2015‐ci ildə respublikanın
ali elmi qurumu
Azərbaycan Milli Elmlər Akademiyasının təsis
edilməsinin 70 ili tamam olur.
Ölkədə elmi‐intellektual potensialın milli
sərvət kimi formalaşdırılmasında, elmin
dövrün tələblərindən irəli gələn strateji
istiqamətlərinin müəyyənləşdirilməsi və onun
ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadr ‐
ların hazırlanmasında Milli Elmlər Akade ‐
miyasının müstəsna rolu vardır. Yarandığı
vaxt dan etibarən ötən fəaliyyət müddəti ərzində
o, mühüm nailiyyətlər qazan mış, elmi mək ‐
təblərin qurulmasına müvəffəq olmuş, bey ‐
nəlxalq elm struktur larına uğurla inteqrasiya
etmişdir. Akademiya müstəqil dövlətçiliyin
əsaslarının möhkəmləndirilməsində öz üzə ‐
rinə düşən vəzifələrin öhdəsindən bu gün də
layiqincə gəlir və cəmiyyətin sosial‐iqtisadi
tərəqqisinə, mədəni‐mənəvi təşəkkülünə töhfə ‐
lərini əsirgəmir.
Azərbaycan Respublikası Konstitu siya sı ‐
nın 109‐cu maddəsinin 32‐ci bəndini rəhbər
2
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
Azərbaycan Respublikası
Prezidentinin sərəncamları
tutaraq, Azərbaycan Milli Elmlər Akade mi ‐
yasının respublikada elmin təşkili və inki ‐
şafındakı böyük xidmətlərini nəzərə alaraq
qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Milli Elmlər Akade
‐
miyası ilə birlikdə Akademiyanın 70 illik
yubileyinə həsr olunmuş tədbirlər planının
hazırlanıb həyata keçirilməsini təmin etsin.
İlham ӘLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2014‐cü il
A.Paşayevin «İstiqlal» ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusi yası ‐
nın 109‐cu maddəsinin 23‐cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan Respublikasında səmərəli
elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi
xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev
«İstiqlal» ordeni ilə təltif edilsin.
İlham ӘLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014‐cü il
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusi ya sı ‐
nın 109‐cu maddəsinin 23‐cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elmin inki ‐
şafı və təşkili sahəsində səmərəli fəaliyyətinə,
yüksəkixtisaslı elmi kadrların hazırlanma sın ‐
da xüsusi xidmətlərinə görə Akif Ağa Mehdi
oğlu Әli Zadə «İstiqlal» ordeni ilə təltif edilsin.
İlham ӘLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2014‐cü il
«Azərbaycan Respublikasında informa ‐
siya cəmiyyətinin inkişafına dair 2014‐2020‐
ci illər üçün Milli Strategiya»nın təsdiq edil ‐
məsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusi yası ‐
nın 109‐cu maddəsinin 32‐ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Preziden‐
tinin 2012‐ci il 29 dekabr tarixli 800 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020:
gələcəyə baxış» İnkişaf Konsepsiyası»na əsa ‐
sən informasiya‐kommunikasiya texnolo
‐
giyaları sahəsi üzrə müəyyənləşdirilmiş
vəzifələrə və «Azərbaycan Respublikasında
2013‐cü ilin «İnformasiya‐kommunikasiya
texnologiyaları ili» elan edilməsi ilə bağlı
Tədbirlər Planı»nın təsdiq olunması haq
‐
qında» Azərbaycan Respublikası Preziden‐
tinin 2013‐cü il 28 mart tarixli 2815 nömrəli
Sərəncamına uyğun olaraq qərara alıram:
1. «Azərbaycan Respublikasında informa ‐
siya cəmiyyətinin inkişafına dair 2014‐2020‐ci
illər üçün Milli Strategiya» təsdiq edilsin
(əlavə olunur).
2. Bu sərəncamın 1‐ci hissəsi ilə təsdiq
edilmiş Milli Strategiyanın həyata keçirilməsi
üzrə əlaqələndirici orqan Azərbaycan Respub ‐
li
kasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Milli Strategiyanın həyata keçirilməsi
üzrə 2014‐2017‐ci illər üçün Dövlət Proqra mı ‐
nın layihəsini 4 ay müddətində hazırlayıb Azər ‐
baycan Respublikasının Prezidentinə təqdim
etsin;
3.2. Bu
sərəncamdan irəli gələn digər
məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi Milli Strate ‐
giyanın həyata keçirilməsi ilə bağlı görülən
işlər barədə ildə bir dəfədən az olmayaraq
Azərbaycan Respublikasının Prezidentinə
məlu mat versin.
İlham ӘLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2014‐cü il
3
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014