxarıda deyildiyi kimi yandırılıb söndürülür. Bundan əlavə, gilli

yer kimi onda da çat və yarıqlar əmələ gəlir. Bu nazik yarıqlardan həmiŞə odlu

hava çıxır. Yerlilər bizə danıŞdılar ki, əgər otaqda nəfəsliyi və qapını bağlayıb od

yandırsan, otaq o dəqiqə partlaya bilər. Bunu əyani olaraq, bizə göstərdilər: hasarın

içərisində dərinliyi 7 sajın olan bir quyu qazılmıŞd, içərisində azca suyu vardı.

Quyunun ağzı lay daŞla örtülmüŞdü. DaŞın ortasında bir arŞın uzunluğunda deŞik

vardı. DeŞiyi keçə ilə tutdular və uclarını daŞa mıxladılar. Sonra azı bir pud

78

ağırlığında olan bir daŞı onun üzərinə qoyub, yanan bir talaŞanı keçənin altından



quyuya tulladılar. Bərk gurultu eŞidildi. Gurultu getdikcə Şiddətləndi və bir-iki

dəqiqə davam etdi. Sonra keçə parçalanıb, üstündəki daŞ hasarın o tərəfinə atıldı.

Onların göstəriŞi ilə biz quyudan uzaqda təhlükəsiz bir yerdə durmuŞduq. Bundan

sonra orada oda sitayiŞ edən hindliləri bizə göstərərək, dedilər ki, onlar buraya

gələrək, müqəddəs saydıqları bu oddan, yəni yuxarıda dediyimiz çatlaqlardan

qalxan od nəfəsli havanı dərilərə doldurub, öz yerlərinə aparırlar. Orada dərini

nazik bir Şeylə deŞir və deŞiyə od yaxınlaŞdırdıqda deŞikdən nazik alov dili

qalxmağa baŞlayır. Bununla da öz dini ayinlərini yerinə yetirirlər. Bunu isbat

etmək üçün onlar bir dəriyə od nəfəsli havanı doldurub, iynə ilə deŞdilər və

yandırdılar. Dərinin gözlə sezilməyən deŞiyindən nazik bir alov qalxmağa baŞladı.

Və dəri boŞalanadək yandı.

1770-ci ildə akademik Qmelin də atəŞgahda olmuŞdur. O yanar odlardan

bəhs edərkən yazırdı ki, suraxanalılar burada odun üstündə xörək hazırlayırlar.

Bundan baŞqa, əhəng yandırılmasında da oddan istifadə edirlər. Qədim gebrlərin

nəslindən olan bəzi hindlilər burada özlərinə məskən salmıŞlar. Onlar burada daim

yanan odların ətrafında daŞ ibadətgahlar tikiblər... İbadətgahlarda mehrablar vardır.

Hazırkı zamanda ancaq bir ibadətgahdan istifadə edirlər. Mehrabın yanında iki fut

hündürlüyündə boru vardır ki, onunla göy-qırmızı alov qalxır. İbadətgahın yanında

yaŞayıŞ mənzilləri tikilmiŞdir.

Qmelinin orada olduğu vaxtlarda bu mənzillərdə skeletə oxŞayan üç hindli

yaŞayırmıŞ. Qmelinin çəkdiyi Şəkildən görünürdü ki, bu tikililər hələ ümumi bir

hasarla birləŞməmiŞdi.

1803-cü ildə Suraxanada olmuŞ S. Bronevski daha maraqlı məlumatlar

vermiŞdir. O yazırdı ki, o vaxtfar burada 63 nəfərədək adam toplaŞmıŞdı. Bunlar 25

yaŞından tutmuŞ 70 yaŞınadək olan hindlilər idi. Onların hamısı baŞdan-ayağa

çılpaq idilər. Ancaq qabaq hissələrini əski parçası ilə örtmüŞdülər. Onların dediyinə

görə 70 yaŞlı qoca bir hindli 30 il imiŞ ki, əllərini qabağa uzadaraq, hərəkətsiz

vəziyyətdə durub. Bir dəfə də olsun qollarını yanına salmayıb. Bunun nəticəsində

qolları elə qurumuŞdu ki, özü istəsəydi də onları yanına sala bilməzdi.

BaŞqa birisi sinəsinin dərisini kəsib, oraya qıfıl keçirmiŞdi. Qıfıl oradan

asıla-asıla yarası qurumuŞdu, Üçüncüsu isə boynunun hər iki tərəfindən dərisini

sinəsinədək kəsərək, oraya məftil keçirmiŞdi. Məftil bəzi yerlərdə dərinin altında

qalıb, örtülmüŞ, bəzi yerlərdə isə üzə çıxmıŞdı. Onlardan hər biri nəinki öz Şəxsi

günahlarından ötrü, hətta baŞqalarının da yerinə əzaba qatlaŞırdılar.

1820-ci ildə fransız səfiri atəŞgahda olmuŞ və sonralar Parisdə 1826-cı ildə

çap etdirmiŞ kitabında öz xatirələrini yazmıŞdı. Kitabın bir yerində belə qeydə rast

gəlirik. Bina (atəŞgah - Q. İ.) diŞli hasarla dövrəyə alınmıŞdı. İçəri atəŞə sitayiŞ

79

edənlərin monastırı idi. Həyətin ortasında məbəd ucalır. Oraya üç-dörd pillə ilə



qalxmaq lazımdır. Monastırın divarlarında iyirmiyədək hücrə vardır".

Onun yazdığına görə o zamanlar burada bir hissə hindli və bir hissə İran

geberləri yaŞayırdı".

Fransız səfirindən beŞ il sonra Suraxanada olmuŞ alman Eyxvald burada

cəmi on iki nəfər hindli görmüŞdü. Onun yazdığına görə elə bu qədər hindli də

Bakıda yaŞayırmıŞ. Səyyah burada atəŞə ibadət edənlərin gebr, ya da əsl hindli

olmaları ilə maraqlanmıŞ və belə nəticəyə gəlmiŞdi ki, sitayiŞ edənlər istər öz

milliyyətləri və istərsə də dilləri etibarilə əsl hindlidirlər. Hətta məbədin Şimal

qapısı üstündə 1810-cu ildən bəri hind dilində yazının da olduğunu qeyd edirdi.

BaŞqa səyyah və tarixçilərin xatirələrində Suraxana atəŞgahında parsların da

yaŞadığı göstərilir. 1842-ci ildə atəŞgahda Kazan darülfünunun professoru Berezin

də olmuŞdur. O öz qeydlərində atəŞgahın təsvirinə daha geniŞ yer vermiŞdir. O

yazırdı; "Həyətin Şimal-qərb tərəfində dərin, susuz bir quyu vardır. Onun dövrəsinə

ehtiyat üçün daŞdan çəpər çəkilmiŞdir. Deyildiyinə görə çəpər çəkilməmiŞdən ev

heyvanları buraya düŞüb tələf olurmuŞlar. Quyunun dibində cürbəcür rəngli alovlar

oynaŞır, kahada isə qaz görünür ki, daha güclüdür və bu qaz qırmızı rəngdə olur.

Gecələr bu alov quyunun ağzından bayıra çıxır. Bu zaman daŞ çəpərin yanında

durmaq qorxulu olur... Yanar odların yanından keçib, hindlilərin mənzilinə keçdim.

Bu mənzilləri öyrənmək mənim buraya səfərimin əsas məqsədini təŞkil edirdi. Mən

burada bu abidlərin bizə məlum olmayan cəhətlərini öyrənməli idim ki, onlar İran

atəŞpərəstlərinin - gebrlərin nəslidir, ya da Qanqa sahilindən gəlmiŞ hindlilərdir?

Artıq gec idi. Gecə yarı olardı. Buna görə elmi tədqiqatlarımı sabahadək təxirə

salmalı oldum... Bir baŞqa giriŞ qapısının üstündə olan Balaxanaya yollandım...

Bura olduqca rahat yer idi. Bütün həyət özünün sönməz alovları ilə, hücrələr

buradan apaŞkar görünürdü... Mürgü vururdum. Birdən həyətdə gördüyüm iyrənc

bir kabus gözlərimdən yuxunu vurub çıxardı. Hücrələrdən birinin qapısı açıldı,

ölüyə oxŞar uca, arıq, iyrənc bir kabus ağır addımlarla müqəddəs oda yaxınlaŞdı və

çömbəlib oturaraq, qızınmağa baŞladı. Ən iyrənc cəhət orası idi ki, bu canlı məxluq

həyətdə anadangəlmə lüt gəzirdi. Xeyli müddət ona baxdım... Ertəsi gün yuxudan

oyandıqda hər Şeydən qabaq həyətə baxdım. Kabus çəkilib getmiŞdi. Ətraf

sakitlikdi. Hücrələrin qapıları örtülü idi.

Hücrələrin çoxunda adam yaŞamırdı. BaŞqa hücrələrin isə qapıları açılmıŞdı.

Hücrələrin hamısı içəri tərəfdən ağardılmıŞdı. Bayır tərəfdən də təmiz və səliqəli

idilər... QonŞu otaqlardan birinə baxarkən, gecəki kabusu eyni lüt vəziyyətdə orada

gördüm... Bu qoca çoxdan könüllü olaraq özünü axtalatdırmıŞdı".

Berezin dərin tədqiqatdan sonra belə nəticəyə gəlmiŞdi ki, AbŞeron

yarımadasında heç zaman gebr olmamıŞdır. AtəŞgahdakıların hamısı hindlilərdir.

Onların təlim etdikləri adət-ənənələr, bütə sitayiŞ etmələri, dilləri, nəhayət,

80

görkəmləri də bunu təsdiq edirdi. AtəŞgahda yaŞayan hindlilər gebrlərdən fərqli



olaraq öz ölülərini yandırırdılar ki, bu da onların hindli olmalarını bir daha sübut

edirdi. 1671-ci ildə İamaxıda olmuŞ səyyah Krüys belə bir əhvalatı təsvir edirdi:

"Varlı hindlilərdən biri İamaxıda ölür. QardaŞı pul verib, xandan icazə alır ki,

meyiti yandırsın. Bundan baŞqa o qul olan yaŞlı xristian bir qadını pulla alır ki,

qardaŞının meyiti ilə birlikdə yandırsın. Zavallı qadın bundan xəbər tutan kimi

çığırmağa baŞlayır. Lakin buna əhəmiyyət verməyərək, onu Şəhərdən kənarda

yandırılmıŞ tonqala qoyub, meyitlə birlikdə yandırırlar. Meyitlər tamam yanıb,

qurtarandan sonra brahmanlar külü yığıb, çaya səpələyirlər. Bu hadisə 1671-ci ilin

16 yanvarında baŞ vermiŞdi. Həmin ilin 1 martında isə baŞqa bir hindlinin cəsədini

yandırmaq lazım gəlir. Bu zaman gənc bir qız könüllü olaraq, özünün meyitlə

birlikdə yandırılmasına icazə verir.

Gebrlər isə ta qədim zamanlardan öz ölülərini yandırmazdılar. Onların

fikrincə, ölü murdar olduğu üçün onu yandırmaq olmaz.

Tarixdə çox zaman gebrləri hindlilərlə ona görə dolaŞıq salıblar ki, onların

hər ikisi odu müqəddəs sanıb, ona səcdə ediblər. Gebrlər əslən İranlılardır. İslam

dinini qəbul etməzdən qabaq hamı atəŞpərəst olublar. Lakin sonralar ərəb

hakimiyyətinin təzyiqi altında atəŞpərəstlik - ZərdüŞt dini aradan qalxır.

AtəŞpərəstlikdən əl çəkmək istəməyənlər isə təqib olunurlar. Onlardan bir hissəsi,

yəni parslar gebr adı altında 15-ci əsrdə Hindistana köçürlər. Gebr - kafir deməkdi.

Bombey Şəhəri yaxınlığında indiyədək yüz minədək gebr-pars yaŞayır. Belə bir

ehtimal da vardır ki, Hindistandan Suraxanaya odlara səcdə etməyə gələnlərin

əksəriyyəti keçmiŞ pars atəŞpərəstlərinin nəslidir. Lakin səyyahların qeydlərindən

görünür ki, onların içərisində elələri varmıŞ ki, hind dilindən baŞqa heç bir dildə

danıŞa bilmirlərmiŞ. Hər halda bu bir həqiqətdir ki, burada hindlilərlə yanaŞı

gebrlər də yanar odlara səcdə edirlərmiŞ.

Qmelinin yazdığından görünür ki, Suraxanada hindlilərin sayı getdikcə

azalırmıŞ. O yazırdı ki, burada hindlilərdən cəmi üç nəfər qalmıŞdır. 1856-cı ildə

rus yazıçısı A. F. Pisemski də Suraxana atəŞgahında olmuŞdur. Bu zaman hindlilər

ona öz rəqslərini nümayiŞ etdirmiŞlər. Pisemski yazırdı ki, hindli zahidlərin

rəngləri sapsarı, arıq və ayaqyalın idilər. Onlardan biri artıq bir neçə il idi ki,

saçlarını daramamağı əhd etmiŞdi. Belə halda onun baŞının nə olduğunu təsəvvür

etmək çətin deyildi.

Suraxana atəŞgahının ən geniŞ təsvirini 1858-ci ildə Bakıda olmuŞ

Aleksandr Düma vermiŞdir. O bir yazıçı kimi burada gördüklərinin hamısını

təfərrüatı ilə verməyə çalıŞmıŞdı. Yazıçının "Qafqaz səfəri" kitabında oxuyuruq:

"Biz indi atəŞpərəstlərin müqəddəs məbədinə-atəŞgaha gedirik. İki saat yol

gedəndən sonra (yolun birinci hissəsi dəniz sahilindən keçirdi) bir təpənin baŞına

çatdıq. Oradan bütün atəŞgah, onun odu-alovu ovuc içi kimi aydın görünürdü.

81

Yüzlərcə əyri-üyrü deŞikdən alov qucaq-qucaq havaya püskürür, külək onu



parçalayır, o yan-bu yana səpələyir, yerə sərir, göyə qaldırırdı. Ancaq bununla belə

onu söndürə bilmirdi. Orada böyük dördkünc bir bina görünürdü. Bina da alovla

iŞıqlandırılmıŞdı. İŞıq divarlara düŞdükcə titrəyir və adama elə gəlirdi ki, bina özü

də hərəkət edir. Əhənglə ağardılmıŞ bina içərisində qaz alovlanan buxarılarla əhatə

olunmuŞdur. Qaz elə gur yanırdı ki, buxarıların hər biri adama nəhəng qaz

borularını xatırladırdı. Buxarıların arxasında isə günbəz ucalırdı. Günbəzin hər

dörd küncündə gur alov Şölə saçırdı. Lakin bu alov Şərqə tərəf baxan qapının

yanındakı alovdan zəif idi.

Qərb tərəfdən gəldiyimizə görə Şərq tərəfdəki yeganə qapıdan içəri girmək

üçün ibadətgahın baŞına fırlanmalı olduq. QarŞımızda qeyri-adi və çox gözəl bir

mənzərə açıldı. Deyirdilər ki, buralar yalnız bayram vaxtı belə çıraqban olur. Sən

demə bizim gəliŞimiz barədə onlara xəbər verilmiŞ, iki min ildən artıq təqiblərə

məruz qalmıŞ atəŞpərəstlərin bu yazıq nümayəndələri də əmrə müntəzir duraraq,

əllərindən gələni etmiŞdilər.

Məndən sonra atəŞpərəstləri görmək istəyən həmvətənlərim tələsməlidirlər.

Çünki ibadətgahda yalnız bir qoca və otuz-otuz beŞ yaŞlı iki cavan adamdan baŞqa

atəŞpərəst qalmayıb. Cavanlardan biri Hindistandan altı ay əvvəl gəlmiŞdi. Deməli

ona qədər atəŞgahda ibadət edən ikicə nəfərmiŞ. Biz tamamilə alova bürünmüŞ

qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır,

səcdəgahın tən ortasında əbədi alov Şölələnir. Günbəzin hər dörd küncündə yerin

altından qaz alovu püskürür. Səcdəgaha çatmaq üçün beŞ-altı pillə qalxmaq lazım

gəlir. Çöl divarı boyu tikilmiŞ iyirmiyə qədər hücrənin hamısı içəri açılırdı. Onlar

zərdüŞtlüyə hazırlaŞan tələ_____bələr üçün inŞa edilmiŞdir. Hücrələrdən birinin divarında

taxça düzəldilib və ona iki büt qoyulub.

AtəŞpərəstlərdən biri kahin paltarını geyindi. BaŞqa birisi demək olar ki,

tamamilə çılpaq əyninə köynək kimi bir Şey keçirdi. Və ibadət baŞlandı. İbadət

səslərin qeyri-adi Şəkildə dəyiŞməsindən, dörd-beŞ xromatik qamma notundan artıq

olmayan so və mi arasında təkrarlanan və tez-tez Brahmanın adı çəkilən nəğmədən

ibarət idi. Hərdən kahin üzüstə yerə yıxılanda, digər atəŞpərəst əlində tutduğu

sincləri bir-birinə vururdu. Hündürdən cingiltili bir səs çıxırdı.

Mərasim qurtaranda kahin hərəmizə bir parça nabat uzatdı, biz də əvəzində

hərəmiz ona bir manat verdik".

III Aleksandrın arvadı Mariya Fyodorovna öz uŞaqları ilə birlikdə 1888-ci

ildə burada tamaŞaya gələrkən atəŞgahda cəmi üç nəfər hindli varmıŞ.

XIX əsrin hələ qırxıncı illərində burada olmuŞ Koxun yazdığına görə

atəŞgahın hücrələrində 14 nəfərədək hindli yaŞayıb. "İndi isə, - deyə yazırdı, -

onlardan ancaq üç nəfər qalıb. Biri öz qarŞısına məqsəd qoyub ki, ömrünün

axırınadək qıc vəziyyətdə yaŞasın".

82

Kox orada olarkən, həmin hindli artıq on altı ilmiŞ ki, belə yaŞayırmıŞ.



1888-ci ilin axırlarına doğru Suraxana atəŞgahında artıq bir nəfər də hindli

qalmamıŞdı. Onların axırıncı nümayəndələri knyaz Baratinskinin Qafqazda caniŞin

olduğu vaxt qırılmıŞdı. Əhvalat belə olmuŞdu. Bir gün dağlardan hücum çəkib

gələn qaçaq dəstəsi hindlilərdə qızıl axtarmaq məqsədilə onların hamısını qırırlar.

Ondan sonra atəŞgah səcdəgah kimi öz əhəmiyyətini itirir. 1898-ci ildə B. Brandt

da bunu təsdiq edir. O yazırdı: "Suraxanada olan atəŞgah indi bomboŞdur. Çünki

rus höküməti burada ibadət etməyi qadağan etmiŞdir".

AtəŞgahda axırıncı alovlar 1902-ci ilin 6 yanvarında söndürulür. Bundan bir

az sonra atəŞgah yaxınlığında Mirzəyev - Benkendorfun Bakı Neft İirkəti

mədənində ilk qaz fantanı vurur. 1903-1904-cü illər-də daha 15 quyu qazılır və

Suraxanadan Balaxanaya, daha sonra Ramana və Qara Şəhərə qaz kəmərləri çəkilir.

Burada sutkada 500 min kubmetr qaz çıxarılırdı. Getdikcə qaz çıxarılması daha da

artırdı.

Suraxana kəndinin Şimal-Şərqində qayalıqlar vardır. O zamanlar

qayalıqların arasından da qaz çıxırdı. Suraxanalılar burada əhəng yandırardılar.

Bakıda olmuŞ Kempfer əhəngin yandırılmasını təsvir etmiŞdir. Onun yazdığına

görə, yerli əhali ətrafdan əhəng daŞını toplayaraq, qayalıqların yarğanı üstündə birbirinin

üstünə düzür və onları əhəng olanadək üç gün yandırırdılar. O zaman

Suraxana Bakıda əhəng yandırılan yeganə yer idi. Sonra hazır əhəng Bakıya,

buradan da gəmilərlə baŞqa yerlərə göndərilirdi. Əhəng inŞaat materialı kimi çox

əhəmiyyətli idi. Komendantlıq dövründə əhəngdən gələn gəliri nəzərə alaraq, Şəhər

komendantı burada əhəng biŞirmək üçün xüsusi saldatlar ayırmıŞdı. Onlar ancaq bu

iŞlə məŞğul olurdular.

Bakıya səyahətə gəlmiŞ adamlar üçün Şəhərin daha iki görməli yeri vardı.

Bunlardan biri Bayıl yaxınlığında suyun altından çıxan qaz sahəsi, o biri isə "Qurd

darvazası" ("Volçi vorot") idi. Hər iki yer həmiŞə Şəhərin qonaqlarına göstərilirdi.

Bayıl burnu yaxınlığında dəniz səthinin kiçik bir kibrit odu ilə alovlanıb yanması,

gözəl bir mənzərə təŞkil edirdi. Bakıda olmuŞ hər bir adam bu səhnədən böyük

təəssüratla ayrılırdı. Təkcə Aleksandr Dümanın qeydləri buna gözəl sübutdur.

Bakıda olarkən onu hörmət əlaməti olaraq, qayıqda Bayıl burnuna aparmıŞ və

dənizin yanan səthini ona göstərmiŞdilər. Bu barədə yazıçı özü belə yazırdı: "...Bizi

gözləyən qayıqlara minib Bayıl burnuna yollandıq. Sakit və zil qaranlıq bir gecə

idi. Dəniz astaca ləpələnirdi. Bu, küləyin yenidən baŞlayacağından və görəcəyimiz

mənzərənin daha təsirli olacağından xəbər verirdi. Lakin biz tələsməli idik. Külək

güclənsə, möcüzəni görmək imkanını əldən verərdik. Su qaynayan yeri axtarmağa

baŞladılar və oranı tapmaq çox da çətin olmadı. Neft və mazutun iyi elə bil bizə yol

göstərirdi. Tezliklə dənizçilərdən biri dedi:

Kapitan, elə buradır. ÇatmıŞıq.

83

Lap yaxŞı. Məharətini göstər. Dənizçi hər əlinə bir ovuc lif alıb,



yoldaŞlarından birinin hazır tutduğu fanarla yandırdı və gəminin hər iki tərəfinə

atdı. O saat ətrafımızda 250 metrə qədər məsafəni alov bürüdü. Buradan keçən

nabələd bir adam kağızla papiros yandırsa, yanan kağızı dənizə atması ilə dəniz

dərhal alovlanar. Onun qorxudan düŞdüyü halı gözlərimin önünə gətirirəm. Biz

alovun içərisi ilə irəliləyirdik. XoŞbəxtlikdən alov zəif idi. Onun istiliyini zorla hiss

edirdik. Bizi çulğalayan həyəcan azaldıqdan sonra bu qəribə mənzərəni daha

diqqətlə müŞahidə edə bildik. Dəniz talacıqlar Şəklində yanırdı. Bu talacıqların

bəzisi ətrafında on iki nəfər otura biləcək dəyirmi stol boyda, o birilər isə nohur

boyda idi. Biz talacıqların yanından ötüb keçirdik. Lakin avarçəkənlər kapitanın

əmri ilə hərdən bizi bu alov nohurunun içərisi ilə aparırdılar. Məncə, bu maraqlı və

sehrli mənzərəyə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Küləyin və

ləpələrin get-gedə gücləndiyini duymasaydıq, bəlkə də bütün gecəni burada keçirə

bilərdik. Külək gücləndikcə əvvəlcə xırda alov talacıqları, sonra isə böyüklər

sönməyə baŞladı...".

Aleksandr Dümadan baŞqa bir çox səyyahlar da Bakıda olarkən bu

mənzərənin füsunkarlığından dönə-dönə danıŞmıŞlar.

Səyyahlar üçün Bakının ikinci maraqlı bir yeri "Qurd darvazası" ("Volçi

vorot") adlandırılan yerdir. "Qurd darvazası" o zamankı Bakının 5 kilometrliyində

yerləŞirdi. Buranın "Qurd darvazası" adlandırılması təsadüfi deyildi. İndiki

Alatavanın üstündə dərəyə gedən sıldırım yoxuŞun baŞlanğıcında o zaman iri bir

qaya varmıŞ. Müttəsil əsən xəzri küləkləri bu qayanın içərisini sovurub, kiçik bir

ovuq açmıŞdı. Bu ovuq aŞağıda uzanan vadiliyə baxırdı. Ovuq o qədər kiçikmiŞ ki,

oradan ancaq canavar keçə bilərmiŞ. Buna görə də xalq içərisində onun adı "Qurd

darvazası" qalır. İndi bu qaya yoxdur. Onu uçurub, sıldırım eniŞin sinəsindən üzü

aŞağı yol salmıŞlar. "Qurd darvazası" indi Qaradağ rayonun baŞlandığını göstərən

lövhənin vurulduğu yerdə imiŞ. Aleksandr Düma 1858-ci ildə bu yeri belə təsvir

edirdi: "Qurd darvazası"na gəldikdə isə deməliyəm ki, bu baŞqa aləmdir. Bu qəribə

kaha Bakıdan 5 kilometr aralıda bir qayanın döŞündə yerləŞir. Etna vulkanının

xarabazara çevirdiyi Siciliya çökəkliyinə çox oxŞayan bir dərəyə baxır. Təkcə Etna

ətrafa yayılan lavaları ilə bu qəmgin, ürəksıxıcı mənzərəni andıra bilər: boz və

çılpaq torpaq, durğun su gölməçələri, iki dağ arasında vadi, uçurum, heç bir bitki

izi görünməyən yerlər. Budur "Qurd darvazası"nın baŞından görünən mənzərə".

* * *

Bakı İamaxı quberniyasının qəza mərkəzinə çevrildikdən sonra Şəhərdə



inzibati idarələrin sayı gündən-günə artmağa baŞladı. Qala divarları içərisində

gözəl binalar ucaldı. Lakin Şəhərin sahəsi yeni binaların tikiliŞi üçün çox darısqal

idi. Buna görə alçaq, yastı-yapalaq evlər sahiblərindən çox ucuz qiymətə alınıb,

84

sökülür, əvəzində inzibati idarələrin binaları ucalırdı. Evsiz-eŞiksiz qalmıŞ



adamlara qala divarlarından xaricdə yaŞamaq təklif olunurdu.

Hələ 1839-cu ildə Sahil küçəsində açılmıŞ gömrükxana üçün xüsusi taxta

körpü quruldu. Bu, gömrükxananın binası ilə üzbəüz idi. Gömrükxanadan dövlət

xəzinəsinə böyük gəlir daxil olurdu. İranla ticarət əlaqələri geniŞləndikcə xəzinənin

gəliri də artırdı. Gömrükxana təŞkil olunduğu ilk illərdə İran tacirləri gömrükxana

haqqının çoxluğundan narazı qaldıqları üçün mallarını Bakıya çox zaman gizli

yollarla gətirirdilər.

Bakı gömrükxanasının heyəti gömrükxananın iŞlər müdirindən, üzvlərindən,

nəzarətçi və katibdən ibarət idi. Bakıda eyni zamanda karantin idarəsi də

yaranmıŞdı. Bu müəssisə təxminən indiki Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin

kəsiŞdiyi yerdə yerləŞirdi. 1847-ci ildə isə karantin ləğv olundu, daha doğrusu,

gömrükxana ilə birləŞdi.

Şəhərdə qəza məhkəməsi vardı. Burada Şəhər əhlindən Hacı Süleyman

MəŞədi Qurbanəli oğlu, kənd əhlindən isə praporŞik Həsənbəy Səlimxanov iclasçı

idilər. Qəza rəisinin nəzdində bir sıra inzibati idarələr vardı ki, bunlar Şəhərin

müxtəlif yerlərində yerləŞmiŞdilər. Şəhərdə birinci sima qalabəyi hesab edilirdi.

Qəza prokuroru da onun nəzdində idi. Bunlardan baŞqa qəza hakiminin yanında

qəza həkimi, qəza xəzinədarı və qəza yerölçəni vardı. Xüsusi pristavlar Şəhərin duz

mədənlərinə nəzarət edirdilər. Suraxana və Balaxana neft quyularına nəzarət edən

pristavlar isə ayrıca idi.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə