Аzərbаycаn Rеspublikаsı аdındаn
Q Ə T N A M Ə
18 oktyabr 2016-cı il
2(106)1686/2016
Şirvаn şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyası, hakimlər Əhmədov İsmayıl
Həmid oğlu (sədrlik еdən və məruzəçi), Camalov Etibar Əli оğlu və Əkbərov Kamran
Hüseyn оğlundаn ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə,
Əkbərova Gülcamal Qasım qızının maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsinə
qarşı sosial sığorta stajının müəyyən edilməsi və sənədin şəxsə məxsus olması tələbinə dair
mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli 2(050)1511/2016
saylı qətnaməsindən maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsi tərəfindən verilmiş
apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bахаrаq,
M Ü Ə Y Y Ə N Е T D İ:
Masallı Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli 2(050)1511/2016 saylı
qətnaməsi ilə (hakim Anar Alməmmədov), ərizəçi Əkbərova Gülcamal Qasım qızının
maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsinə qarşı sosial sığorta stajının müəyyən
edilməsi tələbinə dair ərizəsi təmin olunmuş, Məmmədova Gülcahan Əli qızına məxsus
hüquq müəyyənedici sənədlərin Əkbərova Gülcamal Qasım qızına məxsus olması
müəyyən edilməklə onun 01.01.1948-ci ildən 01.10.1964-cü ilə kimi sabiq “Kommunizm
yolu” kolxozunda və 01.10.1964-cü ildən 31.01.1985-ci ilə kimi sabiq “Kommunizm yolu”
sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmiş və həmin müddətin onun sosial sığorta
stajına daxil edilməsi qət edilmişdir.
Qətnamədən “DSMF-nin Masallı rayon şöbəsi tərəfindən apellyasiya şikayəti
verilmişdir.
İŞİN HАLLАRI:
Əkbərova Gülcamal Qasım qızı ərizəsində göstərmişdir ki, o, 01.01.1948-ci ildən
01.10.1964-cü il tarixə kimi sabiq “Kommunizm yolu” kolxozunda və 01.10.1964-cü ildən
31.01.1985-ci il tarixə kimi sabiq “Kommunizm yolu” sovxozunda fəhlə işləmişdir.
Sovxozda işlədiyi vaxt onun adına əmək kitabçası yazılmayıbdır. Sovxozluq dövründə
işlədiyi vaxtları Masallı rayon Arxivinin sovxozun əmrlər kitabından verdiyi arayış təsdiq
edə bilər. Həmçinin bir sıra sənədlərdə atasının adı səhvən Əli, adı isə Gülcahan kimi
göstərilmiş, bu da ona məxsus hüquqmüəyyənedici sənədlərdə yanlışlıq yaratmışdır.
Masallı rayon Dövlət Arxiv İdarəsinin verdiyi 14.03.2016-cı il tarixli 190 saylı arayışında
Məmmədova Gülcahan Əli qızına məxsus hüquqmüəyyənedici sənədlərin ona məxsus
olması və onun 01.01.1948-ci ildən 01.10.1964-cü ilə kimi sabiq “Kommunizm yolu” yolu
kolxozunda və 01.10.1964-cü ildən 31.01.1985-ci il tarixlərdə sabiq “Kommunizm yolu”
2
2
sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi faktının müəyyən edilməsi
barədə qətnamə çıxarılmasını xahiş edir.
Məhkəmə ərizəni təmin etmişdir.
Maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsi aşağıdakılara istinad edərək qətnamənin
qismən ləğv edilməsini xahiş etmişdir.
АPЕLLYАSİYА ŞİKАYƏTİNİN DƏLİLLƏRİ:
Apellyasiya şikayətinin müəllifi aşağıdakılara istinad edərək məhkəmənin gəldiyi
nəticəni işin faktiki hallarına, qanunvericiliyin normalarına uyğun olmamasını, ədalətli
məhkəmə araşdırması hüququnun pozulması ilə çıxarıldığını hesab etmişdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 21.1-ci maddəsinə
əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosialsığorta haqlarının
ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və
müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında
işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət
və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Həmin qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təstiq
olunur.
Masallı rayon Dövlət Arxiv idarəsinin Əkbərova Gülcamal Qasım qızının adına
verdiyi arayışda sabiq “Kommunizm yolu” kolxozunda 01.01.1948-ci ildən 01.10.1964-cü
ilədək “Kommunizm yolu” sovxozunda 01.10.1964-cü ildən 31.10.1985-ci il tarixədək
işləməsinə dair staj protokolunda kolxoz iş günləri və həmin dövr ərzində nə qədər iş stajı
qazanması göstərilmədiyi üçün pensiyanın üzərinə həmin dövrün əlavə iş stajı kimi
hesablamaq mümkün deyil. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Əkbərova
Gülcamal Qasım qızının sabiq “Kommunizm yolu” kolxozunda və “Kommunizm yolu”
sovxozunda işləməsini təstiq edən sənədlərin mövcudluğu araşdırılmamışdır.
Apellyasiya şikayətinin müəllifi qeyd edilənlərə istinad edərək Masallı Rayon
Məhkəməsinin 11 may 2016-cı il tarixli 2(050)1511/2016 saylı qətnaməsinin ləğv
edilməsini xahiş etmişdir.
Maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsinin nümayəndəsi və Əkbərova Gülcamal
Qasım qızı apellyasiya baxışına təkrarən gəlməmiş, gəlməmələrinin səbəbi barədə
məhkəmə məlumat verməmişlər.
HÜQUQİ MƏSƏLƏLƏR:
Аzərbаycаn Rеspublikаsı MPM-nin 372.1-ci mаddəsinə əsаsən аpеllyаsiyа instаnsiyа
məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr
əsаsındа mаhiyyəti üzrə bахır.
Həmin Məcəllənin 372.7-ci mаddəsinin tələbinə görə аpеllyаsiyа instаnsiyа
məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsеssuаl
hüquq nоrmаlаrınа riаyət еtməsini yохlаyır.
3
3
Məhkəmə kollegiyası hesab edir ki, ərizə üzrə birinci instansiya məhkəməsi işin
faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə qətnamədə
göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
Kollegiya hesab edir ki, apellyasiya şikayəti sənədin şəxsə məxsus olmasının
müəyyən edilməsinin düzgün olmaması hissəsində də əsaslıdır və təmin edilməlidir.
Əvvəla kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin
Məmmədova Gülcahan Əli qızına məxsus hüquqmüəyyənedici sənədlərin Əkbərova
Gülcamal Qasım qızına məxsus olması qənaətinə gəlməyə əsas verən heç bir sənəd iş
materiallarında olmamışdır. Nə iş materiallarında olan Masallı rayon Dövlət Arxivindən
verilmiş 14.03.2016-cı il tarixli 190 saylı arayış, nə Masallı rayon icra hakimiyyəti
başçısının Sığdaş kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2016-
cı il tarixli 297 saylı arayış, nə də ki, Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş,
nikah kitabının 8-ci səhifəsindən Məmmədov Nəriman Murtuza oğlu ilə Əkbərova
Gülcamal Qasım qızı arasında nikahın bağlanması barədə Az-1N 420993 saylı çıxarış
Məmmədova Gülcahan Əli qızının Əkbərova Gülcamal Qasım qızı hesab edilməsinə əsas
vermir. Belə ki, əmək pensiyasının təyin edilməsi və sosial sığorta stajının müəyyən
edilməsi üçün hüquqmüəyyənedici sənəd olan Arxiv arayışının qeydində həmin arayışın
Məmmədova Gülcahan Əli qızına aid olduğu göstərilmiş bu şəxsin istər adı, istər soyadı,
istərsə də atasının adı ərizəçi Əkbərova Gülcamal Qasım qızı ilə müqayisədə müxtəlif
olmaqla bu şəxslərin eyni şəxs olması mötəbər sübutlarla təstiq olunmamışdır.
Masallı rayon Dövlət Arxivindən verilmiş 14.03.2016-cı il tarixli 190 saylı arayışdan
görünür ki, Əkbərova (Məmmədova) Gülcamal (Gülcahan) Qasım (Əli) qızı kolxozda
işləyənlərin iş stajını müəyyən edən staj komissiyasının 05.10.1964-cü il tarixli 15 saylı
staj protokolunda “Sığdaş” məhəlləsi üzrə 181-ci sırada təvəllüdü 1932-ci il olmaqla
01.01.1948-ci il tarixdən 01.10.19964-cü ilə kimi stajı olması təstiqlənmişdir.
01.10.1964-cü il tarixli 6 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 31.01.1985-ci il
tarixli 99 saylı əmrlə pensiyaya çıxması ilə əlaqədar işdən azad edilmişdir. Sovxozun əmək
haqqı sənədləri arxivə tam təhvil verilməmişdir.
Staj protokolunda Məmmədova Gülcahan Əli qızı kimi qeyd olunub, işə götürmə
əmrində Məmmədova Gülcahan kimi, işdən çıxma əmrində Əkbərova Gülcamal kimi qeyd
olunub.
Əkbərova Gülcamal Qasım qızının və ya Məmmədova Gülcahan Əli qızının müxtəlif
vaxtlarda “Kommunizm yolu” kolxozunda və eyni adlı sovxozda şləməsi faktı barədə iş
materiallarında arxiv arayışı olduğundan Şirvan Apellyasiya məhkəməsinin 18 oktyabr
2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
261.0.1-ci maddəsinə əsasən iş inzibati iqtisadi məhkəmədə baxılmalı olması əsası ilə iş
üzrə icraata xitam verilmişdir.
Əmək pensiyasının təyin edilməsi və sosial sığorta stajının müəyyən edilməsi üçün
hüquqmüəyyənedici sənəd olan Arxiv arayışının qeydində həmin arayışın Məmmədova
Gülcahan Əli qızına aid olduğu göstərildiyindən bu şəxsin istər adı, istər soyadı, istərsə də
atasının adı ərizəçi Əkbərova Gülcamal Qasım qızı ilə müqayisədə müxtəlif olmaqla bu
şəxslərin eyni şəxs olmasının mötəbər sübutları olmadığından birinci instansiya
məhkəməsinin qətnaməsi Məmmədova Gülcahan Əli qızının adına olan hüquq müəyyən
edici sənədin Əkbərova Gülcamal Qasım qızına məxsus olmasının müəyyən edilməsi
hissəsində rədd edilməli, ərizə bu hissədə təmin edilməməlidir.
4
4
Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya
məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və оbyektiv araşdırmamış və tərəflər
arasındakı mübahisənin, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması məsələsinin
həlli üçün tətbiq edilməli оlan maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq
etməmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.2-ci maddəsinə görə
məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi üçün əsasdır. Ona görə
Masallı Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli 2(050)1511/2016 saylı qətnaməsi
sənədin şəxsə aid olmasının müəyyən edilməsi hissəsində ləğv edilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 391,
405və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ :
Maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti
qismən təmin еdilsin.
Əkbərova Gülcamal Qasım qızının maraqlı şəxs DSMF-nin Masallı rayon şöbəsinə
qarşı sosial sığorta stajının müəyyən edilməsi və sənədin şəxsə məxsus olması tələbinə dair
mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli 2(050)1511/2016
saylı qətnaməsi Məmmədova Gülcahan Əli qızına məxsus hüquq müəyyənedici sənədlərin
Əkbərova Gülcamal Qasım qızına məxsus olmasının müəyyən edilməsi hissəsində ləğv
edilsin.
Ərizə həmin hissədə təmin edilməsin .
Qətnаmədən işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 2 аy
müddətində Şirvаn Аpеllyаsiyа Məhkəməsi vаsitəsi ilə Аzərbаycаn Rеspublikаsı Аli
Məhkəməsinin Mülki Kоllеgiyаsınа kаssаsiyа şikаyəti vеrilə bilər.
Kаssаsiyа şikаyəti vеrilmədiyi hаldа, qətnаmə qəbul еdildiyi gündən 2 аy kеçdikdən
sоnrа qаnuni qüvvəyə minir.
Sədrlik еdən: imzа vаr
Hаkimlər: imzаlаr vаr
Düzdür:Sədrlik еdən:
İsmayıl Əhmədov
5
5
Sədrlik edən:
İsmayıl Əhmədov
Hakimlər:
Kamran Əkbərov
Etibar Camalov
6
6
Sədrlik еdən: imzа vаr
Hаkimlər: imzаlаr vаr
Düzdür:Sədrlik еdən:
İsmayıl Əhmədov
Sədrlik edən:
İsmayıl Əhmədov
Hakimlər:
Kamran Əkbərov
Etibar Camalov
Dostları ilə paylaş: |