Südabə İRƏvanli



Yüklə 0,51 Mb.
səhifə3/7
tarix06.05.2018
ölçüsü0,51 Mb.
#42717
1   2   3   4   5   6   7

Tibb sahəsi
Ləj kəndinin tibb sahəsindən danışanda, burada Ləj kənd Tibb məntəqəsindən əlavə olaraq Lənkəran şəhərinin xəstəxana­sında işləyən kənd həkimləri nəzərdə tutulur. Belə ki, Ləj kəndində 2 feldşer, 1 diş həkimi və bir neçə ilk tibbi yardım göstərən tibb baçısı var.
Aslanov Namiq Kərbəlayı Şirəli oğlu
Ləj kəndinin “feldşer” həkimlərindən biri də Aslanov Namiq Kərbəlayı Şirəli oğludur. Aslanov Namiq 21 iyul 1968-ci ildə Ləj kəndində anadan olmuşdur. O, 1975-ci ildə Ləj məktəbinin 1-ci sinifinə getmiş və 1983-cü ildə Ləj kənd 8 (səkkiz) illik məktəbi bitirmişdir. Aslanov Namiq öz orta təhsilini davam etdirmək üçün Haftoni məktəbinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. Orta məktəbi bitirən kimi o, 1985-ci ildə “Bakı 1 nömrəli Tibb məktəbi“nə daxil olaraq “tibb qardaşı” dərəcəsini almışdır. 1986-cı ildə məktəbi yarıda qoyaraq hərbi xidmətə yol­lanmışdır. 1989-cu ildə hərbi xidməti başa vurub və tibb mək­tə­bin­dəki təhsilini davam etdirib. Tibb məktəbini bitirən kimi Səhiyyə Nazirliyi tərəfindən təyinatı üzrə Cəlilabad şəhər Mər­kə­zi Xəstəxanasına göndərilir. 1992-ci ildə Lənkəran xəstəxana­sında “təcili tibbi yardım-feldşer” vəzifəsinə təyin olunur. Sonra isə Lənkəran Mərkəzi xəstəxanasında “travmatalogiya” şöbəsinə keçirilir. Hal-hazırda orada işləyir. Ailəlidir və üç öladı var. Qeyd etməliyəm ki, Aslanov Namiq Kərbəlayı Şirəli oğlu Qara­bağ müharibəsi zamanı Füzuli rayonunun Alxanlı cəbhəsindəki döyüşlərdə həlak olmuş Azərbaycan Respublikası Milli Qəhrə­manı, şəhid Aslanov Namiq Kərbəlayı Şirəli oğlunun qardaşıdır.

İDMAN
Şükürov Araz Oqtay oğlu
Ləj kəndinin yetirdiyi res­pub­lika səviyyəli idman­çı­­lar­­dan biridə Şükürov Araz Oqtay oğ­lu­­dur. O, 2000-ci iyu­­lun 18 də Lənkəran rayo­nu Ləj kəndində id­man­çı ailə­­sin­də dün­yaya gəl­miş­­dir. 2006-də N.Aslanov adı­na Ləj kənd orta məktəbinin 1-ci sinfinə getmiş və 2017-ci ildə oranı bitirmiş­dir. Şükürov Araz Oqtay oğlunun idmana həvəsi 2011-ci ildən yaranmışdır. Bu yolda ona kömək etmiş tanınmış idman ustası və respublika çempionu Alı Ağayevin yetirməsidir.

Şükürov Araz ilk dəfə iştirak etdiyi yarış “Azərbaycan Res­pub­li­kası Təhsil Nazirliyi” və “Təhsil” Res­publika İdman Mər­­kəzinin Xaç­maz şəhərində, “Yunan-Roma“ güləşi üzrə 1998-2000-ci ildə keçirdikləri çempionatda 26 kq çəki dərə­cə­sində rəqibini məğlub edərək “I yer“ tumuş və Diplomla təltif olunmuşdur.

Bundan əlavə Şükürov Araz Oqtay oğlu bu günə qədər müxtəlif çəki dərəcələrində 29-yarışda rəqiblərini ağır məğlu­biy­yətə uğradaraq 1-ci yeri tutmuş və 29 – “qızıl” medalla təltif olunmuş və 4 dəfə ikinc yer, 5 dəfə 3-cü yeri tutmuşdur. Bütün bu döyüşlərdə müxtəlif cür fəxri fərman və diplomlarla təltif olunmuşdur. Şükürov Araz Oqtay oğlunun ən böyük arzusu dünya çempionatında iştirak etmək və erməni rəqibinə qalib gələrək dövlətimizin bayrağını dalğalandırmaqdır.

Əliyev Həsən Ziyad oğlu
Ləj kəndinin respublika səviyyəli idmançılardan biri də Əliyev Həsən Ziyad oğludur. Əliyev Həsən Ziyad oğlu 24 oktyabr 2001-ci ildə Lənkəran rayon Ləj kəndində ziyalı ailəsin­də anadan olmuşdur. O, 2007-ci ildə N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 1-ci sinifinə getmişdir. Hal-hazırda Ləj məktəbinin XI sinifində oxuyur. Balaca Həsən idmanla 2013-cü ildən məşğuldur. O, dəfələrlə idman çempionu, respublika çempionu və 1-dəfə Olimpiya üçüncüsü olmuşdur.

MMA üzrə altı qat zona çempionu, “Juboksinq Citsu” üzrə 9-qat respublika turniri çempionu, “Hap Kibo” üzrə “qızıl kəmər” sahibi, “Muay Thai” üzrə “qızıl kəmər” sahibi, “Juboksing Citsu” üzrə “Azərbaycan kəməri”nin sahibi, “Juboksing Citsu” üzrə “Azər­baycan kubokunun” sahibi, 1 dəfə “MMA” üzrə “Azərbaycan kubo­kunun sahibi”, 1 dəfə “Jubiksing” Citsu üzrə “respublika ikincisi” “Kingboxsing “üzrə 2-dəfə Azərbaycan çempionu, “Gingboxing” üzrə 1 dəfə respublika ikincisidir, 1-dəfə “Kempo-Full” üzrə res­pub­lika çempionu, “Muay Thai” üzrə 2-qat respublika çempionu, “Light Kontakt” üzrə 2-qat respublika çempionu, Bodo üzrə 2-qatt respublika çempionu, “Vkc Krate” üzrə 3-qat respublika turniri qalibi, Vkc-Karate üzrə 5-qat Azərbaycan çempionu, “Vkc-karate” üzrə 1-dəfə respublika ikincisi, “Budo” üzrə 1-dəfə Beynəlxalq çempionu, “Enstin-Karate” üzrə Beynəlxalq turnirin qalibi, “WMFC” üzrə Beynəlxalq turnirin çempionu, “Ginqboxing C üzrə 1-dəfə Avrasiya çempionu” K-1 üzrə 2 dəfə Beynəlxalq turnirin qalibi, WKF üzrə Beynəlxalq turnirin 3-cüsü, “WGKF” Karate üzrə Avropa çempionu, “Budo” üzrə dünya Kubokunun üçüncüsü, 1-dəfə “Budo” üzrə Dünya kubokunu çempionu, Alpagut üzrə dünya kubokunun ikincisi, 1-dəfə Alpaqut üzrə dünya kubo­ku­nun çempionu (“Batur” versiyası üzrə), Hal-hazırda “Enish Karate” üzrə III dan” qara kəmər” ustası.



Əliyev Cahangir Aqşin oğlu

Əliyev Caangir Aqşin oğlu müəllifin böyük oğludur.O 30 Aprel 2017-ci ildə” IV İslam Həm­rəy­liyi oyunlarına həsr edilmiş “MMA-Grapling” döyüş növləri üzrə 10-11 yaş, 30 kq dərəcəsində I yeri tutduğuna görə “Qızıl medal” və “Fəxri fərmanla” təltif olunur.

Ləj kəndinin yetirdiyi idmançılardan biri də Əliyev Cahangir Aqşin oğludur. Belə ki, Əliyev Cahangir Aqşin oğlu 2006-cı ildə Ukrayna respublikasının Odessa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Odessa şəhərində keçirilən balaca Cahangir ailəsi ilə bərabər ata yurdu olan doğma Ləj kəndinə köçür. Burada o, Lənkəran rayon N.Aslanov adına Lənkəran Ləj kənd tam orta məktəbinə daxil olur. Hal-hazırda həmin məktəbin VI sinif şagirdidir. Əliyev Cahangir Aqşin oğlu hələ uşaq vaxtlarından idmana həvəs gös­tər­­mişdir. Belə ki, o evdə səyyari qaydada idmanla məşğul olmuş və bunu görən atası onu Lənkəran şəhərində yerləşən İdman məkəbinə qoyur. Bu məktəbdə balaca Cahangir idmanın “Toekvondo” növü üzrə tanınmış idman ustası Vuqar müəllim­dən bir müddət dərs alır. Lakin, sonralar o, idmanın digər növü olan “MMA-Grepling” növü üzrə Zaur müəllimdən dərs alır. Zaur müəllimin yüksək dərs keyfiyyətinə və digər şagirdlər kimi Cahangirə yaxşı diqqət yetirməsinə, ona bu idman növlərini mükəmməl öyrətdiyinə görə balaca Cahangir qısa müddətdə bu idman növü üzrə çox yüksək səviyyəyə gələrək böyük nəticələr əldə edir. Belə ki, o Azərbaycan Respublikası İdman Nazirliyi Astara rayon “Gənclər və İdman İdarəsi“ ilə “Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzi” tərəfindən 30 Aprel 2017-ci il tarixində IV İslam Həmrəyliyi oyunlarına həsr edilmiş “MMA-Grappling “döyüş növləri üzrə 10-11 yaş və 30 kq çəki dərəcəsində I yer tut­duğuna görə “Qızıl medal” və “Fəxri fərmanla” (diplom) təltif olun­­­muşdur. Bu qələbədən sonra balaca Cahangir daha da ürəklən­­miş və öz sənətinə yaxından bağlanmışdır. Bütün bu çalış­ma­lar nəhayətki, öz bəhrəsini verdi. Çünki, o, 13-17 iyul tari­xində “Azərbaycanda Dünya Budo Federasiyasının” keçir­diyi “Grapling” döyüş növü üzrə çempionatda öz dağıstanlı rəqibini ağır məğlubiyyətə uğradaraq I yer və “Qızıl medala” layiq gö­rü­lə­rək fəxri fərmanla təltif edildi. Bütün bu uğurlarına görə Cahan­gir öz müəllimi olan İdman ustası Zaur müəllimə borcludur.


Rüstəmov Rəşid Rövşən oğlu
Ləj kəndinin respublika səviyyəli idmançılarından biri də Rüstəmov Rəşid Rövşən oğludur. Rüstəmov Rəşid Rövşən oğlu Ləj kənd orta məktəbini bitirmiş və İdmana da həvəsi məktəb illərində olmuşdur. O, dəfələrlə zona, rayon və respublika çempionu olmuşdur. O bu döyüşlərdə rəqiblərinə qalib gəlıərək” qızıl medal”, 1-ci yer və müxtəlif medallarla təltif olunmuşdur.

Ləj kəndinin digər orta səviyyəli idmançıları isə Məmmədov Gülağa Mubariz oğlu və Şıxcanov Rəsul Zair oğludur.Onlarda “toekvondo“ və “yunan-roma“ güləşi üzrə xüsusi idman təhsili alaraq muxtəlif rayon səviyyəli yarışlarda iştirak dərək müxtəlif yerləri tutmuşlar.



SOSİAL-MƏDƏNİ HƏYATI. TƏHSİL VƏ DİN
Sosial-iqtisadi həyat
Ləj kəndinin ərazisi ilk dəfə 1922-ci ildə təyin edilmişdir. Ləj kəndinin sosial-mədəni həyatından danışdıqda burada yaşa­yış məskəninin yaranması və formalaşması bölgəmiz üçün səciy­yəvi olan əkinçilik və oturaq maldarlıq kimi təsərrüfat for­maları mühüm rol oynamışdır. XX əsrin əvvələrində insan­ların oturaq toxuma sənəti növləri olan “həsirtoxuma “yunəyir­mə“,“oyma“ və “xalçatoxuma“ kimi sənət növlərinin yayılması onların bir-birin ilə inteqrasiya əlaqələrinin yaratmasına gətirib çıxar­mışdır. Ləj kəndinin formalaşmasında bu amillərin böyük rolu vardır. Vaxtı ilə keçilməz bataqlıqlı qalın meşələrdən ibarət olan Ləj ərazisi zaman-zaman abadlaşdırılmış və Zuvand dairəsindən gələn köçlər tərəfindən məskunlaşdırılmışdır. Çünki Lerik rayo­nunda açıq sahələrdə və ya dağ dərələrində yaşayan tayfaların sələfləri olduğuna görə Ləj ərazisinə gələn kimi buranı da öz əcad­­larının yaşadığı ərazi kimi abadlaşdıraraq bu yerləri keçil­məz meşə və tikanlı kollardan təmizləmş burada kiçik qamışdan olan kiçik ləmlər qurmuşlar. Burada ilk vaxtlar tikilən evlər tipik talış memarlığının bir hissəsi olan, ağac ləm formalı komalar tikilmiş, lakin sonralar isə bu evlərin çoxu yer üzərində tikilmiş, bəziləri də 2 və ya 3 daş üzərində tikilmişdir. Bu evləri 4 daş üzərində yerləşdirilmiş dirəkləri çırpılarla hörüb içərisini pal­çıq­la dolduraraq tikmişlər. Bu tipli evlərə “sünnə kə”, “Puştə kə” (talışca puştalı evlər deməkdir) deyirlər. Bu cür evərin dam örtüklərini qurmaq üçün yerə basdırılmış dirəklərin üstünə “kətıl, nal” (talışca köndələn qurşaqlar) qoyulur. Bu kətıllərin üzərinə dam milləri düzüb qarğı-qamış tökürlər, torpaqlar və pal­çıqla suvanır, yağış və qar suyunun içəri sızmaması üçün damın örtüyü “konusvari” və ya “balıqbeli” formada düzəldilir və lığla örtülürdü. Belə tipli evlərin adətən bir kiçik pəncərəsi və qapısı olurdu. Pəncərə şüşəsinin ətrafı palçıqla suvanırdı ki, şüşə yerində qala bilsin. Evin eyvanı çox dar olub və qabağı dirəklər üzərində yerləşən konstruksiyadan ibarətdir. İllər keçdikcə in­san­­ların maddi durumu yaxşılaşmış, bunun müqabilində ev­lərin tikilməsində və quruluşunda xeyli müasirləşmə olmuşdur. Ləj kəndində ilk dəfə 1962-ci ildə biş­miş kərpicdən ev tikil­miş­dir. Hal-hazırda kəndimizdə müasir tipli müəyyən sayda yerli arxi­tek­turaya uyğun evlər var. Kənd ağsaqqalları ilə aparılan söh­bətlər nəticəsində məlum olub ki, Ləj kəndinin tarixi XIX əsrin əvvəllərindən başlayır. Əhalinin bir qismi Lerik rayo­nun­dan bu­raya köçüb gəlmişlər. Bu köç edənlərdən biri də Məm­məd­­qasım kişinin ailəsi olmuşdur. Onun nəticəsi hal-hazırda Ləj kəndində yaşayan Qasımov Salman Rəhim oğludur. Onun dediyinə görə nun atası Qasımov Rəhim Xudaverdi oğlu (1890-1991) Ləj kən­dində doğulub boya-başa çatmışdır. Rəhimin atası – Xudaverdi kişinin 6 (altı) yaşı olanda atası (yəni Qasımov Salmanın ulu babası) Məmmədqasım kişi öz ailəsi ilə birlikdə Ləj kəndinə köç­müşlər. Məmmədqasım kişinin nəticəsi Cəfərov Bayram Yədulla oğlu qeyd edir ki, Məmmədqasım kişi Ləj kəndinə gəlib, amma onun oğlu Xudu isə Ləj kəndində dünyaya gəlib, Xudunun oğlu Rəhim isə 100 yaş edib. Buna əsasən demək olar ki, Ləj kəndinə ilk köçlər XIX əsrin əvvəllərinə təsadüf edir. Ləj kəndinin şimal-şərqində ilk dəfə 1980-cı ildə Ləj qəbirstanlığı tikilib. Kənd sakinləri əvvəl­lər öz ölülərini Lənkəran şəhəri yaxın­­lığında yerləşən “sardaxıl” adlanan qəbirstanlıqda dəfn edir­dilər. İndi isə Ləj kəndinin öz qəbirstanllığı var və dünyasını dəyişənlər orada dəfn edilirlər.
Ləj kəndinin dəfnetmə adəti
Ləj kəndinin “dəfnetmə“ adəti ümummüsəlman dəfnetmə adəti ilə eynilik təşkil edir. Lakin Ləj kəndinin rütubətli və gil ərazidə olmasını nəzərə alaraq dəfnetmədə bəzi fərqlənmələr var. Bu fərqlənmdə qəbirin dağılmamaası üçü görülən ehtiyat tədbirindən irəli gəlir. Belə ki, Ləj kəndində bir şəxs dünya­ya­dan köçən zaman dərhal kənd mollasına bu barədə məlumat verilir. Sonra isə məscid rəhbərliyi tərəfindən camaata xəbər salmaq üçün azan verilir. Azanı eşidən kənd camaatı dərhal üzür yerinə axışırlar. Sonra isə üzür sahibinə köməklik göstərməyə başlayırlar. Hərə bir işin ucundan yapışır. Ölmüş şəxsi yumaq üçün həyətdə balaca yer düzəldilir və ölü orada yuyulur. Sonra isə qəbirstanlığa aparılır. Qəbirstanlığa apar­maz­dan əvvəl qəbir qazmaq üçün adam göndərilir. O, adam da qəbiri qazıb bitirir. Lakin Ləj kəndində yaşayan bəzi şəxslər öz ölülərinin qəbir­lə­rinin içini kubik daşı ilə hörürlər. Ölünü ora qoyandan sonra isə üstünə plitka tipli daşlar qoyur, sonra isə üstünü torpaqla örtür­lər. Ama əksəriyyəti isə adi qaydada dəfn edir. Ölü qəbirs­tanlığın həyətinə gətirilir və qəbirstanlığın həyətində üzü qibləyə qoyulur. Sonra isə “ölü namazı” qılınandan sonra dəfn edilir.

Ləj kəndində ölülər üçün üzür mərasimi əvvəllər üç, yeddi və 40 gecə mərasimi qeyd olunur və hər bir gün üçün çadır qurulur və ellik vədə alınırdı.

Lakin indi isə vəziyyəti nəzərə alaraq yalnız 3 mərasimi verilir. Ama yeddi və qırxda və ildə isə yalnız qohumlardan vədə almaq şərti ilə ev şəraitində keçirilir.
Ləj kəndini yolları
Ləj kəndində yollardan danışdıqda qeyd etməliyəm ki, Ləj kəndin Lənkəran rayon mərkəzinə gedən yol kəndin qərb tərəfindən Haftoni qəsəbəsinə doğru gedir. Bu kəndin yeganə çıxış yoludur. Kəndin qərb hissəsində haftoni arasında Ləkəru çayı var və o çay üzərndə simend körpü var. Bu körpü 1962-ci ilə tikilib və bu günə qədər davamlıdır. Ləj kəndi özü isə sputnik görüntüdən səkkiz rəqəmini xatırladır. Kənd özü” Ləj” və” tojə məhəllə” yə (talışja təzə məhəllə) bölünür. Təzə məhəllədə evlər seyrəkdir. Ləjin özündə isə bunu əksidir. Kəndin küçələri adətən düz xətt boyunca olaraq kavadrat paralel döngələrdən ibarətdir.

Kəndin ən böyük, geniş və uzun küçəsi el arasında “İminc kuçə” (talışca –birinci küçə) deyilən küçədir ki, onun uzunluğu 1km-dir, ondan sonra isə “Dıminci kuçə” (talışca –ikinci küçə) dir ki onun uzunluğu 800 metr, sonrakı ən uzun küçə isə “seminci küçə” (talışca-üçüncü küçə) adlanan yerdir. Kəndin ən mərkəzi və tanınmış küçəsi” seə pü-siəpü” (talışca düzən yol) deyilən və təpədə yerləşən yoldur. Bu yol Haftoni qəsəbəsinə istiqamətlənir və ətrafı çox gözəl şam, küknar, çinar və liqustra ağacları ilə əhatələnib. Kənd yolları sovet dövründə bir neçə dəfə asfaltla örtülüb. Ləj kəndinin Haftoni qəsəbəsinə gedən ana yolu sovet dövründə xüsusi gözəlliyə malik idi. Belə ki, bu yolun həm sağında, həm də solunda iki tərəfli şam, küknar, çinar və liqustra ağacları sıx yerləşmişdi. Lakin indi bu ağaclardan yarısı demək olar ki, tələf olub və bir qismi qalıb.




Şəkil. Ləj kənd Ləj-Haftoni ana yolu
Ləj kəndinə avtomobil marşurutu ilk dəfə 1967-ci ildə açılmışdır. İlk vaxtlar kiçik mini avtobuslar, sonralar “PAZ” markalı avtobuslar, sonra isə “ekarus” və digər markalı müxtəlif cür marşurutar işləmişdir. Ləj kəndində ilk maşın “Pobeda” markalı şəxsi minik avtomo­bili gətirilib. Bu maşının sahibi kənd sakini Aydın Qasımov olmuşdur. Sonra isə 1967-ci ildə lotoreya uduşu nəticəsində ilk dəfə “QAZ-21” markalı minik avtomobili gətirilmişdir. Ləj kəndinə ilk televizor isə əslən Tüədo kəndindən olan Şıxcanov Əli adlı şəxsin evində olub. Ləj kəndinə ilk xarici avtomobil görkəmli “08” markalı ikiqapılı maşını Qasımov Qiyas adlı şəxs lotoreyada udub gətirmişdir. Ləj kəndində üç artezian bulağı var. Bunlar “Qrant”, “Bızəyjobə qrant” və “moğnə qırant” dır. Bu bulaqların suyu kükürdlüdür.


Şəkil. Ləj kənd “Qrant” adlanan artezian bulağı


Şəkil. Ləj kənd Qəbirstanlığı

Ləj kəndində keçirilən Bayram tədbirləri
Qurban bayramı
Azərbaycanın digər bölgləri kimi Ləj kəndində də hər cür bayram tədbirləri keçirilir. Bu bayram tədbirləri ümumilikdə Ləj kəndinin mədəni etaplarını özündə cəmləşdirir. Ləj kəndində Qurban bayramı, Novruz bayramı şənliyi və digər tiplərdən olan xırdalı-böyüklü müxtəlif təbirlər keçrilir. Belə tədbirlərdən biridə “Qurban bayramı” mərasmidir. Qurban bayramı mərasimi Ləj kəndində ümummüsəlman qayda-qanunu əsasında keçirilir. Bu qaydaların kökü hələ çox-çox əvvələ gedib çıxır. Ləj kən­din­dəki qurbankəsmə mərasimi adətinin yaxın talış kəndlərindən fərqlənməsinin əsas səbəblərindən biridə bu kənd sakinlərinin dağdan köçüb gəlməsidir.

Buna təkan verən ikinci səbəb isə köçüb gələnlərin ayrı-ayrı kökdən olmalarıdır ki, bu da məsələni bir az çətin­ləşdir. Çünki köklərin ayrı olması müxtəlif cür adətlərə işarədir. Lakin yenə də köçüb gələnlər Lənkəranda ümumi qaydalara riayət edirlər.

Ləj kəndindəki qurbankəsmə mərasimləri, qurbanların sayı və qurbangahların yeri əvvəlcədən təyin olur. Qurbanlar əsasən evlərin həyətlərində kəsilir. Bununla bağlı qurban kəsilən evin sahibi xüsusi siyahı tərtib edərək əvvəlcədən onun evində siyahıda olan insanlara bildirir. Bundan əlavə onların neçə pay alacaqları əvvəlcədən soruşulur.

Bütün bunlar həll olunduqdan sonra qurban kəsiləcək inəyi kəsəcək qəssab təyin olunur və onunla əvvəlcədən danı­şılıb, razılaşılır. İnəyin qiyməti isə ümumi qaydada təyin olunur. Bu məsələ də qaydasına qoyulduqdan sonra Qafaz Müsəlmanları İdraəsinin təqviminə əsasən qurban günü təyin olunur və hamıya bu haqda xəbər verilir.

Qurbankəsmə mərasimi səhər saatlarında, yəni 6:00-da başlayır verir. İlk əvvəl qurbanı kəsəcək şəxslər qurban kəsilən yerə gedib qurban kəsləcək inəyi tövlədən cıxarıb, ayaq və əllə­rini bağlayırlar. İnəyi üzü qibləgaha doğru uzadaraq “Qurban duası” oxuduqdan sonra kəsilir.



Şəkil. Ləj kəndində “qurban bayramı” mərasimi. Qarabağ veteranı Şücaət Fərziyev qurban payı hazırlayarkən.

Qurban kəsiləndən sonra onun bədəninin lazımsız yerləri atılır və yerdə qalan təmiz ət doğranılır və qurbanın sahibi ilə razılaşdırılır.İnəyin sümük­lərindən müəyyən çəkidə çıxılır və qiymətindən də azaldılır.

Ət doğranılan zaman həmən evdəki qurban siyahısında olan insanların adı və soyadı xüsusi dəftərə yazılır və sonra həmən adlar ayrı-ayrı kəsilir. Bu qurbanla bərabər kənddə eyni vaxtda çoxlu qurbanlar kəsilir.

Ətin doğranılması üçün xüsusi təmiz yer seçilir və oraya təmiz bir bez (salafan) sərilir, siyahıda olan insanların sayı qədər kiçik ət tikələrindən ibarət həmən bez üzərində işarə qoyulur, tərəzi gətirilir və o tərəzi çəki dərəcəsi yoxlandıqdan sonra əti çəkmək üçün hazır saxlanılır. Sonra orada olan insanları cüt-cüt bölərək hərəsinə xüsusi ölçüdə ət tikələri doğramaq tapşırılır. Elə bu səbəbdən də hər cütlük əlinə bir bıçaq və bir təmiz qab alıb onlara tapşırılımış əti tapşırılmış ölçüdə doğrayır. Bütün bunlar yerinə yetirildiyi zaman orada olanlardan biri təmiz ayaqla həmən bezin üzərinə çıxır, doğranmış hazır əti tərəzi ilə çəkir və həmən işarələrin üstünə boşaldır.

Bütün ət çəkilib ayrı-seçkilik etmədən işarələrin üzərinə qoyulur və ucadan oxunur. Sonra siyahıda olan pay sahibləri hərə öz qurban payını götürərək ətin pulunu verib evlərinə dağılırlar.

Evə gələn hər ailə qurban qoxusu salmaq üçün qurban payından cuzi miqdarda kabab vurur. Belə ki, ümumi qaydaya uy­ğun olaraq vurulan kabablar ev əhlinin sayına uyğun olur. Mə­sələn, əgər evdə səkkiz nəfər adam yaşayırsa onda səkkiz lülə və səkkiz tikə kababı vurulur. Sonra isə insanlar biri-birinin ev­lərinə gedərək qurban payı aparırlar.

Ləj kəndinin adətinə görə əgər qurban bayramı zamanı kənddə nişanlı qız varsa onda oğ­­lan sahibi qız evinə ya doğranmış şəkildə qurban payı, ya da can­lı qoyun aparırlar. Qoyunun da boynuna qırmızı lent bağlayırlar.

Ləj kəndində Novruz bayramı mərasimi
Çərşənbə bayramı

Ləj kəndində Novruz bayramı xüsusi olaraq özünəməxsus qaydada keçirilir. Belə ki, Ləj kəndində əvvəlcə baharın gəlişini bildirmək üçün səməni qoyulur. Sonra isə çərşənbəyə hazırlıq görülür. Belə ki, çərşənbə gecəsi üçün hamı evlərini təmizləyir, bütün köhnə əşyalar təzələnir və bəziləri də evlərini boyayır.

Sonra isə hamı çərşənbə üçün bazarlq edir. Bazarlıq olunan məmulat içərisində, şam, süfrənin ortasında qoyulmaq üçün “Ziyad” balığı, alma, düyü, yumurta, konfet, şokalad, yağ, un, göyərti, üzərlik, qırmızı su bardaqları və sair.

Bütün bunlar alındıqdan sonra evlərdə çərşənbə süfrəsi nemətlərinin hazırlanması başlanılır. Belə ki, çərşənbə süfrəsi üçün balığ ləvəngisi edilir, toyuq qızardılır (ləvəgi), plov dəmlənilir, kükü bişirilir, mer-meyvə qoyulur, müxtəlif cür turşu növlər və salatlar düzəldilir.

Axşam düşən kimi hamı öz həyətində süfrəyə oturmazdan əvvəl ailəsinin sayı qədər yerdə tonqal qalayır və onun üzə­rindən atlayır. Tonqal üzərindən atlayan zaman bu sözləri deyir: “ha kuli-kuli çərşənbə”. Bu sözlər ailənin bütün üzüvləri təkrar edir ki, dərd bəlamız oda tökülüb yansın və od bizi pak etsin söz­lərini deyirlər.

Sonra isə hamı süfrə başına yığışır və ilk əvvəl üzərlik yandırılır. Üzərlik bütün ailə üzvlərinin burun­larına qoxladılır. Bu gözdəymə və nəfəsə qarşı istifadə olunur.

Bundan sonra süfrəyə ailə üzüvlərinin sayı qədər müxtəlif rəngdə şam yandırılır. Hər kəs özünə bir şam yandıraraq niyyət tutur. Məsələn niyyət belədir: - “qoy mənim işim bu il düz gəlsin” və s. Kül şənbənin səhərisi gün isə hamı bir-birini çərşənbə bayramı münasibəti ilə təbrik edir.


Novruz bayramına hazırlıq

Ləj kəndi camaatı Novruz bayramına özünəməxsus şəkildə hazırlaşır. Belə ki, çərşənbəni yola verdikdən sonra bütün evlərdə bayram axşamına hazırlıq görülür. İlkin olaraq hər evdə bayram sovqatları olan şəkərbura, paxlava, şorçörəyi, qutab və sairə növdə bayram şirniyyatları hazırlanır. Sonra isə bayram axşamı üçün bazarlıq edilir. Bazarlıq edilən məhsullar aşağıdakılardır.

Un, yağ, düyü, qənd, çay, qoz ləpəsi, fındıq, badam, püstə, kişmiş, fısdıq, iydə, şokalad, konfet, balıq (Ziyad), mandarin, portağal, alma, heyva, şam, yumurta, və sair.

İlk olaraq bayram süfrəsinin yeməkləri hazırlanır, plov bişirilir, cücə ləvəngi və balığ ləvəngi qızardılır, kükü qızardılır, kişmiş qızardılır. Bayram stolu isə müxtəlif cür şəkərbura, şiriniyyat və meyvə ilə bəzədilir. Bayram stoluna ayrı-ayrı qablarda fısdıq, semeçka, kişmiş, alma, banan, ananas, konfet, şokalad, fındıq, şabalıd, iydə, qaynadılmış rəngli yumurta və müxtəlif cür şirniyyat qoyulur. Bayram axşamı bayram süfrəsi bəzədilir və ailənin sayı qədər şam yandırılır və hamı niyyət tutur. Sonra isə birlikdə yemək yeyilir. Ailənin uşaqları isə “quşaqatdıya” gedirlər. Azərbaycanın digər regionunda buna “papaqatdı” deyirlər, amma Ləj kəndi isə buna “qurşaqatdı” deyirlər. Demək olar ki, kəndin bütün xırdalı böyüklü uşaqları qurşaq atmağa gedirlər.

Bayram günü hamı qonaq gedir və ya qonaq gözləyir. Ləj kəndinin camaatı həm qonaq gedəndə pay aparır, həm də qonaq gələndə gətirilən payın əvəzinə başqa pay verirlər. Hamı qırmızı geyir və səhər saatlarından başlayaraq bütün kəndi dolaşaraq biri-birini bayram münasibəti ilə təbrik edirlər. Kiçik uşaqlar isə biri-biri ilə yumurta döyüşdürürlər. Novruz bayramı münasibəti ilə kəndin mərkəzində Novruz şənliyi keçirilir. Sonra Kosa-kosa şənliyi başlayır, Novruz bayramı gecəsi Kosa ilə Keçəl öz dəstəsi ilə ev-ev dolaşaraq pul və ya bayram payını alır.
Təhsil



Şəkil. N. Aslanov adına Ləj kənd orta məktəbin “Bayraq meydanı”


Şəkil. Qarabağ şəhidləri olan Natiq Aslanov və Əsgər Əliyevin xatirəsinə qoyulmuş, şəhidlər büstü




Şəkil. N. Aslanov adına Ləj kənd tam orta məktəbinin təməl daşının qoyulması.

Ləj kəndinin təhsilindən danışsaq bu tarix çox əvvələ gedib çıxır. Belə ki, Ləj kəndində ilk təhsil ocağı olan 4 illik ibtidai məktəb 1950-ci ildə kənd sakini Kamil Hadıyevin 2 (iki) otaqlı evində açılmışdır. Bir otaq müəllimlər otaqı, digər otaq isə sinif üçün nəzərdə tutulmuşdur. Məktəbin ilk direktoru isə Məmməd Məmmədov olmuşdur. 1962-cı ildə kənddə ibtidai məktəb üçün yeni bina tikilmişdir. 1977-ci ildə Ləj kənd məktəbi səkkizillik təhsil sisteminə, 1991-ci ildə isə onbirillik təhsil sisteminə keçmişdir. Ləj məktəbinin onbirillik təhsil sisteminə keçirilməsi kənddə oxuyanların sayının artmasına gətirib çıxarmışdır. Lakin hələ sovet dövründə tikilmiş məktəb artıq nəinki yeni standartlar cavab vermir, həm də dağınıq vəziyyətə düşərək əvvəlki dayaq gücünü itirmişdi. Buna görə də kənd ictimaiyyəti qarşısında iki vəzifə dururdu: ya köhnə məktəbi təmir etdirmək, ya da yeni məktəb tikdirmək. Aparılmış hesablamalar göstərdi ki, köhnə məktəb təmir olunacağı təqdirdə ona sərf ediləcək maddi vəsait yeni tikiləcək məktəbə sərf olunan maddi vəsaitin 50 faizini təşkil edir. Elə bu səbəbdən də yeni məktəbin tikilməsi qərara alındı və aidiyyatı qurumlara müraciət olundu. O vaxtlar İqtisadi İnkişaf Nazirliyində işləyən kənd sakini və məktəbin məzunu Nuriyev Zaur Bahadır oğlunun səyi nəticəsində bu təklif Yaponiyanın ölkəmizdəki səfirliyinə ünvanlandı. 2002-ci ildə yapon səfirliyi bu təklifi qəbul edərək öz maliyə dəstəyini Ləj kəndində yeni məktəbin tikilməsinə yönəltdi. Bunun nəticəsində Ləj kəndində yeni standartlara cavab verən müasir tipli iki mərtəbəli yeni məktəb binası tikilib istifadəyə verildi.

Gənc məktəb olmasına baxmayaraq, Ləj məktəbinin məzunları ölkə təsərrüfatının bütün sahələrində, eləcə də dövlət qulluğunda inamla çalışır və uğurlar əldə edirlər. Onların arasında müxtəlif dərəcəli ziyalılar, hərbiçilər, müəllimlər, dövlət qulluqçuları, tibb işçiləri, mədəniyyət üzrə mütəxəsislər, güc strukturlarında çalışanlar, xalq təsərrüfatı və kənd təsərrüfatı mütəxəsisləri və s. vardır. Hal-hazırda kəndimizdə 55 nəfərdən çox ali təhsilli və 36 nəfərdən çox orta ixtisaslı təhsilli insan var.







Şəkil. N. Aslanov adına Ləj kənd tam orta məktəbin açılışı. Yaponiyanın Azərbaycandakı səfiri Fucifara açılş lentini kəsir.


Şəkil.Zaur Nuriyev Ləj kənd tam orta məktəbin açılışında



Şəkil. N. Aslanov adına Ləj kənd orta məktəbi

Bu günkü günü­müz­də də Ləj kənd məktəbi öz məzunlarını respublikanın müxtəlif ali məktəblərinə göndərməkdə davam edir. Ləj kən­dinin ən tanınmış direktoru mərhum Hüseynov Fərman Ataxan oğlu olmuşdur. O, üzun müddət Ləj məktəbində direktor vəzifəsndə çalışmışdır. Ləj kəndində ilk ali təhsili kənd sakini Novruzov Yaşar Zəbiəli oğlu almışdır.


Ləj kənd məktəbində keçrilən Novruz şənliyi
Azərbaycanın digər məktəbərində olduğu kimi Ləj mək­tə­bində də Novruz şənliyi keçirilir. Burada keçirilən Novruz şəniyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi ica­zəsi əsasında və xüsusi çərçivədə keçirilir. Belə ki, məktəbdəki Novruz şənliyinin keçirilməsinə hələ bir neçə ay qalmış məktəb rəhbərliyi tərəfindən start verilir. Elə o vaxtdan da məktəbin tərbiyəvi təşkilatçısı və “Uşaq Birliyi” –nin sədri Məlahət Məmmədova bununla yaxından məşğul olur.O, Novruz şənliyində şeir demək üçün xüsusi isteda malik olan uşaqları, Keçəli, Kosanı, Bahar qızını, səhnəcik aparanları, parodistləri, mahnı oxuyanları təyin edir və onun üzərində uşaqları repitisiya edirl. Sonra isə onlar bayram şənliyinin sse­na­risini hazırlayıb orada söz veriləcək şəxslərin siyahısını tərtib edib onları bu ssenariyə daxil edirlər. Bu işi qaydaya qoyandan sonra isə gözəl nitqə malik olan iki nəfər aparıcı seçilir. Hər şey həll olunandan sonra onlar bayram şənliyinin keçiriləcəyi günü təyin edirlər.

Ləj məktəbində novruz şənliyi əsasən 16 mart günü qeyd olunur. Lakin bəzi hallarda rəhbərlik tərəfindən dəyiş­di­ri­lə­rək müxtəlif səbəblərdən gah qabağa, gah da dala çəkilmişdir.

Bayram gününə bir-iki gün qalmış kənddəki valideyinlərə və ziyalılara dəvətnamə verilir. Ləj məktəbində bayram şənliyi səhər saat 10:00-dan başlayaraq 2 saat davam edir. Novruz şənliyində bəziləri rəqs edir, bəziləri isə şeir söyləyir və şənlənir. Şənliyin ən maraqlı yeri Bahar qızı, Kosa və Keçəlin gəlməsidir ki, bu da şənliyi daha maraqlı edir.



Şəkil. N. Aslanov dına Ləj kənd tam orta məktəbində keçirilən Novruz şənliyi

Ləj məktəbində şənliyin əsas təşkilatçıları, məktəbin Tərbiyəv təşilatçısı Vəlihəd Həsənov, məktəbin “Uşaq Birliyi sədri” Məlahət Məmmədova, üçüncüsü isə məktəbin tarix müəllimi Aqşin Əliyevdir. Bundan əlavə Ləj kənd məktəbində digər respublika səviyyəli tədbirlər olan “28 May Konstitusiya günü”, “Milli dirçəliş günü”, “8 Mart-qadınlar bayramı”, “Qanlı Yanvar” faciəsi, “Bilik günü”, 26 fevral “Xocalı qətliamı”, “Müəllimlər günü”, “Ana dili günü” və s. tədbirlər keçirilir.

Bundan əlavə Ləj məktəbinin kollektivi rayon tədbir­lə­rin­də də bir nəfər kimi yaxından iştirak edirlər. Ləj məktəbinin müəllim kollektivində öz sənətini sevən, öz əməyini şagird­lərdən əsirgəməyən zəhmətkeş müəllimlər üstünlük təşkil edir. Məhz onların sayəsində məktəb şagirdləri hər il ali məktəblərə qəbul olunurlar. Bu məsələdə Ləj məktəbi Lənkəran rayonunun bir çox məktəbini geridə qoymuşdur. Gənc məktəb olmasına baxmayaraq burada Vəlihəd Həsənov (rus dili), Ramiz Quliyev (fiziki tərbiyə), Rəşad Əliyev (riyaziyyat), Mehman Cavadov (dil-ədəbiyyat), Aqşin Əliyev (tarix), Mahir Nuriyev (dil-ədə­biyyat), Vaqif Məhərrəmov (kimya-biologiya) və Nazir Rzayev (informatika) kimi respublika səviyyəli müəllimlər işləyir. Onların dərs verdikləri şagirdlərin səsi respublikanın demək olar ki, bütün ali məktəblrindən gəlir. Yaxın 10 ildə Ləj məktəbinin 50 məzunu respublikamızın müxtəlif ali məktəbləri­nin müxtəlif fakültələrinə daxil olublar. Hal-hazırda Ləj məktəbinin məzun­ları həm Bakda, həm də rayonumuzda müxtəlif vəzifələrdə və müəsisələrdə işləyirlər, bəziləri də rəhbər vəzifədə çalışırlar. Bu insanların bu səviyyəyə çatmasında əlbətdəki adları qeyd olunan müəllimlərin böyük və danılmaz əməyi vardır. Ləj məktəbində ibtidai siniflər üzrə olan müəllimlərdə öz işlərini çox ustalıqla görürlər. Onların əvəzsiz xidmətləri nəticəsində ibtdai siniflərdə olan şagirdlər tez bir zaman içərisində oxuyub və yazı yazmağı öyrənirlər. Onlar demək olar ki, öz ömürlərini öz şagirdlərinə fəda etmişlər. Bu müəllimələr yazı yazmaqda çətinlik çəkən şagirdlərə öz təlim metodlarından istifadə etməklə onları yazıya və oxuya öyrət­mişlər. Bu müəllimələrə misal olaraq ömrü boyu öz əməyini şagirdlərindən əsirgəməyən və bu yolda saçlarını ağardan Şanisə müəllimə, Yavər müəllimə,Qızqayıt müəl­limə Sahilə müəllimə, Rəfiqə müəllimə, Raminə müəllimə, Elmira müəllimə və Ramilə müəlliməni misal göstərmək olar. Digər gənc müəllimələrdə onlardan geri qalmırlar.Ləj məktəbinin idman sahəsin də də respublika səviyyəli yetirmələri var. Belə ki, Ləj məktəbinin 4 şagirdi Əliyev Həsən Ziyad oğlu, Şükürov Araz Oqtay oğlu, Rüstəmov Rəşid Rövşən oğlu,Əliyev Cahangir Aqşin oğlu, Şıxcanov Rəsul Zahir oğlu və Məmmədov Gülağa Mubariz oğlu müxtəlif idman növləri üzrə müxtəlif çəki dərəcələrində çoxlu idman çempionatlarında iştirak etmişlər, respublika və dünya çempionlarıdırlar. Bu sahədə onlara ilkin təkanı Ləj məktəbinin idman müəllimi Quliyev Ramiz Ağalar oğlu vermişdir və bu məsələdə onun xüsusi və və danılmaz rolu var.Bu şagirdlər bu gün çempionnluq pilləsinə qalxdıqlarına görə məhz Ramiz müəllimə borcludurlar və sonra isə ö idman müəllimləri olan Zaur müəllim, Alı müəllim və Vüqar müəllimə borcludurlar.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə