Nobel mükafatı laureatı Riçard Feynmanın
1959-cu ildə Amerika Fizika Cəmiyyətində
oxuduğu mühazirələrinin birində peyğəmbər -
cəsinə söylədiyi fikirlər indi də bütün elm
adamlarını heyran edir: “Maraqlıdır, fizik
prinsipcə kimyaçı tərəfindən yazılmış formu -
lanın hesabına istənilən kimyəvi maddəni
sintez edə bilər. Sifarişi yazın və fizik hər şeyi
edəcək. Hansı formada? Kimyaçının göstərdiyi
yerə atomu qoyduqdan sonra maddəni alacaq”.
Nanotexnologiya 1 nanometr (metrin 1
milyardda bir hissəsi) ölçüdə olan obyektlərlə
müasir iş texnologiyasıdır. Belə nanostruk
-
turlar, adətən, yeni xassələr daşıyır və kvant
mexanikası ilə izah olunurlar. Elə 1959-cu ildə
Amerika fiziki R. Feynman ilk dəfə göstərdi ki,
prosesin miniatürləşməsi (kiçildilməsi) kvant
effektinə gətirib çıxaracaq.
ABŞ Milli Elm fondunun hesabatında
yazılır: “Nanotexnologiya perspektivdə insan -
la rı daha ağıllı edə bilər. Bu, materialların,
suyun, enerji və ərzağın dayanıqlı yaxşılaşma -
sını təmin etməklə yanaşı, həm də bizi naməlum
infeksiya və viruslardan qoruya bilər”.
1992-ci ildə məşhur həkim Erik Dreksler
ABŞ Konqresinin Komissiyası qarşısında çıxış
edərək, nanotexnologiyanın bizim dünyanı
yaxın gələcəkdə dəyişəcəyini belə təsvir etmiş -
dir: “Aclıq, xəstəlik, ətraf mühitin çirklən məsi
və insanlıq qarşısında dayanan digər zəruri
problemlər aradan qalxacaq. Praktik olaraq,
insanın həyatı və fəaliyyəti üçün zəruri olan hər
şey, bilavasitə ətraf mühitin atom və mole kul -
la rından hazırlanmış molekulyar robotlar tərə -
findən həyata keçiriləcək. Torpaq, hava və
bitkilərin qida məhsullarını istehsal etdiyi kimi
silikon çiplər də qumdan düzələcək.
Ehtimal ki, bu cür istehsal hazırkı sənaye və
kənd təsərrüfatından daha gəlirli və səmərəli
olacaq. Bəşəriyyət nə aclıq, nə xəstəlik, nə də
ağır fiziki əməyin mövcud olduğu son dərəcə
rahat yaşayış mühiti əldə edəcəkdir. İrəlidə isə
bizi "ağıllı ətraf mühit"in (yəni birbaşa məhsul -
dar qüvvəyə çevrilmiş təbiətin) meydana
gəlməsi gözləyir. Nanokompyuterlər və nano -
ma şınlar bütün ətraf aləmi əhatə edəcəkdir:
onlar hava molekulları arasında yerləşəcək,
insan orqanizminin hər bir nəsnəsində, hər bir
hüceyrəsində mövcud olacaqdır. Bütün dünya
nəhəng kompyuterə çevriləcək və ya, daha
doğrusu, insanlıq ətraf aləm ilə vahid ağıllı
orqanizmə daxil olacaqdır (qovuşacaqdır)”.
Nanotexnologiya və təbabət
Nanotexnologiyanın təbabətdə və kosme -
tikada istifadəsinin ən parlaq və sadə nümunəsi
yuyucu və dezinfeksiyaedici təsirə malik adi
sabun məhluludur. Onda nanohis sə cik lər, mit -
sel lalar əmələ gəlir, kolloid məhlulun disper
fazasının hissəcikləri mühitin molekul ları və ya
ionları ilə əhatə olunmuşdur. Hələ heç kim na -
no hissələrin mövcudluğundan xə bər dar olma -
dıqda nanotexnologiyanın möcüzəsi olan sabun
məlum idi.
Qədimdə nanotexnologiyanın istifadəsini
təsdiq edən digər fakt odur ki, Avstraliya
aborigenlərinin istifadə etdikləri parlaq döyüş
boyaları, həmçinin qədim yunan gözəllərinin
saçları üçün boyalar da nanohissəciklərə malik
olurdu və bu, olduqca uzunmüddətli və davamlı
rəng effektini təmin edirdi:
Artıq Rusiya Federasiyasında çoxları şunqit
suyu adlanan suyu satışda görüb. Bu suyun
istehsalçıları inandırır ki, tərkibindəki təbii ful -
lerenlərin təsirindən o unikal müalicəvi
keyfiyyət daşıyır. Şunqit suyu nədir?
Məsələ ondadır ki, Kareliyada Onej gölü -
nün yaxınlığında bir çox əsrlər müalicəvi su
mənbələri var idi və onların yaxınlığında hələ
rus imperatoru I Pyotr Rusiyada ilk “Marsial
su” kurortu tikdirmişdi. İnsanlar hələ qədimdən
bu suyun müalicəvi xassələrindən istifadə
edirdilər. Bu suyun xüsusiliyi ondan ibarətdir
ki, belə suyu uzun müddət saxlamaq olmaz,
çünki bir neçə saatdan sonra o özünün unikal
xassələrini itirir.
Ukraynada və Kareliyada aparılmış tədqi -
qat lar göstərmişdir ki, marsial su təbii mineral
olan şunqitdəki fullerenlərin suya təsiri nəticə -
sində yaranır. Alimlər belə qənaətə gəliblər ki,
şunqitin mənşəyi çox güman ki, böyük karbon
meteoritin yerə düşməsindədir.
Marsial suyun istifadəsi ilə aparılan tədqi -
qat lar xərçəng, ateroskleroz, diabet, böyrək və
qaraciyər xəstəlikləri, beyinin fəaliyyətində
pozuntular zamanı yüksək müalicəvi effektin
olduğunu göstərmişdir.
Lakin bu tədqiqatların da əleyhdarları var.
Bir sıra alimlər açıq satışda şunqit suyunun
satışından ona görə ehtiyatlanırlar ki, onda
marsial sudan fərqli olaraq, fullerenlərin
fraqmentləri də qala bilər ki, onlar da məlum
olduğu kimi, olduqca davamsızdırlar. Şunqit
üzərində qalmış suyu istifadə edərək insan
təkcə faydalı klasterləri içmiş olmur. Fulleren -
lər və ya onların qəlpələri asanlıqla gemato -
ense falik səddi keçə bilirlər, başqa sözlə, canlı
hüceyrələrə daxil olurlar, o cümlədən də
beyinə. Eyni zamanda bu nanoölçülü hissə -
ciklər əlavə olaraq öz üzərində normal halda
səddi keçməyən və sinir toxumalarına daxil
olmayan olduqca müxtəlif maddələri daşıya
bilir.
Şunqit suyunun istifadəsi çox ciddi tibbi
nəzarət altında, uzun müddət mümkün olan
müsbət və mənfi nəticələrin öyrənilməsi ilə
aparılmalıdır.
Avropa ölkələrində aparılan sosioloji
tədqiqatlar təsdiq edir ki, nanotexnologiyanın
inkişafı bu sahədə yüksək səviyyəli mütəxəs -
sis lərin olmaması və cəmiyyətin, o cümlədən
alimlərin müəyyən ehtiyatlılığı (nanoindustri -
yanın insana və ətraf mühitə mümkün mənfi
təsiri ilə əlaqədar olaraq) səbəbindən ləngiyir.
Bir çox tibbi tədqiqatlar aşkar etdi ki, ölçüləri
ağciyərin daha çox həssas olan toxumalarına
keçmək imkanı verən nanohissəciklər iltihaba
səbəb olur. Belə ki, Hyustonda NASA-nın
Conson Kosmik mərkəzində Con Ceyms (John
James) və həmkarları siçanların nəfəs yoluna
nanohissəcikləri daxil etmiş və sonra üç ay
müddətində müşahidələr aparmışlar. Fulleren -
lər toxumalarda aydın hiss olunan zədələnmə -
lərə səbəb olmamış, lakin karbon nanotrubkalar
ağciyərin fəaliyyətinə təsir etmiş və bir neçə
heyvanın ölümünə səbəb olmuşdur.
Elmi jurnal olan “Science Daily”nin qeyd
etdiyi kimi, müəyyən edilmişdir ki, hətta bizi
əhatə edən hava da çox vaxt insan sağlamlığı
üçün zərərli olan hissəciklərə malik olur.
Lakin bəşəriyyət qarşısında duran qlobal
problemlər bir çox hallarda ləngiməyən kardinal
fəaliyyət tələb edir. Onlardan çoxunun həllində
məhz nanotexnologiya hiss olunacaq köməyi
göstərə bilər. Belə ki, son 20 ildə 30-dan az
olmayan infeksiyalı xəstəliklər aşkar olunmuş -
dur ki, onlardan ölüm halları ümumi ölüm
hallarının 30%-ni təşkil edir.
49
ELM DÜNYASI / Elmikütlәvi jurnal / 3 (03) 2013