Sərbəst iş №1 Elektron qurğuların təsnifatı. Elektronikanın inkişaf mərhələləri, siqnallar və onların təsnifatı



Yüklə 0,52 Mb.
səhifə8/15
tarix14.05.2023
ölçüsü0,52 Mb.
#110252
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
referat 4173

Sərbəst iş №8
ƏG əsasında inteqrallayıcı və differensiallayıcı sxemlər
Differansial girişi və bir çıxışı olan, böyük gücləndirmə əmsalına malik sabit cərəyan gücləndiricilərinə əməliyyat gücləndiriciləri deyilir.
Ə məliyyat gücləndiricilərinin əsasını giriş kaskadı rolunu oynayan differensial kaskad təşkil edir. Çıxış kaskadı rolunu isə adətən tələb olunan yüklənmə qabiliyyətini təmin edən emitter təkrarlayıcısı oynayır. Tərkarlayıcının Ku – su vahidə yaxın olduğundan əməliyyat gücləndiricisinin lazım olan gücləndirmə əmsalı differensial kaskadla qoşulması ilə təmin edilir. Bu tələbat ondan irəli gəlir ki, ideal əməliyyat gücləndiricisində Ku = ∞, Rgir = ∞, Rçıx = 0 olmalıdır. Lazım olan gücləndirmə əldə etmək üçün istifadə olunan kaskadların sayından asılı olaraq əməliyyat gücləndiriciləri iki və üç kaskadlı olurlar. Üçkaskadlı sxemdə giriş differensial kaskadlı adətən rezistiv yüklü, iki kaskadlıda isə dinamik yüklə qoşurlar. Bunlardan əlavə əməliyyat gücləndiricilərinin tərkibində gərginliklərin səviyyələrini sürüşdürmək, sabit cərəyan mənbəyi yaratmaq, sinfaz güclənmə xətasına görə mənfi əks əlaqə təşkil etmək və s. üçün istifadə olunan tranzistorlu köməkçi kaskadlar və qurğular ola bilər.
Əməliyyat gücləndiri-cisinin şərti işarəsi və amplitud (ötürmə) xarakteristikası şəkil 1 – da verilir.

Şəkil 1. Əməliyyat gücləndiricisinin şərti işarəsi (a) və amplitud (ötüemə xarakteristikası

Əməliyyat gücləndiricisinin inversləyici (-) bə qeyri – inversləyici (+) girişləri və bir çıxışı vardır. İnversləyici girişə siqnal veriləndə çıxış siqnalının artımı işarəcə giriş siqnalının artımına əks olur. Qeyri – inversləyici girişə siqnal veriləndə çıxış siqnalının artımı işarəcə giriş siqnalının artımına uyğun olur. Çox vaxtı inversləyici girişdən xarici mənfi əks – əlaqələr yaratmaq üçün istifadə edilir.
Əməliyyat gücləndiriciləri gücləndirmə, giriş, çıxış, energetik, dreyf, tezlik və sürət parametrləri ilə xarakterizə olunurlar.
Gücləndiricinin hər iki girişinə aid olan giriş siqnalları ilə çıxış gərginliyinin asılılığına amplitud (ötürmə) xarakteristikası deyilir. Bu xarakteristikalar girişlərin birinə sıfır siqnalı verməklə digər giriş üçün çıxarılır.
Gücləndiricinin növündən asılı olaraq güclənmə əmsalı 106 qədər almaq mümkündür. Gücləndirmə əmsalının belə böyük qiymətlər alması mənfi əks - əlaqələr yaratmaq yolu ilə xüsusiyyətləri yalnız əsk - əlaqə dövrələrinin parametrlərindən asılı olan müxtəlif sxemlər yaratmağa imkan verir.
Xarakteristikalarda Ugir = 0, Uçıx = 0 halına gücləndiricinin balans vəziyyəti deyilir. Real halda tam balans olmur. Ugir = 0 halına hər hansı Uo sür gərginliyi uyğun gəlir ki, buna da girişdə sıfırın sürüşməsi gərginliyi deyilir. Bu gərginlik tam balans əldə etmək üçün girişə nə qədər gərginlik vermək lazım gərginliyi göstərir.
Harmonik siqnalların gücləndirilməsi tezlik parametrləri ilə xarakterizə olunur. Amplitud – tezlik xarakteristikasının fkəs tezliyindən sonra aşağı düşməsi tranzistorların parametrləri bə parazit tutumların tezlikdən asılı olması ilə əlaqədardır. Gücləndirmə vahid olduğu f1 tezliyinə vahid gücləndirmə tezliyi deyilir. fy sərhəd tezliyinə görə buraxma zolağı qiymətləndirilir (şəkil 2,a).

Şəkil 2. Əməliyyat gücləndiricisinin amplitud – tezlik (a), faza – tezlik (b) xarakteristikaları və girişdəki pilləvari siqnala (c) reaksiyası (ç)

A dətən əməliyyat gücləndiriciləri inversləyici girişə görə mənfi əks - əlaqə ilə əhatə olunurlar. Yüksək tez-liklərdə gücləndirici çıxış siq-nalının fazasını girişə nisbətən sürüşdürdüyündən gücləndiri-cinin faza – tezlik xarakteristi-kasında inversləyici girişə görə əlavə (1800 – dən də yuxarı) fa-za sürüşməsi əldə edir (şəkil 2, b). Hər hansı bir yüksək tezlikdə tam faza sürüşməsi 2500 olur ki, bu da tezlikdə inversləyici girişə görə müsbət əks - əlaqənin yaranmasına və sxemin öz – özünə təsirlənməsinə gətirib çıxarır. Bunu aradan götürmək üçün amplitud – tezlik xarakteristikalarının görünüşünü dəyişən xarici təshihverici RC dövrələrindən istifadə olunur.
İmpuls siqnallarının gücləndirilməsi sürət və ya dinamik parametrlərlə xarakterizə olunur. Bunlardan biri çıxış gərginliyinin artma sürəti, digəri isə bu gərginliyin dayanıqlı vəziyyət alma müddətidir. Onları gücləndiricinin girişində pilləvarə gərginliyə göstərdiyi reaksiyaya görə təyin edirlər. Göstərilən sürət çıxış gərginliyinin 0,1 Uçıx – dan 0,9 Uçıx – a kimi dəyişdiyi hissədə gərginliyin artımının zaman nisbəti ilə təyin edilir (şəkil 19, c – ç). Dayanıqlıq vaxtını isə (tday) çıxış gərginliyinin 0,1 Uçıx – dan 0,9 Uçıx – a qədər dəyişməsinin zaman intervalına görə təyin edirlər.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə