Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə93/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   90   91   92   93   94   95   96   97   98

Firuz Mustafa 
334 
F.Mustаfаnın  ilk  mətbu yazıları  “Azərbaycan  gəncləri”, 
“Ba
kı”,  “Kommunist”,  “Tərəqqi”, “Elektrik”  qəzetlərində, 
“Müx
bir”,  “Təşviqatcı”,  “Ulduz” jurnallarında çap olunub. 
İlk  bədii kitabı  “Gənclik”  nəşriyyatında (1985), ilk elmi mo-
noqrafiya
sı “Elm” nəşriyyatında (1989) işıq üzü görüb. Onlar-
la еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox 
film
lər  çəкilib.  О,  bir  sira xarici  filоsоf,  şair  və  yаzıçılаrın 
əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin 
və  s),  hаbеlə  “Putin. Birinci  şəхsdən”  (2000)  кitаbını 
Аzərbаycаn dilinə tərcümə еdib. F.Mustаfа 40-dan çox kitabın 

əllifidir. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, eləcə də 
Türki
yədə tаmаşаyа qоyulub. Əsərləri alman, rus, türk, fransız 
və ingilis dillərində dərc edilib.  
F.Mustafa b
ədii yaradıcılığa 80-ci illərin əvvəllərində baş-
la
mışdır.  Müstəqillik illərinə  qədər onun iki kitabı-  "Göyəm 
коllаrı" (1985) adlı hekayələr və "Dünyаnın rəngi" (1989) adlı 
povest v
ə hekayələr kitabı nəşr edilmişdi. Elə ilk hekayələrin-
d
ən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi 
il
ə "kiçik janrda" böyük mətləbləri ifadə etməyə çalışıb. "Ha-
ray",  "İşıq",  "Ağır  yük",  "Qeyri-kafi", "Yay sazağı",  "Küçə 
n
əğməsi", "Göyəm kolları. Çisək" hekayələrində yazıçı gerçək-
liy
ə eləcə də həyat, insan və zamana olan münasibətini özünə-
m
əxsus  şəkildə  ifadə  edirdi.  V.Şukşinin xatirəsinə  həsr etdiyi 
"Qeyri-kafi" hekay
əsində müharibə iştirakçısının illər sonra əlli 
ya
şında tələbə olmaq üçün instituta imtahan verdiyini, burada 
g
ənc abituriyentlərin istehzası və gənc müəllimin onun mühari-
b
ə  haqqında danışdıqlarına ümumi mülahizələr, yaxud nağıl 
hesab ed
ərək "qeyri-kafi" yazmasını real cizgilərlə təsvir edir. 
Onun biliyini qiym
ətləndirən gənc müəllim müharibə ilə bağlı 
t
ədqiqat əsəri yazmasına rəğmən, müharibədə iştirak edən, la-
kin t
əhsil almaq üçün özündə cəsarət tapan Ağa müəllimin bili-
yini "qeyri-kafi" qiym
ətləndirir. Ondan əvvəl "qeyri-kafi" alan 
bir neç
ə  gənc kəsildiyinə  görə  ağlamışdı.  Ağa  müəllimin də 
gözl
ərindən yaş gəlir, lakin bu göz yaşı aldığı qiymətə görə de-


Seçilmiş əsərləri, I CİLD 
335 
yildi; ondan imtahan götür
ən  yaşlı müəllimin gənc həmkarına 
üz tutaraq ona m
əzəmmətlə:  "Cavan deyil ki, deyəm gələn il 
g
əlsin.  Bu  yaşda oxumaq  eşqi var, elə  bu bəsdi, Təhməzli..." 
deyir;  öz bölük komandirinin familiya
sını eşitdiyi zaman gənc 

əllimə diqqətlə baxıb onun leytenant Təhməzlinin oğlu ol-
du
ğunu heç bir şübhəsi qalmır. Əslində onun gözlərindən gələn 
yaş, "qeyri-kafi" aldığına görə deyil, qollarında can verən dos-
tu
nun  oğluna rast gəldiyindən idi: "Gedim həyətdə  gözləyim. 
İmtahandan sonra yaxalayaram. Cəhənnəm olsun imtahan da, 
ali t
əhsil də...Gözüm, zənnim məni aldatmaz. Bu leytenant 
T
əhməzlinin  oğludur...Öz dostumun, öz qardaşımın  yadigarı-
dır" (F.Mustafa. Göyəm kolları. B., 1985, s. 35). Yazıçı heka-
y
əsində  tarixdən imtahan verən  Ağa  müəllimin müharibə  ilə 
bağlı sualının cavabında bütün müharibə dəhşətlərini təsvir et-
m
ək və bir təsadüf nəticəsində dostunun oğluna rast gəlməsini 
son d
ərəcə realist cizgilərlə təsvir edir.  
İlk kitabında dərc edilən "Göyəm kolları. Çisək" hekayəsi 
d
ə təsvir orijinallığına və bədii bitkinliyinə görə ən yaxşı heka-
y
ələrdən biri idi. Hekayədə  gənc Qaranın  həyatı  təsvir edilir; 
lal v
ə danışa bilməyən oğlanın daxili aləmi açılır. O lal olsa da, 
ətrafında baş verən haqsızlıqlara biganə qala bilmirdi, buna gö-
r
ə  də  otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi. Kənddə 
ya
şayan Qaranın şəhərdən gələn, dodaqları çiyələyə bənzəyən 
qızla  bağlı  düşüncələrini yazıçı  belə  təsvir edirdi: "Qara belə 
hesab el
əyirdi ki, qızın dodaqları nə qədər qızarsa da, ömründə 
çiy
ələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin necə qızar-
dığını, əzəlki rənginin get-gedə necə yox olduğunu, dadının ne-
c
ə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yoxlaya bilərdi; elə 
çiç
əklər də çiyələklər kimi onun gözü qabağındaca yavaş-yavaş 
böyüy
ər, rəngdən-rəngə  düşərdi; yağış,  şeh  nə  də  çiçəklərin 
r
əngini soluxdurmazdı;  damcıların  altında rənglər daha  da  əl-
vanla
şardı" (Yenə orada, s. 56). 
F.Mustafa
nın "Dünyanın rəngi" kitabında dərc edilən "Bə-
yaz r
əqs", "Marsdan telefon zəngi", "Alın yazısı", "Dərman şü-


Firuz Mustafa 
336 
şəsi", "Nəmişlik", "Bu yol hara gedir" və s. hekayələrində də 
c
əmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün zid-
diyy
ətləri, təzadları  ilə  göstərilir. Bu hekayələrdə  süjetlərin 
struktur sad
əliyi, obrazların  psixologiyasını  detallarla çatdırıl-
ma
sı, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir 
m
ərhələyə daxil olduğunu göstərirdi. Ən əsası isə onun hekayə-
l
ərində dərin bir həyat müşahidəsi var idi. Bunu nəzərdə tutan 
t
ənqidçi V.Yusifli "Alın yazısı" hekayəsi haqqında yazır: "Alın 
ya
zısı" hekayəsindəki Kişi və Qadın obrazları Firuzun çox də-
qiq h
əyati müşahidıləri  əsasında yaranıb.  Həyatda ömrü-günü 
puç olan, amma yen
ə yaşamaq istəyilə nəfəs alan insanlar var. 
X
əstə Həmid və Xəstə qadın..." ("Kaspi" qəzeti, 31.05.2014).  
F.Mustafa
nın "At günü" hekayə-triptixi isə çağdaş hekayə-
çiliyimizin klassik nümun
ələrindəndir. Təsadüfi deyil ki, heka-
y
ə azərbaycanca və rusca çap olunduqdan ("Ulduz", 2004, N1, 
"Literatur
nıy Azerbaydjan", 2008, N11) dərhal sonra oxucula-
rın, yazıçı və tənqidçilərin böyük marağına səbəb olmuş, haq-
qında məqalələr yazılmış və təhlillər aparılmışdır. Yazıçının bir 
çox n
əsr əsəri kimi bu hekayənin də orijinal strukturu ideyanın 
t
əsvirində mühüm rol oynayıb. Hekayə-triptix üç hissəyə-"Qa-
çış", "İntihar" və "Son" bölümlərinə ayrılıb. Özünəməxsus təh-
kiy
ə orijinallığı və zənginliyi, simvollaşdırma, insanla-təbiətin 
harmoniya
sı və s. bu əsərin də başlıca xüsusiyyəti olaraq səciy-
y
ələnir.  
"At günü" hekay
ə-triptixində sahibinin dayçanın başına gə-
tirdiyi f
əlakətlər son dərəcə təsirli şəkildə əks etdirilir. Sahibi-
nin dayça
nı anasından və ilxıdan ayırması onu öz keçmişindən 
ayırması kimi mənalanır. İnsan səsi belə oni isitmir, o, anasını 
görm
ək istəyirdi. Bir qədər böyüdükdən sonra isə  azadlıq  və 
s
ərbəstlik fikrinə düşür. Lakin onun bu cəhdi boşa çıxır, cana-
var onu yarala
yır. Yaraları sağalandan sonra isə dayça hərəkət-
l
ərində ""sərvaxt", "ehtiyatlı" olmağa çalışırdı. Dayça böyüdü-
c
ə onun bəlaları, fəlakətləri də artır. Ən böyük fəlakəti isə qon-
şunun onu öz anası ilə yaxınlaşdırmaq istəyi zamanı baş verir. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə