ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 2,23 Mb.
səhifə13/39
tarix19.10.2018
ölçüsü2,23 Mb.
#74964
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

İBADƏT VƏ ADƏT


Psixoloqlar deyirlər ki: Hər hansı bir işin insan üçün adətə çevrilməsi ilə eyni zamanda onda bir-birinə zidd olan iki xasiyyət meydana gəlir. Ona nə qədər çox adət edilsə və insanın məşqləri nə qədər çox artsa iş bir o qədər daha asan və daha sadə şəkildə yerinə yetirilər. Makinada yazmağa adət edən bir şəxs nə qədər çox adət edərsə onun işi daha sürətli və onun üçün daha asan başa gələcəkdir. Amma nə qədər çox adət edərsə ona yetirdiyi diqqət də bir o qədər azalacaqdır. Yəni bu əməlin iradə və diqqət üzündən yerinə yetirilməsi yönü azalacaq, qeyri-iradi işlərə daha çox yaxınlaşacaqdır. Adətin xasiyyəti bundan ibarətdir. İslamda niyyət məsələsinə bu qədər çox diqqət yetirilməsinin səbəbi də məhz ibadətlərin adət halına çevrilməsinin qarşısının alınması üçündür ki, adət halına keçməklə təbii, qeyri-iradi, qeyri-fikri, hədəfsiz və hədəfin dərk olunmayacağı qədər diqqət yetirilməyən bir işə çevrilməsin.

Qeyd olunanları biz yalnız islami namazlarda əldə edir və anlayırıq ki, tərbiyəvi proqramlardan çoxu bu ibadətin vasitəsilə və bu ibadətin həcmində tətbiq olunur. Halbuki bu əməlin özü Allaha eşq-məhəbbəti pərvəriş edən, insanda mənəviyyat yaradan bir əməldir ki, bu da ibadətin məğzindən ibarətdir.2


İBADƏT, ZÖHD VƏ İRFAN


Əbu Əli Sina “İşarat” kitabının “Məqamati arifin” fəslində belə deyir:

Dünyanın maddi nemətlərindən üz çevrinə şəxs zahid, namaz, oruc və s. kimi ibadətlərə dəqiq fikir verən şəxs abid qəlbinə Haqq nuru saçsın deyə, öz batini aləmini Haqq-taaladan başqasına diqqət yetirməkdən saxlayan və yalnız Müqəddəs Zata diqqət yetirən şəxs arif adlanır. Əlbəttə bu ünvanlardan ikisi, yaxud da üçü bir nəfərdə cəm ola bilər.”

Deməli, zöhd bundan ibarətdir ki, insan dünyəvi istəklərdən üz çevrsin; ibadət bundan ibarətdir ki, namaz, oruc, Quran tilavəti və s. kimi xüsusi ibadətləri yerinə yetirsin, istilahda işlənən irfan bundan ibarətdir ki, insan öz zehnini Allahdan başqasından təmizləsin, Haqq-taalanın zatına kamil diqqət yetirsin ki, Haqq-taalanın nuru onun qəlbinə saçsın.

Axırıncı cümlədə mühüm bir nöqtəyə işarə olunmuşdur. O da bundan ibarətdir ki, bu ünvanların bəziləri bəzi digəri ilə tərkib tapa bilir. Məsələn, mümkündür ki, bir şəxs eyni halda həm zahid olsun, həm də abid; yaxud həm abid olsun, həm də arif; yaxud həm zahid olsun, həm arif; yaxud həm zahid, həm arif, həm də abid olsun. Lakin Şeyx bu barədə əlavə izahat verməmişdir.

Əlbəttə, onun məqsədi bundan ibarətdir ki, bir şəxs eyni zamanda zahid və ya abid olmasına baxmayarq arif olmaya bilər, lakin arif olduğu halda zahid və abid olmaması qeyri-mümkündür.

Əlavə izahat üçün bunu qeyd edirik ki, zahid ilə abid “ümum-xüsus min vəch”dir, mümkündür ki, bir şəxs zahid olsun, amma abid olmasın, ya abid olsun, zahid olmasın, yaxud həm abid olsun həm də zahid. Bunların hamısı aydındır. Lakin zahidlə abidin hər birinin arif ilə münasibəti “ümum-xüsus mütləq”dir. Yəni hər bir arif zahid və abiddir, lakin hər zahid və ya abid arif hesab olunmur.

Əlbəttə sonrakı bölmələrdə qeyd olunacaqdır ki, arifin zöhdü ilə qeyri-arifin zöhdünün iki fəlsəfəsi vardır. Arif olmayan zahidin zöhdünün fəlsəfəsi bir şeydir, arifin olan zahidin zöhdünün fəlsəfəsi isə tamamilə başqa bir şeydir. Eləcə də arifin ibadətinin fəlsəfəsi bir şeydir, qeyri-arifin ibadətinin fəlsəfəsi isə tamamilə başqa bir şeydir.

Üstəlik arifin zöhdü, ibadətinin ruhu, məğzi, mahiyyəti qeyri-arifin ibadəti və zöhdünün mahiyyətilə tamamilə fərqlənir.

Qeyri-arifin zöhdü bir növ alverə oxşayır, sanki dünya əmtəələrini verir ki, axirət əmtəələrini əldə etsin. Amma arifin zöhdü bir növ qəlbi, ixlası Allahdan qafil edən şeylərdən pak-pakizə saxlamaqdır. Qeyri-arifin ibadəti isə bir növ muzd almaq məqsədilə olunan müamilə növündəndir. Sanki dünyada muzdurluq edir ki, axirətdə əcr və savabdan ibarət olan muzdunu əldə etsin. Amma arifin ibadətinə gəldikdə isə bu, qürur aləmindən üz döndərərək Haqq-taalaya diqqət yetirmək ruhiyyəsini bir növ özündə məşq etdirmək sayılır ki, bunun təkrar edilməsi ilə həmin tərəfə çəkisin.

ARİFİN İBADƏT ETMƏKDƏ MƏQSƏDİ


Arif, yalnız Haqqı (Allahı) istəyir, Haqdan başqa da bir məqsədi yoxdur O, heç bir şeyi Haqqa olan mərifətindən üstün hesab etmir, Haqqa ibadət etməsi yalnız ona görədir ki, Onu ibadətə layiq görür; ona görədir ki, ibadət öz-özlüyündə şərafətli bir rabitədir, müəyyən bir şeyə meyl, tamah göstərmək, yaxud hər hansı bir şeydən qorxmaq xatirinə deyil.

Məqsəd bundan ibarətdir ki, arif hədəf baxımından müvəhhiddir (tövhidçidir) , yalnız Allahı istəyir, lakin o, Allahı dünyəvi, yaxud da axirət nemətlərinə çatmaq üçün bir vasitə olaraq istəmir. Çünki əgər belə olarsa, onun ilk növbədə istədiyi şey bu nemətlərdir, Allah da bir müqəddimə, vasitə olur. Deməli, həqiqi istənilən və məbud həmin bu nemətlər, başqa sözlə həqiqi və istədiyi məbudu nəfs olacaqdır. Çünki həmin nemətləri öz nəfsini təmin etməkdən ötrü istəyir.

Arif hər bir şeyi yalnız Allah xatirinə istəyir, Allahın nemətlərini də məhz buna görə istəyir ki, o nemətlər Allah tərəfindəndir, Allahın inayətidir, Onun lütf və kəramətidir. Deməli qeyri-arif, Allahı Onun nemətlərinə görə istəyir, arif isə Allahın nemətlərini Allaha görə istəyir.

Burada belə bir sual meydana gəlir ki, əgər arif Allahı heç bir şey üçün istəmirsə, onda nə üçün Ona ibadət edir? Məgər bhər bir ibadət müəyyən bir məqsəd üçün yerinə yetirilmirmi?! Şeyx belə cavab verir ki, arifin ibadət etməkdə əsas məqsədi və hədəfi iki şeydən biridir: Məbudun zatən ibadət olunmağa ləyaqəti, yəni məhz buna görə Allaha ibadət edir ki, O, ibadətə layiqdir. Bu insanın hər hansı bir şəxsdə və ya şeydə müəyyən bir kamalı görərək onu tərifləməsinə bənzəyir. Əgər soruşulsa ki, bu tərifdə məqsədin nədir, bu tərifləməyin sənə nə faydası vardır? Deyəcəkdir ki, mən bu şəxsdən və ya şeydən bir fayda almaq məqsədi ilə onu tərifləmirəm, yalnız onu tərifə layiq gördüyüm üçün tərifləyirəm. Bütün sahələrdə olan qəhrəmanları tərifləmək də məhz bu qəbildəndir.

Arifin ibadətdən digər bir hədəfi də ibadətin özünün layiqli əməl olmasıdır, yəni ibadətin şərafəti və zatən olan gözəlliyidir. İbadət bəndə ilə Allahın arasında bir nisbət və rabitə olduğundan yerinə yetirilməyə layiq olan bir işdir, deməli hər bir ibadətin hansısa tamah və ya qorxu üzündən olmasının zərurəti yoxdur.

Əli (ə)-dan nəql olunan məşhur bir cümlədə Allaha, məhz Onun məbud olmağa ləyaqəti xatirinə ibadət etdiyi qeyd edilir.

Ariflər bu mətləbin üzərində çox bəhs edir və deyirlər ki, əgər insanın həyat, yaxud da ibadət xüsusunda istək və məqsədi Haqq-taalanın zatından başqa bir şey olsa, bu, bir növ şirk sayılır. Yüz faiz olan irfan da bu növ şirkin ziddidir. Bu zəminədə çox lətif sözlər demişlər. Burada Sədinin “Bustan” kitabında Mahmud Qəznəvinin Əyaz ilə olan söhbətini qeyd edirik.

ŞER


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə