BAKI DÖVLƏT UNİVERSİTETİ
Təsdiq edirəm
Coğrafiya fakültəsinin dekanı
Prof. M.A.Müseyibov
«____» «__________» 2008
Geodeziya və kartoqrafiya kafedrasının əməkdaşlarının 2008-ci il
üçün Elmi Tədqiqat işlərinin yerinə yetirilməsinə dair
H E S A B A T I
2
Bakı – 2008
1.
GİRİŞ
Geodeziya və kartoqrafiya kafedrasının professor – müəllim heyəti
respublikamızda gedən ictimai – siyasi proseslərə biganə qalmayaraq ölkə daxilində
sabitliyin qorunub saxlanılmasını, Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması
və Qarabağ məsələsində haqq işinin dəstəklənməsini, ölkədə aparılan Təhsil
islahatlarında əldə edilmiş nailiyyətləri böyük ruh yüksəkliyi ilə qəbul edir və qeyd
edilənlərdən öz üzərinə düşən vəzifələri vicdanla yerinə yetirirlər.
Təhsil prosesində kafedranın əməkdaşları üzürsüz səbəbdən dərs buraxma
hallarına yol verməmiş, universitetin daxili nizam – intizam qaydalarına əməl edərək
onları qoruyub saxlamağa çalışmışlar.
2.
Kafedranın 2008 – ci ildə struktur və ştat cədvəli
2008 – ci ildə Geodeziya və kartoqrafiya kafedrasında 9 nəfər tam ştat və 1 nəfər
0,5 ştat müəllim çalışır.
Bütövlükdə kafedranın əməkdaşları elmi – tədqiqat işlərinin yerinə
yetirilməsində fəal və yüksək səviyyədə iştirak edirlər.
№
Soyadı, adı və atasının adı
Elmi
dərəcə
Vəzifə
Qeyd
1
Babayev Rafik Əliheydər oğlu
t.e.n.
Kafedra müdiri
2
Qocamanov Məqsəd Hüseyn oğlu
t.e.d
professor
3
Əhlimanov Ramiz Mirağa oğlu
c.e.n.
dosent
dekan
müavini
4
Bayramov Rəfael Vəli oğlu
t.e.n.
dosent
5
Bağmanov Zahid Alı oğlu
t.e.n.
dosent
6
Talıbov Əfqan Talıb oğlu
c.e.n.
dosent
7 Mehbaliyev Mehman Möhübbət oğlu
c.e.n.
dosent
8
Orucov Mübariz Kazım oğlu
____
baş müəllim
9
Mikayılova Həcər Hacımayıl qızı
____
baş müəllim
10 Əsgərova Zeynəb Ağasəf qızı
_____
müəllim
0,5 ştat
3 . Geodeziya və kartoqrafiya kafedrasında aparılan elmi – tədqiqat
işlərinin əsas istiqamətlərinin adı, sayı, qısa annotasiyası və yerinə yetirilməsi
2008 – ci ildə kafedrada bakalavriat pilləsində T 240400 – «Xəritəçilik»,
magistrant pilləsində isə TEM 060019 – «Tematik kartoqrafiya» ixtisasları üzrə kadr
hazırlığı ilə yanaşı Geodeziya və kartoqrafiya kafedrasının 2006 – 2008 –ci illər üçün
nəzərdə tutulmuş elmi – tədqiqat işlərinin planına uyğun olaraq üç problem – mövzu
üzərində tədqiqat işləri yerinə yetirilmişdir:
1. Müasir CİS texnologiyası əsasında təbii komplekslərin və onların
komponentlərinin kartoqrafik və aerokosmik tədqiqat üsulları ilə tədqiqi və
kartoqrafik təhlili;
2. Peyk texnologiyası əsasında müasir Dövlət geodezik təminat sistemininin
yaradılması;
3
3. Geodeziya və kartoqrafiya fənləri üzrə dərsliklər, dərs vəsaitləri, metodik
göstərişlər, magistrant və bakalavriat pillələri üçün plan və proqramların
yeniləşdirilməsi.
Birinci problem çərçivəsində 2008 –ci ildə iki mövzu üzrə dörd sayda elmi
tədqiqat işi kafedranın əməkdaşları (dos. Babayev R.Ə, dos Əhlimanov R.M, dos.
Bayramov R.V., dos. Talıbov Ə.T., dos. Bağmanov Z.A., dos. Mehbaliyev M.M.,
b/m. Orucov M.K., b/m. Mikayılova H.H ) tərəfindən yerinə yetirilmişdir:
Mövzu 1 : Təbii komplekslərin və onların komponentlərinin kartoqrafik və
aerokosmik tədqiqat üsulları ilə tədqiqi.
İŞ 1: Ekzogen proseslərin aerokosmik məlumatlar əsasında öyrənilməsi və
xəritələşdirilməsi.
İŞ 2: Yamacların geomorfoloji gərginlik xəritəsinin tərtibi və morfometrik
təhlili.
İŞ 3: Xəritə tərtibində proseslərin avtomatlaşdırılması.
Mövzu 2: Lokal miqyaslı təbii komponentlərin ekoloji qiymətləndirilməsi və
böyük miqyasda xəritələşdirilməsi.
İŞ 1: Landşaft ekoloji deşifrləmə etalonunun yaradılması.
İkinci problem çərçivəsində iki elmi – tədqiqat işi yerinə yetirilmişdir.
( Elmi rəhbər professor Qocamanov M.H., icraçılar: dos. Bağmanov Z.A, b/m.
Orucov M.K.)
İŞ 1: Müasir istinad geodeziya şəbəkəsinin riyazi tarazlaşdırılması.
İŞ 2: Yerüstü və peyk geodeziya şəbəkələrinin birgə riyazi tarazlaşdırılması.
Üçüncü problem üzrə şərh növbəti bölmədə verilir.
Aparılmış elmi – tədqiqat işlərinin məqsəd və əsas nəticələri.
Birinci problemin mövzuları üzrə aparılmış elmi – tədqiqat işlərinin əsas
nəticələri aşağıdakılardan ibarətdir.
Təbii kompleks komponentlərinin morfometrik göstəricilərinin təyin olunması
bir sıra təcrübi məsələlərin həllində olduqca vacibdir. Bu məqsədlə Böyük Qafqazın
cənub – şərq yamacı tədqiq edilmiş, yüksəklik pillələri üzrə landşaftın növlərinin,
yarımtip və tiplərinin ərazi morfometrik göstəriciləri hesablanmış, ərazinin
rayonlaşma xəritəsi tərtib olunmuşdur. Bunlarla yanaşı landşaft strukturunun
parçalanma differensiasiyası öyrənilmiş və onun təcrübi işlərdə əhəmiyyəti
müəyyənləşdirilmişdir. Parçalanmanın dəqiqliyini qiymətləndirmək məqsədi ilə
riyazi statistik üsullardan istifadə edilmiş, müxtəlif morfometrik komponentlər
arasında əlaqələr yoxlanılmış, müvafiq korrelyasiya əmsalları müəyyən edilmişdir.
Yüksək dağlıq ərazilərdə korrelyasiya qiymətinin azalması relyefin horizontallarla
təsvirinin yüksək dərəcədə generalizasiyaya uğraması ilə izah edilir.
İkinci işin nəticəsi geomorfoloji gərginlik xəritəsinin tərtibindən və onun
kartoqrafik təhlilindən ibarətdir. Tədqiqat işinin məqsədi Azərbaycan ərazisində ayrı
– ayrı relyef formaları, onların kompleksi və bu komplekslərlə əlaqəli olan
obyektlərin ümumi ekoloji gərginliyə təsiri öyrənməkdir.
bu xəritə əsasında respublikamızda geoturizmin müasir vəziyyətinin imkanları
və perspektivlərini öyrənməkdir.
4
Xəritə, ədəbiyyat materialları və kartoqrafik mənbələr əsasında kameral
şəraitdə tərtib olunmuşdur.
Legenda iki hissəyə ayrılır.
1.
Geomorfoloji turizm obyektləri.
2.
Geomorfoloji turizmlə bağlı olan obyektlər.
Xəritə əsasında Azərbaycanda geoturizmin çox böyük imkanları olduğu
müəyyənləşdirilmiş, qarşıda duran vacib məsələlər müəyyənləşdirilmişdir. Xəritə
üzərində 8 ədəd geoturizm marşrutu qeyd edilmişdir.
Tərtib olunmuş xəritənin turizmin təşkilində, turizm obyektlərinin yerinin
düzgün seçilməsində, Azərbaycanın geoturizm imkanlarının reklamında və s. böyük
təcrübi əhəmiyyəti vardır. Bu xəritə sintez xəritə olub müxtəlif aspektli morfometrik
göstəricilərin təyini əsasında və onları nəzərə almaqla turizm məqsədi üçün vacib
şəraiti əks etdirməklə tərtib edilmişdir.
Üçüncü işin məqsədi tematik xəritələrin tərtibinin avtomatlaşdırılması üçün
xüsusi texnoloji sxemlərin işlənməsi olmuşdur.
Müasir xəritələrin yaradılması prosesində və onların kartoqrafik təhlil
edilməsində riyazi modelləşdirmənin, onun əsasında isə avtomatlaşdırılmış
sistemlərin yaradılması olduqca vacibdir.
Relyefin riyazi əsaslarla araşdırılması, göstəricilər arasında korrelyasion
əlaqələrin tapılması, relyevin iki və üç ölçülü modellərinin qurulması zəruridir və
prosesin araşdırılması mərhələlərlə yerinə yetirilməlidir.
Avtomatlaşdırılmış sistemlərin texnoloji sxemlərinin yaradılması məqsədi ilə
elmi işdə əsasən aşağıdakı məsələlərə baxılmış və həll edilmişdir.
Avtomatlaşdırılmış kartoqrafik sistemlərin (AKS) yaradılması məqsədilə
konkret ərazi üçün relyefin ədədi modeli (RƏM) tərtib edilmişdir. Bu məqsədlə dörd
əsas üsuldan istifadə edilmişdir:
- kvadratlar və ya düzbucaqlılardan təşkil olunmuş müntəzəm şəbəkənin düyün
nöqtələrində hündürlüklərin qiymətlərinin hesablanması üçün matris tərtib edilmişdir.
- ixtiyari üçbucaqlı qeyri – müntəzəm (və ya təsadüfi) şəbəkə üçün
hündürlüklərin qiyməti tapılmışdır.
- horizontallar və ya izobatlar boyunca müəyyən addımla hündürlüklər
yerləşdirilmiş və ya xəritə üzrə həmin izoxəttlər kodlaşdırılmışdır.
- relyefin struktur xəritələri üzrə horizontalların kəsişmə nöqtələrində
hündürlüklərin qiymətləri tapılmışdır ki, bu da relyefin morfologiyasını təyin
etmişdir.
Relyefin ədədi modelinin qurulması məqsədi ilə ümumiləşdirilmiş sxem tərtib
edilmiş, həmin sxem əsasında isə xəritələrin komputerdə qurulması sxemi
qurulmuşdur.
Kəmiyyət göstəricilərinin kartoqrafik və statistik təhlil edilməsi məqsədi ilə
həmin ərazinin iki və üç ölçülü modelləri qurulmuş, bu modellərlə tərtib edilmiş
xəritələr çap edilmişdir.
Landşaft ekoloji qiymətləndirmə və onun nəticələrinin xəritələşdirilməsi işi
üzrə elmi tədqiqatlar davam etdirilmiş və müvafiq deşifrləmə etalonları
yaradılmışdır. Tədqiqatın əsas məqsədi tematik kartoqrafiyanın yeni istiqaməti hesab
edilən ekoloji kartoqrafiyanın nəzəri – metodiki məsələlərinin araşdırılması və
5
müxtəlif regionların ekoloji şəraitini əks etdirən böyük miqyaslı xəritələrin tərtib
edilməsindən ibarətdir. Tədqiqat nəticələri dövri mətbuatda elmi məqalələr şəklində
nəşr edilmişdir.
İkinci problemin çərçivəsində 2008 – ci ildə prof. M.H.Qocamanovun elmi
rəhbərliyi altında tədqiqat işləri davam etdirilərək, iki işin (məsələnin) həlli təmin
edilmişdir və aşağıdakı nəticələr alınmışdır.
Birinci işin əsas nəticəsi ölkə ərazisində vahid geomərkəzi koordinat
sisteminin daşıyıcısı olan geodeziya şəbəkəsinin qurulması sxemi və proqramlarının
işlənməsi olmuşdur. Müasir GPS peyk ölçmə texnologiyasından istifadə geodeziya
şəbəkəsinin qurulması sxem və proqramını klassik yanaşmadan tamamilə fərqli
şəkildə dəyişdirmişdir. Bu baxımdan yeni sxem və proqramın yaradılması oldüqca
aktual məsələdir.
Çöl geodeziya ölçmələri başa çatdıqdan sonra onların kameral şəraitdə riyazi
hesablanması həyata keçirilir. Bu çox vacib mərhələdir. Geodeziya şəbəkəsinin riyazi
tarazlaşdırılması birinci işin mahiyyətini təşkil edir və bu məsələnin həllinə həsr
edilmiş, müvafiq alqoritmlər, texnoloji sxemlər işlənib hazırlanmışdır.
İkinci işin məqsədi ondan ibarətdir ki, bütün ölçmələr geodeziya məntəqəsi
mərkəzinə gətirilməlidir. Lakin peyk ölçmələri yeni növ – işlər olduğundan onların
məntəqə mərkəzlərinə gətirilməsi texnologiyasının işlənməsi, müvafiq alqoritmlərin
yazılması vacibdir. Ona görə də, tədqiqat işində bu məsələ öz həllini tapmışdır.
Nəzərə alsaq ki, klassik ölçmə texnologiyası ilə böyük həcmdə ölçmə işləri
yerinə yetirilmişdir və onların yeni peyk ölçmələri ilə birgə riyazi tarazlaşdırılması
üçün xüsusi alqoritmlər işlənib hazırlanmışdır.
Hesabat ilində kafedrada ştat hesabı ilə 1 nəfər müəllim çalışmışdır.
1.
Ələkbərov N.İ. – Azərbaycan Dövlət Torpaq və xəritəçəkmə komitəsi-
nin Bakı kartoqrafiya fabrikində aparıcı mühəndis.
2.
Dərc olunmuş elmi işlərin xarakteristikası
Cari 2008 – ci ildə Elmi – tədqiqat işlərinə dair materiallar və nəticələr
məqalə və tezislər şəklində BDU –nun « Xəbərlər», AMEA –nın Coğrafiya
institutunun elmi əsərlər toplusunda, elmi konfrans materiallarında nəşr edilmişdir,
elmi konfrans və seminarlarda məruzə edilmişdir. Bununla yanaşı dərs vəsaiti və
dərsliklərin, metodik göstərişlərin, bakalavr və magistr pillələri üzrə fənlərin
proqramlarının yazılması və yeniləşdirilməsi davam etdirilmişdir.
Xəritəçilik ixtisası üzrə tədris olunan fənlərin yeni tədris planı və
proqramlarında əsaslı şəkildə dəyişikliklər aparılaraq yeni variantda nəşrə
hazırlanmışdır. «Geodeziya», «Geodeziya ölçmələrinin hesablanması və
tarazlaşdırılması və «Kartoqrafiya» fənləri üzrə təkmilləşdirilmiş yeni dərsliklər, bir
sıra metodik göstərişlər hazırlanır ki, onların da latın qrafikasında çap olunması 2009
– cu ildə nəzərdə tutulmuşdur.
Kafedranın əməkdaşları ümummlli liderimiz H.Ə.Əliyevin 85 illik yubile-yinə
həsr olunmuş BDU-nun Coğrafiya fakültəsində keçirilmiş elmi konfransda fəal iştirak
etmiş və elmi məruzələr etmişlər.
Tələbə elmi cəmiyyəti xətti ilə kafedranın müəllimləri bakalavriat və
magistrant pillələrində təhsil alan tələbələrin elmi işlərinə bir qayda olaraq rəhbərlik
edirlər. Tələbələrin məruzələri hər ilin sonunda keçirilən elmi konfransda dinlənilir
6
və konfrans materiallarında nəşr edilmişdir. IV kurs 904-cü qrup tələbəsi Cəfərova
Dürdanə Bayram qızı tələbələrin XXI Respublika elmi konfransında elmi məruzə ilə
çıxış edərək III yer tutmuşdur (elmi rəhbər prof. Qocamanov M.H.)
Cari ildə kafedranın 2 tələbəsi «Xəritəçilik» ixtisası üzrə I kurs magistraturaya qəbul
olunmuşdur (1-əyani, 1 qiyabi), 2 nəfər II kursda (2-əyani), 1 nəfər isə III kurs
magistraturada qiyabi təhsilini davam etdirir. Kafedranın b/laborantı N.S.İsmayılova
öz namizədlik dissertasiyasını müdafiə etmiş və AAK-a təsdiq üçün göndərilmişdir.
Aşağıdakı cədvəldə 2008 – ci ildə kafedra üzrə nəşr edilmiş elmi əsərlərin,
metodik işlərin siyahısı verilmiş.
Monoqrafiya - 1+1 (çapda, Babayev)
Dərs vəsaiti - 1
Məqalə (Resp.) - 12
Konfrans (Beynəlxalq) - 8
Konfrans (Resp.) - 3
Proqramlar - 25
Tezis - 4
Məqalə (xaricdə) - 1+2 (çapda)
№
Soyadı, adı və
atasının adı
Məqalənin adı
Məqalənin çap olun-
duğu jurnalın adı
Müştərək
müəlliflə
r
1.
dos.Babayev R.Ə.
İssledovanie
dlin
izvilistıx liniy i uqlov
naklona
metodom
modelirovaniə
(monoqrafiya)
Azərbaycanda
kartoqrafiyanın müasir
problemləri
«Ulu»
nəşriyyatı
(çapda)
Ümummilli
lider
Heydər Əliyevin 85
illik yubileyinə həsr
olunmuş beynəlxalq
konfrans
materialları.
BDU,
2008, s.216-219
2. prof. Qocamanov M.H
Rekonstruküiə
i
razvitie qeodeziçeskix
setey s ispolğzovaniem
sputnikovıx texnoloqiy
(monoq-rafiya)
«MBM» nəşriyyatı,
Bakı, 2008, 16 çap
vərəqi
Metodika
postroeniə
detalğnoy kartı vısot
kvaziqeoida
na
territorii
Azer-
baydjana
BDU-nun Xəbərlər
toplusu.Təbiət
elmləri
seriyası.
2008, I.- s.169-173
7
Vıbor
i
oüenka
toçnosti
metoda
interpoləüii
vısot
(raznostey
vısot)
qeoida
Coğrafiya
cəmiyyətinin
əsərləri. XII cild.
Akademik
Həsən
Əliyevin 100 illiyinə
həsr olunur. Bakı,
2008. s.41-45.
İssledovanie
zakonomernostey
raspredeleniə
oşibok
polojeniə punktov
Ümummilli
lider
Heydər Əliyevin 85
illik yubileyinə həsr
olunmuş Beynəlxalq
konfrans
materialları.
BDU,
2008. s.258-262
3.
dos. Əhlimanov R.M.
Böyük Qafqazın fiziki-
coğrafi
vilayəti
landşaftlarının ekoloji
problemlərinin
kartoqrafik
metodla
həllinə dair
«__________»
s. 188-191
Əhlimanova
N.R.
4.
dos. Bayramov R.V.
Ətraf mühitə səsli-
gurultulu çirklənmənin
təsirinin
öyrənilməsi
və onun xəritələrdə
təsviri haqqında
«___________»
s.285-288
Xəritələrin
layihələndirilməsində
müasir
rəqəmli
texnologtyanın tətbiqi
Ekstremal
hidrometeoroloji
hadisələrin qlobal və
regional problemləri.
Prof.M.Ə.Məmmə-
dovun 70 illiyinə
həsr olunmuş Elmi
konfrans
materialları.
Bakı-
2008. s.56-59
5. Talıbov Ə.T.
Ekoloji
kartoqrafi-
yanın inkişaf yolu
Ümummilli
lider
Heydər Əliyevin 85
illik yubileyinə həsr
olunmuş Beynəlxalq
konfrans
materialları.
BDU,
2008. – s.234-236
Mikayılova
H.H.
6.
dos. Bağmanov Z.A.
Relyefin fəza ədədi
modelinin qurulması
«__________»
s. 276-277
8
7. dos. Mehbalıyev M.M.
Böyük Qafqazın və
onun
ətrafındakı
ərazilərin
relyefinin
turizm
məqsədi
ilə
morfometrik tədqiqi
«Turizm
və
rekreasiya:
problemlər
və
perspektivlər».
II
Respublika
elmi-
praktik konfransın
materialları. Bakı,
2008.
Turizm
institutu
Böyük Qafqazın və
ətraf
ərazilərdə
turizmin
coğrafi
məsələləri
(Azərbaycan
Respublikası
daxilində)
«__________»
8.
b/m Mikayılova H.H.
Azərbaycanın
təbii
şəraiti
və
eroziya
prosesinin
inkişafı,
ona qarşı mübarizə
tədbirləri (dərs vəsaiti)
ADPU-nun
nəşriyyatı.
Bakı-
2008. – 9 ç.p.
A.Əliyev
Xəzər
dənizinin
temperatur
sahəsinin
«Kosmos»
seriyalı
USP-dən
alınmış
məlumatlar
əsasında
tərtibi
AMAKA-nın Elmi
xəbərləri, №3, -
cild 11
Tatarayev
T.M.,
Fərəcova
L.N.
Ekoloji
kartoqrafi-
yanın inkişaf yolu
Ümummilli
lider
Heydər
Əliyevin
85 illik yubileyinə
həsr
olunmuş
Beynəlxalq
konfrans
materialları. BDU,
2008. – s. 234-236
Talıbov Ə.T
5. Xarici dövlətlərin təhsil və elmi müəssisələri ilə əlaqələr
Cari 2008 –ci ildə Geodeziya və kartoqrafiya kafedrası Moskva Dövlət
Universiteti, Moskva Dövlət Geodeziya və kartoqrafiya Universiteti, Sibir Dövlət
Geodeziya Akademiyası, Lvov və Xarkov Milli universitetləri, Daşkənd Texniki
9
universiteti, Musore Universiteti ( Hindistan) və digər xarici ölkələrin təhsil və elmi
müəssisələri ilə əlaqələr yaratmışdır, tədris planı və proqramları üzrə həmin
universitetlərlə təcrübə mübadiləsi həyata keçirilmişdir. Kafedra geodeziya və
kartoqrafiya sahəsində müasir ölçmə texnologiyalarının istehsalına görə dünyada
aparıcı mövqeyə malik Trimble (ABŞ), Leika (İsveçrə), Topcan (Yaponiya) və
başqaları ilə əlaqələr yaradır və onların avadanlıqlarla kafedraya köməklik göstərməsi
üçün xahiş və təşəbbüs irəli sürülmüşdür.
Cari 2008-ci ildə Geodeziya və kartoqrafiya kafedrasında elmi işlərlə bağlı
patent alınmamışdır.
Kafedranın struktur cədvəli (2008- ci il)
Kafedranın
adı
Professor,
elmlər
doktoru
Elmlər
namizədi,
dos., kaf.
müd.
Elmlər
namizədi
dosent
Baş
müəllim,
elmlər
namizədi
Baş
müəllim
0,5
ştat
müəl
lim
Qeyd
Geodeziya və
kartoqrafiya
1
1
5
__
2
1
Kafedranın baş müəllimi Mikayılova H.H. 2008-ci ildə elmlər namizədi
dissertasiyası müdafiə etmiş və AAK-da təsdiqə göndərilmişdir.
Geodeziya və kartoqrafiya
kafedrasının müdiri: dos. R.Ə.Babayev.
Dostları ilə paylaş: |