Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə15/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

dördünü də tutub, öz qoşunu ilə Hacı Çələbinin üstünə gəlir. Xanları da öz yanında dustaq gətirir.
Hacı Çələbi bunu eşidib, bu da qoşun götürüb gedib Şəmkir tərəfində vali ilə dava eləyib, vali çox
pis basılıb, çox adamı ölüb, qayıdıb gedibdir. Hacı Çələbi o dörd xanları da valinin əlindən alıb,
mürəxxəs eləyib, öz ölkələrinə gedibdirlər. Sonra bir kərə genə Gürcüstan qoşunu ilə vali gəlib
Qanıq kənarında Hacı Çələbi xan ilə dava edib, genə basılıb gedibdir. Hacı Çələbi xan 12 il hakimlik
edib, tarixi-islamiyyə min yüz altmış səkkizdə olanda mərhum olub, ölübdür”.
 
1744-cü ildə Nadir şah Osmanlılarla sərhəddə olan müvəqqəti sakitlikdən istifadə edərək qərara
gəlir ki, şəkililərlə haqq-hesabı çürütsün. O, güclü qoşunla Şəkiyə hücum edir. O, asanlıqla üsyanı
yatıracağını düşünürdü. Lakin əhali şəhəri tərk etmiş və əvvəlcədən möhkəmləndirdiyi Kiş,
“Gələrsən-görərsən” qalaları və dağ sığınacaqlarında mövqe tutmuşdu. Hamı azadlığını qorumaq
əzmində idi və Hacı Çələbi bu əzmi daha da möhkəmləndirirdi. İstehkamlar bir-birləri ilə yeraltı
yollarla əlaqə saxladığından Nadir şah onları tuta bilmirdi. Odur ki, 4 aylıq mühasirədən sonra geri
çəkilməyə məcbur olur. Qalanın Nadir şahın qoşunları tərəfindən mühasirəsi sonralar daha 9 ay çəkir.
“Gələrsən-görərsən” qalasındakı ərzaq ehtiyatı tam tükənir. Hacı Çələbi qərara gəlir ki, Nadir şaha
güzəştə getsin, onun hakimiyyətini tanısın və işini əvvəlki kimi şəkər vəkili vəzifəsində davam
etdirsin. Amma maraqlı burasıdır ki, bu qərara gəlindikdən dərhal sonra Nadir şah qətlə yetirilir və
xanlıq müstəqil inkişaf etməyə başlayır.
Azərbaycan tarixinə təlatümlü, qanlı-qadalı dövr kimi yazılmış XVIII əsr bir çox qəhrəmanlar,
görkəmli dövlət xadimləri və sərkərdələr yetişdirmişdir. Onlardan biri də Şəki xanı Hacı Çələbi xan
olmuşdur. İlk Azərbaycan xanlığının banisi Hacı Çələbi xan tarazlaşmış daxili və xarici siyasət
yürütməklə Azərbaycan torpaqlarını xarici düşməndən qorumuşdur. O, feodal pərakəndəliyinin xalqın
birliyi və taleyi üçün təhlükəli olmasını yaxşı anlayır və ölkəni birləşdirməyə çalışırdı. Onun bu
səyləri nəticə verməsə də, hər halda, o, Azərbaycanda vahid dövlətin qurulmasını həyatının son
anlarınadək arzulamışdır.
Azərbaycan tarixində Hacı Çələbi xanın adı görkəmli dövlət xadimi və bacarıqlı sərkərdə kimi çox
layiqli yer tutmuşdur.
 
 
 
 


ŞƏKİ TƏBABƏTİ ORTA ƏSRLƏRDƏ
 
Tibb sahəsində müəyyən biliklər kilsələrin nəzdində fəaliyyət göstərən dini məktəblərdə tədris
olunurdu. Şəkidə tibb elmi sonrakı əsrlərdə daha da inkişaf etmişdi. IV əsrdən etibarən türkəçarə
adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş
yayılmağa baş​ladı. Həkimlərə türkçə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim),
dərmana isə ota deyirdilər.
Şəkidə orta əsrlərdə el həkimlərinin xəstələrə, eləcə də sağlam adamlara xəstəliyə tutulmamaları
üçün tövsiyə etdikləri məsləhətlər, fikrimcə, oxucular üçün maraqlı olardı. Məsələn;
 
Aya qarşı gərnəşən sağlam olmaz.
Başlar toqquşanda yerə tüpürüb deyərlər: “Başıma keçəl düşməsin”.
Dağdağan odunu yandıran xəstələnər.
Zahı arvadın üstünə iynə-sancaq sancarlar ki, bəd ruhlar ona xətər yetirməsin.
Kitabı açıq qoyub yatmazlar – yaddaşsız olarsan.
Gəlin hamilə vaxtı dovşan əti yesə, uşağın ağzı mırıq olar.
Gecə dırnaq tutan ömründən kəsər.
Ağartı çox yeyənin ömrü uzun, ət yeyənin ömrü gödək olar.
 
Maraqlı burasıdır ki, bu deyimlər, inanclar qədimdən gəlsə də, əksəriyyəti gü​nümüzdə də
yaşamaqdadır.
Bəl​ğəm, göyöskürək, vərəm xəstəliklərinə tutulan, öskürərkən ağ​zından qanlı bəlğəm gələn xəstələrə
15-20 gün hər axşam yatmamışdan və hər səhər yeməkdən əvvəl yarpız, bənövşə və nar çiçəyini
dəmləyib, eşşək, yaxud dəvə südü ilə qarışdırıb bir fincan içmək məsləhətdir.
VII əsr Alban tarixçisi Musa Kalankatuklu özünün “Alban tarixi” kitabında yazır ki, tibb elmində
kamilliyə çatan insanlar bu ölkədə xüsusi hörmət sahibləri olmuşdular. O zaman Şəkidə xüsusi
əczaxanalar varmış. Orada həm yerli dərman bitkiləri, həm də dünyanın müxtəlif ölkələrindən
gətirilmiş dərman bitkiləri satılardı. 
VIII əsdə Azərbaycan, o cümlədən Şəki ərazisi ərəb qoşunları tərəfindən işğal olundu və İspaniyadan
Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə
qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb
oldu. Bünövrəsi VIII-IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi.
Mübaliğəsiz demək olar ki, X-XIV əsrlərdə islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil
edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz
müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar.
Yeri gəlmişkən, qeyd edim ki, isla​mı qəbul etdikdən sonra daha çox “loğman” və “təbib” kimi ərəb
mən​şəli ter​min​lərdən istifadə etməyə başlayan şəkililərin is​lam​dan çox-çox ön​cələrdən “emçi” (emsi)
kəlməsindən isti​fadə etdikləri məlumdur.
İslami inancın əski türk inanclarının yerini tutması ilə təkcə dua və ovsunların dilində və məzmununda
deyil, nə za​man və hansı hallarda oxunması şərtlərində də əsaslı dəyi​şik​liklər baş vermişdir.
İslam ehkamlarına görə, duanın qəbul olunması üçün müvafiq vaxt, hal və yerlər aşağıdakı kimi təsbit
edilmişdir:


 
1. Qədir gecəsi;
2. Gecənin son üçdə biri;
3. Fərz namazlarının arxasınca;
4. Azanla iqamə arasında;
5. Hər bir gecədə və qeyri-müəyyən vaxtda;
6. Fərz namazlarına çağırış zamanı;
7. Yağış yağanda;
8. Allah yolunda sıralarda dayanan zaman;
9. Cümə günü qeyri-müəyyən bir vaxtda. Bu vaxt müd​​dəti barədə ən dolğun rəy bu vaxtın axşam
çağının so​nu​na təsadüf etməsidir. Lakin bu vaxt müddəti xütbə və na​maz vaxtlarında da ola bilər;
10. Sadiq niyyətlə zəmzəm suyunu içdikdə;
11. Səcdədə;
12. Gecə yuxudan ayılan zaman bu barədə mövcud mü​vafiq dua ilə dua etdikdə;
13. Təharətli vəziyyətdə yatıb, gecə yuxudan ayılaraq dua etdikdə;
14. “Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən,
zalimlərdən olmuşam” – zikri ilə dua etdikdə;
15 Ölüm baş verdikdən dərhal sonra insanların cənazə üçün duası;
16. Sonuncu təşəhhüddə Allaha həmd-səna etdikdən və Peyğəmbərə (s) salavat gətirdikdən sonra;
17. Allahın dua etdikdə qəbul olunan və istənildikdə verilən əzəmətli adı ilə dua etdikdə;
18. Müsəlmanın müsəlman qardaşı üçün gizlində etdiyi duası;
19. Ərəfat günü Ərəfat dağında;
20. Ramazan ayında;
21. Müsəlmanlar zikr məclisində;
22. Müsibət baş verdikdə: “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq!”“
Allahım, başıma gə​lən müsibətin arxasından isə mənə xeyir və mərhəmət bəxş et!” – deyə dua
etdikdə;
23. Allaha ürəkdən və möhkəm ixlasla dua etdikdə;
24. Məzlumun ona zülm edənə qarşı etdiyi bəddua;
25. Atanın övlada etdiyi xeyir-duası və bədduası;
26. Müsafir olduqda;
27. Oruclu olanın iftaradək etdiyi dua;
28. Oruclu olanın iftar zamanı etdiyi dua;
29. Məcburiyyət qarşısında qalan şəxsin duası;
30. Ədalətli rəhbərin duası;
31. Xeyirxah övladın valideynə etdiyi dua;
32. Dəstəmaz aldıqdan sonra bu barədə mövcud dua ilə dua edildikdə.
Lakin islam əski türk inanclarını və onlarla bağlı adət, ənənə və mərasimləri bütünlüklə aradan
qaldıra bilməmişdir. Şamanizmdən qaynaqlanan inanc, adət, ənənə və mərasimlər bu və ya digər
dərəcədə qorunub-saxlanıla bilmişdir. Bəzi hallarda isə əski folklor nümunələri uşaq oyun və nəğ​-
mələrinə çevrilərək, günümüzədək mövcudiyyətini sürdür​müş​dür. Çünki yad ideologiyanın
təsirlərindən azad qalan uşaqlar ən qədim zamanlardan bəri əcdadlarımızın inanc, adət, ənənə və
mərasimlərini bu və ya digər şəkildə davam etdirmişlər.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə