Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   2   3   4   5   6   7   8   9   ...   36

  
1986. 
  
ÖLDÜRƏCƏK BU DƏRD MƏNİ 
  
Öldürəcək bu qəm məni. 
AĢıq Ələsgər. 
  
Sevinc bir də dönməz olub
Həsrət odum sönməz olub. 
Telli sazım dinməz olub, 
"Öldürəcək bu dərd məni! 
  
"Ruhum xəstə, canım xəstə, 
Qəm sinəmdə dəstə-dəstə. 
Bir haqsızın hökmü üstə, 
"Öldürəcək bu dərd məni! 
  
"Şər-şamata yalana bax, 
Satana bax, alana  bax. 
Sən "günahsız" şeytana bax,  
"Öldürəcək bu dərd məni! 
  
"Ulu elim-obam qalıb, 
İsti yurdum-yuvam qalıb. 
Ələsgər tək babam qalıb, 


"Öldürəcək bu dərd məni! 
  
"Yağı düşmən hiylə qurdu, 
Arxasında duran durdu. 
Yada salma Göyçə yurdu... 
"Öldürəcək bu dərd məni! 
  
"Şəhdilərin günahı nə? 
Anaların bu ahı nə? 
Bir qansızın pənahı nə? 
"Öldürəcək bu dərd məni! 
  
"Zülüm ərşə çatan yerdi, 
Haqqı topa tutan yerdi. 
Qoymur gülə namərd mərdi, 
"Öldürəcək bu dərd məni! 
  
"Torpağı zər, daşı zərdi, 
Dünya boyu Vətən tərdi. 
Yaman dərddi Vətən dərdi, 
"Öldürəcək bu dərd məni!" 
  
  
BƏSİMDİ MƏNİM 
  
Saxta tərif gəzib, şöhrət istəməm


Köhlən istedadım bəsimdi mənim. 
Varını-yoxunu halaldan alan, 
Mənalı həyatım bəsimdi mənim. 
  
Umduğum nə olub?-Tanrıdan kömək! 
Şairlik qazancım bir yanğı, göynək. 
İstəsəm zirvədən zirvəyə süzmək, 
Öz polad qanadım bəsimdi mənim. 
  
Kəsərsiz sözümlə bazar etmədim, 
Salxaq misralardan məzar etmədim. 
Şahlar qapısına güzar etmədim, 
Əyilməz inadım bəsimdi mənim. 
  
Ürəkdə hiylə yox, dildə yalan yox, 
Məni çəkə bilən elə şeytan yox. 
Qanımda bir damla qarışıq qan yox, 
Ulu türk soyadım bəsimdi mənim. 
  
Bir üzlü yaşadım min üz həyatda, 
Yüz söz fırlatmadım eldə-elatda. 
Nə adda gözüm var, nə mükafatda, 
Təkcə Eldar adım bəsimdi mənim. 
  
3.05.2006. 
  


  
ÜRƏYİMDİ SƏMAM MƏNİM 
  
Bir simurğam yanar, sönməz, 
Lələyimdi Səmam mənim. 
Ulduza mənəm-mən deyən 
Bəbəyimdi Səmam mənim. 
  
Bulud gözüm dolan yerdə, 
Üstümü qəm alan yerdə. 
Bir az halsız olan yerdə 
Köməyimdi Səmam mənim. 
  
O, mənim körpə quzumdu, 
Qönçələnən gül qızımdı. 
Öz istəyim, öz arzumdu, 
Diləyimdi Səmam mənim. 
  
Odur mənim soyad, soyum, 
Axşam səbrim, səhər hoyum. 
Canda qanım, havam, suyum, 
Ürəyimdi Səmam mənim. 
  
21.08.2002 
  
GÖYÇƏNİNDİR, GƏDƏBƏYİN 


  
ġair dostum Musa Ələkbərliyə 
  
Qardaş, söylə o telli saz,Göyçənindir, Gədəbəyin? 
Sən dinləyən "Göyçə gülü"Göyçənindir, Gədəbəyin? 
  
Göy köhləni yoxuşa sıx,Sərin mehi sinənə yığ. 
"Sarı nər"in qaşına çıx,Göyçənindir, Gədəbəyin? 
  
"Şahdağ"ından qalxan tərlan,Göy talada hürkən ceyran, 
"Alçaq yal"a qonan duman,Göyçənindir, Gədəbəyin? 
  
Bir gözəlin zümzüməsi,Bir igidin qeyrət səsi... 
Dar ayaqda un kisəsi Göyçənindir, Gədəbəyin? 
  
Bu yerin bir mətləbi var,O da dostluq, o da ilqar... 
Şair Musa, şair EldarGöyçənindir, Gədəbəyin? 
  
15.07.84. 
  
MƏNİ 
  
Dedim yadın  sözü ilə, 
Dağlıyırsan dağla məni. 
Hər kipriyin şiş uclu ox, 
Oxluyırsan oxla məni. 


  
Dedim küssən qaşını çat, 
Bir az işvə, bir az naz sat. 
Ürəyindən ya çıxar at, 
Ya əbədi saxla məni. 
  
Dedim  məndən  dönmə  hələ, 
Bu sevdamı bir də ələ. 
Məcnun olub düşsəm çölə 
Bir telinlə bağla məni. 
  
Sən olmadın mənə həyan, 
Get ayrı gəz, uzaq dolan. 
Qoy beləcə ötsün zaman, 
Nə an, nə də yoxla məni. 
  
Yazıq Eldar yandı-söndü, 
Harayladım dağlar dindi. 
Dönük yardan üzüm döndü
Dağlar, özün ağla məni. 
  
25.05.1983 
  
ŞÜKÜR 
  
Mərdin kimliyini soruşma məndən, 


Mərdin yaxınına yadına şükür. 
Sən namərd aşından nəfsini qoru, 
Minnətsiz süfrənin cadına şükür. 
  
Vətənin mehinə sədaqətəm mən, 
Bir günəş taleli səadətəm mən. 
Bütün insanlara məhəbbətəm mən, 
Millət kəlməsinin dadına şükür. 
  
Torpaq Azərbaycan, gül Azərbaycan, 
Dağ-daş Azərbaycan, çöl Azərbaycan. 
Oba Azərbaycan, el Azərbaycan... 
Bu elin-obanın adına şükür. 
  
Eldaram, eşqimdir qanadım mənim, 
Nəsimi, Xətai soyadım mənim. 
Yanmaq yaşamağım, həyatım mənim, 
Mən yanan atəşin oduna şükür. 
  
25.11.84. 
  
AYRILMIŞAM 
  
Araza bax, Araza, Araza vurulmuşam. 
Araz, Araz deməkdənAraz tək durulmuşam. 
Araz səbrimi alıb, Məni həsrətə salıb. 


Gözüm o tayda qalıb,Qardaşdan ayrılmışam. 
  
Arazı ötmək üçün, Arzuma yetmək üçün... 
Təbrizə getmək üçünİllərlə qovrulmuşam. 
Araz keçilməz imiş, Suyu içilməz imiş. 
O üz seçilməz imiş, Baxmaqdan yorulmuşam. 
  
Ax ey Araz, coş külək, Sinəmdə yanır ürək! 
Daha misri qılınc tək Qınımdan sıyrılmışam! 
  
13.02.82. 
  
OLLAM 
  
Çovğunlu-boranlı həyat yolunda, 
İtirsən yolunu mayağın ollam. 
Acı küləklərdən səni qoruyan
Palıdın, çinarın, qovağın ollam. 
  
Mən vurğun olmuşam sözün ətrinə, 
Məhhəbbət sığışmaz şerin sətrinə. 
Sən susuzluq çəksən sənin xətrinə 
Qumlu səhralarda bulağın ollam. 
  
Böyük bir cahandır sevgi aləmi, 
Bölərəm səninlə sevinci, qəmi. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə