Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə12/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

SƏYAVUŞ,  SƏNİ  SORUŞDUM...
Sıramızı  vaxtsız  tərk  etmiş  istedad­
lı  şair  dostumuz  Səyavuş  Sərxanlının 
ölümündən  sonra  çap  olunmuş  şeirlər 
kitabı  “Məni soruşan  olsa"  adlanır.  Bu 
ad  altında  çapdan  çıxmış  şeirlərindən 
soruşdum,  öz-özümdən,  öz  xatirələ­
rimdən  soruşdum  Səyavuşu.  Xatirələr 
başladı  canlanmağa,  sorğularıma  cavab 
verməyə.
Mən  Səyavuşu  nə  vaxtdan  tanıyı­
ram?...
Deyəsən,  1967-ci  ilin  erkən  yazı 
idi.  Mən  o  vaxt  Buynuz  kəndində  müəllim  işləyirdim.  Eşitdim  ki, 
bir  maşında  xalq  şairimiz  Məmməd  Rahim,  Tofiq  Bayram  və 
Səyavuş  bizə  -   Buynuz  kəndinə  gəlirmiş.  Kəndə  gələn  yolda 
Axox  çayını  keçə  bilməyiblər  və  rayon  mərkəzinə  qayıdıblar.
Mən  həmin  gün  rayona  gəldim.  Məmməd  Rahim,  Tofiq  Bay­
ram  və  Səyavuşla  isti  bir  görüşümüz  oldu.  Elə  o  vaxt  M.Rahimin 
“Ulduz”  jurnalında  “Çiçəklər  m üxtəlif boyda  böyüyür"  adlı  m ə­
qaləsi  Səyavuş  Sərxanlıya  həsr  olunmuşdu.  Rahim  müəllim  ilk 
yaradıcılığında  Səyavuşa  uğurlar  diləyir,  ədəbiyyatımıza  istedadlı 
gənc  bir  şairin  gəlişini  alqışlayırdı.  Dorudan  da  az  bir zaman  için­
də  Səyavuş  ən  gözəl  şeirlərini  yazırdı,  öz oxucularını  sevindirirdi:
Maral  buynuzuna  döndü  ağaclar,
Maral  sürüsünə  bənzədi  meşə.
Bu  payız  mənzərəsi,  bu  incə  müşahidə,  bu  poetik  deyim  məni 
lap  heyrətə  gətirmişdi.
Həmişə  dağlara  baxanda,  dərələrdən  qalxan  əlçim-əlçim  bu­
ludları  görəndə  Səyavuşun:  “Dağlar  qəlyanını  tüstüləndirir”  mis­
rasını  pıçıldamışam.  Televiziyada,  radioda,  qəzet  və  jurnallarda 
Səyavuşun  çıxışlarını  dinləyəndə  könlüm  pərvazlanıb,  qələm   dos­
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
tumuzun  ədəbi  uğurları  ilə  sevinmişəm.
O  vaxtlar tez-tez  ədəbi  görüşlər olardı.  O  görüşlərdə  Səyavuşla 
bir  çox  çıxışlarımız  olub.
Yadımdadır,  Səyavuş,  Nüsrət  Kəsəmənli  və  mən  Şəkiyə  ədə­
bi  görüşlərə  getmişdik.  Şəki  Pedaqoji  texnikumunda  Səyavuşun 
tələbələrlə  görüşü,  oxuduğu  şeirlər  bəlkə  də  heç  vaxt  yadımdan 
çıxmayacaq.  Onu  necə  də  hərarətlə  qarşılayırdılar.  Oxucular  Sə­
yavuşun  “Duz-çörək”  və  digər  məhəbbət  şeirlərini  elə  bil  birdə­
fəlik  ürəklərinə  həkk  edirdilər.
Mən  “Azərbaycan”  jurnalının  şeir  şöbəsində  işləyəndə  Səya­
vuşla  xüsusi  ünsiyyətimiz  vardı.  Jurnalda  M.Rahimin  70  illiyi  mü­
nasibətilə  yazı  hazırlamaq  lazım  idi.  Məsləhətləşdik,  Səyavuşla 
mən  Rahim  müəllim  haqqında  maraqlı  bir  şairi  xatırlama  sual- 
cavabı  -   müştərək  bir yazı  meydana  gətirdik, jurnalda çap  olundu.
Yuxanda  adını  çəkdiyim  “A  qarlı  dağlar”  şeirinin  məşhur  bən­
dini  bir  daha  yada  salıram.
Gün  çıxır,  dumanla  qalxır  savaşa,
Dağların  kürkünü  istiləndirir.
Sanki  qocalardı,  verib  baş-başa,
Dağlar  qəlyanını  tüstüləndirir.
Canlı,  poetik  bir  mənzərə!  Belə  poetik  ifadə  tərzi  Səyavuş  şei­
rinin  əsas  məğzini  təşkil  edir.
Başım  üstə  qəhqəh  çəkib  zaman  hey,
Döyüb  yağış,  döyüb  dolu,  duman  hey. 
Gülüstanlar  yada  salmaz,  aman  hey,
Düzlərinə  qar  ələnmiş  könlümü.
Əslində  Səyavuş  M.V.Vidadi  ruhunda  yazdığı  bu  şeiri  özünə, 
bizə  -   mənə,  sənə,  ona,  zamanın  iztirablarından  əzab  çəkən  şair 
ürəyinə,  şair  dərdinə  həsr  edib.  Bütövlükdə  şeir  kitabları,  publi­
sistik  yazıları,  tərcümə  əsərləriylə  Səyavuş  ədəbiyyatımızın  yad­
daşında  həmişə  qalacaq.
«
3
?


Durna  qatarıdır  şeir  misrası,
Gedir  payızlara,  dönür  yazlara.
Səyavuş  göylərə  yazılmış  yazı,
Uçdu  dönməzlərə,  qayıtmazlara.
Səyavuş  elə  bil  ki,  özünü  qəsdən  dünyadan  qopardı  getdi,  ya­
ratdıqlarını  bizim  üçün  qoydu,  yazacaqlarını  apardı  getdi...
Musa  YAQUB, 
şair
ŞEH  İÇİNDƏ  NUR
Bir  damla  sübh  şehində  kəhkəşan 
bütün  əzəməti  və  möhtəşəmliyi  ilə 
bərq  vurur.
Bir  damla  sübh  şehində  Günəş  kir­
pik  çalır.
Bir  damla  şehin  paklığından  insanın 
min  bir  arzusu  boy  verir.
Bir  damla  şeh  qəlbi  saf insanın  tale 
yoluna  çıraq  olur.
Amma  belə  insanlar  az-az  doğu­
lurlar...
Amma  bu  səadət  hər  kəsə  nəsib
olmur...
Amma  o  da  bir  Tanrı  qismətidir,  tale  naxışıdır...
Tanrının  əli  üstündə  olan  belə  insanlardan  biri  də  şair-publisist 
Səyavuş  Sərxanlıdır.  Səyavuş  Sərxanlı  haqq  dünyasındadır.  Ancaq 
görürsünüz  ki,  mən  onun  haqqında  indiki  zamanda danışdım.  Çün­
ki  Səyavuş  Sərxanlı  bakirəliyi,  Səyavuş  Sərxanlı  munisliyi,  Sə­
yavuş  Sərxanlı  ülviyyəti,  Səyavuş  Sərxanlı  ülfəti,  Səyavuş  Sər­
xanlı  ünsiyyəti,  Səyavuş  Sərxanlı  səmimiyyəti  bu  gün  də  onu
t e s t ?
Səyavuş  S ərxa n lı
---------------------------------------------------- -—  ------------------------
Vətən,  səslə  oğlunu
tanıyanların  qəlbində  işıq  saçır.
Səyavuş  Sərxanlı  mənim  yaddaşımda  və  mənim  qənaətimdə 
şeh  içində  nur  kimi  yaşayır.  Bu  nur  Səyavuşun  qəlbindən  şölə­
lənirdi  və  həm  onun  lirikasında,  həm  onun  publisistikasında,  həm 
də  onun  nəsrində  özünün  parlaq  təcəssümünü  tapmışdı.
Səyavuş  Sərxanlı  “şeir  yazan”  deyildi.  O,  anadan  şair  doğul­
muşdu.  Bütün  ruhuynan,  bütün  vücuduynan,  uşaq  paklığı  heyrət 
doğuran  saf qəlbiynən  şair  doğulmuşdu.  Qələmə  sarılanda  da  şair 
kimi  sarılırdı.
“Sünbül duruşundan  öyrəndiyim  sirr,  həyat duruşumda gərəyim 
olub”  deyən  Səyavuşu  heç  vaxt  təkəbbürlü,  iddialı,  boş  yerə  qür­
rələnən,  ədasından  lovğalıq  yağan  görməmişəm.
Milli  jurnalistikamızın  və  milli  ədəbiyyatımızın  publisistika 
janrının  qüdrətli  dühaları,  əzəmətli  sənətkarları  olub.  Həmin  möh­
tərəm  dərgahda  Səyavuşun  öz  yeri,  öz  kürsüsü,  öz  söz  xəzinəsi 
var.  Çünki  Səyavuş  Sərxanlı  publisistikaya  bədii  yeniliklər  gətir­
di.
Hansılardır  bu  bədii  yeniliklər?
Məhz  Səyavuş  Sərxanlı  publisistikaya  lirik  ahəng  hopdurdu. 
Bu  lirizmin  içində  həzin  və  kövrək  səmimiyyət  dağ  çayı  kimi 
çağlayır.
Məhz  Səyavuş  Sərxanlı  publisistikanın  adi  faktlarına  nağıl  ru­
hundan,  nağıl  sehrindən  don  biçdi.  Bu  don  həmişə  bəmbəyazdır, 
munis  təmizlikdədir  və  bizi  həqiqət  dünyasına  səsləyir,  bu  dün­
yanın  sərtliklərinə,  zamanın  amansız  gərdişlərinə  hazır  olmağa 
kökləyir.
Məhz  Səyavuş  Sərxanlı  oçerk  janrının  söyləmə  prinsiplərinə 
öz  qələmiynən,  öz  ruhuynan,  öz  çılğınlığıynan  poetik  vüsət  verdi. 
Bu  poetiklikdə  möhtəşəm  əzəm ət,  tükənməz  enerji,  coşqun  ehti­
ras  var.
Məhz  Səyavuş  Sərxanlı  "Ölüm  sevinməsin  qoy..."  rubrikası  ilə 
neçə-neçə  nakam  taleli  gəncə  ölümsüzlük  verdi.  Bu  ölümsüzlük­
dən  tükənməz  həyat  eşqi  vulkan  kimi  püskürür.
Məhz  Səyavuş  Sərxanlı  yazdığı  portret-oçerklərin  süjetinə  das-
«
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə