Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   ...   19

10  Cənnət  müəllim

İslamda idman

nın  həcmi  artır.  Sakit  halda  ağ  ciyər ventilasiyası  bir dəqi­

qədə  orta  hesabla  6-7  litr,  gərgin  yürüşdə  yaxud  üzən  za­

man o,  120-130 litr  və  daha artıq olur.

Müntəzəm  idman  məşqləri  nəticəsində  tənəffüs  prosesi 

daha da təkmilləşib oksidləşmənin yaxşılaşmasına səbəb ol­

ur.  Tənəffüsün  dərinləşməsi  ağ  ciyər ventilasiyasını  artırır. 

Tənəffüsün  sürəti  azalır,  bu  da  tənəffüs  əzələlərini  qüvvət­

ləndirir və möhkəmləndirir.  Döş qəfəsinin  hərəkətliyi  artır. 

Təkmilləşmiş  tənəffüs  qan  dövranına  da  yaxşı  təsir  gös­

tərir.

Müntəzəm olaraq bədən tərbiyəsi və idmanla məşğul ol­



duqda  dayaq-hərəkət  üzvləri-əzələlər,  sümüklər,  oynaqlar, 

bağlarda,  habelə  insanın  xarici  formasında  böyük  dəyişi- 

liklər əmələ gəlir.

Sümük və bağ toxumaları möhkəmlənir,  oynaqlarda hə­

rəkət  amplitudası  artır.  Əzələlərdə  maddələr mübadiləsinin 

artması  ilə  əlaqədar  olaraq,  əzəzələrin  həcmi  və  kütləsi 

artır.  Burada  əzələlərin  qüvvəsi  və  yığılma  sürəti,  elastik- 

liyi, dartılma qabiliyyəti inkişaf edir.

Bu  qısa  xülasədən  göründüyü  kimi,  fiziki  hərəkətlərlə 

məşğul olub,  xoşagəlməz amillərə qarşı orqanizmin sabitli­

yini  yüksəlitmək  böyük  ictimai  sağlamlaşdırma  əhəmiy­

yətinə malikdir.  Bədən  tərbiyəsi  vasitəsiylə  ən  ciddi  xəstə­

likləri müalicə edir, zəif orqanimləri möhkəmləndirir,  fiziki 

qüsurları düzəldir, qocalan və cavanları mətinləşdirir.



BƏDƏN TƏRBİYƏSİ VƏ UZUN ÖMÜR

Ən  yeni  baxışlara görə  belə hesab olunmuşdur ki,  orqa­

nizm  qocalan  zaman  onun  funksiyalarının  sadəcə  olaraq 

solması,  yaxud  sönməsi  baş  vermir,  onun  fəaliyyətinin 

keyfiyyətcə  yeni  səviyyəsi  əmələ  gəlir  ki,  bu  da  yeni 

uyğunlaşma  mexanizimlərinin  təzuhürünü  özündə  birləş­

dirir.

Ruhi  Seyfullayev

İslamda idman

 

11

Uyğunlaşma  mexanizimlərindən  -  qocalan  orqanizmin 

bu  potensial  bioloji  qüvvəsindən  istifadə  edilməsi  uzun 

ömür  uğrunda  mübarizədə  təbabət  qarşısında  yeni  yollar 

açır.

Faktlar  göstərir  ki,  vaxtsız  qocalma  zamanı  inkişaf et­



məkdə olan funksional və morfoloji dəyişdiklər fiziki məşq­

lərin təsiri nəticəsində öz gedişini ləngidir.

Bir sıra tədqiqatçıların fikrincə düzgün gigeyna rejiminə 

uyğun  olaraq  fiziki  hərəkətlərlə  müntəzəm  surətdə  məşğul 

olmaq  toxumaların  degenerasiyası  prosesinin  artmasını 

heçə çıxara bilər və orqanizmin qocalma prosesini ləngidər.

Orta  və  qoca  yaşlı  şəxslərin  rejimində  fiziki  məşqlərdən 

istifadə edilməsi  təcrübəsi  sübut  edir  ki,  bədən  tərbiyəsi  ilə 

müntəzəm  məşğul  olamaq,  sağlamlığın  möhkəmləndiril­

məsinə  xeyli  dərəcədə  təsir  göstərir,  məşğul  olanların  düz­

günlüyünü artırır, ayrı-ayrı əzaların və sistemlərinin keyfiy­

yət dəyişdiklərini  inkişaf etdirir.

Bədən  tərbiyəsi  ilə müntəzəm  məşğul  olmaq  nəticəsində 

yaşlı  şəxslərin  ürək-damar  sistemi  vəziyyətində  funksilnal 

yaxşılaşma  özünü  ürək  fəaliyyətinin  ahəngdar  olmasında, 

miokardın sıxılma  qüvvəsinin artmasında,  onun qan  təchi­

zatının  yaxşılaşmasında,  onun  mübadilə  proseslərinin  güc­

lənməsində,  maddələr  mübadiləsi  məhsullarının  daha  sü­

rətlə ifrazında, arteral təziqin (xüsusən hiportonik vəziyyət­

də  olan  hallarda)  azalmasında  parlaq  surətdə  özünü 

göstərir.

Çoxlu  məlumatlara  əsasən  demək  olar  ki,  ürəyin  bütün 

funksiyalarının  yüksək  səviyyədə  saxlamaq  üçün  fiziki 

məşqlər ən təsrli vasitədir.  İdmanla məşğul olmaq ürək əzə­

lələrinin  sıxılma  gücünü  artırır.  Oyanma  funksiyasını  yax­

şılaşdırır,  ürəyi  daha  davamlı edir,  onda  istirahət və bərpa 

prosesinin yaxşı keçməsinin təmin edir.

Qocalıqda  əzələlərdə  müşahidə  olunan  həyat  qabiliy­

yətini  itirmə (atrofiya) prosesləri fiziki məşqlərin təsirindən



12

  Cənnət  müəllim

İslamda idman

əks  inkişafa  məruz  qalır,  əzələləm  həcmi  böyüyür,  onlar 

daha cavan yaş üçün xas olan keyfiyyətlər kəsb edir,  tonus 

və əzəllərin elastikliyi artır, onların gücünü çoxalır.

Bir  çox  müəlliflərin verdikləri məlumatalara  görə  mün­

təzəm  surətdə  fiziki  hərəkətlərlə  məşğul  olan  orta  və  yaşı 

ötmüş  şəxslərin  böyük  əksəriyyətində  əhval-ruhiyyənin 

yaxşılaşması,  yorğunluğun  aradan  qaldırılması,  yuxunun 

yaxşılaşması, gümrahlıq və s.  nəzərə çarıpır.

Deməli, yaş bədən tərbiyəsi ilə məşğul olmaq üçün mane 

ola  bilməz.  Bu  işin  əhəmiyyətini  başa  düşmək,  öz  sağlam­

lığını möhkəmləndirməyi arzu etmək bütün qüvvəni əsirgə­

məmək,  yaşdan  aslı  olmayaraq  bədən  tərbiyəsi  ilə  mün­

təzəm məşğul  olmaq və tənbəlliyi  bir  kənara  atmaq lazım­

dır.  Funksional  imkanlarından,  orqanizimlərinin  fiziki 

hazırlıq  dərəcəsindən  aslı  olaraq  hamı  bədən  tərbiyəsi  və 

idmanla məşğul ola bilər.

Yaşlı  adamların  bədən  tərbiyəsi  prosesində  həll  edilən 

əsas  məsələlər  bunlardır:  1.  Sağlamlığın  möhkəmləndiril­

məsi,  vaxtsız  (patoloji)  qocalmanın  qarşısını  alınması, 

qocalığın  uzaqlaşdırılması,  orqanizmin  funksiya  imkanları 

dairəsinin  genişləndirilməsi,  itən  hərəkət  keyfiyyətlərinin 

qarşısının  alınması;  2.  Xarici  mühitin  daim  dəyişilən  şəra­

itinə,  əlverişli  olmayan  həyat  hadisələrinə  uyğunlaşmaq 

üçün  ən  zəruri  olan  köhnə  hərəkət vərdişlərinin  və  bacarı­

ğın  bərpa  olunması  və  yenilərinə  yiyələnməsi;  3.  Yaşlı 

adamlarda öz gücünə, bir ictimai şəxsiyyət olmaq etibarı ilə 

özünün  dəyərli  olmasına  möhkəm  inam  yaradılması  və 

beləliklə,  onun  psixi  fəaliyətiniıı  bütün  cəhətlərinin  yax­

şılaşdırılması.

Bu  vəzifələrdən  göründüyü  kimi,  yaşlı  adamların  bədən 

tərbiyəsin  əsasım  ümumi  gigeyna  amilləri  təşkil  edir, 

bununla  əlaqədar  olaraq,  fiziki  hərəkətlərlə  məşğələlərin 

təşkili formalarının müxtəlifləşdirmək lazımdır.



Ruhi  Seyfullayev

İslamda idman

 

13

Hazırda  ən  geniş  yayılmış  formaları  bunlardır:  ümumi 

fiziki  hazırlıq  qrupları,  sağlamlıq  qurupları,  müstəqil  məş­

ğələlər,  səhər  gigeyna  gimnastikası,  yürüş  və  gəzinti,  tu­

rizm;  digər  formalar  sırasında  idman  bölmələrində  məşq­

ləri,  balıq  ovunu,  çimməyi və  üzməyi, velisoped yürüşünü, 

xizək yürüşünü və i.a.  göstərmək olar.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə