SəRBƏst iŞ № Müəllim: Rzayev Natiq Fakültə


Koordinat ölçmə maşınları



Yüklə 25,08 Kb.
səhifə2/2
tarix30.12.2023
ölçüsü25,08 Kb.
#164628
1   2
metrologiya-2

Koordinat ölçmə maşınları
Maşınqayırmada detalların bütün ölçmələrinin 60% - dən çoxu koordinat metodu ilə aparılır. Mürəkkəb hissələrin ölçülərinə nəzarəti (dişli çarxlar, fəzada əyilmə səthləri olan turbin pərləri, vintlər, gəmi lövbər və vintləri və.s) İKT istifadə etməklə koordinat metodu ilə aparılır. Koordinat – ölçmə maşınları (KÖM) universal və iqtisadi cəhətdən sərfəli olub, xidmət vaxtı çox sadədirlər. KÖM fərdi istehsalatda da tətbiq oluna bilər, lakin daha çox kütləvi istehsalat şəraitində, təcrübi istehsalda, ölçmə laboratoriyalarında, alət sexlərində, keyfiyyətə nəzarət şöbələrində geniş istifadə olunur. KÖM əsas xarakteristikaları bunlardır: üç düzbucaqlı koordinat sisteminin hər hansı birində ölçmələr aparmaq imkanı; detalın maşının ölçmə sisteminin oxuna nisbətən üç koordinatda yerinə dəyişə bilməsi; maşının köməkçi sisteminin normal sistemə nisbətən üç koordinat üzrə yerdəyişməsi; detalın maili səthlərində yerləşən elementlərinin ölçülməsi imkanı. Maşında normal sistem üzrə ölçmədə alınmış ölçülər sürətlə hesablanıb köməkçi sistemə (və ya əksinə), idarəetmə pultu və ya müəyyən kod vasitəsilə ötürülə bilər.
KÖM ölçmə başlığında xüsusi toxunma ucluğu vardır, onun yerdəyişməsinə cihazın fotoimpuls sistemi ilə nəzarət olunur. Toxunma ucluğunun detalın nahamar səthi ilə yerdəyişməsinin tənzim edilməsi üçkoordinatlı verici ilə həyata keçirilir.

• Toxunma sistemi. Müxtəlif konfiqurasiya və mürəkkəbliyə malik detalların ölçülərinə nəzarət üçün KÖM – də xüsusi “toxunma” sistemi istifadə edilir. Bu sistem öz universallığı ilə fərqlənir, toxunma uçluğu detalın hər hansı səthi ilə daim və fasiləsiz əlaqədə olur. Bununla hesablamada əhəmiyyətli dərəcədə vaxta qənaət edilir, daha yüksək dəqiqlik və ənənəvi üsullarla müqayisədə ölçü nəticələrinin təkrarlığı təmin edilir. KÖM – də uçluq üçlü sərbəstlik dərəcəsinə malik olur və ölçmə maşınının koordinatlarına uyğun olaraq üç qarşılıqlı perpendikulyar istiqamətlərdə müstəqil hərəkət
edir. İnduktiv verici olan ucluq ölçülən detala kiçik ölçmə qüvvəsi ilə kontaktı avtomatik təmin etməyə imkan verir. Bu vaxt ölçmə dəqiqliyi xeyli artır, operatorun təcrübəsi və fərdi xüsusiyyətlərindən ölçmə nəticələri əhəmiyyətli asılı olmur. Üç koordinatlı verici ibarət olur: ölçmə çubuğu 2, üç perpendikulyar yerləşmiş nüvə 5,8,10; gövdə 4, üç müvafiq sistemli dolaqlar 6,9,11 . elastiklik membranlı qeydedici element 3 ölçmə çubuğu 2 gövdə 4 ilə birləşdirir və uçluğun 1 fəza yerdəyişməsini təmin edir. 5,8,10 polad nüvələri birləşdirici başlığa 7 bərkidilir və dolağın oxları istiqamətində qoyulur. 6 , 9, 11 dolaqlar sistemi yerdəyişmə vericisinin 12 oymağının oxu boyunca qoyulur ki, polad nüvələr vericinin işçi vəziyyətində dolaqların mərkəzində yerləşsinlər, bununla cihazın sıfır göstərməsi təmin edilir. polad nüvələr dolaqlar sistemi ilə birlikdə induktiv dəyişdirici əmələ gətirirlər. Toxunma ucluğunun hər hansı sapmaları üç ölçü dəyişdiricisi ilə həqiqi yerdəyişmənin baş verməsi kimi qəbul edilir. • Maşının konstruksiyası. KÖM –in istifadə sahəsi çox müxtəlifdir və şərti olaraq iki kateqoriyaya bölünür: mexaniki emal olunan detalların ölçülərinə nəzarət və fasiləsiz səthlə məhdudlaşan detalların formalarına nəzarət. Üçkoordinatlı KÖM quruluşca gövdə və nəzarət edilən detalın bazalaşdırıldığı stoldan ibarətdir. Fəzada üç istiqamət üzrə aparılan yerdəyişmələrdə ölçülən detalın hər hansı nöqtəsinə uçluğu toxundurmaq imkanı vardır. X, Y, Z oxları üzrə yerləşmələrin ölçülməsi sistemi ölçmə nöqtələrinin vəziyyətini dəqiq göstərir. Ölçmə qiymətləri kiçik hesablama qurğusu tərəfindən qəbul edilir, emal edilir və çap qurğusunda yazılır. Oxların yerləşmə mövqeyi isə üçkoordinatlı ölçmə maşınının dəqiqliyi və imkanlarını xeyli artırır. Oxların yerləşməsinə görə KÖM iki əsas konstruksiyası vardır: şaquli, üfüqi konsollu və portal. Şaquli konsol konstruksiyalı maşını ölçülən detalın stolun səthinə paralel olduqda istifadə etmək tövsiyə edilir. Üfüqi konsol konstruksiyalı maşın stolun səthinə perpendikulyar olan müstəvilərin ölçülməsində istifadə edilir. Portal KÖM konsol tipli maşına nisbətən daha sərt konstruksiyaya malik olub, ölçülərin maksimum diapazonunda ölçmələrin yüksək dəqiqliyinə nail olmaq imkanı verir. Lakin sütunların portal konstruksiyası yan tərəflərdən detala yaxınlaşmağa mane olur, bu isə ölçmə diapazonunu azaldır. Konsol konstruksiyasında belə çatışmazlıq yoxdur, nəzarət edilən detalı rahat stola yerləşdirmək, ona üç tərəfdən yaxşıca nəzarət etmək və lazım olduqda nəql etmək mümkündür.

Ədəbiyyat
http://anl.az/el/Kitab/2017/10/cd/2017-790.pdf
Mühazirədən istifadə olunub.
Yüklə 25,08 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə