“Xatirələrini”i son dərəcə maraqlı və ibrətlidir. Bunu bütün vətənimizin geniş
oxucu dairələrinə tövsiyə etməli, ordunun komanda heyəti onunla tanış
olmalı, topçular isə öyrənməlidirlər.
Əliağanın aldığı hərbi tərbiyə, təhsil, orduda xidməti, şanlı döyüş
fəaliyyəti və keçdiyi yol elə bir həyat nümunəsidir ki, öz Vətəninin şərəf və
namusunu, azadlıq və istiqlaliyyətini qorumaq kimi müqəddəs bir vəzifəyə
layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlildir.
Yevgeni BARSUKOV, general-mayor,
hərb elmləri doktoru, professor,
Dövlət mükafatı laureatı.
Durğunluq dediyimiz illərdə şöhrətli sərkərdəmiz Əliağa Şıxlinskinin
“Xatirələrim” hərbi memuarına izahlar və qeydlər
fəsli əlavə etməklə yenidən
nəşrə hazırladım. (1982-1984). Kitabı hansı neşriyyata təqdim edirdimsə bir iki
aydan sonra özümə qaytarırdılar ki, çar və müsavat generalı olub, nəşr edə
bilmərik. Nəhayət, mərhum xalq yazıçımız İsmayıl Şıxlıya müraciət etdim. Daha
doğrusu, ondan kömək istədim. Qovluğu götürüb İsmayıl müəllimlə birgə
nəşriyyata getdik. Mübahisələr, yersiz iradlar başlandı, nə başlandı...
Vüqarla əyləşib, səbrlə bu nadanları dinləyən İsmayıl Şıxlının əvəzinə mən
əsəbiləşirdim. Yerimdə otura bümirdim. Onun səbrinə heyran qalmışdım. Dinib
cavab vermək istəyirdim. Düzü, İsmayıl müəllimdən çəkinirdim.
O biri tərəfdən də
burdakıların hamısı məndən yaşca böyük idi.
Qocalar o qədər “alovlu” danışırdılar ki, biri asqırdı, biri öskürdü,
üçüncüsünün səsi xırıldayanda İsmayıl Şıxlı eynilə qəhrəmanı Cahandar ağa sayağı
sərt səslə:
Qurtardınız? - dedi. Sizin üçünüzə bircə sualım var. Bu kitabı 1944-cü ildə
hamımızın yaxşı tanıdığı fılosof-alim Heydər Hüseynov yazdırıb, cəmisi yeddi min
nüsxə nəşr etdirib. Elə bir vaxtdakı Mircəfər Bağırovun qılıncının dalı da kəsirdi,
qabağı da. Təbiidir ki, Stalin də hakimiyyətdə idi. İndi deyin görüm, siz ağıllısınız,
vətənpərvərsiniz yoxsa Heydər Hüseynov? Nə deyirsiniz?.. Aparaq bu kitabı rusca,
ermənicə çap etdirək? Öz nəşriyyatımız, öz dilimiz ola-ola...
Üçlərdən heç biri dinmədi. Otağa ağır, çox ağır bir sükut çökmüşdü. Mən
fəxrlə, həm də böyük qürur hissiylə döyüşdən qalib çıxmış sərkərdə -
kişi kimi
əyləşən İsmayıl Şıxlıya baxdım. Baxırdım və düşünürdüm ki, ürəyi, varlığı
Azərbaycan üçün yanıb-yaxılan İsmayıl Şıxlılar niyə azdır... Amma ötəri də olsa
gördüm ki, əzəmətli İsmayıl Şıxlının yaraşıqlı üzünün əti əsəbdən titrədi. O,
şümşad barmaqları ilə eynəyini düzəldib:
- Gedək, Şəmistan,- deyib ayağa durdu. Bir-iki addım atar-atmaz başda
əyləşən qoca yumşaq səslə:
- İsmayıl, qoy qovluq qalsın, baxarıq, yuxarılarla məsləhətləşərik, dedi:
İsmayıl müəllim sərt hərəkətlə geriyə dönüb:
- Yuxarıları bəhanə gətirməyin, dedi. Siz kitabı plana salın, yuxarılarla özüm
danışaram...
1984-cü ildə general Əliağa Şıxlinskinin “Xatirələrim” kitabı uzun
əziyyətdən və mübahisələrdən sonra “Azərnəşr”də rus
və Azərbaycan dillərində
altmış min tirajla nəşr olundu.
Yeni nəşr olunmuş “Xatirələrim” kitabından üç nüsxəni Moskvaya, hərbi
Sovet Ensiklopediyasının baş redaksiyasına göndərdim. Əlavə məktub da yazıb baş
redaksiyaya iradlarımı da bildirdim ki, rus general-mayorları və polkovnikləri
haqqında ensiklopediyanızda məqalələr var. Amma general-leytenant Səməd bəy
Mehmandarov, nə də Əliağa Şıxlinski haqqında sətir belə yoxdur. Bunu necə başa
düşək? Nə üçün belə şöhrətli generalların haqqında səkkiz cildlik “Hərbi Sovet
Ensiklopediysı”nda qısaca bir məqalə verilməyib. Əgər general Şıxlinski haqqında
məlumatımız
yoxdursa, onun haqqında yazıb sizə bildirirəm. Həm də kitabından üç
nüsxə sizə göndərirəm, ordan daha geniş məlumat ala bilərsiniz.
Düz bir aydan sonra “Hərbi memuar ədəbiyyatı” redaksiyasının baş
redaksiyasının baş redaktoru V.Makeyevdən cavab məktubu aldım. O yazırdı ki,
məktubunuzu və general-leytenant Əliağa Şıxlinskinin kitablarıın aldıq. Generalın
kitabını rəy üçün SSRİ Müdafiə Nazirliyinin Hərbi Tarix İnstitutuna göndərdik.
Yaxın günlərdə onlardan aldığımız rəyi sizə bildirəcəyik.
Nəhayət, 1986-cı il iyulun 26-da “Hərbi nəşriyyatdan sevindirici cavab
aldım. Bu dəfə hərbi-memuar redaksiyasının baş redaktor əvəzi A.Kryukov yazırdı
ki, general-leytenant Əliağa Şıxlinskinin kitabını redaksiyada oxuduq və onun
yenidən çapını hərbi-tarixçi alimlərlə məsləhətləşdik. Kitab onların da çox xoşuna
gəldi, institut əməkdaşları “Xatirələrim” kitabının çox qiymətli olmasını xüsusi
qeyd etdilər. Lakin kitabın yenidən çap olunması üçün azı beş il növbəyə durmaq
lazımdır.
Baş redaktor A.Kryukov mənə göndərdiyi cavabında M.V.Frunze adına
Hərbi Akademiyanın Hərb-sənəti tarixi kafedrasının
baş müəllimi, polkovnik
L.Zaytsevin general-leytenant Şıxlinski kitabının yeni nəşri üçün yazdığı rəyi də
göndərmişdi.
Düzü rəyi oxudum fərəhdən heyrətə gəldim. Ona görə ki, polkovnik
L.Zaytsev böyük bir ürəklə və hərarətlə yazdığı altı səhifəlik makina yazısında
Əliağa Şıxlinskini xalqının həqiqi qəhrəmanı, alovlu vətənpərvəri adlandırırdı.
Port-Artur, Birinci Dünya müharibələrindəki və artilleriya sahəsindəki misilsiz
xidmətlərini xüsusi qeyd edirdi. Kitabın yenidən çapına
tam məsuliyyətlə redaktor
kimi cavabdeh olduğunu bildirirdi. Təəssüflənirdi ki, nə üçün kitab
respublikamızda çox az - cəmisi 30 min (ruscası) tirajla nəşr olunub. Bunları ona
görə qeyd edirəm ki, “Azərnəşr”də mənim kitaba yazdığım izahlar və qeydlər
fəslində məhz bu sözləri “xalqımızın qəhrəman oğlu, igid generalı ixtisar
etmişdilər.
Əlavə olaraq polkovnik L.Zaytsev bildirirdi ki, “Birinci Dünya müharibəsi”
adlı iri
həcmli xatirələr, reportajlar, oçerk və sənədlər məcmuəsini nəşrə
hazırlayırıq. Sizin göndərdiyiniz general Əliağa Şıxlinski kitabından “1916-cı ilin
yayında Qərb cəbhəsində” fəslini bütövlükdə mən həmin məcmuəyə daxil etdim.
Kitab 1989-cu ilin tematik planına daxil edilib.