Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə4/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   2   3   4   5   6   7   8   9   ...   142

məmişdir. Müaviyə ibn Əbu Süfyan xəlifə
olandan sonra, Abdullah ibn Ömər yenidən
savaşlarda iştirak etməyə başlamış, Konstan-
tinopolisin (İstanbulun) ətrafında gedən
döyüşlərdə vuruşmuşdur. O, Əməvi
hakimiyyətinin təqiblərindən çəkinməyərək,
amansızlığı ilə seçilmiş İraq valisi Həccaca
qarşı mübarizəyə qoşulmuşdur. Bundan
başqa, Abdullah ibn Ömər Abdullah ibn
Zübeyrə çox hörmət bəsləmiş və onun faciəli
ölümünə görə qəlbdən üzülmüşdür. Abdullah
ibn Ömər savadlı insan olmuşdur. O, Quran
və onun təfsirinin, hədislərin, İslam fiqhinin
yaxşı bilicisi kimi tanınırdı. Alimlərin bir
çoxu hökmlər verərkən ona istinad etmişlər.
Hicrətin 74-cü ilində, Abdullah ibn Ömər
şəxsiyyəti bilinməyən bir nəfər tərəfindən
həccdə olarkən, ağır xəsarət yetirilərək
öldürülmüşdür. Rəvayətlərə görə, bu cinayəti
Həccacın göndərdiyi adamlar həyata keçir-
mişdirlər. 
ABDULLAH İBN RƏVAHA (8/629-cü
ildə öldürülmüşdür) – Məhəmməd peyğəm-
bərin səhabələrindən biri olmuşdur. O,
Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur.
Müsəlman olduqdan sonra Əqəbə beyətində
(sadiqlik andı) mədinəlilərin sıralarında yer
almışdır.  Məhəmməd  peyğəmbərin yaxın
səhabəsi, eləcə də katibi olmuşdur. Bədr,
Uhud, Xəndək, Xeybər döyüşlərində müsəl-
manların sıralarında vuruşmuşdur. Muta
döyüşündə qəhrəmancasına vuruşaraq şəhid
olan Abdullah ibn Rəvahanın gözəl şeir yaz-
maq bacarığının olduğu da qeyd edilir. O,
bəzi bütpərəst şairlərin Məhəmməd peyğəm-
bərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı
cavablar yazdığı bilinir. Bu isə Quranda (26:
224-227) qeyd edilmişdir.
ABDULLAH İBN SALAM (22/643-cü
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin səhabələrindən biri olmuşdur. O,
Mədinədə doğulmuşdur.  İslamı qəbul et-
məzdən əvvəl o, Yəhudi kahini olmuşdur. O
dövrdə onun adı Hüseyn ibn Salam olmuş-
dur. O, sonuncu peyğəmbərin gələcəyinə
inanmışdır. Məhəmməd peyğəmbər haqqında
insanlardan eşitsə də, onunla tanış ol-
mamışdır. Peyğəmbər Mədinəyə hicrət et-
dikdən sonra, Hüseyn onun yanına gəlmiş və
onun simasında əski yəhudi mənbələrində
gəlişi gözlənilən sonuncu Tanrı elçisini
tanımışdır. Bundan sonra o, İslamı qəbul
etmiş və Məhəmməd peyğəmbər də onu Ab-
dullah ibn Salam adlandırmışdır. 
Abdullah ibn Salam yazıb-oxumağı
bacarmış, həyatı boyu dini elmlərlə məşğul
olmuşdur. Ondan bir neçə hədis rəvayət
edilmişdir. Xəlifə Əbu Bəkrin xəlifəliyi
dövründə, İslamdan çıxan ərəb qəbilələrinə
qarşı aparılan savaşlarda (riddət II) iştirak et-
mişdir.
ABDULLAH İBN SƏBA
– bax:
SƏBAİLƏR.
ABDULLAH İBN ÜBEY (9/630-cu ildə
vəfat etmişdir) – Mədinədə Xəzrəc qə-
biləsinin hörmətli insanlarından biri, son-
ralar isə münafiqlər qruplaşmasının başçısı
olmuşdur. Abdullah ibn Übey Mədinənin
başçısı olmaq istəmiş, ancaq şəhərdə İslamın
yayılması, eləcə də Məhəmməd peyğəmbərin
Mədinəyə hicrət etməsi, onun istəklərinin re-
allaşmasının qarşısını almışdır. 
Mədinə İslamın dayağına çevrildikdən
sonra, Abdullah ibn Übey müsəlman kimi
görünsə də gizli İslam düşməni olmuşdur.
Onun törətdikləri əməllər Məhəmməd
peyğəmbərə
və müsəlmanlara qarşı
yönəlmişdir. 
Abdullah ibn Übey Uhud döyüşündə sayı
300-ə yaxın dəstəsini geriyə çəkməklə,
müsəlman qoşununu gücdən salmışdır. Bun-
dan sonra o, zaman-zaman müsəlmanların
düşmənləri ilə gizli danışıqlar aparmışdır.
Onun məqsədi Mədinədə gücünü artırmaq və
9
ABDULLAH İBN ÜBEY


Məhəmməd peyğəmbəri şəhərdən qovmaq
idi. 
Abdullah ibn Übey peyğəmbər və müsəl-
manlar haqqında yalanlar danışaraq, onları
pisləmişdir. Ancaq, etdikləri bu pis əməllərə
baxmayaraq, heç bir nəticə əldə edə
bilməmişdir. Çünki, onun və dəstəsinin
müsəlmanlarla mübarizə aparmaq gücləri ol-
mamışdır. Onların Mədinə yaxınlığındakı
Quba adlanan yerdə tikdikləri “Dirar” məs-
cidini öz siyasi mərkəzlərinə çevirmək istək-
ləri də uğursuzluqla nəticələnmişdir. Sonra
isə bu məscidi müsəlmanlar dağıtmışlar. 
Abdullah ibn Übey müsəlmanların Təbuk
yürüşündən sonra ölmüşdür. Müsəlmanlara
qarşı düşməncəsinə davranmasına baxma-
yaraq, Məhəmməd peyğəmbər onun cənazəsi
üzərində  cənazə namazını qıldırmışdır.
Ancaq, bundan sonra ölən münafiqlər (I)
üçün bu namazın qılınmasını qadağan et-
mişdir (Quran, 9:84).
ABDULLAH İBN ÜMM MƏQTUM
(14/635-ci ildə şəhid olmuşdur) – Məhəm-
məd peyğəmbərin səhabələrindən olan Ab-
dullah ibn Ümm Məqtum, Məhəmməd
peyğəmbərin həyat yoldaşı Xədicənin xalası
oğlu idi. Bilal Həbəşi ilə birlikdəİslamın ilk
müəzzinlərindən olmuş və bu səbəbdən də o,
Quranda (surə 80) ayələrində anılmışdır.
Qureyş qəbiləsindən olan Abdullah ibn Ümm
Məqtum anadangəlmə kor olmuşdur. O,
Məkkədə doğulmuşdur. İslamı ilk qəbul
edənlərdən biridir. Müsəlman olduğuna görə
təqiblərlə üzləşmiş, bu səbəbdən də Məd-
inəyə hicrət etməyə məcbur qalmışdır.
Müsab ibn Ümeyrlə birlikdə mədinəlilərin
arasında İslamı yaymışdır. Abdullah ibn
Ümm Məqtum Quranın yaxşı bilicisi hesab
edilirdi. Kor olmasına baxmayaraq o,
döyüşlərə qatılmış, döyüşçülərə yardım etmiş
və döyüşlərdə bayraqdar kimi vəzifə
almışdır. Xəlifə Ömərin
hakimiyyəti
dövründə İslam ordusu iranlıları Qadisiyyə
döyüşündə məğlub etmişdir. Bu döyüşdə
İslam ordusunun bayraqdarı olan Abdullah
şəhid olmuşdur. 
ABDULLAH İBN ZEYD (22/644-cü
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin tanınmış səhabələrindən biri olmuş-
dur. Rəvayətlərə görə, namaza azanın necə
səslənməsi barədə yuxusunu Məhəmməd
peyğəmbərə söyləmiş, o da bunu bəyən-
mişdir. Abdullah ibn Zeyd Mədinənin Xəzrəc
qəbiləsindən idi. O, Əqəbədə peyğəmbərə
beyət edən ilk müsəlmanlardan biri olmuş-
dur. Məhəmməd peyğəmbər Mədinəyə hicrət
etdikdən sonra, Bədr və digər döyüşlərdə işti-
rak etmişdir. Məkkənin fəthində xəzrəclilərin
bayraqdarı olmuşdur. Abdullah ibn Zeyd 64
yaşında xəlifə Osmanın
hakimiyyəti
dövründə vəfat etmişdir.
ABDULLAH İBN ZÜBEYR (1/622 –
73/692) – Məhəmməd peyğəmbərin tanın-
mış səhabələrindən biri olmuşdur. O,
Zübeyr ibn Əvvamın oğludur. O, həm də
dövrünün siyasi xadimi olmuşdur. Quran təf-
sirinin, fiqh elminin və hədislərin bili-
cilərindən hesab edilir. Onun nəql etdiyi
30-dan artıq hədis müxtəlif kitablarda yer
almışdır. 
Abdullah ibn Zübeyr hicrətin birinci
ilində Mədinədə, mühacirlər arasında doğul-
muşdur.  Məhəmməd
peyğəmbər onun
dünyaya gəlməsinə sevinmiş, körpəni Abdul-
lah adlandırmışdır. O, peyğəmbərin yanında
böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic
rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ
12 yaşında olarkən Yərmuk döyüşünü
izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə,
daha sonra Şimali Afrikada bərbərlərə qarşı
yürüşlərdə iştirak etmişdir.
Abdullah ibn Zübeyr igidliyi, əqidəsi,
ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və
digər müsbət xüsusiyyətləri ilə başqalarından
seçilmişdir. O, təzyiqə, zülmə və ədalətsi-
zliyə qarşı mübarizə aparan şəxs kimi tanın-
mışdır.  Hüseyn ibn Əli ilə birlikdə xəlifə
10
ABDULLAH İBN ÜMM MƏQTUM


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə