Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə12/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   8   9   10   11   12   13   14   15   ...   180

ahmedalhasan313.wordpress.com 

28 


vacib  hökmünə  mindirə  bilərlər.  Zamana  və  şəraitə  əsasən  hökmləri  dəyişmək 

səlahiyyəti yalnız və yalnız Allahın Höccətlərinə xasdır.  

Əllamə  Məclisi  (r.ə)  Həcc  surəsinin  7-ci  ayəsinin  təfsirində,  İmam  Cəfəri  Sadiqin  

(ə.s) bu cür buyurduğunu nəql edir: “Biz, Allahın halalını haram, haramını da halal 

edənlərik.” 

Və  hədisdən  də  məlum  olduğu  kimi,  bu  işdə  İmamlar    (ə.s)  səlahiyyət  sahibidir. 

Çünki,  halalı  haram  etmək  və  ya  vacib  olmayan  bir  şeyə  vacib  demək,  heç  də 

İmamların    (ə.s)  Allahın  işinə  qarışması  mənasında  deyil.  Əksinə,  İmamlar    (ə.s) 

Allahın  Höccətləridir.  Və  Allahın  Höccəti  olan  kəs,  Natiqi-Qurandır  və  Allahın 

təmsilçidir.  Ona  görə  də,  Quranın  danışan  dili  olan  ilahi  höccətlərin  hökmlər 

haqqındakı  bu  cür  buyruqları,  heç  də  ziddiyyət  kimi  qəbul  edilməməlidir.  Çünki 

onlar  (ə.s), Quranda da bildirildiyi kimi “Əmr Sahibləridir.” 

Allah-təala  buyurur:  [Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərə  və  özünüzdən  olan 

əmr sahiblərinə itaət edin!] [Nisa: 59] 

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Biz,  işin  içində  sizin  xeyrinizə  olduğunu 

düşündüyümüz bir məsələ olduğu müddətə qədər, heç bir niyyəti (məsələni) nəsx 

etmərik və dəyişmərik.” 



 - Biharul-Ənvar, cild 4/səhifə 104 

Allahın  yer  üzərindəki  Xəlifəsinin,  hökmü  dəyişmək  və  qüvvədən  salmaq 

səlahiyyəti vardır. Bu həm Quran ayələri həm də Ali Muhəmməd  (ə.s) hədisləri ilə 

sabitdir. 

İndi  sual  yarana  bilər,  əgər  hökm  dəyişdirilərsə;  məsələn  İmam  Əli    (ə.s)  cihad 

hökmünü  vacib  edibsə  və  İmam  Riza    (ə.s)  isə  vacib  bilməmişsə  və  ya  əvvəlki 

İmamlar    (ə.s)  xümsü  vacib  bilmiş,  İmam  Mehdi    (ə.s)  isə  xümsə  halallıq  verərək 

vacibliyi götürmüşsə, belə bir halda hansı İmamın  (ə.s) hökmü ilə əməl edilər? 

Cavabı isə, gəlin Əhli-beytdən  (ə.s) eşidək: 

Muəlla  İbn  Xuneys  deyir  ki,  İmam  Cəfəri  Sadiqdən    (ə.s)  soruşdum:  “Əvvəlki 

İmamdan  bizə  bir  hədis  gəlsə  və  ardıyca  növbəti  İmamdan    (ə.s)  həmin  məsələ 

haqqında başqa cür bir hədis əlimizə gəlib çatsa, hansı ilə əməl edək?” 

İmam    (ə.s)  buyurdu:  “Sizlərə  zamanın  İmamından    (ə.s)  bir  hədis  gəlib  çatana 

qədər, həmin məsələdə bunlardan biri ilə (əvvəlki İmamın  (ə.s) göstərişi ilə) əməl 

edin.  



                            ahmedalhasan313.wordpress.com 

 

 



29 

Əgər  Sahibəz-zəmandan  (Zəmanənin  Sahibi  olan  İmamdan)    bir  hədis  sizə  gəlib 

çatarsa, onun sözünə əsasən əməl edin.” Ardınca İmam  (ə.s) buyurdu: “And olsun 

Allaha  ki,  biz  sizi  qaldıra  biləcəyiniz  (daşıya  biləcəyiniz)  bir  yoldan  qeyrisinə 

yönəltmərik.” 

Digər  bir  rəvayətdə  isə  İmam    (ə.s)  buyurur:  “Ən  son  deyilən  hədisə  əsasən  əməl 

edin.” 

- Üsuli-Kafi, cild 1/səhifə 39, Hədis İxtilafı Babı, Hədis: 9

 

2-Bir  məsələ  haqqında  açıq  şəkildə  ixtilaflı  hədislərin  həlli  məsələsidir.  Bu 

məsələnin  əhəmiyyəti  çoxdur.  Çünki,  bizə  əmanət  qoyulmuş  Quran  və  Hədislər, 

bizi hidayətə sarı aparacaq iki önəmli məsələ olduğu üçün, hədislər arasındakı açıq 

ixtilafdan  çıxış  yolunuda  mütləq  bilmək  lazımdır.  Və  bunu  bilməyin  yeganə 

yoluda, “Zikr Əhli” olan Əhli-beytdən (ə.s) soruşmaqdır.  

Ömər  İbn  Hənzələ  belə  rəvayət  edir:  İmam  Cəfəri  Sadiq    (ə.s)-dan  soruşdum: 

“Bizim  səhabəmizdən  iki  nəfər  bir  borc  mirasa  görə  mübahisə  edərsə  və  nəhayət 

sultana , qazilərə müraciət etsələr, bu onlar üçün halal olarmı?” 

İmam  (ə.s) buyurdu: “Kim haqq və batil üçün onların hökmünə müraciət etsə, heç 

şübhəsiz  ki,  Tağutun  hökmünə  müraciət  etmiş  olar.  Bunların  hökmünə  əsaslana-

raq  bir  şeyi  almaq,  adamın  mübahisəsiz  haqqı  olsa  da,  bir  haramı  almaq  kimidir. 

Çünki adam, Tağutun hökmü nəticəsində onu alır. Allah, Tağutun hökmünə qarşı 

çıxıb  rədd  edilməsini  əmr  etmişdir.  [Onlar,  Tağutun  hüzurunda  muhakimə 



olunmaq istəyirlər. Halbuki, onlara inanmamaları əmr olunmuşdur.] [Nisa: 60]  

Soruşdum: “Bəs aralarında ixtilaflı olan bu iki dostumuz nə etməlidir?” İmam  (ə.s) 

buyurdu:  “O  zaman  sizdən  olub  bizim  hədislərimizi  rəvayət  etmiş,  halalımızı-

haramımızı bilmiş və verdiyimiz hökmləri bilən bir şəxsə müraciət etsinlər. Əgər o 

kəs bir hökm versə, buna razı olsunlar. Mən, onu sizlər üçün hakim təyin etdim. Bu 

şəxs, bizim verdiyimiz hökm istiqamətində  hökm verdiyi halda, ixtilaflı kəslərdən 

hər  hansı  biri,  onun  verdiyi  hökmü  qəbul  etməzsə,  Allahın  hökmünü  ciddi  qəbul 

etməmiş və bizi rədd etmiş sayılar. Bizi rədd edən də, Allahı rədd etmiş olar ki, bu 

da Allaha şirk qoşmaq qədər ağır bir günahdır.” 

Soruşdum: “Əgər bu iki adamın hər biri, bizimkilərdən birinin hakimliyini istəsə və 

bunların  verəcəyi  hökmə  razı  olacaqlarını  ifadə  etsələr,  sonra  bunlarda  sizin 

hədislərinizin  ixtilafına  görə    fərqli  hökmlər  versələr,  onda  nə  edək?”  İmam    (ə.s) 

buyurdu:  “Ən  adil,  ən  fəqih  və  hədis  rəvayətində  (ravilikdə)  ən  doğru  və  ən 

muttəqi olanın hökmü götürülər və digərinin hökmünə riayət edilməz.” Soruşdum: 




ahmedalhasan313.wordpress.com 

30 


“Əgər bu iki adam, bizim səhabəmiz tərəfindən yaxşı qəbul edilən, biri digərindən 

üstün tutulmayacaq qədər sevilib sayılan şəxslərdisə, bəs onda nə edək?” 

İmam    (ə.s)  buyurdu:  “Verdikləri  hökmün  mənbəyinə  və  bizdən  rəvayət  edilən 

hədisə baxılmalıdır. Bu hədislərin içindən, yoldaşlarımızın üzərində ittifaq etdikləri  

rəvayət  əsas  götürülər  və    səhabələrimiz  arasında  məşhur  olmayan  və  qəbul 

edilməyən  rəvayət  isə  tərk  edilər.  Çünki,  barəsində  ittifaq  edilən  şeydə  ixtilaf 

olmaz.  

Dəlillər  3  yerə  bölünür:  Birinin  doğruluğu  açıq-aydındır,  ona  tabe  olunar.  Birinin 

əyriliyi  açıq-aydındır,  ondan  çəkinilər.  Birinin  isə,  doğruluğu  və  əyriliyi  bəlli 

olmayacaq qədər qatma-qarışıq və içindən çıxılmazdır, belə bir şeyin elmi (cavabı) 

isə, Allaha və Rəsuluna  (ə.s) həvalə edilər.  

Rəsulullah    (s.ə.v.v)  belə  buyurmuşdur:  “Halal  da,  haram  da  açıqdır.  Bu  ikisinin 

arasında  olan  şey  (halallığı-haramlığı  bilinməyən)  şübhəlidir.  Şübhəli  şeyləri  tərk 

edən kəs, haramlardan xilas olmuş olar. Şübhəli şeylərə tabe olanlar isə haram işlər 

görərlər.  Bilmədikləri  bir  tərəfdən  də,  həlak  olub  gedərlər.”  Soruşdum:  “Əgər  iki 

hakimin  verdiyi  hökmə  əsaslanan  rəvayətlərin  hər  ikisi  məşhur  rəvayət  olsa  və 

raviləri də etibar edilən kəslər olsa, bəs onda nə edək?”  

İmam    (ə.s)  buyurdu:  “Bunlardan  hansı  biri  Kitaba  və  Sünnətə  uyğundursa  və 

müxalif  görüşə  (Sünnilərin  hökmlərinə)  ziddirsə,  o  hökm  götürülər.  Kitaba  və 

Sünnətə zidd olan və müxalif görüşə (Sünnilərin hökmlərinə) uyğun olan hökm isə 

tərk edilər.” Soruşdum: “Hər iki fəqih, verdikləri hökmü Quran və Sünnətə uyğun 

olaraq  versələr  və  bizdə  rəvayətlərdən    birinin  sizə  müxalif  olan  (Sünnilərin 

hökmlərindən olan) nəzərə uyğun olduğunu, digərinin isə (Sünnilərin hökmləri ilə) 

uyğun gəlmədiyini görsək, bu rəvayətlərdən hansını götürək?” 

İmam    (ə.s)  buyurdu:  “O  zaman  bizə  müxalif  olanların  dediklərinin  əksinə  olan 

rəvayəti əsas götürün. Çünki, aydınlıq və hidayət ondadır (Sünnilərin hökmləri ilə 

uyğun gəlməyən hökmdədir)” 

Soruşdum: “Əgər sizə müxalif olan iki qrupun (Sünnilərin iki fiqhi qolunun hökmü 

ilə) uyğun olarsa, bunlardan  hansı ilə  əməl edək?” İmam    (ə.s)  buyurdu: “Onların 

(Sünnilərin)  hakimlərinin  və  qazilərinin  (daha  çox)    hansına  tabeçilik 

göstərdiklərinə nəzər salınar. Əgər hansı hökmə ki tabeçilik göstərməsələr, o görüş 

əsas götürülər.” Soruşdum: “Əgər onların hakimləri (eyni səviyyədə) hər iki xəbərə 

uyğun görüş bildirmişlərsə, onda nə edək?” 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə