Sərbəst iş №1 Elektron qurğuların təsnifatı. Elektronikanın inkişaf mərhələləri, siqnallar və onların təsnifatı



Yüklə 0,52 Mb.
səhifə2/15
tarix14.05.2023
ölçüsü0,52 Mb.
#110252
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 4173

Sərbəst iş №2
Gücləndiricilərin əsas xarakteristikaları və parametrləri. Gücləndiricilərdə mənfi əks-əlaqə
Elektrovakuum və ya yarımkeçirici cihazların köməyi ilə sabit cərəyan mənbəyinin enerjisi hesabına girişdəki elektrik siqnallarının çıxışda - cərəyana, gərginliyə yaxud gücə görə güclənməsini həyata keçirən qurğulara elektron gücləndiriciləri deyilir. Başqa sözlə gücləndirici onun girişinə verilən elektrik siqnallarının çıxışda səviyyəsini artıran elektron qurğusudur. Gücləndiricilərin struktur sxemi şəkil 1-də göstərilmişdir.

Şəkil 1. Gücləndiricinin struktur sxemi:

1-giriş (siqnal mənbəyi), 2-gücləndirici elektron cihazı, 3-gücləndiricinin yükü, 4-enerji mənbəyi.


Sxemdə 1-siqnal mənbəyindən 2-elektron cihazının girişinə elektrik siqnalı verilir. Gücləndiricinin çıxışına qoşulmuş 3-yük müqavimətində, müəyyən şərtlər daxilində, 4-sabit enerji mənbəyi hesabına gücləndirilmiş siqnallar alınır (şəkil 1,a).


Gücləndirici - girişə verilən elektrik siqnalı ilə (Ugir) idarə olunan qeyri xətti elementdən, qida mənbəyindən, Zn müqavimətli yük qurğusundan ibarətdir (şəkil 1,b).
Qeyri xətti element kimi elektrovakuum cihazlarından, tranzistorlardan və başqa elementlərdən istifadə olunur.
Gücləndirici adətən iki girişə və bir çıxışa malik olur. Girişlərdən biri düz, digəri isə invers giriş adlanır (şəkil 3).
İnvers giriş çıxışda giriş siqnalın fazasını qədər dəyişdirir, düz giriş isə çıxışda giriş siqnalın fazasını dəyişdirmir. Çıxışda və düz girişdə siqnal eyni işarəli olur. Çıxışda və invers girişdə isə siqnal əks işarəli olur. İnvers girişi sxemlərdə «–» və ya «o», düz giriş isə (+) ilə işarə olunur.

Şəkil 3. Gücləndiricinin şərti qrafik işarəsi.
Elektron gücləndiricilərini bir neçə əlamətlərinə görə təsnifata ayırmaq olar:
1. Iş rejiminə görə gücləndiricilər iki sinfə – xətti və qeyri-xətti rejimli gücləndiricilərə bölünür. Xətti rejimli gücləndiricilərdə çıxış siqnalı giriş siqnalının xətti funksiyası olur, həm də çıxış siqnalı formaca giriş siqnalına uyğun olur. Qeyri-xətti rejimli gücləndiricilər giriş siqnallarının ani qiymətlərini çıxışa mütənasib ötürə bilmir. Bu tip gücləndiricilərdə əvvəlcə giriş siqnalının artması ilə çıxış siqnalı artır, giriş siqnalının müəyyən qiymətindən sonra giriş siqnalının artması ilə çıxış siqnalının qiyməti dəyişmir.
2. Funksional vəzifələrinə görə (təyinatına görə) gücləndiricilər cərəyan, gərginlik və güc gücləndiricilərinə bölünür.
Cərəyan gücləndiriciləri çıxış dövrəsində cərəyanın tələb olunan qiymətini təmin edir.
Gərginlik gücləndiriciləri yük müqavimətində çıxış gərginliyinin tələb olunan qiymətini təmin edir.
Güc gücləndiriciləri yük müqavimətində gücün tələb olunan qiymətini təmin edir.
Bunun üçün uyğun olaraq aşağıdakı şərtlər ödənilməlidir:

1. Cərəyan gücləndiricilərində: RmRgir və RçıxRy


2. Gərginlik gücləndiricilərində: RmRgir və RçıxRy
3. Güc gücləndiricilərində : RmRgir və RçıxRy

Burada Rm - siqnal mənbəyinin daxili müqaviməti, Rgir - güc¬lən¬diri¬ci¬nin giriş müqaviməti, Rçıx - gücləndiricinin çıxış müqaviməti, Ry - yük müqavimətidir.



Gücləndiricinin struktur sxemi
3. Gücləndirilən siqnalın növünə görə gücləndiricilər harmonik və impuls siqnal gücləndiricilərinə bölünür. Harmonik siqnallar gücləndirilən zaman onların tezlik spektri və harmonik toplananların amplitudlarının nisbəti dəyişmir. Impuls gücləndiricilərində siqnalların formasına müəyyən təhriflər verilir.
4. Gücləndirici elementlərin növlərinə görə- gücləndiricilər lampalı, tranzistorlu, inteqral mikrosxemli, tunel diodlu, parametrik diodlu və s. gücləndiricilərə bölünür.
5. Yükün növünə görə gücləndiricilər aktiv, aktiv-induktiv və tutum yüklü (yük müqavimətinin xarakterinə görə - rezistorlu, transformatorlu, rezonans və s.) gücləndiricilərə bölünür.
6. Çoxkaskadlı gücləndiricilərdə kaskadlar arasında əlaqənin növlərinə görə gücləndiricilər - RC (resistor- tutum), transformator, qalvanik, induktiv-tutum və s. əlaqəli gücləndiricilərə bölünür.
Qeyd ədək ki, gücləndiricilər bir kaskadlı və çox kaskadlı ola bilər.
7. Gücləndirilən siqnalın zamandan asılılığına görə gücləndiricilər sabit və dəyişən cərəyan gücləndiricilərinə bölünür.
8. Gücləndirilən siqnalın işçi tezlik diapazonuna görə elektron gücləndiriciləri aşağı (alçaq) tezlikli, yüksək tezlikli, sabit cərəyan, impuls, seçici yaxud rezonans gücləndiricilərinə bölünür.
Aşağı tezlik gücləndiricilərində gücləndirilən siqnalın tezlik diapazonu 10Hs-dən 100 kHs-ə qədər olur.
Yüksək tezlik gücləndiricilərində gücləndirilən siqnalın tezlik diapazonu 100 kHs-dən 100 MHs-ə qədər olur.
Sabit cərəyan gücləndiriciləri sabit cərəyanı da gücləndirə bilir. Cücləndirilən siqnalın tezlik diapazonu 0 kHs-dən 100 kHs-ə qədər olur.
İmpuls gücləndiricilərinə - enlizolalı impuls və videosiqnal gücləndiriciləri aiddir. Cücləndirilən siqnalın tezlik diapazonu 1 kHs-dən 100 kHs-ə qədər olur.
Seçici yaxud rezonans gücləndiriciləri dar tezlik diapazonunda işləyən gücləndiricilərdir.
Gücləndirilən siqnalların tezliklər zolağının eninə görə dəyişən cərəyan gücləndiriciləri enlizolaqlı və darzolaqlı gücləndiricilərə bölünür.
Enlizolaqlı gücləndiricilərə alçaqtezlikli gücləndiricilər, impuls və videosiqnal gücləndiriciləri daxildir ( ). Darzolaqlı gücləndiricilərə isə yüksəktezlikli gücləndiricilər, ifrat yüksəktezlikli gücləndiricilər və optik diapazonda işləyən kvant gücləndiricilərini və s aid etmək olar.
Enlizolaqlı gücləndiricilərin yük müqaviməti rezonans xarakterli olmadığından bunlar bəzən a p e r i o d i k , darzolaqlı gücləndiricilərdə isə yük müqaviməti rezonansa gətirilə bilən rəqs konturları olduğundan rezonansgücləndiricilərii adlanır.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə