Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə131/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   128   129   130   131   132   133   134   135   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

"İstiqlal" qəzeti - Müsavat partiyasının, rəsmi orqanı idi. İlk nömrəsi 1919-

cu il 4 fevralda çıxmıŞdır. AŞağıdakı misralar qəzetin daimi devizinə çevrilmiŞdi:

Millət yoludur, haqq yoludur tutduğumuz yol,

Ey haqq, yaŞa, ey sevgili millət, yaŞa, var ol.

Qəzet həftədə bir dəfə çıxırdı. Axırıncı nömrəsi 1920-ci ilin 23 aprelində

çıxmıŞdı.



"Yeni həyat" qəzeti - 1918-ci ildən çap olunurdu. Ancaq uzun ömür

sürməmiŞdi, Redaktoru doktor Qara bəy Qarabəyov idi,

315

"Xalq sözü" qəzeti - baŞqa qəzetlərdən fərqli olaraq, günorta çıxır və

səhərki hadisələri əhatə etməyə çalıŞırdı. Qəzet 1919-cu ilin iyun ayında nəŞr

olunmağa baŞlamıŞ və cəmi 3-4 nömrə çıxmıŞdı.

"İeypur" məzhəkə məcmuəsi - 1912-ci ilin sentyabr ayından çap

olunmağa baŞlamıŞdı. Məcmuənin naŞirləri Səməd Mənsur ilə Məmmədəli Sidqi

idi. NəŞri təxminən 1919-cu ilin ortalarınadək davam etmiŞdir.

Bu dövrdə sol eserlərin, baŞqa sözlə desək, bolŞeviklərin də mətbuat

sahəsində geniŞ fəaliyyətə keçdiklərini görürük, Məsələn, sol eser, yəni bolŞevik

Əliheydər Qarayevin rəhbərliyi altında "Fəhlə konfransının əxbarı", "Füqəra

sədası", "Haqq səsi", "Azərbaycan füqərası" qəzetləri nəŞr edilirdi. Ancaq qeyd

edək ki, bu qəzetlər bir-iki nömrə çıxandan sonra bağlanmıŞdır. "YoldaŞ" və

"MəŞəl" məcmuələri də bolŞeviklər tərəfindən buraxılırdı. Onların da ömürləri çox

qısa olmuŞdu.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə