___________ Milli Kitabxana_______________
81
20 Yanvarın rəmzi qırmızı qərənfillərdir. O kədərli gündə
şəhidlərimizi minlərlə qərənfillə yola saldıq, ağı, mərsiyə,
bayatı ilə uğurladıq son mənzilə. Ramizin becərdiyi qərənfillər
də həm onun, həm də digər şəhidlərimizin məzarına qismət
oldu. Ramizin ölümü hamımızı yandırdı.
Amma bir təsəllimiz var ki, Ramiz kimi igidlər bizim xalqın
azadlığı uğrunda şəhid olub. Şəhidlərunsə məqamı, mərtəbəsi
bilirsiniz ki, Allahın yanında çox ucadır. Bir təsəllimiz də
budur ki, Ramizin işiğı bu gün də yanır, onun ömür-gün yoldaşı
Şövkət xanım kişi kimi bu ailənin başında durdu, uşaqlarına
korluq çəkdirmədi, onları böyütdü, oxutdu, hamısını yerbəyer
etdi. Üzü ağ olsun, o əsl azərbaycan xanımıdır, mən ona
möhkəm can sağlığı, uzun ömür arzulayıram.
Hacıxanım Zərifə Məmmədova.
Ramizin qohumu
___________ Milli Kitabxana_______________
82
* * *
Deyir birindən soruşurlar ki, qardaşın necə adamdır? O da
qayıdıb deyir ki, bilmirəm, yol yoldaşı olmamışam.
Bu məsəldə çox böyük məna, hikmət var. Doğrudan da
bizim həyatda tanıdığımız hər hansı bir şəxs, istər qohum olsun,
istərsə də dost, yoldaş öz daxili aləmini məhz evindən,
kəndindən, şəhərindən, ölkəsindən uzaqlarda daha bariz şəkildə
ortaya qoyur, müsbət və ya mənfi xüsusiyyətlərini daha tez
biruzə verir.
Mən də uzun müddət vətəndən kənarda yaşamışam Bir
müddət Ramiz də (Cəbrayıl) mənimlə bir yerdə işləməli oldu,
Ramiz əslində, ilk baxışdan başqalarından heç nə ilə
fərqlənməyən adi bir insan idi, eyni zamanda onun
başqalarından seçilən bəzi cəhətləri vardı.
Ramiz dostluqda sədaqətli idi, vətənini, millətini çox sevirdi.
Əsl türk oğlu türk idi. Haqsızlıqla barışmaz, xəyanəti
bağışlamaz, yalanı sevməz, verdiyi sözdən geri çəkilməzdi.
Ramizlə həmyaşıd olsaq da, bir qəsəbədə yaşasaq da onunla
yaxınlığım və dostluğum Qazaxstan Respublikasında daha da
möhkəmləndi. 60-cı illərdə Manqışlaq vilayətində neft
istehsalına başlananda, Azərbaycandan, xüsusilə də Bakıdan
oraya kömək üçün peşəkar neftçilər göndərmişdilər. Biz də
onların arasında idik. Manqışlağa keçmiş Sovetlər İttifaqında
hər yerindən nümayəndələr dəvət olunmuşdu.
O illərdə də bəzən milli zəmində toqquşmaral baş verirdi.
Rusların, şovinist rus siyasətçilərinin məqsədyönümlü
ayrıseçkililiyini biz müsəlmanlar hər addımda hiss edirdik.
Bizim indi-indi yaradıb fəzliyyətini genişləndirməyə
çalışdığımız diaspora hərakatının hələ o vaxt nə olduğunu
bilmədiyimiz bir dövrdə Ramiz belə bir cəmiyyət yaratmışdı.
Biz onunla bir otaqda yaşayırdıq. Ramiz Manqışlaqda
işləyən bütün azərbaycanlıların qayğısına qalırdı. Yeni
___________ Milli Kitabxana_______________
83
işləməyə gələnlərin işlə, yaşayış yeri ilə təmin olunmasına
kömək edirdi, onların bir sıra sosial problemlərinin həllinə
yardım etməyə çalışırdı.
Az sonra o Azərbaycan icmasının liderinı çevrildi. Dara düşən
hər kəs ilk növbədə onu axtarıb tapır, kömək üçün ona müraciət
edirdilər. Ramiz də heç kəsdən köməyini əsirgəmirdi. Onun bir
sözü vardı: “Sən Azərbaycanda öz hərəkətinə görə özün
cavabdehsən, burda isə hər kəsin hərəkəti bizim Vətənin adına
yazılır Burda xoşumuza gəlməyən, hətta nifrət etdiyimiz
soydaşımıza belə hörmətlə yanaşmalıyıq. Azərbaycanın adına
xətər gətirən hec bir hərəkətə yol verməməliyik. Qoy özgə
millətdən olanlar da bizim cəmiyyətimizin möhkəmliyinə, birli-
yinə, səmimiyyətinə qibtə etsinlər. Əgər biz bu hımrəyliyə nail ola
bilsək, bizə hörmətlə yanaşacaqlar, heç kəsin bizə yuxarıdan aşağı
baxmağa gücü çatmayacaq. Biz təklənsək, tez sınarıq!”
...Bir dəfə Moskvadan Manqışlağa xüsusi bir komissiya
göndərmişdilər. Onlar hər yerə burunlarını soxur, işçiləri sorğu-
suala tutur, adamları az qala təhqir edirdilər. Onaların arasından
bir məmur hikkə ilə Ramizdən haralı olduğunu soruşdu və onun
Bakıdan. Azərbaycandan gəldiyini biləndə:
– Görürəm Bakı neftçiləri Qazaxstandakı neft hasilatında
fəal iştirak edirlər. Sonra da bəzi sözlər dedi. Ramiz isə ona çox
diqətlə qulaq asdı, sakitcə belə bir cavab verdi:
– Biz Bakı neftini Moskvaya hədiyyə erdik, indi də
qazaxların neftini sizə daşımağa kömək edirik.
Bu sözlər məmuru bərk tutdu, qıp-qırmızı qızardı və dönüb
hirsli-hirsli Ramizə dedi:
– Əgər 37-ci il olsaydı, bu sözlərinə görə səni güllələ-
yərdilər!
Ramiz də söz altda qalmadı:
– Siz ömrünüz boyu sözün düzünü deyənləri güllələmisiniz!
Mənsə həmişə milli nemətlərimizi əlimizdən alanlara nifrət
etmişəm. Elə buna görə də bir vaxt Moskvanın gülləsinə tuş
___________ Milli Kitabxana_______________
84
gələcəyimi istisna etmirəm, – deyib o məmurdan uzaqlaşdı.
Məmur heyrətlə onun arxasınca baxdı.
İndi o əhvalatdan çox illər keçir. Ramizin bu mistik hissiyatının
nə qədər güclü və həqiqətə uyğun olduğunu illər keçəndən sonra
dərk edirəm. Qazaxstandan sonra bizim dostluğumuz daha da
mökəmləndi. Biz ailəliklə tez-tez bir-birimizin evinə qonaq
gedərdik.
Ramizin gözəl ailəsi vardı. Həyat yoldaşı Şövkət xanım
mənim dostuma, qardaşıma layiq nəcib, ləyaqətli, mehriban,
gülərüz bir xanım idi. Dörd uşaq anası üçün qonaq qəbul etmək
çətin olsa da o heç vaxt bunu biruzə verməz, həmişə bizi
üzügülər qarşılayardı.
Hal-hazırda Şövkət xanım Azərbaycan Qadın və iİnkişaf
mərkəzində çalışır, ictimai işlərdə fəal iştirak edir.
90-cı illərdə işimlə əlaqədar mən Rusiyaya köçməli oldum.
Yanvarın 15-də Ramiz mənə zəng etdi ki. 20-də gəlirəm. Mən onu
səbirsizliklə gözləyirdim. O mənə uçacağı təyyarənin reysini de-
mişdi, ona görə də əziz dostumu qarşılamaq üçün aeroporta getdim.
Ancaq gələn sərnişinlər arasında Ramiz yox idi. Çox təəc-
cübləndim, həm də narahat oldum. Axı, Ramiz heç vaxt vədinə
xilaf çıxmamışdı. Bakıya zəng vurdum. Bakıdan mənə çox
həyacanlı xəbərlər verdilər. Sən demə həmin gün Sovet hərbi
hissələrinin xüsusi təlim keçmiş dəstələri Bakıya soxularaq
mənim sevimli şəhərimi qan gölünə çeviriblər. Şəhərə tanklar
yeridilib. Çoxlu təlafat var. Ramiz də o gecə şəhid olub.
Yaxın dostumu itirdiyimə inana bilmirdim. Xəyalım çox uzaq-
lara getmişdi. Onun məmura dediyi sözləri xatırladım. Bir daha
əmin oldum ki, ağıllı insanlar öz ölümlərini əvvəlcədən görürlər...
Onun dəfnində iştirak etmək üçün təcili Bakıya uçdum Dəfn
mərasimi gözlənildiyindən də təmtəraqlı keçdi. Hələ Suraxanı
öz tarixində belə bir matəm görməmişdi.
Atam Kərim Mehdiyev Ramizin məzarı başında alovlu nitq
söylədi. O respublikada hamının tanıdığı hörmətli şəxslərdən
Dostları ilə paylaş: |