706
5 oktyabr, 2003, Paris
***
Faciəvi, dramatik, ümidsiz illər yaşadıq. Dəhşətli vaxtlarda
və ondan da dəhşətli VAXTSIZLIQ (bezvremenye) şəraitində
ömür sürdük. Amma heç bir zaman həyat indi kimi bayağı
olmamışdı. İndi son dərəcə BAYAĞI bir dünyada yaşayırıq.
Hər yerdə hökm sürən ancaq və ancaq bayağılıqdır. Siyasətdə,
sənətdə, əxlaq və mənəviyyatda, mətbuatda, TV və radioda –
bayağılığın təntənəsi…. Fikirlərdə və hisslərdə – əgər bunları
fikir və hiss saymaq olarsa – bayağılıq. Bu "fikir" və "hissləri"
ifadə edən dildə bayağılıq.
Bayağılıq insanların bütün varlıqlarına hakim kəsilib.
Bayağılıq üzünü Keçmişə də tutur. Keçmişin ən yüksək, təmiz,
müqəddəs ədəbiyyat və sənət anlayışları, ədəbiyyat və sənət
adamları bayağılaşdırılır. Bayağılıq indiki söz sənətinə,
musiqiyə, ifaçılığa, kinoya öz zövqlərini, daha doğrusu, öz
zövqsüzlüyünü diqtə edir. Gələcək haqqında düşünəndə də
bayağılıq heç bir ümid yeri qoymur.
21 sentyabr, 2003
***
Fərqli fikrə, sənin mövqeyinlə üst-üstə düşməyən mövqeyə
qarşı bu qədər dözümsüz olub özünü demokrat saymaq olmaz.
Hakimiyyət uzurpatorları olduğu kimi demokrat anlayışının da,
millətçi anlayışının da uzurpatorları var.
***
İndi xarici sözləri işlətmək dəbdir, mən də iki əcnəbi söz
işlədəcəm: Mən istərdim ki, bizim müxalifət bu cəmiyyətin
İSTEBLEŞMENTİNƏ daxil olsun, cəmiyyətin
MARGİNALLARI olmasın.
***
707
Düzəliş: "Filankəs cüvəllağıdır" əvəzinə, "Filankəs
cümləqayğıdır" oxunmalıdır.
***
Bu çox sadə bir əqidədir: Allaha inanırsansa, deməli, o
dünyaya, həyatın mənasına, son nəticənin ədalətinə də
inanmalısan. Yox, Allaha inanmırsansa, deməli, başqa heç
nəyə də inanmırsan.
***
Onlar yalnız Molla Nəsrəddin lətifəsində olduğu kimi
eşitdiyini eşitmək, bildiklərini bilmək istəyirlər. Bildiklərini,
dəfələrlə eşitdiklərini bir balaca nəzmə də çəkiblərsə, bu olur
bəyəndikləri, sevdikləri şer.
***
Tİnsaf dinin yarısıdırU deyirlər. Dinləri var ki, onun yarısı
da olsun?
***
Mən özümü ona görə güclü hiss edirəm ki, Allaha və Vaxta
arxalanıram. Daha doğrusu, tək bir Allaha, çünki Vaxt da elə
Allahın səbridir. Allah: "Tələsik nəticələr çıxarmayın, – deyir,
– darıxmayın, dözün, səbriniz olsun. Zaman hər şeyi yerbəyer
edəcək, Hər şey öz məqamında həqiqi və ədalətli qiymətini
alacaq".
Səbr – vaxtın ölçüsüdür. Vaxt da, tarix də Allahın səbridir.
***
Mən Həzrət İsa olmasam da, əstəğfürullah, yan-yörəmdə
İudalar bir deyil, iki deyil.
***
İnsanın qoruması vacib olan və heç vəchlə qoruya bilmədiyi
şey – onun ölümündən sonra xatirələrdə əks olunmuş surətidir.
Haçansa söylədiklərin, haçansa etdiklərin, hər hansı hərəkətin
xatırlayanların öz zövqü, öz səviyyəsi, öz marağına görə
yozulacaqdır. Çox vaxt tam təhrif olunacaq, heç zaman
demədiklərin, etmədiklərin sənə aid ediləcək, sənə sırınacaq,
gerçək
şəxsiyyətin tanınılmaz
şəkildə
dəyişiləcək,
708
saxtalaşdırılacaq, bayağılaşdırılacaq.
16 oktyabr, 2003, Strasburq
***
Türkiyədən Strasburqa Türk Dünyası yazarlar toplantısına
gələnlərin əksəriyyəti dinçidir. Türkiyədə bunlara qalstuklu
mollalar da deyirlər. Əlbəttə, aralarında açıq fikirli şəxsiyyətlər
az deyil, amma çoxu ayağı çarıqlı, başı panamalı adamlardır.
Çuxalarının yaxasında kəpənək qalstuk taxmış insanlar – belə
də demək olar.
Oktyabr 2003, Strasburq
***
Bəzən deyirlər ki, filankəsi (klassiki, ya çağdaşı) dünyaya
tanıda bilməmişik. Səfeh sözdür. Sənətkar yalnız özü-özünü
sənəti vasitəsilə tanıda bilər. Doğrudur, bəzi istisnalar da olur,
bu tanınma uzun illər, hətta əsrlər də gecikə bilər. Belədə
dünyasını dəyişmiş sənətkar bundan xəbər tutmayacaq. Amma
gec-tez məhz sənət əsəri – söz, mətn, film, musiqi, rəsm özünü
təsdiq edir. Əks halda belə çıxardı ki, bir əsəri dünyaya tanıda
biləcək tənqidçi, alim (yaxud lap neçə-neçə tənqidçi, alim)
sənətkarın özündən daha böyük təsir etmə gücünə malikdir, ya
reklamın, təbliğatın gücü sənət əsərinin öz gücündən üstündür.
Cəfəng fikirdir. Rəhmətlik Məmməd Arif düz deyirdi ki, bizim
ədəbiyyatda layiqli bir şey olanda Moskva (o vaxtkı Mərkəz)
özü tapıb, dartıb çıxardır. Həqiqətən böyük, onda ki olsun dahi
sənətkarı dünyadan gizli saxlamaq mümkün deyil. Dünya
böyük sənət əsərlərindən bixəbər deyil və biganə qalmır belə
əsərlərə. Əlbəttə, reklamın, piarın (illah da dünyada yəhudi
piarının) təsir gücünü də tamamilə inkar etmək olmaz.
2003
709
***
Mənimçün xalq yalnız bir millətə mənsub olan, indi yaşayan
insanlar toplusu deyil. Xalq bu, ya digər miqdarda camaat deyil
və əlbəttə, küyə gedən kütlə də deyil.
Xalq – müəyyən mədəni dəyərlər, yaratdığı maddi və
mənəvi sərvətlər, əxlaq prinsipləri, adət-ənənələr, sənət, elm
əsərləridir, doğma dildir. Xalq – onun keçmişi, tarixi, əsrlərin
keşməkeşli yollarından keçirib gətirdiyi özünəməxsusluğu,
mənliyi, qeyrəti, heysiyyəti, bənzərsiz simasıdır. Dədə-
babalarının məzarları qazılmış və özünün, nəvə-nəticələrinin
yaşadıqları və yaşayacaqları ərazinin sahibidir.
2003
***
Dədə Qorqud
Dedi: qoduq
Yetər, bəsdi
Dedi-qodu.
***
Ədəbiyyat çabalayır
kəndlə şəhər arasında.
Yazır, yazır, hey yazırlar
axşam, səhər arasında.
Mətbuat zəhərlədikcə
artır qanımda şəkərim,
Bax beləcə keçir ömrüm
Şəkər-zəhər arasında.
7 iyul, 1999
Qanda şəkərimin 305-ə qalxdığı gün
***
Bugünkü Azərbaycan əhalisinin gen yaddaşında, şüuraltının
ən alt və dərin qatlarında nəinki İran-Turan davası, hətta oğuz-
qıpçaq savaşlarının da uzaq əks-sədaları yaşayır. Dilimizin
Dostları ilə paylaş: |