Sərbəst iş Tələbə: Oruclu Əmrah Fakültə


Milli təhlükəsizlik strategiyasının məqsədi



Yüklə 43,56 Kb.
səhifə2/3
tarix22.03.2024
ölçüsü43,56 Kb.
#183893
1   2   3
milli təhlükəsizlik

Milli təhlükəsizlik strategiyasının məqsədi - milli təhlükəsizliyin təmin olunması naminə dövlətin imkanlarından istifadə edilməsidir. Hər bir dövlətin milli sabitlik və milli təhlükəsizliyin effektiv müdafiəsi siyasəti vardır. Məhz bu siyasət milli təhlükəsizlik siyasəti (MTS) adlanır. Milli təhlükəsizlik siyasəti (MTS) ölkənin dövlət və vətəndaşlar üçün təhlükəsizliyi necə təmin etdiyini təsvir edən çərçivədir və çox vaxt vahid sənəd şəklində tərtib edilir.
MTS-ə sahib olmağın beş əsas səbəbi aşağıdakılardır.
• dövlətin bütün təhlükələrin qarşısının alınmasını təmin etməsi;
• təhlükəsizlik aktorlarının fəaliyyətini yaxşılaşdırmaqla təhlükəsizlik sferasının effektliyinin artırılması;
• siyasətin tətbiqinə nəzarət edilməsi;
• daxili konsensusun yaradılması;
• regional vəə beynəlxalq inam və əməkdaşlığın möhkəmləndirilməsi.
Mükəmməl bir təsisata çevrilmək üçün milli təhlükəsizlik siyasəti, öncə, milli təhlükəsizliyə olan real təhdidlərin ətraflı tədqiq edilməsini tələb edir. Daxili və xarici təhlükələrin təhlili uzun illər biri-digərindən əlahiddə nəzərdən keçirilmişdir. Lakin təhlükəsizlik siyasəti özündə əsasən yerli və beynəlxalq mühitin müfəssəl dəyərləndirilməsini ehtiva edir. Belə bir xətt müəyyən edilərkən təhlükəsizlik üçün əhəmiyyət kəsb edən bütün dövlət aktorlarının, xüsusən də beynəlxalq və qeyri-dövlət aktorlarının təklifləri nəzərə alınmalıdır.
İkincisi, müxtəlif mənbələrin təkliflərini özündə cəmləşdirən siyasətin mərkəzləşdirilmiş qaydada müəyyən edilməsi təhlükəsizliyin vahid şəkildə dərkinə yol aça bilər.
Üçüncü, MTS-lər milli təhlükəsizliklə məşğul olan müxtəlif aktorlara siyasi yol göstərir. MTS-lər operativ qərarlarla milli siyasətin uzunmüddətli və qısamüddətli məqsədlərinin müqayisəsi üçün müvafiq bazam təmin edir. Mərkəzləşdirmə prosesi isə hazırlama və tətbiqetmə prosesində uyğunsuzluqları, kəsirləri və çatışmazlıqları aradan qaldırmağa yardım üçün resurslardan optimal istifadəyə imkan verir.
Dördüncüsü, MTS-lər peşəkarlar arasında müzakirələri və əməkdaşlığı dərinləşdirmək yolu ilə təhlükəsizlik siyasətinin geniş mənimsənilməsini təmin edir. Bu dialoq aparıcı milli dəyər və maraqlar, eləcə də həmin dəyər və maraqlara olan təhlükələrin miqyası barədə razılığa gəlməyə kömək edə bilər.
Beşincisi, MTS-lər regional və beynəlxalq səviyyədə inam yaradan alətlərdir. Ardıcıl və şəffaf siyasət dövlətin təhlükəsizliklə bağlı narahatlıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaqla beynəlxalq həmrəyliyi və əməkdaşlığı asanlaşdırır” [5].
Tədqiqatçılar göstərirlər ki, təhlükəsizlik problemi qarşı tərəfin də mənafeyinin nəzərə alınmasını tələb edir. Milli təhlükəsizlik qarşı tərəfə siyasi inamın yaranması ilə təmin edilir. Dövlətin xarici siyasəti başqa dövlətlərlə münasibətdə mənafelərin qarşılıqlı nəzərə alınmasından ibarətdir. Mənafelərin ziddiyyətli olması təhlükəsizlik sisteminin yaradılmasına çətinlik törədir. Hər bir dövlətin xarici siyasətinin əsas məqsədi milli təhlükəsizliyin yaradılmasından ibarətdir. Dövlət tarixi siyasi təcrübə əsasında xarici siyasət konsepsiyasını hazırlayır və xarici siyasi konsepsiyada milli təhlükəsizlik problemi mühüm yer tutur. Lakin milli təhlükəsizlik konsepsiyası daha geniş olmaqla dövlətin həm xarici, həm də daxili siyasətini əhatə edir [6, 40-46].
Milli təhlükəsizlik siyasəti dövlətlərin xarici, istərsə də daxili siyasi xəttinin tərkib hissəsi kimi kompleks halında balanslaşdırılmış şəkildə bu və ya digər dərəcədə ardıcıl həyata keçirilir. Lakin onun bilavasitə və məxsusi olaraq məqsədyönlü həyata keçirilən sahələri də vardır. Milli təhlükəsizlik siyasətinin sahələr üzrə strukturu da nəzərə alınmalıdır. Bəzi müəlliflər təhlükələr və onların dəf edilməsinin olduqca geniş təsnifatını verirlər. Bu sırada miqyaslara görə (qlobal təhlükələr, dövlətlərarası təhlükələr, dövlətdaxili təhlükələr, regional təhlükələr və lokal təhlükələr), ictimai həyat sahələrinə görə (siyasi, hərbi, sosial, iqtisadi, ekoloji, elmi-texniki informasiya, ərzaq, energetika, psixoloji, milli-etnik, səhiyyə və s.) təhlükələr və bunlara müvafiq olaraq milli təhlükəsizlik fəaliyyəti formalarını araşdırırlar. Bu təhlükələrdən hər biri müvafiq şəraitdə milli təhlükəsizlik sisteminin sarsılmasına, hətta dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər.
“Milli təhlükəsizliklə bağlı konsepsiya və siyasətin hazırlanıb həyata keçirilməsi, strategiyanın hazırlanıb uğurla tətbiq edilməsi müxtəlif mənbələrdən ola biləcik təhlükələrin və onların aradan qaldırılması imkanlarının diqqətlə öyrənilməsi və əməli fəaliyyətdə onların nəzərə alınmasını da zəruri edir. Bu baxımdan tədqiqat işi üçün seçilmiş sahə xüsusi əhəmiyyət kəsb edir” [8, 32].
“Demokratik cəmiyyətlərdə şəxsiyyətin təhlükəsizliyi, onun hüquq və azadlıqlarının qorunması ön planda durur. Dövlətin təhlükəsizliyi səmərəli idarəetmə mexanizmi, ictimai-siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsi, eləcə də onları müdafiə edən qurumların fəaliyyəti ilə, cəmiyyətin təhlükəsizliyi, ictimai təsisatların, normaların, ictimai şüumn inkişafı ilə, şəxsiyyətin təhlükəsizliyi isə özünün inkişaf və realizə edilməsinə imkan verən ictimai qurumların, təşkilatların, hüquq və əxlaq normaları kompleksinin formalaşdırılması yolu ilə əldə olunur” [10,102].
Lakin belə bir təsnifat ehkam deyildir və milli təhlükəsizliyin strukturuna digər elementlər də daxil edilir. Məsələn, Azər Piriyev milli mənafe təhlükəsizliyini, beynəlxalq terrorizm təhlükəsizliyini, demoqrafiq, sərhəd və dini təhlükəsizliyi də milli təhlükəsizliyin strukturuna aid etmişdir. Tədqiqatçı milli təhlükəsizliyin aşağıdakı əsas cəhətlərini göstərir:
• birincisi, beynəlxalq təhlükəsizlik - hər bir dövlət xarici siyasət vasitəsilə beynəlxalq təhlükəsizliyini təmin edir;
• ikincisi, siyasi təhlükəsizlik: dövlətin möhkəmləndirilməsi, demokratiyanın genişlənməsi, vətəndaş cəmiyyətinin yaradılması;
• üçüncüsü, iqtisadi təhlükəsizlik: xalqın həyat səviyyəsinin yüksəldilməsi;
• dördüncüsü, ekoloji sahədə: millətin sağlam təbii mühitdə yaşamasının təmin ediməsi;
• beşincisi, demoqrafik təhlükəsizlik: əhalinin qanunauyğun təbii artımının təmin edilməsi, sağlamlığının qorunması;
• altıncısı, hərbi təhlükəsizlik: təcavüzkarlığın qarşısını almaq üçün ordunun, hərbi-hava, hərbi-dəniz qüvvələrinin gücləndirilməsi, hərbi kadrların hazırlaması, ordudan daxili siyasi məsələlərdə istifadə ediməməsi, ölkənin müdafiəsini təmin etmək üçün hərbi müqavilələr bağlamaq imkanından istifadə edilməsi; »
• yeddincisi, milli dilin, dinin, əxlaqın, mədəniyyətin, adət və ənənənin yad təsirlərdən mühafizə edilməsi [11, 39].
Rus tədqiqatçısı P.Sıqankovun qənaətincə, milli təhlükəsizliyin əsas təminatı dövlətdir: dövlətin əsas vəzifəsi ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Dövlət daxli və xarici sabitlik yaratmaqla milli təhlükəsizliyi təmin edir, ölkənin və insanların tərəqqisinə nail olur [12,40].
Siyasi sabitlik, milli təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli bir rol oynayır və bir neçə əsas sahədə önəmli təsir göstərir:


  1. Yüklə 43,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə