Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə7/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   105
Demir yollari kitab tam — 1

1) 
“Hərəkət vasitələrindən dəmir yol 
xəttinə təsir edən qüvvələr və onların qatarın hərəkət sürəti ilə əlaqəsi”, 
Tiflis,1918-ci il. 
2)
“Yolun profilinin qatarların hərəkətinə təsiri və 
onların aradan qaldırılmasına dair tədbirlər”, Bakı, 1927-ci il.
3) 
“Dəmir 
yolu xəttinin üst quruluĢunun hesabatı”, Bakı,1929 –cu il. AparılmıĢ 
təhlillər nəticəsində demək olar ki, bu kitablar dəmir yolunun üst 
quruluĢunun hesabatına dair Azərbaycan alimlərinin dünya dəmir yolu 
sahəsindəki ilk elmi nailiyyətləridir. Azərbaycan alimləri rels və Ģpalla-
rın hesabatı, dəmir yolu hərəkət tərkiblərinin dayanıqlığı və qatarların 
əyri xətli sahələrdə (R=128 m) dinamiki hərəkət xüsusiyyətlərinin yeni 


metodikasını iĢləyib hazırlamıĢlar. Bu kitablarda qarĢıya qoyulan bəzi 
məsələlərin yerinə yetirilməsi dəmir yolunda geniĢ tətbiq olunaraq 
Rusiyanın Voloqda-Petrozavodsk dəmir yolu xəttinin çəkilməsində, 
Zaqafqaziya dəmir yolunun Suram aĢırımının və Ələt-Culfa dəmir yolu 
xəttinin tikintisində istifadə olunmuĢdur. Sovet hakimiyyəti illərində 
X.B.Məlikaslanov Bakı Politexnik Ġnstitunda professor vəzifəsində 
çalıĢaraq, milli dəmiryolçu kadrların hazırlanmasında elmi-pedoqoji 
fəaliiyət göstərmiĢdir
 
[17, 24 ].
 
 
1.6. Beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycan
dəmir yolu 
 
Nəqliyyat dəhlizləri coğrafi rayonlar arasında böyük həcmdə
beynəlxalq yük və sərniĢin daĢımalarını yerinə yetirən milli və ya 
beynəlxalq nəqliyyat sisteminin tərkib hissəsidir. Azərbaycanın əlveriĢli 
coğrafi məkanda yerləĢməsi və onun beynəlxalq və regional layihələrdə 
iĢtirakı nəqliyyat infrastrukturunun möhkəmlənməsində mühüm rol 
oynayır. Azərbaycan Avropa və Asiyanı birləĢdirən körpüdür. 
Beynəlxalq Nəqliyyat Dəhlizlərinin BND yaranması ideyası ilk dəfə II 
Ümumi Avropa Nəqliyyat Konfransında (1994 il, Krit adası-Yunanstan) 
irəli sürülmüĢdür. Konfransın qərarına görə doqquz BND-nin yaradılması 
təsdiq edilmiĢdir. Avropa ġurasının təĢəbbüsünə görə indi BND-nin sayı 
on birə çatdırılıb. Hal-hazırda istismarda olan Avropa-Asiya ölkələrinin 
beynəlxalq nəqliyyat dəhlizindən ikisi (TRACECA, ġimal - Cənub)
Azərbaycanın nəqliyyat sistemi ilə
bilavasitə əlaqədardır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Avropa və 
Asiya ölkələri ilə yeni ticarət-iqtisadi münasibətlər yaratmağa baĢladı. 
Nəticədə ticarət əlaqələrinin istiqaməti dəyiĢdi və yeni TRACECA 
proqramı meydana gəldi. TRACECA proqramının əsası 1993-cü ilin may 
ayında Brüssel Ģəhərində Azərbaycan, Ermənistan, Gürcüstan, 
Qazaxstan, Türkmənistan və Özbəkistanın iĢtirakı ilə keçirilən Avropa 
Beynəlxalq Cəmiyyətləri konfransında qoyulmuĢdur. Burada Avropa 
Birliyinin maliyyələĢdirdiyi və qarĢısına Qərb-ġərq istiqamətində Avro-


padan Qara dənizi keçərək daha sonra Qafqaz və Xəzər dənizi vasitəsilə 
Mərkəzi Asiyaya çıxan nəqliyyat dəhlizini inkiĢaf etdirmək məqsədi 
güdən Texniki Yardım Proqramının tətbiqi haqqında razılıq qəbul 
edilmiĢdir. Beynəlxalq yüklərin daĢınması üçün öz imkanlarının 
yaxĢılaĢdırılması məqsədilə Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq 
təĢkilatlara müraciət etdi. Azərbaycan Dövlət Dəmir Yolu 1992-ci ildən 
MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyat ġurasının, 1993-
cü ildən Dəmir Yolları ƏməkdaĢlığı TəĢkilatının (DYƏT), 1995-ci ildən 
Beynəlxalq Dəmir Yolları Ġttifaqının üzvüdür. 1997-ci ildən baĢlayaraq 
Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları keçirilmiĢdir. 30 
sentyabr -1 oktyabr 1997-ci il MDB və Baltikyanı ölkələrin Dəmir 
Yolları Nəqliyyat ġurasının 19-cu yığıncağı, 22-23 oktyabr 2002-ci il 
MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyat ġurasının 33-cu 
yığıncağı, 22-23 noyabr 2007-ci il MDB və Baltikyanı ölkələrin Dəmir 
Yolları Nəqliyyat ġurasının 47-ci yığıncağı, 5-8 iyun 2001-ci ildə DYƏT 
üzvü olan ölkələrin Nazirlər MüĢavirəsinin 29-cu sessiyası, 24-28 aprel 
2006-ci ildə DYƏT-in BaĢ direktorlar Konfransının 21-ci toplantısı, 5-8 
iyun 2007-ci ildə DYƏT üzvü olan ölkələrin beynəlxalq tranzit tarifi 
haqqında müqavilə iĢtirakçılarının 18-ci iclası, 8-11 aprel 2008-ci ildə 
DYƏT-in ĠĢçi Müvəqqəti Qrupunun 12-ci iclası. Bu tədbirlər ölkəmizin 
beynəlxalq tədbirlər meydanına çevrilməsinə, respublika dəmir yolu 
nəqliyyatının nüfuzunun artmasına əyani sübutdur. 
MDB və Baltikyanı ölkələrdə yüklərin və sərniĢinlərin daĢınması hal-
hazırda beynəlxalq tarıf razılaĢmaları ilə tənzimlənir. Çətin keçid 
dövründə Avropa Birliyi Azərbaycan Dövlət Dəmir Yoluna böyük 
köməklik göstərdi. Dəmir yolu 4 milyon ABġ dolları həcmində 
təmənnasız texniki və malyyə yardımı aldı. Bu vəsaitlər iki iri körpünün 
(Qırmızı körpü və Tovuz) təmirinə və rekonstruksiyasına, sisterna 
vaqonlarının buxarla yüyulması üçün 2 ədəd qazanxananın alınmasına 
və ehtiyat hissələrinin gətirilməsinə sərf olundu. Eyni zamanda Bakıdan 
Gürcüstan sərhəddinə qədər optik lifli rabitə kabelinin çəkilməsi üçün 
Avropa Birliyindən 6 milyon dollar qrant alındı kı, o da bütün marĢrut 
boyu rabitənin yaxĢılaĢdırılmasına sərf olundu və 2002-ci ilin sonuna 


qədər dəmir yolunda həmin kabelin qoyulması üzrə iĢlər baĢa çatdırılaraq 
yeni rabitə sistemi istismara verildı. Digər mənbələrdən alınan qrantlar 
hesabına isə 1,2 milyon dollar dəyərində yeni avadanlıqlar və texniki 
vasitələr alındı.
Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan Respublikaları 
arasında dəmir yollarının fəaliyyətinin əlaqələndirilməsi haqqında 
Razılıq vəziyyətin tədricən yaxĢılaĢmasının baĢlanğıcı oldu. 1996-cı ilin
sonlarında ilk dəfə olaraq Bakı və Poti arasında marĢrut konteyner 
daĢınması təĢkil edildi. Hələ orta əsrlərdə də dünya ölkələri və xalqları 
arasında iqtisadi, ticarət və mədəni əlaqələr baĢlıca olaraq Azərbaycanın 
ərazisindən keçirdi. Avropanı, Rusiyanı, Cənubi Qafqazı, Ġranı, 
Hindistanı, Çini, Mərkəzi Asiya Respublikalarını, Monqolustanı və Uzaq 
ġərq ölkələrinin birləĢdirən məĢhur Böyük “Ġpək yolu” bunun canlı 
təzahürüdür. Hələ məĢhur italyan taciri Marko Polo XV əsrdə bu yolu 
Cənub Qərbi Avropadan uzaq Çinə qədər olan yeganə ticarət yolu hesab 
edirdı. 1998-ci ilin 7-8 sentyabrında 32 dövlətin və 13 beynəlxalq 
təĢkilatın iĢtirakı ilə Bakıda tarixi “Ġpək Yolunun” bərpası üzrə keçirilən 
beynəlxalq konfrans Azərbaycan Respublikasının düĢünülmüĢ iqtisadi 
siyasətinin təsdiqi oldu. Konfransda müzakirə olunan və qəbul edilən 
sənədlər arasında beynəlxalq tranzit daĢımaları haqqında Əsas Çoxtərəfli 
Razılıq, beĢ texniki Əsasnamə, o cümlədən dəmir yolu daĢımaları 
sahəsində əməkdaĢlıq barəsində müqavilə vardır. Həmin Razılığın yerinə 
yetirilməsini təmin etmək üçün TRACECA-nın hökümətlərarası 
komissiyası yaradılmıĢ və Bakı Ģəhərində Daimi Katiblik təsis edilmiĢdir. 
TRACECA, “ġimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərindən 
sonra yeni bir layihə də gündəmə gəldi: Bakı-Tbilisi - Qars. Türkiyəni 
Azərbaycanla birbaĢa quru yolla birləĢdirən Qars-Axalkalaki-Tbilisi-Bakı 
dəmir yolunun iĢə salınması Azərbaycanın regionda söz sahibi olmasını 
təsdiqləyən bir faktor kimi müasir siyasi-iqtisadi Ģəraitdə çox önəmlidir. 
“Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı” layihəsi haqqında danıĢıqlara 
hələ 26-29 iyul 1993-cü ildə Ankara Ģəhərində keçirilmıĢ Türkiyə-
Gürcüstan arasında QarıĢıq Nəqliyyat Komissiyasının iclasında 
baĢlanılmıĢdır. 20-21 iyul 2002-ci ildə Türkiyənin Ġstanbul Ģəhərində 


Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata 
keçirilməsi barədə protokol imzalanmıĢdır. Azərbaycan Respublikasının 
Prezidenti Ġlham Əliyev 14 iyun 2004-cu ildə Gürcüstana rəsmi səfəri za-
manı Gürcüstan Prezidenti M.SaakaĢvili ilə keçirdiyi mətbuat 
konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini 
dəstəklədiyini söyləmiĢ və Azərbaycanın da bu layihədə iĢtiraka hazır 
olduğunu bildirmiĢdir. 14 noyabr 2004-cü ildə Avropa Komissiyasının 
təĢəbbusü ilə Bakıda keçirilmiĢ Nəqliyyat Nazirlərinin Konfransında 
layihənin vacibliyi və regional xarakter daĢıması barədə Azərbaycan, 
Türkiyə və Gürcüstan tərəfləri birgə bəyanət imzalamıĢlar. Bu layihəyə 
aid 25 may 2005-ci ildə H. Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac 
boru (neft) kəmərinin Azərbaycan hissəsinin açılıĢında mühim bir sənəd 
də imzalanmıĢdır. 
Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarının prezidentləri hər 
üç ölkəni dəmir yolu ilə əlaqələndirən Bakı-Tbilisi-Qars birləĢdirici 
dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. 12 yanvar 
2007-ci ildə Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı 
layihəsinin son variantı iĢtirakçı dövlətlərin nəqliyyat nazirlərinin 
görüĢündə dəmir yolunun çəkiliĢinə dair iqtisadi-texniki məsələlər 
müzakirə edilmiĢ, çərçivə saziĢi və hökümətlərarası maliyyə-kredit 
sənədləri 
razılaĢdırılmıĢdır. 7 fevral 2007-ci ildə Gürcüstan 
Parlamentinin binasında Azərbaycan Respublikasının Prezidenti Ġlham 
Əliyev, Gürcüstan Respublikasının Prezidenti M.SaakaĢvili və Türkiyə 
Respublikasının BaĢ naziri R.T.Ərdoğan arasında görüĢ olmuĢ və 
regional əməkdaĢlıq sammiti sənədlərinin imzalanması olmuĢdur. Həmin 
görüĢündə ölkə rəhbərləri əvvəlcə “Regional əməkdaĢlığa ümumi baxıĢ 
haqqında Tbilisi Bəyannaməsi”ni imzaladılar. “Bakı-Tbilisi - Qars yeni 
dəmiryolu haqqında saziĢ”i Azərbaycan Respublikası tərəfindən 
nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən iqtisadi inkiĢaf 
naziri Georqi Arveladze və Türkiyə tərəfindən nəqliyyat naziri Binali 
Yıldırım imzaladılar. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində tikiləcək 
yolun uzunluğu 98 km-dir. Bunun 68 km Türkiyə, 30 km isə Gürcüstan 
ərazisində tikiləcək. Layihənin toplam dəyəri 420 milyon ABġ dolları 


həcmində dəyərləndirilir. 21 fevral 2007-ci ildə Azərbaycan Respub-
likasının Prezidenti Ġlham Əliyev “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” 
layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam 
imzaladı. 
 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə