Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
66 
 
Qızardı bu bağda gilas, albalı, 
Ağ, sarı əriklər, peyvənd şaftalı. 
 
Yaxşı zoğal, əzgil ağacı əkdi, 
Gündəlik onların nazını çəkdi. 
 
Qızılgül koluna büründü dörd yan
Apardı nə qədər ondan pay, uman. 
 
Üç ilin başında bar verdi bu bağ, 
İndi kömək çağır meyvəni yığaq. 
 
Alma, armud bar verdilər tonlarla, 
Məmnun qalmamışdı Əli bunlarla. 
 
Peyvənd də olundu heyva armuda, 
Gilas gilanara hamsı bu qayda. 
 
Kənddə “Əli bağı” adlandı bu bağ, 
Hər kimsə bu bağdan tutaraq soraq. 
 
O da məhləsində bağ-bağça saldı, 
O da zəhmətindən bax, razı qaldı. 
 
Əli belə aldı bağban adını, 
Kəsmədi elindən öz imdadını. 
 
Oxucum, bax burda sındı ürəyim, 
Qovruldu, ürəyim yandı ürəyim. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
67 
 
Kimə qaldı o bağçalar, o bağlar, 
Puça döndü o zəhmətlər, ay Allah. 
Min zəhmətlə Əli salan o bağa, 
Sahib çıxdı gavır itlər, ay Allah. 
 
Uzandı üstünə qəzanın əli, 
Qan törətdi keşişlərin əməli. 
Qaçqın oldu, köçkün oldu göyçəli, 
Talan oldu bütün kəndlər, ay Allah. 
 
Keytiyə, Murova çıxa bilmirik, 
Güc gəlib həsrəti yıxa bilmirik. 
Ta indi Göyçəyə baxa bilmirik, 
Bağlanıbdır bərə bəndlər, ay Allah. 
 
Oxucum, bağışla bir az tələsdim, 
Neyləyim, sitəmdən titrədim, əsdim. 
 
Sonra gələcəyik biz bu söhbətə
Hələlik qayıdaq bir hekayətə. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
68 
VIII 
ƏLİ ALİ TƏHSİL ALIR 
 
Götür-qoy eylədi Əli hər şeyi, 
Bəzən kimlərinsə xəlvət gileyi. 
 
Çatırdı Əlinin qulaqlarına, 
Neçə nadürüstlər dodaqlarına. 
 
Alırdı həmişə ali təhsili, 
Bax belə ötürdü onların dili. 
 
Əlinin təhsili ortadır hələ, 
Sonacan işləyə o bilməz belə. 
 
Ya sovet sədiri, ya da təşkilat, 
Silib atacaqdı onu bu həyat. 
 
Bundan dərs götürdü Əli özünə, 
Güc verdi gecələr indi gözünə. 
 
Oxudu lazımlı dərslikləri o, 
Topladı başına bilikləri o. 
 
Girdi instituta Özbəkistanda,  
Beş il təhsil aldı o bu məkanda. 
 
Qiyabi qurtardı aqronomiyanı, 
Özünə dost tutdu neçə insanı. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
69 
Yay vaxtı gələrdi Özbək dostları, 
Bir ay saxlayardı Əli onları. 
 
Gəzdirərdi dərələri, dağları, 
Dörd yanı lilparlı gur bulaqları. 
 
Beləydi bu kənddə elin adəti: 
Qonağa etməli hamı hörməti. 
 
Fərq etməzdi qonaq kimdi, kimnəndi, 
El adəti ancaq bir hökümnəndi. 
 
Hörmət bəsləməli hamı qonağa, 
Süfrə açıb çağırmalı otağa. 
 
Dostlar da gələrdi süfrə başına, 
Dönüb olardılar can sirdaşına. 
 
Şərab süzülərdi, tost deyilərdi, 
Hətta ki, məclisə saz da gələrdi. 
 
Şeir söylənərdi, saz dinlənərdi, 
Bütün qonaqların üzü gülərdi. 
 
Şeir söyləndikcə şair Əlişirdən
Alqışlar qopardı lap yerbə-yerdən. 
 
Bağrına basardı ozan da sazı, 
Ruhu məst edərdi onun avazı. 


Sərraf Şiruyə             
                           
                          
 
 
70 
 
Əziz dostum, bizə gəlmək istəsən, 
Bahar öz donuna bürünəndə gəl. 
Dəstələ əlində şehli gülləri
Bənövşə dağlardan görünənədə gəl. 
 
Boş gəlmə gələndə gətir şirin dil, 
Oxşasın qəlbini qoy süsən, sünbül. 
Gözlə ki, oyansın bağçada bülbül, 
Qızılgül səsinə səs verəndə gəl. 
 
Çal meyə qarışsın durna avazı, 
Odur müjdə verən çiçəkli yazı. 
Dostların döşündə sədəfli sazı, 
Axır taleyini düşünəndə gəl. 
 
Əli diplomunu aldığı bir gün, 
Başlandı evində ayrı toy-düyün. 
 
Təbriklər, alqışlar bəlkə min oldu, 
Azrular, diləklər belə çin oldu. 
 
Yoruldum – demədi Sumaya gəlin, 
Qonaq söhbətindən ayrılaq gəlin. 
 
Axı oxucuma mən söz vermişdim, 
Sumayadan söz açacam demişdim. 
 
İndi mən sözümə əməl edirəm, 
Nə var olmuşları bir-bir deyirəm. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
71 
 
Əli getməmişdən hərbi orduya, 
Gəlin gəlmiş idi evə Sumaya. 
 
Xeyir duasıyla ağsaqqalların, 
Kəbini kəsilmiş bu cavanların. 
 
Axı Sübə, Sənəm getmişdi ərə, 
Əl ata bilmirdi Maquş işlərə. 
 
Hələ kiçik idi bu son beşik qız, 
Hər işə Reyhan baxırdı yalnız. 
 
Ev işi, çöl işi, mal-qoyun sağmaq, 
Təndirə od vurmaq, xamır yoğurmaq. 
 
Daha nələr-nələr... O görməliydi, 
İçməyi, yeməyi bişirməliydi. 
 
Kotana gedirdi Məsim, Köçəri, 
Yola salmalıydı o körpələri. 
 
Ancaq bir köməkçi gəlin olardı, 
İşlərə dərindən nəzər salardı. 
 
Qoçaq gəlin kimi evdə Sumaya, 
Yetirdi hər zaman haya-haraya. 
 
Qoymurdu təntiyə Reyhan arvadı, 
Çalışırdı görə özü hər zadı. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə