14
a)
Sığortalı sövdələşməyə aid sənədləri baxılmaq üçün Sığortaçıya əlavə olaraq təqdim etməlidir;
və
b)
Sığortalı Sığortaçının tələblərinə müvafiq olaraq təqdim olunmuş yeni sığorta təminatına görə
müvafiq sığorta haqqını ödəməlidir.
5.3. Sığorta müddəti ərzində qiymətli kağızların buraxılması və yeni buraxılışların qeydiyyata
alınması
5.3.1. Əgər sığorta müddəti ərzində Sığortalının qiymətli kağızlarının yeni ictimai (açıq abunə ilə) və ya
özəl (qapalı abunə ilə) yerləşdirilməsi və ya belə qiymətli kağızların başqa fond birjasında qiymət təyini
zamanı sığortalı sığortaçıya emissiya prospektlərini, fond birjalarına, bazarlara, səlahiyyətli nəzarət
orqanlarına və tənzimləyici dövlət orqanlarına təqdim olunan sənədləri, eləcə də, qiymətli kağızların
faktiki və ya nəzərdə tutulan özəl (qapalı abunə ilə) və ya ictimai (açıq abunə ilə) yerləşdirilməsi üçün
hazırlanmış, emissiya ilə əlaqədar informasiyanın aşkarlanmasına dair digər sənədləri təqdim edərsə,
qiymətli kağızların belə açıq emissiyası və ya fərdi yerləşdirilməsi və ya fond birjasında yeni qiymət
təyini üçün sığorta təminatı Sığortaçı tərəfindən, onun öz qərarına görə təmin oluna bilər. Belə əlavə
sığorta təminatının verilməsi üçün Sığorta şəhadətnaməsinin müddəalarında və şərtlərində dəyişikliklərin
edilməsi və /və ya riskin artmasını nəzərə alaraq, əsaslandırılmış əlavə sığorta haqqının ödənilməsi tələb
oluna bilər.
5.3.2. Yuxarıda qeyd olunmuş bəndə müvafiq olaraq, Sığortalı və Sığortaçı Sığorta Şəhadətnaməsində
dəyişikliklərin edilməsi barədə razılığa (o cümlədən, əlavə sığorta haqqının ödənilməsi barədə razılığa)
gəlməzlərsə, bu halda Sığortaçı Sığortalı tərəfindən qiymətli kağızların faktiki və ya fərdi yerləşdirilməsi
və ya sığorta müddəti ərzində baş verən, qiymətli kağızların başqa fond birjasında qiymət təyini
hadisəsinə əsaslanan, belə hadisənin nəticəsi olan və ya ona aid olan iddia ilə əlaqədar zərərin
ödənilməsinə cavabdehlik daşımamalıdır. Hər hansı zərər üzrə sığorta təminatı, bu bənddə göstərilən
zərər istisna olmaqla, dəyişməz qalmalıdır.
15
Bölmə IV. İstisnalar
Sığorta şəhadətnaməsinə başqa cür razılaşdırılmayıbsa, Sığortaçı və Sığortalı Sığortaçının aşağıdakılarla
əlaqədar zərər ödənilməsinə görə cavabdehlik daşımadığı barədə razılığa gəlirlər:
1. Dələduzluq və qeyri-etik davranış
1.1. Sığortalı tərəfindən aşağıdakı əməllərin törədilməsinə əsaslanan, bunun nəticəsi olan, buna aid olan
və ya hər hansı başqa qaydada əlaqədar olan hər hansı iddia:
a)
Vəzifə öhdəliklərinin qəsdən pozulması;
b)
Qəsdən cinayət törədilməsi və ya qəsdən fırıldaqçı hərəkətlərə yol verilməsi;
c)
Qanunvericiliyin, normativ-hüquqi aktların və qaydalarının qəsdən pozulması;
d)
Sığortalının qeyri-qanuni şəkildə şəxsi mənfəət və ya üstünlük əldə etməsi.
Bu şərtlə ki, yuxarıda qeyd olunan əməllər məhkəmənin son qərarı ilə müəyyən edilmiş olsun.
1.2. Sığortalının ona cərimə qoyulması şəklində cinayət məsuliyyətinə cəlb olunması barədə qərarın
qəbul edilməsi özlüyündə, onun tərəfindən qəsdən cinayət və ya qəsdən fırıldaq əməlinin törədilməsinə
kifayət qədər sübut deyildir. Sığortalı tərəfindən qeyd olunan əməllərin törədilməsi faktı, yuxarıda
göstərildiyi kimi, məhkəmənin qərarı ilə müəyyən edilməlidir. Buna baxmayaraq, Sığortaçı Sığortalı
əleyhinə, Sığortalının yuxarıda göstərilmiş qəsdən cinayət və ya qəsdən fırıldaq əməllərinə görə müvafiq
cinayət işi qaldırılarsa, Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinin (müdafiə xərclərinin ödənişi istisna
olmaqla) ödənməsini məhkəmənin son qərarının verilməsinə qədər dayandırılmaq hüququna malikdir.
Sığortalı məhkəmənin son qərarı əsasında yuxarıda qeyd olunmuş qəsdən cinayət və ya qəsdən fırıldaq
əməlinin törədilməsində günahkar hesab edilərsə, Sığortalı ona müdafiə xərclərinin ödənilməsi hüququna
malik deyil, lakin belə müdafiə xərcləri artıq Sığortaçı tərəfindən ödənilmiş olarsa, belə ödənişlər dərhal
Sığortaçıya qaytarılmalıdır.
2. Öncədən məlum məsələlər və bildirişlər
2.1. Davranışa, faktlara, hadisələrə və ya məsələlərə, o cümlədən, qanuna zidd hərəkətlərə əsaslanan,
onların nəticəsi olan, onlara aid olan və ya hər hansı şəkildə onlarla əlaqədar olan:
a)
Sığorta şəhadətnaməsinin qüvvəyə minməsindən əvvəl qüvvəyə minmiş hər hansı sığorta
şəhadətnaməsinə görə hər hansı bildirişin bütövlükdə və ya qismən mövzusu olan, yaxud, daha
əvvəl verilmiş belə bildirişdə göstərilən eyni və ya xeyli dərəcədə uyğun faktlardan və ya
vəziyyətlərdən asılı olan və ya onlarla əlaqədar olan; və ya
b)
Qüvvəyə minmə tarixinə və tamamilə və ya
qismən baş vermiş, yaxud tamamlanmamış hər hansı
iddia, məhkəmə prosesinin mövzusu olan, barəsində Sığortalının xəbərdar edildiyi, yaxud, belə
iddia, məhkəmə prosesində və ya arbitraj icraatında bildirilmiş eyni və ya xeyli dərəcədə uyğun
faktlardan və ya məsələlərdən asılı olan və ya onlarla əlaqədar olan;
c)
Ərizə formasında ədalətli açıqlanmış hər hansı iddia.
3. Sığortalı və ya kənar təşkilat tərəfindən ABŞ tələbləri