Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Müstəqil Azərbaycan Respublikasının dəmiryol nəqliyyatı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə9/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   105
Demir yollari kitab tam — 1

 
1.8. Müstəqil Azərbaycan Respublikasının dəmiryol nəqliyyatı 
 
Sovet Ġttifaqının süqutundan və MDB-ın yaranmasından sonra 
Azərbaycan Respublikasının dəmir yollarında daĢınmaların həcmi kəskin 
azaldı. KeçmiĢ müttəfiq respublikalarla iqtisadi əlaqələrin pozulması 
dəmiryol nəqliyyatının iĢinə mənfi təsir göstərdi. Dəmir yolunun 
təsərrüfat fəaliyyətində neqativ iqtisadi və maliyyə çətinliklərinin 
yaranması ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidini 
çətinləĢdirdi. Azərbaycanda və MDB ölkələrində dəmir yollarının vahid 
idarə olunan Ģəbəkəsinin bu Ģəraitdə saxlanması yeni vahid iqtisadi 
sahənin yaradılmasına stimul yaratdı. MDB ölkələrinin dəmir yolu 
təĢkilatlarının fəaliyyətini 1992-ci ildə yaradılmıĢ dəmiryol nəqliyyatı 
üzrə Məsləhət ġurası əlaqələndirməyə baĢladı. Məsləhət ġurasında 
MDB-nin üzvu olmayan Baltikyanı respublikalar və 1993-cü ildən MDB-
nin üzvü olan Azərbaycan da iĢtirak edirdi. MDB ölkələrinin dəmiryol 
nəqliyyatında qatarların vahid hərəkət qrafiki nəzərdə tutulmuĢ, onların 
formalaĢmasının ümumi planı mövcuddur və bu ölkələr üçün qatarların 
hərəkət təhlükəsizliyin ümumi prinsipləri eynidir. Bu ölkələrin həm də 
mülkiyyətində olmayan vaqonlardan istifadənin ümimi qarĢılıqlı 
hesablaĢma sistemi iĢlənib və tətbiq olunub. DaĢınmaların həcminin 
düĢməsiylə bağlı çətinliklərin öhdəsindən gəlmək üçün Azərbaycan 
dəmiryol nəqliyyatında 1990-cı illərin ortalarından baĢlayaraq idarə 
sisteminin yenidən qurması və təsərrüfatçılığın yeni Ģəraitinə uyğun 
olaraq daĢıma prosesinin yenidən təĢkil etməsinə start verilmiĢdir. 


Azərbaycan Dəmir Yolunun tərkibində olan yol bölmələri (Gəncə, Bakı) 
ləğv olundu, sərniĢin daĢıma xidmətində ilk islahatlar aparılaraq SərniĢin 
DaĢıma Ġstehsalat Birliyi təĢkil edildi. Bir sıra dəmir yolları və bölmələr 
iriləĢdirilmiĢdir. Azərbaycan dəmiryol idarəsində və yollarda dispetçer 
idarə mərkəzləri yaradılmıĢ, həmçinin müasir metodlardan və marketinq 
vasitələrindən istifadəyə əsaslanan yeni firma nəqliyyat xidməti təĢkil 
edilmiĢdir. Dəmir yolunda yeni idarəetmə sisteminin yaradılması və 
istehsal sferasının dəyiĢilməsi ilə əlaqədar olaraq yeni mütərəqqi üsul və 
vasitələrdən istifadə etmək vacibdir. Bunun üçün ilk növbədə aĢağıdakı 
məsələlər yerinə yetirilməlidir. 
Dəmir yolunda ekspedisiyasının açıq göndərilməsi prosesinin tətbiqi 
ilə əlaqədar olaraq yüklərin istehsalçının anbarından istehlakçının 
anbarına qədər göndərilməsi üçün yeni ixtisaslaĢdırılmıĢ müəssisələrin 
təĢkil edilməsi. Dəmir yolunda müĢtərisinin cəlb edilməsi üçün nəzərdə 
tutulan tariflərin elastik sisteminin tətbiq edilməsi ilə əlaqədar olaraq
məsafədən və yüklərin ayrı növlərinin daĢınmalarının həcmindən asılı 
olan endirimlərin verilməsi. Dəmir yollarının texniki vasitələrinin 
yenilənməsi dəmiryol nəqliyyatının informasiyalandırmasının kompleks 
proqramının reallaĢdırmasını tələb etdi. 
Azərbaycanda sənaye istehsalatının yüksələn xətlə artması dəmiryol 
nəqliyyatında daĢıma iĢinin göstəricilərinin artımıyla müĢayiət olundu. 
Əgər 1996-cı ildə Azərbaycan dəmir yolunda yük daĢımalarının ümumi 
həcmi 9,573 milyon ton təĢkil edirdisə, 2006-cı ildə bu rəqəm 30,205 
milyon ton, 2012-ci ildə isə bu rəqəm 23,116 milyon ton təĢkil etmiĢdir. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə