Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsinin əsas mövzularından biridir. O, Sıra Nizamnaməsi əsasında hazırlanır və keçirilir


Sıra duruşu Sıra duruşu “DÜZÜL” komandası ilə alınır (şəkil 1)



Yüklə 317,99 Kb.
səhifə2/2
tarix28.11.2023
ölçüsü317,99 Kb.
#133289
növüDərs
1   2
Sıralar və onların idarə edilməsi

Sıra duruşu

Sıra duruşu “DÜZÜL” komandası ilə alınır (şəkil 1).
Bu komanda ilə hərbi qulluqçu cəld sıraya durmalıdır. Hərbi qulluqçu
düz, dabanları birgə, ayaqqabıların burnunu ön xətt üzrə bir pəncə
enində aralamalı, ayaqlarını dizlərdə gərginləşdirməməlidir. Gövdə
dik tutulur, sinə bir qədər qabardılır, qarın boşluğu içəri çəkilir,
çiyinlər bərabər yüksəklikdə tutulur və yuxarı qaldırılmadan bir
az geriyə alınır. Qollar sərbəst vəziyyətdə aşağı salınır. Əllərin
barmaqları bitişik vəziyyətdə və orta barmaq şalvarın yan tikişi
üzərinə qoyulur, ovuclar tam ayaqlara yapışdırılır. Baş yuxarı və
düz saxlanılır, çənə qabağa verilmir, baxışlar irəli yönəlir. Hərbi
qulluqçu hərəkətə hər an hazır vəziyyətini alır.

52. “FARAĞAT” komandası verildikdə dərhal sıra duruşuna
keçilməli və tərpənilməməlidir.
53. Əmr verildikdə və alındıqda, raport verildikdə, hərbi qulluq-
çular bir-birinə müraciət etdikdə, Azərbaycan Respublikasının
Dövlət Himni ifa edildikdə, əsgəri salam və komandalar verildikdə
“Farağat” vəziyyəti komandasız alınır.
54. Azad vəziyyəti “AZAD” komandası ilə alınır (şəkil 2 ).
55.“Azad” komandası ilə, sol ayaq çiyin bərabərliyində aralıda
qoyulur, qollar arxaya gətirilir, əllər bel kəmərinin səviyyəsində,
sağ əlin bilək hissəsi sol əlin ovuc içinə gəlir və sol əlin barmaqları
ilə yüngülcə sıxılır, sağ əlin barmaqları yarıbükülmüş, bədən düz
vəziyyətdə sərbəst saxlanılır. Hərbi qulluqçu “Farağat” vəziyyətində
durmalı, yerindən çıxmamalı, diqqəti yayındırmamalı və danış-
mamalı. Sıraya “Azad” komandası verildikdə və bundan sonra ko-
mandir (rəis) sıraya müraciət etdikdə, əlavə komandaya qədər sıra
“Azad” vəziyyətində durmaqda davam edir. 

56. “Geyim formasını – DÜZƏLT” komandası ilə sırada öz yerini tərk etmədən silahı, geyimi və ləvazimatı düzəltməli; sıradan çıxmaq üçün, bilavasitə rəisə müraciət edilməlidir. Yalnız bö- yük komandirin icazəsi ilə danışmaq və siqaret çəkmək olar.
57. “Geyim formasını – DÜZƏLT” komandasından əvvəl “AZAD” komandası verilir.
58. Baş geyimlərini çıxartmaq üçün “Baş geyimini (baş geyimlərini) – ÇIXART” komandası, baş geyimlərini geyinmək üçün “Baş geyimini (baş geyimlərini) – GEYİN” komandası verilir. Təklikdə hərbi qulluqçular ehtiyac olduqda baş geyimini komandasız çıxarır və geyinirlər. 
59. Baş geyimi sağ əllə çıxarılaraq sol ələ ötürülür, sol əl azad buraxılmaqla baş geyiminin içəri tərəfi sol ayağa yapışdırılır və baş geyiminin kokardası qabağa baxaraq saxlanılır (şəkil 3).
60. Silahsız, yaxud silah "arxada" vəziyyətində olduqda baş
geyimi sağ əllə, silah “sinədə”, “qayışda” vəziyyətində və ayaq
yanında olduqda sol əllə çıxarılır və geyinilir. Baş geyiminin
karabin “çiyində” vəziyyətində olduqda çıxarılması üçün karabin
əvvəlcə ayağın yanına alınır.
Yüklə 317,99 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə