O da məni adını çəkdiyim simalarla birlikdə özünə valeh et
mişdi. İlk baxışdan çox ciddi, qaradinməz görünən bu gənc ə s
lində çox mülayim, xoşxasiyyət və olduqca səmimi bir insan idi.
Təbiət sanki onu xeyirxahlıq və alicənablıq üçün yaratmışdı. M ən
onu sözün əsl mənasında milli fədai olmuş və olan oğullarımızdan
biri sayıram. Bununla belə, sənətdə o heç kimə güzəşt etməzdi.
Bədii sözün keşiyində əsgər kimi dayanardı. Əlbəttə, bunda onun
düşdüyü mühitin - iş şəraitinin - “Ulduz” və “Azərbaycan” ju r
nallarında çalışan sənət dostlarının da rolu az deyildi.
Mən Səyavuşun bədii yaradıcılığından danışmaq istəmirəm. Bu
hamıya yaxşı məlumdur. Bircə onu qeyd eləmək istəyirəm ki, o,
həm poeziya, həm publisistika, həm də digər sahələrdə tamam
yeni, təkrarsız bir səs, orijinal bir nəfəs idi.
Mənim üçün əziz olan bu insanla bağlı bir də onu demək is
təyirəm ki, mən onunla gənclik illərindən başlayaraq uzun müd
dət dostluq etmiş, yol yoldaşı olmuş, müxtəlif yerlərdə və səviy
yələrdə ədəbiyyatımızı birgə təmsil etmişik. Və hər yerdə, hər
zaman o, özünü yüksək səviyyəli bir ziyalı və şair kimi göstər
mişdi. Bu qarşılıqlı münasibət hətta ona gətirib çıxarmışdı ki, biz
unudulmaz böyük şairimiz Məmməd Arazla birlikdə Səyavuşun
ata-baba ocağını da ziyarət etmişdik. Onun əziz-doğmaları ilə
görüşmüşdük, dadlı-duzlu məclislər keçirmişdik. Eh, heyif o gün
lərdən... Burda onu da qeyd eləmək istəyirəm ki, Məmməd Araz
Səyavuşun həm sənətini, həm də şəxsiyyətini çox yüksək qiymət
ləndirirdi.
Keçid dövrü adlandırdığımız son ağrı-acılı illərdə Səyavuşla
təsadüfdən-təsadüfə görüşürdük. Görüşəndə də heç bilmirdik nə
dən danışaq. O da çox yorğun-üzgün və küskün görünürdü, mən
də...
Bu da, bu mənəvi yorğunluğun sonu...
Nə yaxşı ki, Səyavuşun yurdunda onun sədaqətli ömür-gün
yoldaşı Elmira xanım, ağıllı-kamallı övladları və bir də onun xa
tirəsini həmişə əziz tutan və heç vaxt unutmayan Azərbaycan xal
qı var. Kaş o həmişə var olsun. Onda öz ömrünü ona bağışlayıb
Ç J 6 6 J İJ ,
Səyavuş S ərxa n lı
------------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
gedənlərin də ruhu həmişə şad olar.
Bu həzin məqamda deyirəm, gənclik illərində Səyavuşa həsr
etdiyim bir şeiri yada salaq və bununla da ona və onun xatirəsinə
öz ehtiramımızı bildirək.
YOL QUŞLARI
Səyavuş Sərxanlıya
Biz, qardaşım, yol quşuyuq,
Elə bil ki,
Yollar bizim məcramızdır,
Biz onunla axan suyuq.
Diləklərin izi ilə
Gedə-gedə
Elə bil ki, biz yollarda yaşayırıq.
Gözümüzün gördüyünü,
Könlümüzün duyduğunu
Gündən-günə
Biz yollarla daşıyırıq.
Zaman adlı uzun yolda
Ömür -
yaman qısa yoldur,
Bizi bizdən aparmağa
O ən yaxın, kəsə yoldur.
Elə bil ki,
Uzatmaqçün o yolu biz
Bu yollara üz qoymuşuq.
Bəlkə elə bununçün də,
Biz, qardaşım, yol quşuyuq...
1967-ci il
Mustafa İSGƏNDƏRZADƏ,
şair-politoloq
• 3 5 3 ?
Səyavuş Sərxanlı
SƏNİ UNUTMAMIŞIQ...
Telefon səsləndi. “9 May” qələb ə
miz günü işə gəlmişdim. Hazırlaşırdım
“Şəhidlər xiyabanf’na gedim, axı bu
əbədiyyətə qovuşanların ataları, baba
ları, dayıları, əmiləri II Dünya mühari
bəsində iştirak ediblər, həlak olanlar
da var. Dəstəyi qaldırdım və: - Allah-
verdi müəllim, səni narahat edən Sə
yavuş Sərxanlının həyat yoldaşı El
miradır. Səyavuşun 65 illiyi ilə bağlı
kitab hazırlayırıq. Xatirənizi... - Səsi
kövrəldi və o, “xanım” sözünü işlət
mədi. Bəli, ərlərini itirən qadınlar xanımlığını da dəfn edirlər. İş
elə gətirib ki, Elmira xanım Sərxanlıyla “Təfəkkür” Universite
tində uzun illər birgə işləmişik. Zatən xeyirxah alim Mail Dəmirli
bizləri başına yığmışdı, çörək verirdi (ona da nankor çıxanlar ta
pıldı. Allah cəzalarını verəcək). Onda Səyavuş sağdı, üzündəki
işıqlı təbəssüm çəkilməmişdi. Arabir Universitetə gəlir, dərhal
məni tapırdı: - Dərsin yoxdur ki? - soruşurdu.
- Mənim vaxtım pis deyil. - Gülümsünürdü. - Dəxli yoxdur,
dərsin var. - Çayxanada oturaq, dərdləşək.
- Birinci növbədə “dərslə” xudahafizləşirəm. Sənin ixtiya
rındayam. Bir tin aralıda bağça içində yaşıllıqda çayxana (və həm
də xəngəlxana) vardı, oturub söhbətləşərdik...
Sonra həyat yoldaşını və bircə qız balasını götürüb gedirdi...
Səyavuşla tanışlığım 1969-cu ilə təsadüf edir. “Ulduz” jurnalı
redaksiyası Yazıçılar İttifaqının yerləşdiyi binanın birinci m ərtə
bəsində üç-dörd otağa sığınmışdı. Gənclik dostum, şair və tər
cüməçi, ağsaqqalımız Abbas Abdulla da burada çalışırdı. Mənim
də aspirant vaxtımdı, hər gün demək olar ki, ona dəyirdim, söh
bətlərindən ləzzət və fayda alırdım. Cabir Novruz, Məmməd
Araz, Tofiq Bayram, İsi Məlikzadə, Əhəd Muxtar (Allah rəhmət
seS
ü
?
eləsin onlara), Ədalət Həsənli “Ulduz”da idilər. Bir gün irigözlü,
kövrək sifətli, sıx saçlı bir gənci Abbas Abdulla mənimlə tanış
etdi:
- Səyavuş Sərxanlı - dedi. - Allahverdi Eminovdur, Tofiq
Abdinin kəndçisidir, gənclikdən bir yerdəyik. Tanış olun. Redak
siyaya təzə gəlib, şeir şöbəsinə.
Tanışlığımız belə başladı. Az sonra onun “Ulduz”da beş-altı
şeirini oxudum... Bir-iki ilə Səyavuş Sərxanlını istedadlı şair kimi
oxucular və tənqidçilər tanıdılar. Məqalələrində adını çəkirdilər.
O illərdə İsa İsmayılzadə, Ələkbər Salahzadə, Tofiq Abdin, Vahid
Əziz, Ramiz Rövşən, Sabir Rüstəmxanlı və digər gənclər dəbdə
idi. Müntəzəm ədəbi qəzet və jurnallarda çap olunurdular. Sə
yavuş Sərxanlı da istisna deyildi. Az sonra onun ilk şeirlər kitabı
işıq üzü gördü. Redaksiyada idim, Abbas Abdullaya avtoqraf ya
zırdı. Abbas dedi: - Səyavuş, avtoqrafa tələsmə, xəngəl qonaq
lığına tələs, gülüşdük. O: - Mən hazır, qonorar almışam, - dedi
və üzünü mənə tutdu: - Allahverdi, səninkini sonra verərəm, heç
yerə getmə, qoy redaktor getsin, bir gürcü xəngəli yeyərik.
Deyim ki, o illərdə “Ulduz” redaksiyası böyük ədəbi mübahi
sələr, mülahizələr məktəbiydi. Mən orada qızğın mübahisələrin,
yaşlı yazıçılardan Əli Vəliyevin, Əhməd Cəmilin, Süleyman Və
liyevin, Məsud Əlioğlunun, Qulu Xəlilovun qızğın və şirin müba
hisələrinin, söhbətlərinin şahidinə çevrilmişəm. Mərkəzdə təbii
ki, Abbas Abdulla olardı. Çünki o, onda da son dərəcə erudik
dünyagörüşlü, məlumatlı idi, bu gün də. Səsini ucaldan mərhum
şairimiz Tofiq Bayram idi, barmağı arasında siqareti tüstülənərdi.
Səyavuş Sərxanlı zarafatcıl, özündən danışmayan, dədə-baba
ləhcəsini saxlayan oğlandı. Deyim ki, şairliyindən əlavə əla pub-
lisistdi. Qələmiylə populyarlıq da qazanmışdı. Xatırlayıram, o,
həmyerlisi, dünya şöhrətli neftçi, geoloq-alim Fərman Salmanov
uzaq Sibirdə işləyəndə dəfələrlə yanma getmişdi. Onun barəsində
sənədli roman yazırdı. Səhv etmirəmsə, o illərdə Səyavuşun
“Azərbaycan” jurnalında “Sibir-nağılı” adlı geniş, elə nağıl təkin
aydın və şirin oçerki çıxmışdı. Səyavuşda tənbəllik vardı, o
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Dostları ilə paylaş: |