Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə3/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   2   3   4   5   6   7   8   9   ...   76

bizi  bağlayan  tellərdən  biri,  həm  də  onun  sevdiyi  gənc  Elmira  idi. 
Elmira  bizimlə  bir  kursda  oxuyurdu.  Onun  fakültədə  müəllimlər 
arasında  da  yaxşı  nüfuzu  var  idi.  Sonralar  Səyavuşla  bizim  çox 
görüşlərimiz  oldu.  Biz  ədəbi  mühitdən,  gənclikdən  və  s.  çoxlu 
söhbətlər  edirdik.  O  vaxtlar  biz  Səyavuşdan  öyrənirdik.  Etiraf 
edim  ki,  mən  mətbuatda  az  çap  olunurdum.  Çap  olunduğum  yer 
isə  İrəvanda  “Sovet  Ermənistam”  qəzeti  olmuşdu.  Səyavuş  isə 
Azərbaycan  mətbuatında  tez-tez  çap  olunurdu.  Onu  tanıyır,  yazı­
larını  və  şeirlərini  bəyənirdilər.  Sonralar  mən  ailə  vəziyyətim  və 
əsgərliyə  çağrılmağımla  əlaqədar  olaraq  təhsilimi  qiyabi  şöbədə 
davam  etdirməli  oldum.  Amma  onunla  əlaqələrimi  davam  etdi­
rirdim.  Mən  Bakıda  olanda  həmişə  onunla  görüşürdüm.  İrəvanda 
olanda  da  bizim  telefon  əlaqələrimiz  olurdu.  Nəzərinizə  çatdırım 
ki,  mən  hələ  tələbə  ikən  C.Cabbarlı  adına  İrəvan  Azərbaycan 
Dövlət  Dram  Teatrının  direktoru  işləyirdim.  Məni  o  zamanlar 
İrəvanın  ədəbi  mühiti  yaxşı  tanıyırdı.  Tez-tez  buradakı  mətbu 
orqanlarda  şeirlərim  və  publisist  yazılarım  dərc  olunurdu.  Mən 
dram  əsərləri  də  yazmağa  başlamışdım.  1970-ci  ildə  “Məni  səslə­
yəndə”  adlı  ilk  şeirlər  kitabım  çap  olundu.  İlk  şeir  kitabım  İrə­
vanda  çap  olunmuşdu.  Mən  onu  Azərbaycanda  yaşayan  yaxın 
dost-tanışa,  o  cümlədən,  yaxın  dost  hesab  etdiyim  Səyavuş  Sər- 
xanlıya  da  göndərdim.  Sonralar  “Ulduz”  jurnalının  yeni  nömrəsi 
gəlib  mənə  çatanda  gördüm  ki,  orada  Səyavuşun  həmin  kitab 
barəsində  yazdığı  “Ömürlə  yol  yoldaşı'  yazısı  çap  olunmuşdur. 
Məqalə  mənim  kitabımın  mahiyyətini  çox  geniş  şəkildə  açır,  onu 
oxucuya  təqdim  edirdi.  Həm  də  qeyd  edim  ki,  “Ulduz” jurnalında 
bu  məqaləyə  olduqca  geniş  yer  ayrılmışdı.
Sonralar  Bakıda  yaşayarkən  mən  barəmdə  yazılmış  məqalələri 
bir  yerə  toplayaraq  bir  biblioqrafik  kitab  çap  etdirdim.  O  kitab 
Səyavuşun  həmin  məqaləsi  ilə  açılırdı.  Belə  çıxır  ki,  mənim  haq­
qımda  ilk  sanballı  söz  deyən  də,  məhz  Səyavuş  olmuşdu.  Bu 
məqalə  də  təxminən  1970-ci  ildə  yazılmışdı.  Vaxtilə  Səyavuşun 
yazdığı  həmin  yazını  kitaba  vermək  istədiyimdən  onu  Səyavuşa 
qaytardım  ki,  həmin  yazıya  nə  isə  əlavə  etsin.  O,  çox  səmimi
s s ü ä ?
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
şəkildə  razılıq  verdi  və  məqaləni  məndən  aldı.  Günlərin  bir  günü 
zəngləşib  görüşdük.  O,  həmin  yazını  mənim  özümə  qaytararaq 
dedi  ki,  bu  yazıya  əl  vurmağa  lüzum  görməyibdir  və  həmin  yazı 
tarixi  yazı  olduğu  üçün  ona  yalnız  bir  cümlə  əlavə  edə  bilibdir. 
Həmin  əlavə  etdiyi  sözlər  aşağıdakılardan  ibarət  idi:  "Nə  az,  nə 
çox,  düz  otuz  üç  il  bundan  irəli  yazdığım  bu  qeydləri  təzədən 
diqqətlə  oxudum  və  inanın  ki,  tam  səmimiyyətimə  təəccübləndim: 
yəni,  necə  olub  ki,  o  uzaq  illərdən  mən  Hidayət ömrünün  bugünkü 
zirvəsini  belə  tam  aydınlığı  ilə görə  bilmişəm!...  Bu yazıya  yalnız 
dahi  Səttar  Bəhlulzadədən  aldığım  müsahibədən  bircə fikri  əlavə 
eləyirəm,  o  demişdi  ki,  əsl fitri,  yaradıcı  insanın gərək üfüqləri gö­
rünməsin...  Ürəkdən  şadam  ki,  Hidayət  də  məhz  belə  insanlardan 
biridir:  şair,  nasir,  dramaturq,  publisist,  ictimai  xadim...
Min  şükür!...”
Səyavuşun  gözəl  bir  şeiri  "Körpə yatır”  adlanır.  Vaxtilə  bu  şei­
ri  oxuyan  zaman  mənim  bu  şeirdən  çox  xoşum  gəlmişdi.  Bizim 
evdə  körpələr  olanda  bu  şeirin  təsiri  altında  mən  də  belə  bir  şeir 
yazdım  və  adını  da  "Yatır  körpələrim”  qoydum.  Özü  də  şeiri  Sə­
yavuş  Sərxanlıya  ithaf etmişdim.
O  zamanlar  Səyavuş  “Ulduz”  jurnalında  işləyirdi.  Həmin  ərə­
fədə  “Ulduz”  jurnalında  mənim  şeirlərim  çap  olunurdu.  Bu  şeir 
də  çap  olunacaq  şeirlərin  arasında  idi.  Rəhmətlik  Əhməd  Cəmil 
o  dövrdə  jurnalın  baş  redaktoru  idi.  O,  şeirlərimi  məhz  bu  şeirə 
görə  bir  neçə  gün  saxladıqdan  sonra  Səyavuşu  yanına  çağırmışdı. 
Əhməd  Cəmil  gülə-gülə  ona:  -   şeir  çox  gözəldir,  söyləmişdi. 
Ancaq  Səyavuş,  bəlkə  bu  şeirdəki  ithafı  buradan  çıxaraq.  Çünki 
sənə  həsr  olunubdur,  sən  isə  bu  jurnalda  işləyirsən.  Qorxuram 
belə  bir  fikir  yarana  bilər  ki,  sən  burada  işlədiyin  üçün  bu  şeir 
sənə  ithaf  olunubdur.  Lakin  Səyavuş  demişdi  ki,  mən  Hidayəti 
yaxşı  tanıyıram,  bu  şeir  də  mənim  şeirimdən  təsirlənərək  yazıl­
mışdır və odur ki,  buna görə  narahat olmağına dəyməz.  Sonra  Əh­
məd  Cəmil  həmin  şeiri  olduğu  kimi  çap  etməyə  icazə  vermişdi.
Sonralar  Səyavuş  İrəvana  gəldi.  Təxminən  70-ci  illərin  sonu, 
80-ci  illərin  əvvəlləri  idi.  Biz  qədim  İrəvanın  küçələrini  piyada
t t U J ?
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu


dolaşa-dolaşa  tarixdən,  ədəbiyyatdan,  olandan-keçəndən  söhbətlər 
edirdik.  Mən  Zənginin  “Dəlmə”  deyilən  bağlarının  xarabalıqlarını 
ona  göstərirdim.  İndi  orada  restoranlar,  kafelər  tikilmişdi.  Keç­
diyimiz  küçələrin  çoxunda  vaxtilə  azərbaycanlıların  yaşadığını 
ona  danışırdım.  Mən  İrəvanın  qədim  Azərbaycan  abidələrini  də 
ona  göstərirdim.  M əsələn,  qədim  Cümə  məscidini  ona  göstərdim 
və  dedim  ki,  indi  oranı  Ermənistanın  Dövlət  muzeyi  ediblər.  Bu 
Səyavuşu  çox  mütəəssir  etmiş,  onu  kədərləndirmişdi.
Sonra  biz  Komsomolun  Mərkəzi  Komitəsinin  həyətinə  gedib 
çıxdıq.  Məni  görənlər  yaxma  gəlib  bizimlə  çox  səmimi  görüş­
dülər.  Mən  oradakı  adamlara  Səyavuşu  təqdim  etdim.  Və  dedim 
ki,  Səyavuş  Sərxanlı  Bakıdan  gəlmiş  adi  adam  deyildir.  O,  Azər­
baycanın  tanınmış  şairi  və  publisistidir.  Səyavuş  burada  məni  yax­
şı  tanıdıqlarını  görüb,  hətta  bir  qədər  təəccüblənmişdi  də.
Mən  Bakıya köçəndən  sonra,  yəni  1984-cü  ildə  “Gənclik”  nəş­
riyyatının  baş  direktoru  vəzifəsində  çalışmağa  başladım.  Səyavuş­
la  hər  dəfə  görüşəndə  ona  təklif edirdim  ki,  öz  şeirlərini  və  pub­
lisist  yazılarını  bizə  təqdim  etsin  ki,  onu  çap  edək.  Lakin  o,  bunu 
nədənsə  hər  dəfə  təxirə  salırdı.
Səyavuş  o  dövrün  ən  qüdrətli  publisisti  idi.  Onun  ifadələri, 
yazı  manerası  hələ  də  mənim  yadımdadır.  Mən  onun  publisistika­
sını  çox  sevirdim  və  mütəmadi  olaraq  dərc  olunan  bütün  yazılarını 
oxuyurdum.  Onun  özünəməxsus  dili  və  yazı  manerası  var  idi. 
Düzdür,  publisist  yazılar  yazanlar  çox  idi.  Lakin  Səyavuş  kimi 
yazanı  yox  idi.
90-cı  illərdə  Milli  m əsələlər  üzrə  dövlət  müşaviri  işlədiyim 
vaxtlarda  işim  həddindən  çox  olduğundan  mən  onu  uzun  müddət 
görmədim.  Bir  gün  imkan  tapıb  özüm  onun  telefonunu  yığdım. 
Əvvəlcə  Elmira  xanım  telefonu  götürdü.  Sonra  o,  telefonun  dəs­
təyini  Səyavuşa  verdi.  Məlum  oldu  ki,  həmin  gün  onun  60  yaşı 
qeyd  olunur.  Düzü,  mən  bunu  bilmirdim.  Amma  soruşdum  ki, 
məni  niyə  dəvət  etməmisən?  Dedi  ki,  hələlik  bunu  ancaq  ailə 
daxilində  qeyd  edirik.  Sonra  bunu  geniş  miqyasda  keçirəndə  səni 
də  mütləq  çağıracağam.  Amma  onu  da  əlavə  etdi  ki,  mən  indi  də
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
------------------------------------------------------------  Vətən,  səslə  oğlunu
onlara  gələ  bilərəm.  Bu  onun  ürəyinin  böyüklüyündən  irəli  gə­
lirdi.  Əfsuslar  olsun  ki,  o,  60  yaşını  geniş  miqyasda  qeyd  etmədi.
Sonra  biz  bir  neçə  dəfə  görüşdük.  Onun  arzusu  Misirə  gedib 
orada  işləmək  idi.  M üsəlman  dövlətlərindən  yalnız  Misiri  görmək 
istəyirdi.  Bu  barədə  hətta  mənə  müraciət  edib  kömək  etməyimi 
də  xahiş  etmişdi.  O  zamanlar  imkan  olmadığından  mən  onun  bu 
xahişinə  əməl  edə  bilmədim.  Ancaq  nə  vaxtsa  ona  bu  işdə  əlim­
dən  gələn  köməyi  edəcəyim i  düşünürdüm.  Amma  buna  əcəl  im­
kan  vermədi.  Günlərin  bir  günü  eşitdim  ki,  Səyavuş  bərk  xəstə­
lənibdir  və  onu  Şəmkirə,  doğma  Sərxan  kəndinə  aparıblar.  Bu 
gediş  Səyavuşun  doğma  ata-baba  ocağına  son  gedişi  oldu.  Bir 
müddətdən  sonra  eşitdim  ki,  istedadlı  şair-publisist,  səmimi  və 
gözəl  insan,  qələm  və  ürək  dostum  Səyavuş  Sərxanlı  artıq  həyat­
da  yoxdur.  Amansız  ölüm  onu  öz  ağuşuna  alıb  sıralarımızdan 
apardı.  Onun  ölüm  xəbərini  ürəkağrısı  ilə  qarşıladım.  Lakin  mən 
bu  gün  də  Səyavuş  Sərxanlını  təmiz  hisslərlə  xatırlayır,  qələm 
dostumun  həmişə  sıralarımızda  olduğunu  düşünürəm.  Çünki,  o, 
hələ  sağlığında  ikən  Azərbaycanın  ədəbi  mühitində  özünə  yer 
qazana bilmişdi.  Bu  yer  isə  əbədi  olaraq  onun  adına  yazılıbdır.  Nə 
qədər  ki,  Azərbaycan  var,  onun  ədəbi  mühiti  var,  Səyavuş  Sər- 
xanlının  da  yeri  daima  bilinəcəkdir.  Allah  ona  rəhmət  eləsin!
Aşağıda  Səyavuş  Sərxanlıya  ithaf etdiyim  şeiri  təqdim  edirəm:
YATIR  KÖRPƏLƏRİM
Səyavuş  Sərxanlıya
Yatır  körpələrim,  yatırlar  hələ...
Yatırlar  anamın  öz  laylasında,
Hələ  nə  at  çapır  belədən-belə,
Nə  nəğm ə  deyirlər  el  havasında.
Ömür  karvanının  körpə  çağında 
Yatır  üç  şəhərin  narahat  yolu.
ç o ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə