Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   59   60   61   62   63   64   65   66   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
207
ki,  boş  yer  qalmamışdır.  Bu  isə  digər  iqtisadi  subyektlər  üçün 
iqtisadi  məkanı  məhdudlaşdırır.  Digər  bütün  yadlar  üçün  ixraca 
çıxış bağlıdır. Əlbəttə bunun ardınca bütün sosial liftlər dayanır, 
iqtisadi subyektlərin hərəkətlilik potensialı azalır. Dövlət qulluğuna 
qəbulun  müsabiqə  sistemi  mövcuddur.  Sahibkarlıq  fəaliyyətinin 
qeydiyyatı əhəmiyyətli dərəcədə yüngülləşdirilib. İl-ildən HSKMF-
nin güzəştli kreditləşməsi artır ki, bu da hazırki ildə 250 mln ma-
nata çatacaq. İlkin mandata görə güzəştli kreditlər kiçik və orta 
biznesin  dəstəyinə  yönəlməliydi.  Reallıqda  isə  keçən  il  hüquqi 
şəxslərə kömək milli fondunun xətti ilə verilən kreditlərin 70%-i varlı 
resipiyentlərin dəstəyinə yönəlmişdi. Bu kreditlərin keçən illərdə 
alıcıları “Azərsun”, “Gilan”Holdinq, “Akkord” kimi arxalarında güc -
lü kapital duran maliyyə sənaye qrupları idi. Uzunmüddətli pers-
pektivdə yeni məmur kapitalı ölkənin qanunvericiliyinə məhv edici 
təsir edir. Burada xüsusi paradokslar var. Tez tez deyirlər ki, bizim 
qanunlar yaxşıdır lakin problem icraedənlərdədir. Adama elə gəlir 
ki, qəbul olunan qanunlar əgər icra edilmirsə və uzun normativ 
aktlar qəbul etmək mümkündürsə, onların nə əhəmiyyəti var. La-
kin parlamentdə olan lobbi qrupları tərəfindən blok edilən qanun-
ları icmal edərkən başa düşürsən ki, böyük kapital özünün varlı-
ğını uzun mərhələyə planlaşdırır və risk etmək istəmir. Axı qəbul 
olunan qanun əvvəl axır işləməyə başlaya bilər. Demək olar 6 ildir 
ki,  parlamentdə  “Rəqabətlilik  Məcəlləsini”  qəbul  etmək  barədə 
müzakirələr  gedir.  O  ikinci  oxunuşda  qəbul  edilib  .  Lakin  üçün-
cü,  redaktə  olunmuş  oxunuşda  isə  heç  cür  qəbul  edə  bilmirlər. 
Dövlət  alıcılığı  haqqında  qanuna  əlavələr  isə  hakimiyyətin  kori-
dorlarında itib, halbuki, keçən il ticarətin həcmi 4,5 mld manat ol-
muşdur, və bütün bunlar heç bir rəqabət olmadan həyata keçirilir. 
Qiymətləndirmə fəaliyyəti barədə yeni qanun da şübhəli dərəcədə 
uzun müddətdir ki, qəbul olunmur. Prinsipcə o da öz mahiyyətinə 
görə  anti  korrupsiya  istiqamətlidir.  Yeni  mülkiyyətlərin  əmələ 
gəlməsini ehtimal edən hər hansı qanun –şəxsi investisiya fondla-
rı və ya şəxsi kredit bürosu haqqında qanunlar çox çətinliklə keçir. 
Artıq iki ildir ki, dövlət nəğd pulun azaldılması üçün mübarizə apa-
rır.  Lakin  bu  da  uğursuzluqla  nəticələnib.  Ödəmə  dövriyyəsinin 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
208
cəmi 7%ni nəğdsiz ödənişlər təşkil edir. Nəyə görə cəmiyyət belə 
israrla şəffaflıq tələb edir. Təsadüfi deyil ki, “İnsayder” (yalnız bir 
qrupa  məxsus  informasiya)  haqqında  qanunun  qəbul  olunması 
təxirə salınır. Keçən ilin yayında “Kommersiya haqqında” qanuna 
dəyişikliklər qəbul olunub. İndi müəssisə rəhbərlərini identifikasiya 
etmək mümkün deyil. Böyük kapital özünün siyasətə yaxın olma-
sı  ilə  bağlı  əsaslı  şəkildə  örtülməyə  başladı.  Hətta  konsolidasi-
ya nöqteyi nəzərdən iqtisadi və siyasi kapitalın bütünləşməsinin 
gələcəkdə  güclənməsi  nəzərə  çarpacaq  xoşagəlməzliklər  vəd 
edir.  Təsadüfi  deyil  ki,  “Azərbaycan  metallurgiya  kompleksi”nin 
yaradılması  haqqında  prezident  fərmanını  hakimiyyətin  əmlak 
bölgüsünə son qoyması kimi izah etmək olar. Lakin baş verənlərin 
bütün incəliklərini gözlə görmək mümkün deyil., ona görə də bu-
nun arxasında sonrakı kapitalın sənaye konsentrasiyası dura bilər. 
Bu isə cəmiyyətə güclənən kapitalın siyasi iddialarının mütəşəkkil 
təsiri kimi görünə bilər. 
Nəhayət təəcüblü deyil ki, gücləndiyini hiss edən böyük biz-
nes çox vaxt qeyri-moral olur. Yanvarda baş verənlər dövlət qu-
ruluşu  üçün  belə  ədəbsizliyin  təhlükəli  olduğunu  göstərdi.  Bun-
ları  bərkdən  deməsə  də  prezident  İsmayıllı  hadisələri  ilə  bağlı 
hökümət toplantısında eyham vurmuşdu. Əlbəttə böyük kapita-
lın  imkanlarından  istifadə  etmək  cəhdləri  rasional  görünə  bilər. 
Məsələn, Azərbaycan  kapitalının  ölkənin  hüdudlarından  kənara 
çıxması belə görünür. Həqiqətən iqtisadiyyatın xarici diversifikasi-
yası və dünya iqtisadiyyatı məkanında iqtisadi imkanların tapılma-
sı çox məhsuldar görünür. Lakin burada da dövlət strukturlarının 
aktivlərinin silinməsi ilə təqribən bağlı olan bir çox məsələlər qalır. 
Dünya təcrübəsində bəlli hadisələr var ki, ölkədən kənarda qeydə 
alınan dövlət aktivləri, sonralar fond birjalarında peyda olurdu. 
Daha bir problem də onda idi ki, böyük kapitalın dövlət xeyrinə 
istifadə olunması cəhdi nəticə vermirdi, hərdən isə neqativ hal-
ların  artmasına  səbəb  olurdu.  Regional  iqtisadiyyatı  qaldırmaq 
cəhdi başlananda (regional inkşaf üçün artıq iki proqram qəbul 
olunub) siyasi və iqtisadi kapitalın birləşməsi epoxası üçün bir sıra 
depressiv  rayonların  iri  oliqarxların  sərəncamına  verilməsi  çox 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
209
rasional görünürdü. Bu onun üçün edilirdi ki, orada iqtisadiyyatı 
qaldırsınlar,  yeni  müəssisələr  yaradıb,  yeni  yollar  inşa  etsinlər. 
Reallıqda isə hər şey onunla bitdi ki, oliqarx qruplar özlərini daha 
güclü hiss etdilər və rayonlardan yeni gəlir çıxarmağa başladılar. 
Regionları dotasiyadan çıxarmaq mümkün olmadı, əvəzində isə 
icra hakimiyyəti başçılarının regionlarda  özbaşınalığı  haqqında 
informasiyalar  axırıncı  aylar  KİV  səhivələrini  bəzəyirdi.  Bunun 
bənzərini  biz  aqrar  sektordaki  iqtisadi  əlaqələrdə  də  müşahidə 
edirik. Burada bir tərəfdə məhsul istehsal edən fermerlər, digər 
tərəfdə isə demək olar ki tamamilə iri iqtisadi qrupların əlində olan 
aqrar emal dururdu. Məsələnin bu hal alması prezident tərəfindən 
elan olunmuş qeyri neft sektorunun əsas prioriteti olan aqrar sek-
tora  əsil  obyektiv  maneə  idi.  Burada  çıxış  yolu  kooperativlərin 
yaranması idi ki, onlar müştərək olaraq məhsulu eksporta çıxa-
ra  bilərdilər.  Ölkənin  özündə  isə  özəl  ticarət  nöqtələri  yaradar, 
çox da böyük olmayan emal müəssisələri aça bilərdilər. Lakin bu 
qərarların da həyata keçməsinin qarşısı alınırdı. 
Qaçılmaz dəyişikliklər
Siyasi və iqtisadi hakimiyyətin indiki konsolidasiyası bir sıra 
pessimist proqnozlar vəd edir. Bəziləri əmindir ki, mövcud situa-
siya ilə heç nəyi dəyişmək mümkün deyil., belə ki, birləşmiş siya-
si və iqtisadi kapital çox güclüdür. Bu sistemi dağıtmaq sadəcə 
mümkün deyil ona görə dəyişikliklər imkansızdır. Digərləri isə he-
sab edir ki, yuxarıdan və ya aşağıdan olaraq ölkənin bütövlükdə 
siyasi sisteminə ediləcək dəyişikliklərin özlərinə də fundamental 
olaraq yenidən baxılmalıdır. Qeyd edək ki, dini əhval ruhiyyənin 
artması belə bizim cəmiyyətdə qonşu müsəlman ölkələrinin təsiri 
və dini identiklik deyil. Bu, İslamın təməl anlayışlarından biri olan 
sosial ədalət prinsiplərinin pozulmasına reaksiyadır. Hərçənd ki, 
ölkədə kasıblıq səviyyəsi 6%-dən az hesablanır, həqiqətdə isə 
varlılarla kasıblar arasında fərq aşkardır. Bir çox səbəblərə görə 
ölkədə dəyişikliklər vacibdir. İlk öncə cəmiyyət daha rasional və 
daha skeptik olur. Gəlin yada salaq ki, 2000-ci illərin ortalarında 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə