Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

34  Cənnət  müəllim

İslamda idman

çəkmiş,  güləşçilərin  məşq  səhnələrini  ustalıqla  təsvir  et­

mişdir.  Adı  bizə  bəlli  olan  qədim  Azərbaycan  pəhlə­

vanlarından  biri  XII  əsrdə  yaşamış,  Eldəgizlər  sülaləsinin 

ən məşhur nümayəndəsi ictiami-siyasi həyatında önəmli rol 

oynamış  Atabəy  Məhəmməd  Cahan  pəhləvandır.  O  za­

manlar şərqdə ən güclü pəhləvan adını hökümüdarlar fəxr­

lə  daşıyarmışlar.  Güləşmənin  Azəribaycanda  meydana 

gəlməsi və geniş yayılması  heç də sadəcə bir məşğuliyyət və 

ya  el  şənliklərinin  daha  təmtəraqlı  keçməsi  məqsədi  daşı­

mırdı.  Əsas məqsəd ordunun fiziki hazırlığını yüksək səviy­

yəyə  qaldırmaq  idi.  Zorxanalann  yaradılması  və  onlann 

geniş yayılmasının səbəbələrindən  biri  də müharibər və əy­

ləncələr  zamanı  pəhləvanların  gücündən  tez-tez  istifadə 

edilməsi  ilə  bağlı  idi.  Şahlar  öz  yanlarında  onlarca  güclü 

pəhləvan  saxlayardılar.  Bəzən  müharibə  zamanı  qarşı- 

qarşıya  duran  tərəflər  meydana  pəhləvanlarını  çıxardı r- 

dılar. Pəhləvanı qalib gələn tərəf qalib hesab edilirdi.

Pəhləvanların  müharibələrdə  həlledici  rol  oynaması 

şahları  onların  hazırlığı  ilə  məşğul  olmağa  vadar  edirdi. 

Məhz  buna  görə  də  saraylarda  «zorxana»  deyilən  yerlər 

yaradıldı.  Orada  pəhləvanlar  güləş,  ağırlıq  qaldırma,  zən­

cirləri  qırmaq,  qüvvət  və  çevikliyə  dair  hərəkətlər  üzrə 

məşq keçirdilər.  Bütün  Şərqdə olduğu kimi,  Azərbaycanda 

da zorxana geniş yayılmışdı.

Əvvəlcə  «zorxana»  sözünün  mənasına  aydınlıq  gətirək. 

Zorxana  güc  evi,  zor  göstərilən  yer  deməkdir  Zorxana  bir 

qədər müasir atletik gimnastia salonunu xatırladırdı.  Bura­

da həm  də xüsusi  proqramm üzrə pəhləvanlar hazırlanırdı. 

Bus  öz  XIV 

əsrdən  məlumdur.  Güman  edilir  ki,  ilk 

zorxanalardan biri Təbriz şəhərində meydana gəlib.

İlk zorxanalar göy otun üstündə  olarmış. Sonralar dairə 

şəklində  olan  bu  meydançanın  dörd  tərəfinə  ağaclar  bas­

dırar,  ağaclar kəndirlə dövrəyə alınarmış.  Kəndirə toxunan 

güləşçi  məğlub  hesab  olunarmış.  Meydança  xətlərlə  işarə

edilirdi  və  güləşçilərin  ayağı  cızıqdan  çıxanda  mübarizə 

dayandırılır və yenidən başlanırdı.

Zorxana  binası  adətən  yer  səthindən  bir  qədər  aşağıda 

yerləşər,  tavanı  tağlarla  örtülü  olardı.  Meydanın  ətrafında 

tamaşaçılar üçün  qurulmuş səkidən  1  metr yuxarıda taxtın 

üstündən  zorxananın  təlimçisi  (mürşid)  yarışlara  nəzarət 

edərmiş.  O,  tavandan  asılmış  zəng vasitəsiylə  oyunun  baş­

landığını xəbər verər və qayda pozularkən yarışları  dayan­

dırarmış.  Burada  musiqiçilər  üçün  xüsusi  yer  ayrılarmış. 

Zorxanada yeddi oyun keçirilərmiş: sinov- quluncsındırma, 

yekpa-ayaqdöymə,  mil,  yekbagir-daşqaldırma,  kəbbade- 

kəmanə, çərxi və ya təndövrə cəng, güləş.

Kompleksin  ikinci  mərhəlsi  yepka  və  ya  ayaqdöymə 

adlanan  oyun  olmuşdur.  Bir  ayağı  götürüb,  o  birin  qoy­

maqla  yerinə  yetirilən  bu  təmrin  8-10  dəqiqə  davam  edər­

miş.


Mİ1  ağacdan  qayrılmış  bir  alətdir.  İdmançının  oyun 

zamanı  istifadə  etdiyi  iki  milin  ümumi  çəkisi  12-13  kiloq­

ram arasında olub.

«Kəbbadə»  sözünün  mənası  təlim  kamanlarıyıla  məşq 

etmək,  yaxud  dəmir halqalı  kaman  deməkdir.  Onun  ümu­

mi çəkisi  14 -15 kilqram olub. Pəhləvan məşq zamanı bir əli 

ilə  zəncirdən  tutaraq  aləti  başı  üzərinə qaldırar,  sonra  onu 

boynuna  keçirdərək  hərləməyə  başlayardı.  Onlar  kəb- 

badəni  boyunlarından  bellərinə  və  sonra  əks  istiqamətdə 

qaldırıb endirərdilər.

Növbəti  oyun  (yekbagir)  daha  ağır  alətlərlə  icra 

edilərmiş.  Buraya  bədən  hərəkətləri  də  daxil  imiş.  Çəri  və 

ya  təndövrə oyunun  bir neçə növü olmuşdur.  Bu oyun  oy­

naq  musiqi  sədaları  altında  icra  edilərmiş.  Bütün  bunlar­

dan  sonra  bir  qədər  fasilə  verirlər  və  nəhayət,  güləş  baş­

lanarmış.

Azərbaycan  zorxana  tamaşalarında  ən  geniş  yayılan 

qurşaq  tutma  (güləş)  idi.  Bu  tamaşalar  yaz-yay  vaxtları



Ruhi  Seyfullayev 

İslamda idman

 

35


36  Cənnət  müəllim

İslamda idman

açıq  havada,  qışda  isə  üstüörtülü  zorxana  meydançaların­

da  keçirilərmiş.  Qurşaq  tutma  bir  növ  məzəli  güləşdir.  Bu 

güləşdə  sərt  hərəkətlərə  yol  vermək  olmaz.  Tamaşalarda 

müxtəlif nəğmələr oxunarmış.  Əvvəla,  pəhləanlar bir-birini 

məzəli zarafatlarla meydana dəvət edərmişlər:



Əgər igidsənsə, gəl  çıx meydana,

Gösətrim ellərə cəngimi,  oğlan.

Utanırsan,  deyim usta Qaraya 

Çalsın zurnada  «Cəngi»mi,  oğlan.

- Cavabında isə o biri pəhləvan deyərmiş:



Yava

  -  


yava danışan igid pəhləvan,

Qızışdırma,  çırar gəngini oğlan.

Dağıdar yer-göyü,  eşər torpağı,

Kəsər nəfəsini,  zəngini oğlan.

Bayram  günlərində  keçirilən  mərasimlər,  xüsusən  Nov­

ruz  bayramı  çox  təmtəraqlı  olarmış.  Belə  günlərdə  pəhlə­

vanlar  meydanda  gəzişər  və  igid  cavanları  güləşə  çağırar- 

mışlar. Zorxanalarda belə mahnılar oxunarmış:

Əl qolunu qaidadaram,

A y  oğlan.

Bağrını çatladaram,

A y oğlan.

Nişanlını alıb qaçıraram,

A y  oğlan.

Bəlalı başına bəlalar açaram 

A y  oğlan.

Azərbaycan  xalqının  tarixində  istedadlı  pəhləvanların 

ən gözəl ənənələri ilk dəfə təbrizdə, sonralar isə Bakı, Gən­

cə,  Şəki, 

Şuşa, 

Şama.vi,  *..>ı  oa-u. 



ı V

. *  . y


,

va11  və  uuşqci  şəhəı-



Ruhi  Seyfullayev

İslamda idman

 

37

lərdə  yaranmışdır.  Qədim  Azərbaycan  güləşçiləri  parlaq 

qələbələri  ilə  təkcə  Qafqazda  deyil,  həm  də  Yaxın  şərq 

ölkələrində böyük  şöhrət  qazanmışdır.  Bu  ölkələrin  pəhlə­

vanları onlarla hesablanır.

Belə  güman  edilir  ki,  Azərbaycanda  güləş  şah  İsmayıl 

Xətainin  hakimiyyəti  dövründə  daha  çox  inkişaf etmişdir. 

Şah  İsmail  Xətainin  özü  də  misilsiz  pəhləvan  kimi  tanın­

mışdır.  Rəvayətlə  görə,  güləşdə  ona  qalib  gələn  olmamış­

dır.


XVIII  əsrin  axırları-XIX  əsrin  əvvələrində  Azərbay­

canda  ən  güclü və  məşhur xalq  güləşçilərindən  biri  Hüsey­

nqulu Hacı Mürsəloğlu olmuşdur.  Maştağa kəndində ana­

dan  olan  bu  pəhləvan  İran  padşahı  Nəsrəddin  şahın  ən 

yaxşıgüləşçisi-Yezdə  qalib  gəlmişdir.  40  il  ərzində  Azər­

baycanda vəİranda  çox  pəhlvanların  kürəyini yerə vurmuş 

Hüseynqulu 82 yaşında vəfat etmişdir.

XIX  əsrin  ikinci  yarsmda  digər  maştağalı  pəhləvan- 

Bahadır Altıayaq xalq arasında böyük şöhrət qazanmışıdr.

XIX  əsrin  axırları-XX  əsrin əvvələrində isə  Kəblə  Mirzə 

adlı pəhləvan çox məşhur olmuşdur.  Azərbaycanda  1920-ci 

ildən  başlamış  50-ci  illərədək  peşəkar  pəhləvanlar  kimi 

fəaliyyət  göstərən,  həm  xalq,  həm  də  idmançılar  arasında 

hədsiz nüfuza,  hörmətə malik pəhləvanlardan  Rəşid  Yusif­

ov,  Sali  Süleyman,  Eldar  Göyçaylı,  Qara  Rüstəm  (kürdə- 

mir) və Kürdoğlunun (Gəncə) adlarının çəkmək olar. Onla­

rın arasında qeyri  rəsmi dünya çempionları  Sali  Süleyman 

və  Rəşid  Yusifov  xüsusiylə  fərqlənmişlər.  Sali  Süleymanın 

adı  uzun  müddət dünyanın  ən böyük  şəhərlərinin  (Vaşinq­

ton, Paris, Çikaqo,  London,  Roma) dəbdədəli afişalarndan 

düşməmişdir.  Nə  öz  vətənində,  nə  də  xaricdə  Sali  Süley­

manın kürəyini yerə vuran omamışdır.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə