“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

68

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Professor M.Mәrdanovun rәhbәrliyi al -

tın  da  α-olifinlәrin  oliqomerlәşmә  mәhsul la rının

nitrolaşmasından  alınan  nitro  bir  lәş  mә lәrin

hidrogenlәşmәsi nәticәsindә әmәlә gәlәn

aminlәrin, düz distillә yanacaqlarının ter-

mostabilliyini yaxşılaşdıran aşqar olması

müәyyәn edilmişdir.

Alimin әmәkdaşları ilә yaratdığı TSD-80

cihazı SSRİ dövründә reaktiv yanacaqların

dinamik şәraitdә termostabillik vә korroziya

göstәricilәri tәyin etmәyә imkan verәn әn

tәhkimlәşmiş cihaz olmuşdur.

Professor M.Mәrdanovun rәhbәrliyi ilә

korroziya inhibitorlarının yaradılması vә

tәtbiqi sahәsindә geniş tәdqiqatlar aparıl -

mışdır.


Karbamid vә ortofosfat turşusu әsasında

yaradılmış çoxfunksiyalı korroziya in-

hibitoru VFİKS-82 MDB ölkәlәrindә geniş

tәtbiq tapmışdır.

SSRİ-dә reaktiv yanacaqları vә karbo-

hidrogen yuyucu mayelәrә antistatik aşqar -

ların mәqsәdyönlü sintezi ideyasını mәhz

Mәcid Mәrdanov irәli sürmüşdür.

Onun ideyasını hәyata keçirәn tәlәbәlәri

sintez etdiklәri yeni antistatik aşqar AP-L-34-1

Bakı şin zavodu, Tiflis aviasiya vә Perm

mühәr rik  zavod larında  müvәffәqiyyәtlә  tәtbiq

olunmuşdur.

Professor M.Mәrdanov yanacaqlar sahә -

sindә kadrların hazırlanmasına böyük diqqәt

yetirirdi. Onun bilavasitә rәhbәrliyi altında

üç elmlәr doktoru, iyirmi elmlәr namizәdi

yetişdirilmişdir. M.Mәrdanovun apardığı

elmi tәdqiqatların nәticәlәri 216-dan artıq

elmi mәqalәdә vә 75-dәn çox müәlliflik

şәhadәtnamәsindә öz әksini tapmışdır.

M.Mәrdanov t.e.d. Q.Q.Vәliyev, t.e.d.,

professor S.Ə.Sultanov vә AMEA-nın müx bir

üzvü, k.e.d., professor V.Abbasov kimi kadr-

lar yetişdirmәklә öz elmi mәktә binin gәlәcәk

inkişafını tәmin etmişdir.

Görkәmli alim M.Mәrdanovun elmi mәk -

tә binin әn parlaq vә istedadlı davam çıların dan

biri olan, hal-hazırda akademik Y.Mәm mә -

dәliyev adına Neft-Kimya Proses lәri İnstitu-

tunun direktoru, AMEA-nın müx bir üzvü,

k.e.d., professor V.Abbasovu qeyd etmәk

olar. O bu elmi mәktәbin davamçısı olmaqla

yanaşı, öz mәktәbini dә yaratmışdır. Onun

rәhbәrliyi ilә kimya üzrә 28 kimya üzrә fәlsәfә

vә  7  elm lәr  doktorluğu  disserta si yası  mü -

dafiә olun muş dur ki, bu da gör kәmli alim

vә müәllim M.Mәrdanovun 100 illik yubi le -

yinә böyük bir töhfәdir.

Elmin inkişafındakı roluna vә yüksәk -

ixtisaslı elmi kadrların hazırlanması sahәsin dәki

xidmәtlәrinә görә M.Mәrdanov Azәrbaycan

Res publikasının “Əmәkdar elm xadimi” adına

layiq görülmüşdür. Onun әmәyi yüksәk

qiymәtlәndirilәrәk “Şәrәf nişanı” vә “Vәtәn

müharibәsinin II dәrәcәli ordeni” vә bir çox

medallarla tәltif olunmuşdur.

Mәcid müәllim uzun illәr ağır sürәn

xәstәlikdәn sonra 1982-ci il sentyabrın 27-dә

vәfat etmişdir.

2010-cu ildә Qәbәlә rayon İcra Hakimiy -

yәtinin qәrarı ilә küçәlәrdәn birinә Mәcid

Əhәd oğlu Mәrdanovun adı verilmişdir.

Mәcid müәllim böyük alim olmaqla

yanaşı, xeyirxah vә tәvazökar bir insan kimi

tәlәbәlәrinin vә onu tanıyan ziyalıların

qәlbindә daim yaşayacaqdır.

Sәyyarә  Əliyeva,

texnika elmlәri doktoru



69

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

“Özünü elmi axtarışlara, elmә hәsr etmiş in-

sanlar vә bu gün, ölkәmizin mürәkkәb döv -

ründә bütün çәtinliklәrә sinә gәrәrәk elmlә

mәşğul olan insanlar cәmiyyәtimizdә böyük

hörmәtә layiqdirlәr”. Bu sözlәri Heydәr Əli yev

Yusif Mәmmәdәliyevin abidәsinin açılışı mәra -

simindә söylәmişdir. Hәqiqәtәn, elmdә nüfuz

vә hörmәt qazanmaq üçün fәdakarlıq lazımdır.

Elә bu sәbәbdәn ömrünü elmә hәsr etmiş insan-

lar cәmiyyәt tәrәfindәn ehtiram vә hörmәtә

layiqdirlәr.

Belә şәxsiyyәtlәrdәn biri dә Azәrbaycan

Milli Elmlәr Akademiyasının Neft-Kimya Pro -

seslәri İnstitutunun elmi işlәr üzrә direktor

müavini, kimya elmlәri doktoru, professor,

AMEA-nın müxbir üzvü, әmәkdar elm xadimi

Akif Hәmid oğlu Əzizovdur. Əzizov Akif

Hәmid oğlu 1943-cü ildә Dağlıq Qarabağ Mux-

tar Vilayәtinin Ağdәrә rayonunun Umudlu

kәndindә müәllim ailәsindә anadan olmuş dur.

Umudlu kәndindә orta mәktәb olmadı ğından,

o, Ağdәrә rayon Çapar kәnd orta mәktә bini

bitirәrәk, 1960-cı ildә Azәrbaycan Dövlәt Uni-

versitetinin (ADU) kimya fakültә 

sinә daxil

olmuşdur. Ailә vәziyyәtinin çәtin olmasına bax-

mayaraq, Akif Əzizov 1964-cü ildә ADU-nun o

vaxtkı rektoru akademik Ş.Mehdiyev vә kimya

fakültәsinin dekanı professor C.Hüsey novun

tәşәbbüsü ilә tәhsilini davam etdirmәk üçün

M.V.Lomonosov adına Moskva Dövlәt Uni -

versitetinә (MDU) göndә ril mişdir. Onun elmdә

atdığı ilk addımlar, elmә ilk marağı MDU-nun

tәlәbәsi olan zaman baş vermişdir. Bu nüfuzlu

ali mәk 

tәbdә o, polimer kimyasının әsasını

qoymuş akademiklәr, V.A.Kargin vә V.A.Ka -

banovun tәlәbәsi olmuşdur. Onların rәh bәrliyi

ilә elmi axtarışlar apararaq, yüksәk vakuumda

buxar fazasında maye azotla soyu dul muş metal

sәthinә çökdürülmüş maq 

nezium metalının

tәsiri altında akrilonitrilin metilmetakrilatla

şüşә kristal faza-keçid temperatur 

larında

sopoli mer lәşmә  reaksiyasını  tәdqiq  etmişdir.



İlk tәcrübәlәr, saatlarla laboratoriyada hәvәslә

elmә yiyәlәnmәk istәyi öz bәhrәsini vermiş vә

tәlәbәlik illәrindә apardığı bu tәdqiqatların

nәticәlәri 1968-ci ildә “Высокомолекулярные

соединения” jurnalında dәrc olun muşdur. Qeyd

etmәk lazımdır ki, bu sahәnin digәr alimlәr

tәrәfindәn sonrakı inkişafı faktiki olaraq krio -

kimya üsulu ilә metal-üzvi kata liza tor ların vә

onların әsasında özündә yük sәk disperslәşmiş

metallar  saxlayan  yeni  hete rogen  katali za tor -

ların yaradılması ilә nәticәlәnmişdir.

Akif Əzizov 1966-cı ildә Moskva Dövlәt

Uni versitetini kimya ixtisası üzrә fәrqlәnmә

diplomu ilә bitirmiş vә “Yüksәkmolekullu bir -

lәş mәlәr kimyası” ixtisasına yiyәlәnmişdir. Onun

sonrakı elmi fәaliyyәti vә işgüzarlığı bilavasitә

AMEA Neft-Kimya Proseslәri İnstitutu ilә bağ -

lıdır. MDU-nu bitirdikdәn sonra akademik

V.S.Əliyevin dәvәti ilә o, AMEA-nın Neft-Kim ya

Proseslәri İnstitutunun aspirantu ra sına daxil

olmuş vә 1967–1970-ci illәrdә SSRİ Elmlәr Aka -



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə