SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   44   45   46   47   48   49   50   51   52

122 
 
4-6  nəfər  ölür.  Bu  müsəlman  kəndlərinin  talan  edilməsinin  və  əmlakının 
oğurlanmasının,  habelə  bir  neçə  ay  ərzində  dağlarda  sərgərdan  gəzməklərinin 
nəticəsidir”. 
 
*** 
 
 
1918-ci il ġamaxı qaçqınlarının bir qrupunun siyasıhı 
 
Şamaxı erməni daşnaklarının soyqırımına məruz qaldıqda, fürsət tapan əhali 
Azərbaycanın müxtəlif regionlarına - Sabirabad, Salyan, Quba, Ağdaş, Gəncə, Şəki 
və  s.  qaçmış,  eləcə  də,  bir  çox  insanlar  Orta  Asiyada  olan  qohumlarının  yanına 
köçmüşlər. 
1918-ci 
ildə  yaradılmış  Fövqaladə  İstintaq  Komissiyası  erməni 
daşnaklarının  törətdiyi  cinayətləri  öyrənmək  üçün  yerlərdə  fəaliyyətə  başladı.  Bu 
zaman  “Hümmət”  qəzeti  də  öz  səhifələrində  mart  qırğını  zamanı  qaçqın  düşmüş 
şamaxılıların siyahısını vermişdir ki, bəlkə köçkünlər öz doğmalarını tapa bildilər. 
Qəzetin 1918-ci il iyun ayının 13, 15, 20, 25 tarixli nömrələrindən. 
 
Quba mahalında olan ġamaxı əsirləri 
 
Bakudə  və  sairə  yerlərdə  yaşayan  şamaxılı  müsəlmanlar  aşağıdakı  yazılan 
siyahını oxuyub, hər kim, hər kimini itiribsə, tapa bilər. Və bunu da bilməlidir ki, 
indi şamaxılılara təqdir hər cəhətdən istirahət vardırsa da, lakin qəlbi narahatdırlar. 
Zira, biri qardaşım, biri atasını, anasını, sahibini və ya qeyri bir əzizini itirmişdir. 
Ağçılar  məhəlləsindən  Əruskəş  kəndində  Nurulla  Qasım  oğlunun  evində 
bir nəfər övrət Nisbət Ağasəlim qızı əri Mirzəli, bir qızı, 3 yaşında, Nügbar. 
ƏruskəĢ  kəndində Əli Əkbər Qulu oğlunun evində İmamlı məhəlləsindən 
Kür (və ya Kər) küçədən bir nəfər övrət Sultan Əli Əkbər qızı, əri dərzi Əbdüləli 
Mollağa oğlu, Mərv şəhərindədir. 
ƏruskəĢ kəndində Məşədi Əsəd Mirzə Məhəmməd oğlunun evində İmamlı 
məhəlləsindən Fizzəbəgim Məşədi Məhəmməd qızı, əri əhəngçi  Hüseynəli Əkbər 
oğlu, yanında bir oğlu, 2 yaşında, Ağa Cəlil mərhum. 
ƏruskəĢ kəndində Zəbulla Nemət oğlunun evində Seyid Səmənrux Məşədi 
Ağa Seyid qızı Mir Əhməd Ağanın nəvələri Məhəmmədəli Xaspolad oğlu, Məşədi 
Cəfərin oğlu Məhəmməd Əli, Mərvdə, yanında bir qızı Həmidə xanım 4 yaşında, 
yenə  bir  nəfər  bibisi  qızı  Xavər  Kazım  qızı,  12  yaşında,  bu  qızın  atası 
İmamlıdandır.  
Ələz  kəndində  Molla  Abbasqulu  Nəcəf  oğlunun  evində  Qurdlar 
məhəlləsindən  bir  nəfər  övrət  Sitarə  papaqçı  Həsən  qızı,  əri  Məşədi  Vəli  ilə 
yanında bir qızı Turə, 9 yaşında. 


123 
 
Kətə Ağca məhəlləsindən bir nəfər övrət, Badam Məhəmməd Hüseyn qızı, 
əri Əliheydər doğaçı Məşədi Qəni oğlu, yanında bir qızı Dursun 5 yaşında, qardaşı 
Badkubədədir. 
Qərəgöz  qəryəsində  -  Cavad  Əmin  Əli  oğlunun  evində  İmamlı  
məhəlləsindən  bir  nəfər  övrət  Mələknisə  Kərbəlayi  Həmid  qızı,  yanında  2  nəfər 
qızı,  biri  Zəhra,  Yetim  Kərbalayi,  Heybət  Mirbaba  oğlunun  əyalı,  biri  də  Xavər   
çörəkçi Abdulxaliq Kərbəlayi Səfdər oğlunun əyalı, 2 nəfər də oğlu, biri Hüseyn 13 
yaşında,  biri  də  Əli  Ağa  11  yaşında,  yenə  bu  övrətin  yanında  da  baldızı,  Bahar 
Şirəli qızı, əri Məlik Soltan oğlu, Sabunçuda. 
Qərəgöz  qəryəsində  Bədəl  Hüseyn  oğlunun  evində  həkim  Mirzə  Xəlil 
küçəsindən bir nəfər qız 10, yaşında, Kimyaxanım baqqal Abbasqulu qızı, yanında  
bir qardaşı Əli Həmid, 3 yaşında, dayısı Əsəd Xeyrulla Heybət oğlu, Ağdaşda. 
Qərəgöz  qəryəsində  Tağı  Oruc  oğlunun  evində  bir  nəfər  qız,  Qəlabazar 
məhəlləsindən  Fizzə,  dərzi  Məşədi  Mirzə  Əli  qızı,  9  yaşında  Molla  oğlu 
Məhəmməd Bağırın nəvəsidir. 
Qərəgöz  qəryəsində  Molla  İslamın  evində  Sarıtorpaq  məhəlləsindən  bir 
nəfər oğlan, Mehdi Molla Şəfi oğlu, 6 yaşında, bir bacısı 12 yaşında. 
GünövĢə  qəryəsində  Məşədi  Yusifin  evində  Ağsu  kəndinin  üstündə  Talış 
kəndindən  bir  nəfər  övrət  Saray  Səfəral,  qızı,  həmçinin  qardaşı  öz  kəndlərindən 
Dürəli Abbasnam Məşədi Rza, bibisi oğlu Səday Məşədi Heybət oğlu. 
 
11 iyun 1918, № 87, səh.2 
 
GünövĢədə  -  Nur  Hüseyn  şeyx  Məhəmməd  oğlunun  evində  Sarıtorpaq 
məhəlləsindən  Məşədi  Mina,  dərzi  Məşədi  Əşrəfin  əyalı,  yanında  bir  qızı 
Anaxanım,  8  yaşında,  bir  oğlu  Məşədi  Səftər,  14  yaşında,  yanında  qardaşı  Əli, 
Babanın qızı Ceyran yenə həmin evdə İmamlı məhəlləsindən Ruxsarə Firnəçi Əli 
qızı, əri Məşədi Ağaəli Hacı Səməd oğlu, Ərdəbil məhəlləsindən Badkubədə Quba 
meydanında səbzi satır. 
GünövĢədə  Şeyxməlikin  evində  Şıxminas  məhləsindən  Xədicə  Məşədi 
İsgəndər qızı, əri Kərbaləyi Hacı. 
Dəryə  məhələsdən  bir  övrətin  anası  Göyçaydadır.  Kamal  Heydər  oğluna 
ərə gedib. 
Qarayexanə  qəryəsində  Əbdülün  evində  İmamlı  məhləsindən  Məşədi 
Mina Cavad Kənahduz Məşədi Mehdiquludur. Adamı Kürdəmirdə vardır. 
 
13 iyun 1918, № 88, səh.2 
 
Bəg Əhməd yurdunda. Xudaverdinin evində Sarıtorpaq məhəlləsindən bir 
qız, faytonçu Kərbəlayi Məhəmməd Hüseyn qızı, Qəmər xanım 14 yaşında, bu qızı 
15 yaşında qardaşı Səməd qaçırıb. 


124 
 
Bəg Əhməd yurdunda. Məşədi Yarəlinin evində Sarıtorpaq məhəlləsindən 
Samadbağ Ağa Əli qızı, əri dabbaq Əli Mərdi Hacı qızı, oğlu yanında, bir yaşında 
oğlu Hacı Ağa, yenə bir qardaşı 16 yaşında Abdulla nam anası Səltənət Rəhim qızı 
və əmisi dabbaq İsmailin qızı Sədəf, 7 yaşında, bunların Kürdəmirdə adamı var. 
Bəg  Əhməd  yurdunda.  Dadaşın  evində  Sarıtorpaq  məhəlləsindən  Səlbi,. 
Kərbəlayi  Baba  qızı,  əri  papaqçı  Məşədi  Əli  Abbas  oğlu,  yanında  Akif,  Hacı 
Cabbarın nəvəsi, Məşədi İbrahim 5 yaşında. 
Bəg  Əhməd  yurdunda.  Qurbanəlinin  yanında  Qəleybazar  məhəlləsində 
papaqçı  Kərbəlayi  Heydərin  qızı  Münəvvər,  13  yaşında,  yanında  bacısı  Tahirə,  3 
yaşında. 
Verdi  qəryəsində  Məşədi  Abbasın  evində  bir  nəfər  övrət  Ərdəbil 
məhəlləsindən  Dostxanım  Mədəd  qızı,  bu  övrətin  damadı  Badkubədədir.  Təzəpir 
küçəsində Sultan Mahmud oğlu. 
Verdi  qəryəsində  Məşədi  Dadaşbalanın  evində  Ərdəbil  məhəlləsindən 
Səfurə Məşədi Əsəd qızı, əri çərçi Kərimdir. 
Verdi  qəryəsində  Kərbəlayi  Hümmət  evində  bir  nəfər  oğlan,  Minaxor 
küçəsindən Əli Heydər, 13 yaşında Əlif Məhəmmədin oğlu. 
Bəhəl  qəryəsində  Hidayətin  evində  İmamlı  məhəllədən  Zəminə  Abdulla 
qızı, yanında Mina Təqi qızı, həmin iki övrətlərin oğulları və yeznələri Gökcəlidir. 
İsmayıl Qəhrəman oğlu Məşədi Əmir Həmzə. 
Böyük  Dağ  QuĢçuda.  Yusif  Əli  Molla  Əli  Abbasın  əyalı  Hüseyn  qızı, 
yanında bir oğlu Qulam Rza, 5 yaşında. Həmin övrətin qaynı Badkubədə Barxud 
aşpazı Məşədi Həsən Hacı Əli Əkbər oğludur. Həmin övrətin qızı Böyükxanım, 12 
yaşında,  oğlu  Ağaəli  Əkbər  9  yaşında,  Şamaxıdan  Badkubəyə  gedən  əsirlərin 
arasında gedibdir. Bu övrətin böyük oğlu Həştərxandadır. Əli Mürtəza Axundov. 
 
15 iyun 1918, № 9 səh.2 
 
Böyük  QuĢçuda  Hacı  Orucun  evində  Yuxarı  İmamlı  məhəlləsindən  2 
qardaş,  biri  Ağa  Nəcəf,  12  yaşında,  biri  Əli  Ağa  daruğə  Məşədi  Əli  Məhəmməd 
oğlanları, Badkubədə yeznəsi var. Qəssabdır. Bacısının adı Bikə. 
Böyük  QuĢçuda  Məşədi  Şakərəminin  evində  Ərdəbil  məhəlləsindən  Hacı 
Cəfər  oğlu  Kərbəlayi  Yusifin  anası  -  Kərbəlayi  Ceyran  Kərbəlayi  Cabbar  qızı, 
yanında  bir  nəfər  övrət,  bu  evdə  Quşbazar  məhəlləsindən  Kövhər  Məşədi  Cəfər 
oğludur. 
Böyük  QuĢçuda  Məşədi  Əziz  Əli  evində  Axçı  məhəlləsindən  Sona 
Hüseynqulu qızı, yeznələri var. Ağcaqabulda Hüseyn Böyük Ağa oğlu, biri də Xan 
Əbdülxalıq. Dükançıdır. 
Böyük  QuĢçuda  Əbdülrəhman  uşaqlarını  evində.  Üç  nəfər  Sarıtorpaq 
məhəlləsindən. (ardı oxunmadı - S.Q.) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə