Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə22/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   18   19   20   21   22   23   24   25   ...   158

www.vivo-book.com 

 

86 



Alzheyner  xəstəliyi  yoxdur”,  –  həmin  gün  o  mənə  dedi.  Bredin  məni 

“Poli” çağırmasından acığım gəlirdi, lakin xoĢum gəlsə də, gəlməsə də 

o,  məni  həmiĢə  belə  çağırırdı;  ondan  məni  belə  çağırmamasını  xahiĢ 

etməkdən artıq təngə gəlmiĢdim. Bred Dolana çox uyğun gələn baĢqa 

iki məsəl – atalar sözü olmasa da – var: “Atı çaya sala bilərsən, amma 

onu su içməyə məcbur edə bilməzsən” – bu məsəllərin birincisi; “Onu 

geyindirib-keçindirə  bilərsən,  amma  onunla  bayıra  çıxa  bilməzsən”  – 

bu da ikincisi. Öz kütbeyinliyi ilə də o, Persiyə çox oxĢayır.   

 Alzheyner  xəstəliyi  haqqında  danıĢarkən,  o,  polağacı  ilə 

solariumun    döĢəməsini  silirdi,  mən  də  orada  oturub  yazdığım 

səhifələri  gözdən  keçirirdim.  Bu  səhifələr  bir  xeyli  yığılıb  və 

düĢünürəm ki, hekayəmin sonuna çatanadək, onlar bir az da artacaq.  

– Sən Alzheyner xəstəliyinin əslində nə olduğu haqqında bir Ģey 

bilirsənmi? 

–  Yox,  –  deyə  cavab  verdim.  –  Yəqin  ki,  sən  məni 

məlumatlandırarsan, Bred.  

–  Qocalar  üçün  bu  QĠÇS  xəstəliyidir,  –  deyə  cavab  verəndən 

sonra  qəhqəhə  çəkərək  güldü  –  ha-ha-ha-ha-ha,  –  lap  öz  axmaq 

lətifələrini danıĢandan sonra güldüyü kimi. 

Mən gülmədim, lakin onun dedikləri mənə toxunmuĢdu. Əlbəttə 

ki,  mən  Alzheyner  xəstəliyindən  əziyyət  çəkmirdim,  baxmayaraq  ki, 

Corciya  Paynz  adlı  gözəl  məkanda  bu  xəstəlikdən  əziyyət  çəkənlərin 

sayı çox idi. Mən özüm isə adi qocalıq sklerozundan əziyyət çəkirdim. 



www.vivo-book.com 

 

87 



Mənim  problemim  ən  çox  “nəyi”  deyil,  “nə  vaxt”  sualının  cavabını 

xatırlamaqla  bağlı  idi.  Ġndiyədək  artıq  yazdığım  mətnlərə  baxanda, 

həmin  32-ci  ildə  baĢ  verənlərin  hamısını  hələ  də  xatırladığımı 

düĢündüm; baĢımda qarıĢan, xatırlaya bilmədiklərim isə bu hadisələrin 

xronologiyasıdır.  Bununla  belə,  ümid  edirəm  ki,  bir  qədər  diqqətli 

olsam, müəyyən dərəcədə, onu da xatirimdə bərpa edə bilərəm.  

Detteriklərin əkiz qızlarını öldürdüyü üçün məhkum edilmiĢ Con 

Koffi “E” blokuna və YaĢıl Milə həmin ilin oktyabr ayında gəldi. Bu, 

mənə  lazım  olan  xronologiyanın  dönüĢ  nöqtəsidir  və  əgər  bu  tarixə 

isnad  etsəm,  hər  Ģey  qaydasında  olacaq.  Uilyam  Uorton  –  “Azğın 

Billi” – Con Koffidən sonra, Delakrua isə əvvəl gəlmiĢdi. Dostlarının 

“Brutal”  (Qaba)  dediyi  Brutus  Hovellin  “Billi  Paroxod”  adlandırdığı, 

Delakruanın  isə  “Mister  Cinqlz”  çağırdığı  siçan  onlardan  da  əvvəl 

gəlmiĢdi.  

Onu  hansı  adla  çağırırsan  çağır,  siçan  hətta  Delakruadan  da 

əvvəl  gəlmiĢdi  –  o,  ortaya  çıxanda  hələ  yay  mövsümü  idi  və  YaĢıl 

Mildə  bizim  iki  məhbusumuz  vardı:  BaĢçı  –  Arlen  Bitterbak  və 

Prezident – Artur Flanders. 

O  siçan.  O  çər  dəymiĢ  siçan.  Delakrua  onu  çox  sevirdi,  Persi 

haqqında isə bunları söyləmək olmaz.  

Persi elə ilk gördüyü andan ona nifrət edirdi.  

 

 




www.vivo-book.com 

 

88 



 

 



Persi YaĢıl Milin döĢəməsi ilə arxasına düĢüb qovandan üç gün 

sonra siçan yenə ortalıqda göründü. Din Stantonla Bill Doc siyasətdən 

danıĢırdılar...  Siyasətdən  danıĢmaq  deyəndə,  bu,  o  demək  idi  ki, 

Ruzveltlə Huveri (C.Edqarı deyil, Huver Herberti) müzakirə edirdilər. 

Onlar  Dinin  təxminən  bir  saat  öncə  qoca  Tut-Tutdan  aldığı  qutudan 

Ritz  quru  peçenyelərini  yeyirdilər.  Persi  kabinetin  qapısının  ağzında 

durub söhbətə qulaq asır və öz sevimli dəyənəyi ilə qısa zərbələri məĢq 

edirdi. O öz dəyənəyini haradansa əlinə keçirdiyi gülünc əldəqayırma 

çexolundan çıxarır, havada oynadır (ya da oynatmağa çalıĢırdı, çünki 

əgər dəyənək dəri qayıĢla biləyinə bağlı olmasaydı, onu əksər hallarda 

yerə  salardı),  sonra  da  yenidən  çexoluna  salırdı.  Həmin  gecə  mən 

növbədə deyildim, amma növbəti axĢam Dindən baĢ verənlər haqqında 

tam hesabat almıĢdım. 

Əvvəl olduğu kimi, siçan yenə xırda addımlarla qaça-qaça YaĢıl 

Mildə göründü. Bir qədər irəliləyəndən sonra dayanıb boĢ kameralara 

baxdı,  elə bil onları  yoxlayırdı. Siçan kameralara bir qədər baxandan 

sonra  heç  tərzini  pozmadan  yoluna  davam  etdi.  Elə  bil,  bunun  üçün 

axtarıĢ olacağını bilirdi və buna tam hazır idi.  

Bu dəfə Prezident oyaq idi və öz kamerasının qapısının yanında 

dayanmıĢdı.  O,  əla  oğlan  idi,  həbsxana  paltarında  belə  səliqəli 




www.vivo-book.com 

 

89 



görünməyə  bacarırdı.  Xarici  görünüĢünə  baxandaca  biz  baĢa 

düĢmüĢdük  ki,  o,  Qoca  Qığılcım  üçün  yaranmayıb  və  bu  fikrimizdə 

yanılmamıĢdıq  –  Persi  ikinci  dəfə  siçanı  qovandan  heç  bir  həftə 

keçməmiĢ  onun  cəzası  “ömürlüklə”  əvəz  edildi  və  o,  adi  məhbuslara 

qoĢuldu. 

–  Ey,  –  deyə  o  qıĢqırdı.  –  Burada  siçan  var!  Bu  necə 

həbsxanadır,  uĢaqlar?  –  Bizə  elə  gəldi  ki,  o  gülür.  Amma  Dinin 

dediyinə  görə,  o  əməlli-baĢlı  hiddətlənibmiĢ,  sanki  çıxarılmıĢ  ölüm 

hökmü onu özündən çıxarmaq üçün kifayət deyildi. O, Orta Cənubda 

DaĢınmaz Əmlak Ģirkətinin regional rəhbəri idi və qoca atasını binanın 

üçüncü  mərtəbəsinin  pəncərəsindən  ataraq,  ikiqat  sığorta  pulu  alacaq 

qədər  özünü  ağıllı  birisi  hesab  edirdi.  Bax,  bu  məsələdə  o  heç  haqlı 

deyildi, amma ola da bilər ki, o qədər də yox. 

–  Kəs  səsini,  nataraz,  –  Persi  onun  üstünə  qıĢqırdı,  amma 

birtəhər,  mexaniki  olaraq.  Onun  nəzərləri  siçana  zillənmiĢdi.  O, 

dəyənəyini çexolun içinə qoyub, əlinə bir jurnal almıĢdı, amma birdən 

əlindəki  jurnalı  növbətçi  masasının  üstünə  atıb  yenidən  dəyənəyini 

çexolundan  çıxardı  və  onu  fikirli-fikirli  sol  əlinin  ovcuna  vurmağa 

baĢladı.  

– Qancıq oğlu, – Bill Doc dedi. – Əvvəllər mən burada heç vaxt 

siçan görməmiĢdim. 

–  Ah,  o  elə  qəĢəngdir  ki,  –  Din  dedi.  –  Özü  də  heç  nədən 

qorxmur. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə