Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
174
partiyalarının adları üçün istifadə edilməsi əsas, mərkəzdə du-
ran qüvvələrin və dövlətdə qənaətbəxş mövqe tutmağa can atan 
ikinci dərəcəli qrupların arasındakı qeyri-bərabər münasibətin və 
yaranan vəziyyətin göstəricisidir. 
Son dövrə qədər əsas qrupa məxsus qüvvələr dövləti idarə 
edirdilər. İkinci dərəcəli qrup isə, dövlət idarəçiliyindən uzaq ol-
masına baxmayaraq çox güclü social və psixoloji təsirə malik idi. 
Lakin qrupların bu şəkildə bölgüsü daimi olaraq qalmamış və əsr 
boyunca mütamədi olaraq dəyişiklik və transformasiyaya uğra-
mışdır. Bunu təkcə demokratikləşmə prosesini deyil, həm də si-
yasi və iqtisadi gücün fəaliyyətini izah etmə baxımından Türkiyə 
siyasətinin əsas məğzi saymaq olar. Önəmli cəhət budur ki, ikinci 
dərəcəli qrup öz siyasi və iqtisadi gücünü o qədər böyütmüş, inki-
şaf etdirmiş və genişləndirmişdir ki, əsas və ikinci dərəcəli qrup-
ların bir-birinə inteqrasiyası qrupların bir-birindən ayrılmasını və 
bölgüsünü mürəkkəbləşdirmişdir. Amma daha vacibi isə odur ki, 
tam nəzarətdə olmasa da ikinci dərəcəli qrup hal-hazırda dövləti 
idarə edir. İkinci dərəcəli qrup mərkəzə gəlmişdir və mərkəzdə 
olan əsas qrup isə öz növbəsində ikinci dərəcəli qrup ilə birləşmə 
mərhələsindədir. 
Bu  prosesdə  Türkiyədəki  ikinci  dərəcəli  qrupu  təmsil  edən 
üç əsas şəxs önəmli rol oynamışdır. Bunlar 1950-ci illərdə De-
mokratiya  Partiyasının  lideri Adnan  Menderes,  1980-ci  illərdən 
1993-cü  ilə  kimi  Ana  Vətən  Partiyasının  nümayəndəsi  Turqut 
Özal  və  2002-ci  ildən  bəri  isə  Ədalət  və  İnkişaf  Partiyasının 
liderləri Abdulla Gül və Rəcəp Tayyip Ərdoğan tandemidir. Süley-
man Dəmirəl də Türkiyə siyasətində özünəməxsus yeri olan biri 
kimi bu prosesin iştirakçısı olmuşdur. Lakin o, öz uğurlu gedişini 
davam etdirə bilmədi, belə ki 28 Fevral, 1997-ci ildə baş verən 
hərbi çevriliş vaxtı o sivil hökumətin əleyhinə çıxaraq hərbçilərin 
tərəfində mövqe tutdu və nəticə etibarilə də mühafizəkar qruplar 
arasında qazandığı etimadını itirdi. 
6. Türkiyənin iqtisadi və siyasi sisteminin Realizm və Nata-
mam-Sovet  modelindən  Liberal/neoliberal  modelə  keçidində 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
175
beynəlxalq,  eləcə  də  yerli  aktorlar  və  səbəblərin  mühüm  rolu 
olmuşdur.  Bu,  mərkəzləşdirilmiş  siyasi  və  iqtisadi  sistemdən 
müəyyən dərəcədə azad, demokratik və plural bir sistemə keçid 
deməkdir. Başqa sözlə desək, Türkiyənin daxili və xarici siyasəti, 
həmçinin iqtisadi və siyasi hakimiyyəti mərkəzləşdirilmiş dövlət 
sisteminin tətbiq olunduğu realizm modelinə çox yaxın idi və plan-
lı iqtisadi sistemin mövcud olduğu Sovet modelinə bənzəyirdi. 
7. Lakin bu keçid prosesi və partiyalar arasındakı hakimiyyət 
uğrundakı çəkişmələr mənfi sosial, siyasi və hətta mədəni təsirləri 
olan dərin maliyyə və iqtisadi böhranı yaratdı. Yarım əsr boyunca 
Türkiyə daimi olaraq baş verən çox böyük maliyyə krizləri yaşadı 
ki, bunlar da Beynəlxalq Valyuta Fondundan alınan maliyyə yar-
dımı paketləri nəticəsində həll olundu. Bütün bu hallarda Türkiyə 
iqtisadiyyatının normal funksiyası bərpa edildi, və köklü siyasi və 
iqtisadi dəyişikliklər baş verdi. BVF və digər beynəlxalq maliyyə 
kreditorlarının Türkiyə iqtisadi siyasətinin xüsusilə də 1960, 1980, 
2001-ci illərdə dəyişilməsində önəmli rolu oldu
5

Yuxarıda dediklərimi əyani faktlarla sübut etməkçün mən ötən 
əsrdə baş verən bu transformasiyanın tarixini qisaca olaraq işıq-
landırmaq istərdim.
Türkiyə siyasi iqtisadi modelinin tarixi
1923-1929: avtoritar formada həyata keçirilən 
dövlət quruculuğu siyasətilə müşayiət olunan 
dövlət kapitalizmi
Respublikanın fəaliyyət göstərdiyi ilk onillikdə Türkiyə dövləti 
1923-cü  ilin  Fevralında  İzmir  İqtisadi  Konqresində  qəbul  olu-
nan proqramla bazar iqtisadiyyatını inkişaf etdirmək məqsədilə 
5
 Daha çox məlumat üçün: Mustafa Kutlay, “Internationalization of finance capital in Spain 
and Turkey: Neoliberal globalization and the political economy of state policies”, New Pers-
pec tives on Turkey, No.47, Fall 2012, p.115-139.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
176
sahibkarları toplamağa başladı. Dövlət qərar gəldi ki, özəl fəa-
liy yətlə məşğul olan biznes qruplarını investisiya və istehsalata 
həvəsləndirsin. Başqa bir tərəfdən isə 24 İyul 1924-cü ildə imza-
lanmış  Lozanna  Müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  Türkiyə 
dövləti Qərb dünyası ilə olan xarici ticarətdə tətbiq olunan göm-
ruk  tariflərini  artırmamalı  idi.  O  zamanlar  dövlətin  iqtisadiyyat 
üzərindəki idarəsi güclü deyildi, amma dövlət strukturları “xüsu-
si  sahibkarlar”  yaratmaq  məqdəsilə  iqtisadi  proseslərə  kifayət 
qədər müdaxilə edirdi. Nəticə etibarilə bu təmiz şəkildə fəaliyyət 
göstərən  liberal  sistem  deyil,  mərkəzləşdirilimiş  və  dövlətin 
idarəçiliyi altında olan kapitalizm sistemi idi
6

Lakin  fakt  bu  idi  ki,  bu  sistem  Realizm  modelinin  bariz  nü-
mu nəsi idi. Həqiqətən də dövlət qurma prosesində Respublika 
o qədər avtoritar şəkildə davranırdı ki, qarşı çıxan bütün qruplar 
təcrid olunur, təzyiq və ittihamlara məruz qalırdılar. Mustafa Ka-
malın rəhbərliyi altında fəaliyyət göstərən hökumət 1924-cü ildə 
Türk kimliyi daşıyan bir dövlət qurmaq məqsədilə yeni konstitu-
siya qəbul etdi. Rəhbərlik Kamalizm ideologiyasını dəstəkləyən 
sosial, siyasi və iqtisadi qruplara güzəştə getsə də, Kürd, İslam-
çı, Ələvi və digər qrupları dövlət idarəçiliyindən uzaqlaşdırdı. Bu 
şərtlər altında məlum məsələ idi ki, siyasi və iqtisadi güc Kama-
lizmi dəstəkləyən əsas qrupların əlində cəmləşmişdi. 
Nəticə olaraq bu model planlaşdırıldığı kimi funksiya göstərə 
bilmədi  çünki  özəl  sektor  və  sahibkarlar  inkişaf  edib  böyüyə 
bilmədilər  və  rəhbərliyin  dövlət  qurma  siyasəti  ikinci  dərəcəli 
qruplar arasında narazılıq yaratdı. 
1930-1950: “Tək Partiyalı Sistemin” 
dominant olduğu mərkəzləşdirilmiş iqtisadiyyat
Yarı  liberal  modelin  uğursuz  şəkildə  tətbiqi  və  həmçinin  də 
1929-cu  ildə  baş  verən  dünya  iqtisadi  böhranından  doğan 
beynəlxalq  vəziyyətin  nəticəsi  olaraq  Türkiyə  dövləti  tədricən 
6
 Güneri Akalın, Cumhuriyet Dönemi Ekonomi-Politik Tarihinin Liberal Yorumu (Ankara: Orion 
Kitabı, 2010).


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə