yanaşı saysız-hesabsız təsadüflərin roluna diqqət yetirilməlidir. Həm tarixi, həm də sosial qanunauyğunluqlann
fəaliyyəti araşdırılarkən təkcə mövcud sosial-iqtisadi həyat şəraiti yox, həm də sosial qüvvələrin hərəkətlərini
səciyyələndirən real məzmun zənginliyi (insanların fəallığı, mənafeləri, sərvət yönümləri və s.), yəni sosial prosesin
bütün amilləri nəzərə alınmalıdır.
Sosiologiya şəxsiyyətin kollektivdə, ailədə və bütövlükdə cəmiyyətdə davranışını tədqiq edərkən psixologiya
elminin əsas ideyalanndan bəhrələnir. Məsələn, davranışın, şəxsi və kütləvi münasibətlərin motivləri nəzəriyyəsi,
şəxsiyyətin sosial yönümlərinin öyrənilməsi metodları və s. bu qəbildəndir. Sosioloji tədqiqatlarda psixolooji
testlərdən uğurla istifadə olunur.
Sosiologiya insanların müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətini, ailə və ictimai tərbiyə, mənəvi həyat
problemlərini və s. öyrənərkən etika, estetika, pedaqogika sahəsində aparılan tədqiqatlara, çıxarılan nəticələrə müraciət
etməli olur.
Bir sözlə, müxtəlif elmlərlə sosioloji bilik arasında maraqlı qarşılıqlı zənginləşmə prosesi gedir.
Sosiologiya ilə təbiət elmləri arasında xüsusi əlaqə mövcuddur. Bu əlaqə müasir təbii-elmi metodologiyanm
sosial tədqiqatlann, bütövlükdə cəmiyyətşünaslıqm inkişafina getdikcə artan təsirinin ifadəsi hesab edilməlidir.
Sosial
hadisələrin, proseslərin tədqiqində təbii-elmi və riyazi dəqiqliyə nail olmağa səy göstərilməsi sosiologiyanm
inkişafında dərin iz buraxmışdır. Söhbət təbiət elmlərinin və dəqiq elmilərin anlayışlarmdan
mexaniki surətdə istifadə
olunmasından, təbiət və cəmiyyət qanunlannm eyniləşdirilməsindən getmir. [35 a 36]
Cəmiyyət hadisələrinin tədqiqinə elə təbii-elmi və dəqiq metodlarm tətbiqi nəzərdə tutulur ki, onlar təbiət
elmlərində və dəqiq elmlərdə olduğu kimi öz səmərəliliyini sübut etsin.
Hazırda kibernetikanın, informasiya nəzəriyyəsinin və s. işləyib hazırladıqları riyazi metodlar sosiologiyada
getdikcə daha artıq dərəcədə tətbiq olunur. Sosioloji tədqiqatlann vəzifələrinə uyğunlaşdınimış xüsusi riyazi metodlar
və nəzəriyyələr də yaradılır. Ayrı-ayn istehsal prosesləri, sahələri çərçivəsində insan-texnika sisteminin tədqiqi zamanı
sosiologiya ilə texniki elmlərin müəyyən qarşılıqlı münasibətləri qərarlaşır. Belə münasibətləri, məsələn, istehsalın
avtomatlaşdıniması və mexanikləşdirilməsinin sosial aspektlərini öyrənərkən xüsusilə aydm müşahidə etmək
mümkündür.
Deməli, sosiologiya ən müxtəlif bilik sahələri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Lakin bu əlaqə hər bir
konkret halda öz spesifik aspektlərinə malikdir. [36 a 37]
17
II
FƏSIL
CƏMIYYƏT
MÜRƏKKƏB SOSİAL-MƏDƏNİ FENOMENDİR
1.
Cəmiyyət ən
ümumi sosial sistem kimi
Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan
mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi
növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə çıxarmışdır; bu, cəmiyyətə sistem
kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan təşəkkülləri tədqiq etmək
üçün sistem yanaşmadan uğurla istifadə olunur.
«Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş
daxil olmuşdur; onun ilkin mənası nəyinsə mürəkkəb və rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin sistemi,
biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin elmi məzmun
kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, tədqiqatını xüsusi
metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi kateqoriyalarından biri hesab edilir.
Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin mühüm xassələrini əks etdirir. Onun ən
mühüm əlamətləri bütövlük, diferensialhq, elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət
yetirilir ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir.
Birincisi, davamlılıq - bu, sistemin həyat prosesində özünü qomyub saxlaması qabiliyyətini ifadə edir. [37 -
38]
İkincisi,
müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt kimi başa düşülə bilər.
Üçüncüsü, əks əlaqə - bu, fəaliyyətə olan təsirə və onun sonrakı dəyişilməsinə göstərilən reaksiyanın
spesifikasını əks etdirir.
Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. Həmin anlayış xarici mühitlə
qarşılıqlı təsir prosesində cərəyan edən həyat fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını
qomyub saxlamaq qabiliyyətini ifadə edir.
Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi şəksiz həqiqətdir. Elmi sistematologiyada onlann
müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq və
qapalı ifadə
olunan və ifadə olunmayan, adaptiv,
özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər.
Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında,
bütövlükdə sistemlə mühit arasında qarşılıqlı əlaqələrin rəngarəngliyi ilə səciyyələnir. Görkəmli sosioloq T. Parsons
qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər eyni zamanda
həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar.
Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə
kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatlan
konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə
bilər. İdeal sistemlər insanın ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi şüur, şəxsiyyətin mənəvi
dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qmplann adət və ənənələri), bö5Üik (iqtisadi
nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və [38 - 39] s.) sistemlərə aynla
bilər.
Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Kiçik
sistemlərə ayn-ayn sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qmp və s.); onlann daxili struktum və fəaliyyəti
nisbətən sadədir, onları təşkil edən ünsürlərin qarşılıqlı təsiri əlaqələndirmə xarakteri daşıyır. Orta sistemlərin
strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qmpu mövcuddur; onlann arasında əlaqələr subordinasiya xarakteri
daşıyır (yerli hakimiyyətin strukturu, rayonun iqtisadi stmktum və s). Bö5Üik sistemlər onlan təşkil edən ünsürlər
arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi sistemi). Mürəkkəb sistemlərə
elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı çoxsəviyyəli xarakterə malikdir
(məsələn. Müstəqil Dövlətlər Birliyi, Be5uıəlxalq Valyuta Fondu, Avropa İttifaqı və s.).
18