Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə16/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   12   13   14   15   16   17   18   19   ...   180

ahmedalhasan313.wordpress.com 

38 


Amma  “Vacib”  ona  deyərlər  ki,  o  məsələnin  dəlillərində,  müxtəlif  ixtilafların 

meydana  gəlməsi  mümkündür.  Yəni  oda  fərz  kimi  yerinə  yetirilməsi  gərəkli  olan 

və  tərk  edilməsi  haram  olan  məsələdir  amma  dəlillərinin  məsələsində,  bu  ikisi 

arasında fərq vardır.  

Fərz olan məsələnin dəlilində safflıq vardır və tam olaraq açıq-aşikardır.  

Amma  Vacibin  dəlilində,  biraz  qaranlıq  məqamlar  vardır.  Yəni  İlahi  istəyin 

isbatlanması  məqamında,  tam  aydın  deyildir.  Amma  dəlilində  bu  incə  fərqlərin 

mövcudluğuna  baxmayaraq,  ikisidə  yerinə  yetirilməsi  gərəkli  və  tərki  haram  olan 

bir məsələ kimi qalmaqdadır.  

Beş hökm 

Öyrəndik  ki,  şəriət  hökmlərini  bilmək  və  bu  məsələ  ətrafında  bir  çox  mətləbdən 

vaqif olmaq, mömin bir bəndə üçün əvəzolunmaz bir nemət və fərz bir məsələdir. 

Əqaiddən  sonra  İslamda  ən  vacib  elmlərdən  biri  də  əhkamdır.  Şəri  məsələsini 

bilməyən  birisi  və  bilməyə  cəhd  etməyən  birisi,  öz  naqis  əməllərinə  görə  ancaq 

özünü  qınaya  bilər.  Çünki,  Rəhmət  və  Mərhəmət  Dini  olan  İslam,  heç  bir 

bəndəsinin  məşəqqətə  düşməsini  istəməz.  Ona  görədə,  İslamın  şəri  hökmlərində 

bir  çox  mətləb  bildirilmiş  və  bəzi  qaranlıq  qalan  məsələlər  üçün  də,  çıxış  yolları 

göstərilmişdir.  

Allah-təala  buyurur:  [O,  sizi  seçdi  və  atanız  İbrahimin  dinində  olduğu  kimi,  bu 



dində də sizin üçün heç bir çətinlik yaratmadı.] [Həcc: 78]  

Allah-təala, öz bəndəsinə qarşı rəhmli, adil və mehriban olandır. Ona görədə bəndə 

səy etməli və Allahın razılığını qazanmaq üçün əlindən gələni etməlidir.  

Nəzərinizə çatdıraq ki, mükəlləfin

8

  əməli hər zaman 5 hökmdən birinə aid olur. Ki 



bu 5 hökm, qarşımıza çıxacaq  əməli məsələlərdə,  bizim necə  bir qayda ilə  hərəkət 

etməli olduğumuzu bizə bəyan etməkdədir.  

Bu 5 hökm, bunlardan ibarətdir: Vacib, Müstəhəb, Mubah, Məkruh və  Haram. Və 

hər bir əməli hökmlər, bu 5 qaydadan biri ilə nizamlanır.  

İndi isə, bu 5 hökmün hər birinə ayrı-ayrılıqda nəzər salaq: 

1)-Vacib:  O  əmələ  deyilər  ki,  onu  tərk  etmək  günahdır  və  yerinə  yetirmək  isə 

gərəklidir. Məsələn,Vacib Namaz üçün Dəstəmaz almaq kimi.

                                                             



8

 

“Mükəlləf” boynuna şəri vəzifə gəlmiş şəxsə deyilər.



 


                            ahmedalhasan313.wordpress.com 

 

 



39 

2)-Müstəhəb: O əmələ deyilər ki, mükəlləf onu icra etsə gunah qazanmaz. Amma o 

işi icra etsə, savab qazanar. Məsələn, tualetdə məxsusi dua oxumaq kimi.

10 


3)-Mubah: O  əmələ  deyilər ki, o işi tərk etmək  o işi icra etmək, nə  savabdır nədə 

günahdır. 

4)-Məkruh:  O  əmələ  deyilər  ki,  o  işi  tərk  etmək  savabdır.  Amma  o  işi  icra 

etməyində  heç  bir  günahı  yoxdur.  Məsələn,  heç  bir  əlavə  qida  qəbul  etmədən 

pendir yemək kimi.

11

 



5)-Haram:  O  əmələ  deyilər  ki,  o  işi  tərk  etmək  vacibdir.  O  işi  icra  etmək  isə, 

günahdır. Məsələn, Dovşan əti yemək kimi.

12 

Ümumi olan qaydanın xüsusiyə tətbiqi 

Şəriət məsələlərində bəzi hökmlər vardır ki, həmin hökm bildirilsə də, o məsələnin 

nəyə  əsasən  bildirilməsini  bilməkdə  fayda  vardır.  Məsələn,  “filan  şey  haramdır” 

deyilirsə, o şeyin nəyə əsasən haram olmasının qaydası vardır. Yəni “Haram” özü 

növlərə ayrılır. Bunlardan bəzilərinə misal: 

1-Haramın  bir  növü  odur  ki, həmin  məsələ  Quran  və  hədislərə  əsasən,  açıq-aşkar 

hökm ilə haram olur.  

Allah-təala Qurani-Kərimdə buyurur: [Allah sizə ölmüş heyvanı, qanı, Donuz ətini 



və  Allahdan  başqasının  adı  ilə  (bütlərin  və  s.  adı  ilə)  kəsilənləri  (yeməyi)  qəti 

haram etmişdir...] [Bəqərə: 173] 

                                                                                                                                                                                                          

9

 

İmam Baqir   (ə.s) buyurur: “Ey Zürarə! Dəstəmaz almaq fərizədir (vacibatdır)” (Vəsailuş-Şiə, cild 



1/hədis nömr: 961. Təhzib, hədis nömrə 1013)

 

10

 



İmam  Baqir    (ə.s)  və  İmam  Sadiq    (ə.s)-dan  nəql  edilir:  Elə  ki,  ayaq  yoluna  daxil  oldunsa  de: 

“Əuzu  billahi  minər-ricsin-nəcisil-xabisil-muxbisiş-şeytanir-rəcim”  (Allaha  pənah  aparıram  çirkli, 

murdar,  çirkin,  iyrənc  və  qovulmuş  şeytandan)  Və  elə  ki,  işini  sona  yetirdin,  belə  de: 

Əlhəmdulillahil-ləzi  əfəni  minəl  bəla  və  əmatə  ənil-əza  (Həmd  olsun  o  Allaha  ki,  məni  bəladan 

salamat  elədi  və  məndən  əziyyəti  götürdü)”  (Vəsailuş-Şiə,  cild  1/hədis  nömrə:806.  Təhzib,  cild  1/bab 

351,hədis nömrə: 1038)

 

11

 



İmam  Sadiq    (ə.s)  buyurur:  “Pendir  və  qoz  ləpəsi  birlikdə  şəfadır,  (amma)  hər  biri  təklikdə 

yeyildikdə xəstəlikdir.” (Usuli-Kafi, cild 6/səhifə 340)



 

12

 



İmam Riza  (ə.s) buyurur: “Dovşan əti (sizə) haram edilmişdir. Çünki o pişik kimidir. Pişiyin və 

digər  vəhşi  heyvanların  pəncəsi  kimi,  onun  da  pəncəsi  vardır...”  (Vəsailuş-Şiə,  cild  16/səhifə  383, 



hədis 11)

 


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə