Sayali sadiqova


batman  taş atardı.  Toqsan  tümən



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə10/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   6   7   8   9   10   11   12   13   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

batman
 taş atardı. 
Toqsan 
tümən
 gənc oğuz ardımca gəlsin. 
Yigirmi 
dörd sancaq
 bəgi qəlsün. 
Ol kafərin altmış 
arşun
 qaməti vardı. 
Altmış 
batman
 gürz salardı. 
Beş ağcaluq
 əlüfəçilər yoldaş etdin. 
Ta ki, Düzmürd gələsinə yetdilər. 
Çevrə
 alıb getdilər, qondular

1
Quliyeva S. Azərbaycan dilində ədəbiyyatşünaslıq terminologiyasının nə-
zəri məsələləri. B., Nurlan, 2003, səh.21.


28 
Göründüyü kimi, “batman”, “tümən”, “arşun”, “axça”, 
“çevrə” anlayışları işlənmə tarixinə görə qədimdir. 
Terminoloji materialın statistik təhlili göstərir ki, qədim 
oğuzların əsas fəaliyyəti heyvandarlıq olmuşdur. Bu məşğuliy-
yəti əks etdirən onunla bağlı çoxlu heyvandarlıq terminləri işlən-
mişdir. Məsələn, 
Boz ayğırlı Beyrək çapar yetdi. Vardılar Ba-
yandur xanın tövləsinə. Boz atın yalısı boy aydır. Altmış ərkəc 
dərisindən kürk eləsə, topuqlarını örtməyən. Qoçmidir, qoyun-
mudur, ani bilsəm, nərmidir mayamıdır, ani bilsəm. 
Ə.Dəmirçizadə yazır: “Kitabi-Dədə Qorqud”da ərəb və fars 
sözləri müasir Azərbaycan dilindəki ərəb və fars sözlərinə nisbə-
tən çox az işlənmişdir. Dastanların lüğət tərkibi sahəsində aparıl-
mış tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, “Dədə Qor-
qud” dastanlarında əsasən 350 ərəb mənşəli, 136 fars mənşəli 
söz işlənilmişdir və bu sözlərin hamısı məzmun etibarilə bu cür 
deyildir. Əvvələn, onu qeyd etmək lazımdır ki, buradakı fars 
sözlərinin bir qismi, güman ki, daha əvvəllər sasanilər dövründə 
daxil olunmuşdur”.
1
Araşdırmalardan aydın olur ki, dastanda alınma terminlər 
ancaq dini terminlərdir. Bu terminlər də islamiyyət şüarı ilə 
Azərbaycanı işğal edən və qılınc zoruna müsəlmanlaşdırmaq si-
yasətini irəli sürüldükdən sonra dilə daxil olmuşdur. Bununla 
bağlı yaranan dini məfhumlar (namaz, minarə, qiyamət, behişt, 
şəhid, müshəf), müharibələr dövrünün təsiri ilə bir sıra hərbi ter-
minlər (ləşgər, comərd, cəng, namərd) dastanda işlənmişdir. 
Dastanda terminologiyanın sistemli şəkildə inkişaf etməsini 
şərtləndirən əlamətlər mövcuddur. Belə ki, burada işlənən bir sı-
ra silah adlarının, musiqi, tibbi, riyazi anlayışların işlənməsi, 
Azərbaycan türklərinin təsərrüfat həyatının tərkib hissəsini, (qal-
tan, çüvvə, pambıq, bez) yemək adları onların məişətini (süd, 
qaymaq, ayran, qovurma) əks etdirir. Ümumiyyətlə, “Kitabi-Də-
1
Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Maarif, 1979, 
səh.125. 


29 
də Qorqud” dastanlarında müxtəlif sahələrə aid terminlərin iş-
lənməsi mövcuddur. Abidənin dilində leksik-semantik inkişaf 
səviyyəsi elədir ki, bəzən müasir mənada elmi anlayışlar əks 
olunur, bəzən də müasir elmi təfəkkürün müxtəlif sahələrinə dair 
anlayışlarla dastandakı terminoloji leksika arasında birbaşa ge-
netik əlaqə mövcuddur. Ona görə də abidədə işlənən terminoloji 
vahidlər müasir milli terminoloji sistemin tarixi əsasında durur. 
Çünki dastanda qədim azərbaycanlıların həyat tərzi barədə 
konkret və elmi həqiqətə uyğun məlumatlar verilir. Eposun ter-
minoloji leksikası bütün diferensial sahələri ilə birlikdə etnoqra-
fik məzmuna malikdir - burada bilavasitə hər bir sahə üçün və 
ümumiyyətlə bütün sahələr üçün səciyyəvi olan etnoqrafik xüsu-
siyyətlər öz əksini tapır. Həmçinin qədim azərbaycanlıların dün-
yagörüşü, ətraf aləm hadisələrinə münasibətin xarakteri ifadə olu-
nur və elmilik də bir qayda olaraq həmin nisbətlə müəyyənləşdiri-
lir. Abidənin terminoloji leksikası əhatə etdiyi sahələrin diferensi-
allığı ilə seçilir – bu diferensialıq isə idrakın uzun zaman davam 
edən tarixi inkişafın məhsuludur. Demək, Azərbaycan dilinin ter-
minologiyasının təşəkkülü bu dilin tarixi qədər qədimdir. 
Tədqiqatlardan aydın olur ki, Azərbaycan dili hələ VI-VII 
əsrlərdə ümumxalq dili şəklində təşəkkül tapmışdı, bu dil azər-
baycanlılar arasında kütləvi halda işlənirdi və hamı tərəfindən 
başa düşülürdü. Bununla yanaşı, Azərbaycan dili həmin dövrdə 
mədrəsələrdə bir təlim vasitəsi kimi də müəyyən mövqe tuturdu. 
Şifahi ədəbi dildə olduğu kimi, yazılı ədəbi dildə də Azərbaycan 
dilində terminlərin yaranması üçün şərait var idi. Bu dövrdə dili-
mizdə təbabətə, nəbatata, nücuma, səqfə, heyvandarlığa aid ter-
minlər təşəkkül tapmağa başlamışdır. 
Azərbaycan dilində musiqi, təsviri sənət, əkinçilik, hərbi, 
heyvandarlıq və kənd təsərrüfatı ilə bağlı leksik vahidlərin for-
malaşma və təşəkkül tarixi qədim türk yazılı abidələrindən nəşət 
tapır. Çünki qədim türklər və onların dili müasir türk dillərinin 
mənbəyi və kökü kimi qəbul edilir, müasir türk dillərinin öyrə-
nilməsində ortaq türk abidəsi kimi öz dəyərini saxlayır. Ə.Şü-


30 
kürlü yazır: “İndiyədək Qərbi Sibirdə, Şimali Monqolustanda, 
Çində, Türküstanda, Orta Asiyada, Qafqazda və başqa ərazilərdə 
aşkara çıxarılmış olan göytürk yazılı abidələri öz varlığını qoru-
yub saxlayan bütün türk abidələrinin ümumi mədəni sərvətidir 
və hər bir türk xalqı öz dilinin tarixini öyrənmək üçün bu yazı 
mətnlərindən eyni dərəcədə istifadə etmək və onu öz qədim ya-
zısı hesab etmək hüququna malikdir”.
1
Azərbaycan dilində terminologiyanın təşəkkülü də öz kökü-
nü bu mənbələrdən götürür. Buna görə də terminologiyanın tə-
şəkkül və formalaşma tarixinin tədqiqi qədim türk abidələrindən 
başlanmalıdır. Çünki yaşayış üçün lazım olan alətlər qədimdən 
mövcud olmuş və bunları adlandırmaq üçün dildə onlara uyğun 
leksik vahidlərin yaradılması ilə bağlıdır. Maraqlıdır ki, ayrı-ayrı 
qədim türk yazılı abidələrində işlənmiş çoxlu sayda terminlər 
son dövrlərə qədər, bir çoxu isə hətta müasir dövrdə də abidələr-
dəki fonetik quruluşunu və əvvəlki semantik mənalarını saxla-
maqla işlədilir. Türk xalqlarının ortaq yazılı abidələri olan Orxon-
Yenisey kitabələrində işlədilən ox, süngü, yağı, yaraq, qılınc,
və s. terminlər bu gün də Azərbaycan və digər türk dillərinin fəal 
leksik vahidlərindən hesab edilə bilər. N.A.Baskakov türk titul və 
rütbə adlarının öz başlanğıcını qədim dövrlərdən aldığını qeyd 
edərək yazır: “Türk titul və rütbə adları öz başlanğıcını çox qədim 
dövrlərdən alır. Bu adlar qərbdə hunlarda, avarlarda, sabirlərdə 
(b.eranın II-III əsrlərində) və şərqdə – oğuz, uyğur, və qırğızlarda 
(b.eranın VII-VIII əsrlərində) mövcud olmuşdur”.
2
Təbii ki, qədim türk yazılı abidələrində qeydə alınmış musi-
qi, hərbi, təsərrüfat, təsviri sənət, zərgərlik bildirən terminlər, 
ifadələr dövrün inkişaf səviyyəsinə uyğun olaraq işlənmişdir. 
Məsələn, ok, sü (qoşun, ordu), bolun (əsir), tuğ (bayraq), yancı 
(sərkərdə), akın (hücum), sülət (qoşun çəkmək), udiş (qələbə) 
1
Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. B., 1993, səh.6-7.
2
Баскаков Н.А. Титулы и звания в социальной структуре бывшего Хи-
винского ханства. «Советская тюркология», №1, 1983, с.63. 


31 
tipli leksik vahidlər dildə birdən-birə yaranıb və sabitləşə bil-
məzdi. Buna görə də qədim türk yazılı abidələrində işlənən bu 
tipli sözlərin istifadəsi, onların müxtəlif leksik-qrammatik vəzi-
fələr yerinə yetirməsi bir daha sübut edir ki, türk dillərində ter-
min səciyyəli leksik vahidlər daha əvvəllər formalaşmış, cəmiy-
yətimizin tarixinin daha qədim dövrlərindən yaranmışdır. Qədim 
türk yazılı abidələrində cəmiyyətin müxtəlif inkişafının xüsusiy-
yətlərinin ifadəsinə xidmət edən söz qruplarının mövcudluğu bu 
dildə termin xarakterli leksik vahidlərin yaranmasının qədimliyi-
ni deməyə əsas verir. Deməli, ortaq türk abidələri hesab edilən, 
sonralar ayrılmış türk xalqlarının ana yazısı olan Orxon-Yenisey 
abidələrindəki müxtəlif sahələrə aid terminlər tarixi inkişafın 
sonrakı mərhələsində ayrı-ayrı türk dillərinin leksik tərkibində 
özünə yer almış və müasir dövrümüzə qədər gəlib çatmışdır. 
Ona görə də müasir Azərbaycan dilində terminologiyanın təşək-
külünün tarixi qədim türk yazılı abidələrindən, türk eposlarından 
başlanmalıdır. Xüsusilə hərbi və musiqi terminlərinin yaranma 
tarixi daha qədimdir. Abidələrdə tez-tez rast gəlinən yadaq (pi-
yada döyüşçü), sunuş (müharibə, döyüş), apıt (hərbi rütbə), on 
tutuq (hərbi rütbə), görgü (bələdçi), kimi terminlər türklərin ni-
zami orduya, döyüş ənənələrinə malik olduğunu sübut edir. 
İ.Z.Qasımov yazır: “Orxon-Yenisey abidələrinin hər birində ox-
şar mənada işlənən, hərbi terminoloji ekvivalent olan müxtəlif 
formalı terminlərin mövcudluğu isə ayrı-ayrı qədim türk qəbilə 
dillərində eyni anlayışı bildirmək üçün müxtəlif leksik vahidlər-
dən istifadə olunduğunu, hərb işinin bütün türk xalqlarında və 
qəbilə birliklərində təxminən eyni inkişaf səviyyəsinə malik ol-
duğunu göstərir”.
1
Abidələrin yarandığı dövrdə həyatı müharibələrdə keçən, 
daim hərbi yürüşlərlə səciyyələnən qədim türk xalqlarının niza-
mi ordusunu, qoşun növlərini, onların istifadə etdikləri müxtəlif 
1
Qasımov İ.Z. Azərbaycan dilində hərbi terminoloji leksikanın təşəkkülü və 
inkişafı. B., “Nurlan”, 2001, səh.28.


32 
növ silah və sursatların adları xüsusi dil vahidlərində – hərbi ter-
minlərdə öz əksini tapmışdır. Məsələn, kağan (hökmdar), buyu-
ruk (titul və hərbi vəzifə adını bildirir), ayğucu, tarkan, cərik (or-
du, qoşun), yadağ (piyada qoşun), atlığ (süvari qoşun), til (əsir 
alınan), körüc (xəbərçi, casus), yerçi (bələdçi) və s. Bu anlayış 
və məfhumlar qədim türklərdə sistemli ordu, orduda bölmə və 
hissələrin, vəzifələr bölgüsünün olduğunu əks etdirir. Bütün 
bunlar Azərbaycan dilində terminologiyanın təşəkkül və forma-
laşma tarixinin qədimliyini aşkar edir. 
Mahmud Kaşğari “Divanü- luğat-it türk” (1072-1074) əsəri 
ilə türk leksikoqrafiyası tarixində mühüm bir iz qoymuşdur. Be-
lə ki, bu əsərlə türk lüğətçiliyinin təməli qoyulmuşdur. Bununla 
da türk dillərinin, o cümlədən Azərbaycan dilinin lüğətçilik tari-
xi XI əsrdən başlanır. Türk adlanan qəbilələrdən və bunların dil 
xüsusiyyətlərini izah edən ilk lüğət Mahmud Kaşğarinin “Diva-
nü- luğat-it-türk” əsəridir. M.Kaşğari “Türk dilinin nəhvi” adlı 
bir əsər də yazmışdır, amma təəssüf ki, həmin əsər əldə yoxdur. 
Hər iki əsər təsdiq edir ki, M.Kaşğari türk dili qrammatikasının 
ilk müəllifidir, ilk dialektoloq və xalq ədəbiyyatı nümunələrini 
yazıya alan ilk folklorçu olmuşdur. M. Kaşğari türkün və onun 
dilinin gələcəyinə inanırdı. “Divan”da 7500-dən artıq sözün iza-
hını verən müəllif yazırdı: “Həmən bütün türk boylarının dilləri-
ni, qafiyələrini əldə etdim, yalnız unudulmuş kəlmələri bu kitaba 
aldım. Türk dilinə sonradan girmiş sözləri yazmadım”. Təsadüfi 
deyil ki, tədqiqatçılar M. Kaşğari “Divan”ında Azərbaycan dili 
elementlərinin bütöv sistemini müəyyənləşdirməyə çalışmışlar. 
Göstərilmişdir ki, M. Kaşğarinin “Divan”ı müxtəlif türk ədəbi 
dillərinin sistemi kimi Azərbaycan ədəbi dilinin sistemini də əks 
etdirir, lakin bu xüsusi şəkildə fərqləndirilmir.
1
Alınma sözləri 
yox, ancaq təmiz türk sözlərini lüğətə daxil edən M. Kaşğari 
doğru bir elmi yol tutmuşdur. Bununla belə o, kəlmələri sözdə 
1
Асланов B.И. «Дивани-лугат-ит-тюрк» Махмуда Кашкари и Азербай-
джанский язык. – СТ, 1972, №1, с.61-74. 


33 
işlənən hərflərin sayına görə qruplaşdırmışdır. “Divan” ərəblərin 
türk dilini, məhz türkün ana sözlərini öyrənmək arzusu ilə yazıl-
mışdır. N.Cəfərov yazır: “Qədim türkcəni yekunlaşdıraraq orta 
türkcənin (artıq müxtəlif türk dialektlərindən ibarət olan türkcə-
nin) perspektivlərini nümayiş etdirən M.Kaşğari “Divan”ı 
ümumtürkcənin yalnız ifadə imkanlarının genişliyini, yüksək 
normativlik səviyyəsini deyil, həm də müsəlman dünyasında 
get-gedə artan mədəni, siyasi nüfuzunu təsdiq edir, “türk dili ilə 
ərəb dilinin atbaşı bərabər yürüdüklərini” göstərir.”
1
“Divan” iki bölmədən ibarətdir: giriş və sözlük bölmələri. 
M.Kaşğarinin əsərinin Azərbaycan dilinin leksikoqrafiyası geniş 
tədqiq edilmişdir. Bununla belə terminologiya tədqiq obyekti ol-
mamışdır. Lüğətdə işlənən örtük//ötkünc “hekayə”, “yır” “şer”, 
“mahnı”, “koşuq”// “şeir”, “yırağu” “şərqici”, şeir oxuyan məna-
sında işlənmişdir. Məsələn, Ol bir yır yırladı (MK III; 3) Ol yır 
koşqu düzdü (MK, II 14). Lüğətdə “çalğıcı”, sərgici, müğənni 
mənasında 
yıradu
(yırağu) termini də işlənmişdir. Sonrakı dövr-
lərdə bu termin Azərbaycan dilində arxaikləşmişdir. Eləcə də 
koşuq: sür kasidi (MK I, 276). Burada koşuq “şeir, qəsidə məna-
sında işlənir. S.İbrahimovla M.Asamuddinova “Divan”da işlə-
nən “1651 professional terminin kartotekası”nı hazırlamışlar. 
Burada elmi, ictimai-siyasi həyatla, təsərrüfatla bağlı olan anla-
yışlar daha çox işlənmişdir. “Divan”da müxtəlif sahələrə aid ter-
minlər nisbətən təkmilləşmiş, sabitləşmişdir. Lüğətdə işlənən 
terminləri aşağıdakı qruplara bölmək olar: 
1. heyvandarlıq terminləri: kunduz, keçi , katır , tavar, ağıl, 
şişək, qulan, töl (döl), qoç, erkəc. 
2. məişətlə bağlı terminlər: kaşıq, canak, çömçə, kətmən, 
boyunduruk, körük və s. 
3. riyazi terminlər: batman, çevrə, verst (çevres 30 fersahtir, 
MK, III), arşın, nöqtə, uzunluq, dairə (MK,III) 
4. təbabətə aid terminlər: kulak, kirpik, sulaq (dalaq), bilək, 
boyun, burun, sinir, şiş, tamar, ilik; 
1
Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, AzAtaM, 2002.


34 
5. coğrafiya və astronomiya terminləri: ülkər, bürc, buzluq, 
yulduz, vadi, göl, teniz, sərətan.
1
Elə sözlər var ki, onların mənaları sonradan genişlənərək 
terminoloji məna ifadə etmişdir. Məsələn, Tüfək söyüd qabığın-
dan yaxud, yaş süy qabığından hazırlanmış loru, lülə, onunla 
yumru daş atıb sərçə ovlayırlar. Odlu silah ixtira edildikdən son-
ra zahiri bənzəyişə və funksiya oxşarlığına görə “tüfək” sözü od-
lu silah bildirmişdir. 
Elə terminlər var ki, onlarda məna daralması müşahidə edi-
lir. Məsələn, abidələrdə “cerik” termini qoşun, ordu mənasını 
verirsə “Divan”da ancaq düzülmüş ordu hissəsi mənasını verir 
və onun semantik məna tutumu daha da konkretləşir. Lüğətdə 
atış, uruş, keriş, atim, pusuq, yizık (öndə gedən əsgər bölüyü), 
akuncu kimi düzəltmə terminlər üstünlük təşkil edir. Ümumiy-
yətlə, M.Kaşğarinin “Divanü lüğət it-türk”ü XI əsrdə türk dillə-
rinin funksional-tarixi mənzərəsini kifayət qədər dolğun şəkildə 
əks etdirir. Görkəmli türkoloq türk dillərinin fonetik, leksik və 
qrammatik səviyyələrdə özünəməxsusluqlarını göstərmək üçün 
ərəb əlifbasının və dilçiliyinin “standartlar”ına heç də həmişə 
riayət etməmiş, müəyyən çıxış yolları, qanunauyğunluqlar axta-
rıb tapmışdır. Ərəb əlifbası türk dillərinin fonetikasına yaradıcı 
surətdə tətbiq edilmişdir.
2
M. Adilov yazır: “Azərbaycan müsəlman mədəniyyətinin 
kökləri VII əsrə gedib çıxır. Həmin əsrin ikinci yarısından başla-
yaraq xilafətin müxtəlif elmi, təhsil və mədəniyyət mərkəzlərin-
də məskunlaşan Azərbaycan nümayəndələri öz əsərlərini ərəb di-
lində qələmə almış, Azərbaycanın öz ərazisində yaşayan müəllif-
lər isə yalnız X əsrdən etibarən ərəbcə yazıb-yaratmağa başlamış-
lar. Sonralar tarixi şəraitin dəyişməsi Azərbaycan mədəniyyətinin 
1
Divanü lüğat it-türk tercümesi çevireni B. Atalay, Ankara, 1939-1941, cilt. I-II. 
2
Xudiyev N. Xalqın tarixi haqqı: dilimiz, varlığımız. Bakı, “Azərbaycan”, 
2003, səh.90.


35 
zənginləşməsinə, ərəb dili ilə yanaşı, fars və türk dillərində yazıl-
mış ədəbiyyatın meydana gəlməsinə səbəb olmuşdur”.
1
Onu da qeyd edək ki, “VII əsrdə ərəb istilası Azərbaycanın 
elmi və mədəni həyatında dərin iz qoydu. Belə ki, Yaxın və Orta 
Şərqin bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da ədəbi 
dillərin inkişafına ara verdi. Xilafətin ərəbləşməyib, yalnız mü-
səlmanlaşmış bir çox xalqları, o cümlədən azərbaycanlılar tədri-
cən ərəblərin dini ilə birlikdə onların dillərini də mənimsəyərək, 
az qala XI əsrədək elmi, dini və ədəbi yaradıcılıqda bu məqsədlə 
Latın dilindən istifadə edən avropalılar kimi ərəb dilini işlətmə-
yə başladılar”.
2
Göründüyü kimi, bundan sonra kargüzarlıq, dövlət və şəxsi 
yazışmalar, eləcə də dini və dünyəvi xarakterli elmi əsərlər ərəb 
dilində yazılırdı.
N. Cəfərov yazır: “Türk dili tarixi” kitabında onları qınayır, 
lakin böyük türkoloq nəzərdən qaçırır ki, bu türklərin (oğuz-səl-
cuqların) ana dilinə laqeydlikləri, yaxud böyük mədəniyyət qar-
şısında heyranlıqları, həmin mədəniyyətləri təbliğ etmələri de-
yildi, onlar həm bir türk, həm bir fars, həm də bir ərəb kimi dü-
şünmək, özlərini ümumən müsəlman mədəniyyətinin daşıyıcısı 
kimi aparmaq, bütövlükdə müsəlman dünyasına hökm etmək is-
təyirdilər.”
3
Ərəblərin özləri də ərəbləşmiş və müsəlmanlaşmış islama-
qədərki zəngin mədəni ənənələri bir yerə cəmləyərək ümumi 
ərəb-müsəlman mədəniyyətinin yaranmasında iştirak edirdilər. 
Artıq IX əsrdən başlayaraq ən böyük şəhərlər – Dəməşq, Bağ-
dad, Hələb, Bəsrə, o cümlədən Azərbaycanın Ərdəbil, Marağa, 
Şamaxı və b. təhsil ocaqları, kitabxanaları, məscidləri elmi mər-
kəzlərə çevrildilər. IX əsrin ortalarında dünyəvi elmlərin inkişafı 
üçün şərait yaranmış – belə bir mühit fiqhin, məntiqin və fəlsə-
1
Adilov M. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası, fil.e.d. alimlik 
dərəcəsi almaq üçün dis-nın avtoreferat Bakı, 2004, səh.11. 
2
Azərbaycan tarixi, II cild, B., Elm, 1998, səh.259.
3
Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, AzAtaM, 2002, səh.117. 


36 
fənin inkişafına səbəb olmuşdur. Bununla yanaşı, əlverişli şərait 
VII-X əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq və başqa 
ictimai elmlərlə birlikdə təbiətşünaslıq, riyaziyyat, astronomiya 
və b. elmlərin inkişafına təkan verdi. Bağdadda təsis edilmiş, el-
min inkişafında mühüm rolu olan “Dərul-hikmət” adlandırılan 
elmi mərkəzin müxtəlif dillərdə yazılmış əsərlərin ərəb dilinə 
tərcümə edilməsində, Platon, Aristotel, Hippokrat və başqa məş-
hur filosofların əsərlərinə şərhlərin yazılmasında mühüm rolu ol-
muşdur. Bunların müqabilində elmi və fəlsəfi traktatlar yaranır-
dı. Məhəmməd ibn Musa əl-Xarəzmi ilk dəfə olaraq məntiqi 
qaydalar əsasında cəbr elminin bünövrəsini qoymuş, Əbubəkr 
Məhəmməd ər-Razi (865-925) tibbə, Əbu Abdulla əl-Bəttani 
(858-929) astronomiyaya dair qiymətli əsərlər yazmışdılar. Kim-
ya alimləri bu elmin sonrakı inkişafı üçün dəyərli işlər görmüş-
lər. Onlar spirt (əl-küpul), sülema (əs-süleymani), potaş (əl-qil), 
naşatır spirti (ruh ən-müşadir), sulfat turşusu (zit əz-zac), gümüş 
nitrat (ma əl-fidda) kimi maddələr kəşf etmişlər. 
Təbiət elmləri IX əsrdən etibarən Azərbaycanda inkişaf et-
mişdir. O dövrdə Azərbaycanda olmuş səyyahlar, coğrafiyaşü-
naslar burada bacarıqlı həkimlərin yaşadıqlarını yazırlar. 
X əsrin sonlarında Bəsrədə yaranmış “Saflıq qardaşları” cə-
miyyətinin (üzvləri Orta Asiya, Azərbaycan, Suriyada fəaliyyət 
göstərirdi) təşəbbüsü ilə “Rəsail savah əs-səfa və düllan əl-vəfa” 
adlı ensiklopediya yaradılmışdı. Dörd hissədən ibarət olan bu 
ensiklopediya 51 traktatı əhatə edir. Onlardan on üçü riyaziyyat, 
on yeddisi təbiyyət, onu metafizika və on biri ilahiyyat məsələ-
lərinə həsr olunmuşdur. Deməli, ərəb dilinin həm rəsmi, həm də 
elmi-ədəbi dilə çevrilməsi, mənşəcə ərəb olmayan alimlərin, ya-
zıçıların da öz əsərlərini ərəb dilində yazması dövrün tələbi idi. 
X əsrdən başlayaraq abidələr ərəb əlifbası ilə yazılmışdı. Bu 
mənbələr türk dillərinin, o cümlədən Azərbaycan dilinin tədqiqi 
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ərəb fi-
losofu Əbu Həyyanın (1256-cı) və onun “Kitab əl-idrak li-lisan 
əl-ətrak” əsəri dəyərli bir mənbə kimi diqqəti cəlb edir. Q.Əmi-


37 
rova yazır: “Kitabi əl-idrak li-lisan əl-ətrak” əsərinin Azərbay-
can dili üçün mənbə olaraq araşdırılması Azərbaycan yazılı ədə-
bi dil dövrünün ilkin fonoloji tərkibini, lüğət tərkibindəki bir çox 
sözlərin ilkin semantikasının, mənşəyinin və s. aydınlaşdırılma-
sına imkan yarada bilər”
1
. Yazılı mənbələrdən aydın olur ki, XI 
əsrdən Azərbaycanda qrammatika və leksikoqrafiyanı tədqiq 
edən böyük bir məktəb yaradılmışdır. Ərəb ölkələrində türk dili-
nə maraq türklərin xilafətə axınından çox əvvəllər də olmuşdur. 
Ərəb xilafətində türk dilinin öyrənilməyə başlanmasını IX əsrə 
aid etmək olar. Məhz bu dövrdə Abbasilər öz silahlı qüvvələrinə 
saysız-hesabsız türklər dəvət etdilər. Xəlifə əl-Mötəsim (833-
842) dövründə ərəb ordusunda 70 mindən çox türk xidmət edir-
di. Elə bu zamandan xilafətdə demək olar ki, bütün siyasi haki-
miyyəti ələ keçirmiş türk hərbi sərkərdələrinin dövləti idarə işin-
də nüfuzu gündən-günə artırdı. Daha sonralar Əl- Əyyubilər 
(1169-1250) dövləti, eyni zamanda məmlik sultanları (1250-
1517) dövründə bütün hakimiyyət türklərin əlinə keçdi. Elə buna 
görə də ərəblər türk dilini öyrənmək məcburiyyətində qaldılar”.
2
Bu dövrdə də türk dilinin öyrənilməsi məqsədi ilə bir sıra 
dərsliklər, lüğətlər və qrammatikaya aid əsərlər yazılırdı. Əslən 
ərəb olanlar da ərəb dilli azərbaycanlılarla yanaşı türk dilini təd-
qiq edir, bu dilin qrammatikası ilə bağlı (fonetika, morfologiya, 
sintaksis) dəyərli əsərlər yazırdılar. Onlardan məşhur ərəb leksi-
koqrafı İsmail əl-Cövhərinin “Əs-Sihah” adlı ərəbcə-türkcə lü-
ğətini, Əbu Həyyanın “Kitab əl-idrak li-lisan əl-ətrak” və “Əd-
Dürrə əl-mudiyyə fi-l-luğa ət-Türkiyə” lüğətləri xüsusi ilə əhə-
miyyətlidir. Türk dilini öyrənmək barədə Əbu Həyyan belə ya-
zır: “Mən bu dili sözbəsöz öyrəndim, sözlərin mənasını inandı-
1
Əmirova G. “Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin” “Kitab əl-idrak li-
lisan əl-ətrak” əsəri Azərbaycan dili tarixi üçün mənbə. Nam.diss.avt. B., 
2004, səh.5.
2
Əsirəddin Əbu Həyyan əl-Əndəlisi Kitab əl-idrak li-lisan əl-ətrak (ərəbcə-
dən tərcümə edəni akad. Z.Bünyadov) Bakı, Azərbaycan Dövlət nəşriyyat-
Poliqrafiya Birliyi, 1992 səh.3.


38 
ğım adamlardan soruşub dəqiqləşdirdim, morfologiya və sintak-
sis ilə bağlı olaraq heç kəsin dalınca getmədim, öz imkan və bi-
liyimə əsaslanaraq, morfologiya və sintaksis qanunları haqqında 
dili bilənlərə məsləhətləşdim və bu qanunları dərindən dərk edə-
rək ən yaxşı nəticələr əldə etdim”
1
.
Əbu Həyyan türklərin dilinə aid altı əsər yazmışdır. Onlar-
dan ikisi “Əd-Dürrə əl-mudiə fi-l luğa ət-türkiyə əl-əcib” və 
“Kitab əl-idrak li-lisan əl-ətrak” əsərləridir. G.Əmirova yazır: 
“Görünür, Mahmud Kaşğari məktəbinin davamçılarından biri də 
Əbu Həyyan olmuş, Mahmud Kaşğarinin təsiri altında lüğətlər 
yazmış, ondan faydalanmışdır”
2

“Kitab əl-idrak li-lisan əl-ətrak” əsərinin birinci hissəsi 
türkcə-ərəbcə lüğətdən ibarət olub 2400 sözü əhatə edir. İkinci 
hissə morfologiya, üçüncü hissə isə sintaksisdən bəhs edir. Əsər 
türk qrammatikası və leksikologiyasına həsr olunduğuna görə 
sırf elmi əsərdir. Bütün bunlara əsasən Azərbaycan dilində ter-
minologiyanın yaranma mənbələrindən hesab olunur. Lüğətdə 
işlənən bir çox – təvmək “çəkic”, baz “sülh” dirgi “nimçə”, qam 
“həkim”, aşqaq “diz”, bakurdak-kətəlik-”boğaz”, əlkin-yaşın-
yurdurum “ildırım” kərən “gəmi”, yazı “çöl, səhra”, ir “mahnı”, 
urar, “bazar” kimi terminlər müasir dil üçün arxaikləşmişdir. Bir 
sıra anlayışlar isə hazırda da işlənir.
XI-XII əsrlərdə Şərqdə olduğu kimi Azərbaycanda da elm 
və ədəbiyyat yüksək inkişaf səviyyəsinə çatmışdı. Dövrün mən-
bələrində bu illərdə astronomiya və tibbin inkişafı haqqında mə-
lumat verilir. Şamaxı yaxınlığındakı Məlhəm kəndində “Mədrə-
seyi-tibb və müalicəxana açmış Kafiəddin Ömər ibn Osman mə-
dəniyyət tariximizə həm bilici həkim, həm də görkəmli profes-
sor, 30 il astronomiya ilə məşğul olmuş Təridəddin Şirvani ast-
1
Əbu Həyyan Kitab əl-idrak (ərəbcədən tərcümə edən akad. Z.Bünyadov) 
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı-Poliqrafiya Birliyi, 1992, səh.4.
2
Əmirova G. Əsirəddin Əbu Həyyan əl-Əndəlusinin “Kitab əl-idrak li-lisan 
əl-ətrak” əsəri Azərbaycan dili tarixi üçün mənbə. Nam.diss.avt. B., 2004, 
səh.9.


39 
roloq kimi daxil olmuşdur. Bu dövrdə tarixi, filoloji, fəlsəfi 
məzmunlu xeyli əsər yazılmışdır.Lakin həmin əsərlərin çoxu zə-
manəmizə çatmamışdır.Ensiklopedik bilik sahibi olan Fəxrəddin 
Əbülfəzl İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı iri-
həcmli “Tarixi-Azərbaycan” adlı əsəri də dövrümüzə yetişmə-
yən əhəmiyyətli əlyazmalardandır. Mənbələrdən məlum olur ki, 
alim “Nizamiyyə” mədrəsəsində mühazirələr oxumuşdur. “Niza-
miyyə” mədrəsəsində ədəbiyyat və dilçilikdən dərs deyən alim-
lər içərisində Təbrizi XI əsr Azərbaycan, elm və mədəniyyətin 
ən parlaq simalarındandır. O özünün “Əbu Təmmam “Di-
van”inin şərhi”, “Həmasə”nin şərhi, “Əl-Müfəddəliyyatın şərhi”, 
“Nəhvə dair qısa xülasə” və s. əsərlərini yazmışdır. 
XII əsrdə yaşamış azərbaycanlı alim Əbülfəzl Hübeyş ət-
Tiflisi elmi fikrin inkişafında mühüm rol oynamışdır. O, ərəb 
leksikoqrafiyası sahəsində böyük elmi-tədqiqat işi aparmışdır. 
Alim ərəb-fars izahlı lüğətlərini tərtib etmişdir.Bütün deyilənlər 
XI-XII əsrlərdə şimallı-cənublu Azərbaycan ərazisində elmin sü-
rətli inkişafını, onun müxtəlif sahələrinə aid onlarla əsərin yazıl-
dığını, bu əsərlərin əsasən dövrün elm dili olan ərəb dilində qə-
ləmə alındığını, Azərbaycan alimlərinin Yaxın və Orta Şərq mü-
səlman mədəniyyətinin inkişafında tutduqları əvəzedilməz və 
əhəmiyyətli mövqelərini açıqlayır.
1
XI-XIII əsrlər Azərbaycanın həyatında çox mürəkkəb bir 
dövr olmuşdur. Həmin illərdə Azərbaycan dilində olan nadir 
abidələrin həmin dövrü səciyyələndirməkdə, keçən əsrin əvvəl-
lərində Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini müəy-
yən etməkdə müstəsna əhəmiyyət kəsb edir. XIII əsr Azərbay-
can abidəsi olan “Dastani-Əhməd Hərami”nin yarandığı dil mü-
hiti yazılı əbədi dilin yenicə normalaşmasının başa çatdığı döv-
rün səciyyəsindən doğan amillərlə müəyyənləşir. Terminoloji, 
ümumişlək, məhəlli və arxaik sözlərin, alınmaların morfoloji və 
üslubi-sintaktik xüsusiyyətlərin sistemli təhlili dastanın dilinin 
1
Azərbaycan tarixi. I cild, Bakı, “Elm”, 1998, səh.475. 


40 
“Kitabi-Dədə Qorqud”un dilinə yaxın olmaqla yanaşı artıq yazılı 
dilin təşəkkülünü başa çatdırmış, müstəqil inkişaf yolunda olan 
bir ədəbi dilin qiymətli bədii nümunəsi olduğunu təsdiq edir. 
“Dastan” şübhəsiz “Kitabi-Dədə Qorqud”un yarandığı 
dövrdə formalaşmışdır. Belə ki, hər iki abidənin uyğun leksik 
sistemi bu fikrə haqq qazandırır. Y.Seyidov və K.Vəliyev bu iki 
abidənin dil və üslub yaxınlığı haqqında yazırlar: “Əhməd-Həra-
mi dastanı” Qazi Bürhanəddin və Nəsimiyə qədərki ədəbi-bədii 
dilimizin müəyyən xüsusiyyətlərini özündə əks etdirir. “Kitabi-
Dədə Qorqud dastanlarının və şair Əlinin “Qisseyi-Yusif” poe-
masının dili ilə səslənir. Bir sıra söz və ifadələr sözün deyiliş 
tərzi və başqa xüsusiyyətlər dastanın dilini “Kitabi-Dədə Qor-
qud”un dili ilə xeyli yaxınlaşdırır”.
1
Yazılı ədəbi dilin və terminologiyanın ilkin inkişaf dövrü-
nün leksikasını və qrammatik xüsusiyyətlərini öyrənmək baxı-
mından bu abidə əvəzsiz mənbədir. Bu mənada “Əhməd Hərami 
dastanı” XIII əsr Azərbaycan şeir dilini, onun leksikasını, elmi 
dilini öyrənmək üçün əhəmiyyətli bir mənbədir. Faktlar göstərir 
ki, (dastan Azərbaycan ədəbiyyatı və dilinin) tədqiqatçılar dasta-
nı XIII əsr abidəsi kimi izah edirlər. Ədəbiyyatçılarla yanaşı bu 
əsərə dilçilər: Y.Seyidov, F.Zeynalov, T.Hacıyev, Q.Kazımov, 
S.Əlizadə, K.Vəliyev, N.Cəfərov, A.Əlizadə müraciət etmiş
dastanın dili barəsində ilkin fikirlər söyləmişlər. 
“Dastan” Azərbaycan ədəbi dilinin yazılı mərhələsinin ilkin 
nümunələrindəndir. Azərbaycan dilinin yazılı mərhələsinin inki-
şafı (XIII əsrdən) ölkədə ərəb və fars dilləri ilə yanaşı, Azərbay-
can dili də dövlət, yazışma (sənəd) və elm dili kimi işlənmək hü-
ququ qazanır. Getdikcə ərəb və fars dillərinin işlənmə dairəsi da-
ralır, türkləşmənin güclənməsi Azərbaycan-türk dilinin tədricən 
formalaşmasına təsir göstərir. Bu ərəfədə ana dilində yazılar ge-
nişlənir. Elə “Dastani-Əhməd Hərami”nin yarandığı dövr də ya-
1
Seyidov Y.M., Vəliyev K.N. “Dastani-Əhməd Hərami” haqqında bəzi 
qeydlər. “Elmi əsərlər” Azərb. SSR Ali və orta ixtisas Təhsil Nazirliyi dil və 
Ədəbiyyat seriyası, 1975, №3, səh.32-38.


41 
zılı ədəbi dilin geniş işlənməsi dövrüdür. Deməli, “Kitabi-Dədə 
Qorqud” şifahi ədəbi dilimizin təşəkkülü dövrünün (VI-VIII əsr-
lər)
1
, “Dastani-Əhməd Hərami” isə yazılı ədəbi dilin təşəkkülü 
və ilkin inkişafı dövrünün (XI-XV əsrlər) abidəsidir.
2
Lakin dastanın dil materiallarının təhlili göstərir ki, abidə-
nin yazılması XV əsrə gedib çıxa bilməz. Burada işlənən anla-
yışlar, sözlər, ifadələr “Dədə Qorqud”un dili ilə səsləşir. Dastan-
da işlənən terminoloji leksika da bu cəhətdən xarakterikdir. Belə 
ki, dastanda işlənən ümumxalq səciyyəsi daşıyan terminoloji lek-
sikanın əsasını ümumtürk leksikası təşkil edir. Bunu nəzərə alaraq 
dastanda işlənən terminləri aşağıdakı qruplara ayırmaq olar: 
1. Musiqi terminləri qopuz, saz, şiştə (altı telli saz) pərdə 
(musiqidə səslərin dərəcələri),
 
təmbur (uzun qollu saz) ney (mu-
siqi aləti), müğənni, müsənnif (bəstəkar mənasında) nəqarə (nağa-
ra), iraqi, Hüseyni (muğam adı), Şahnaz (muğam adı) və s. Q. Ka-
zımov dastanda işlənmiş musiqi alətləriniə öz münasibətini bildi-
rərək yazır. “Poema XIII əsrdə “qopuz” və “saz” sözlərinin hansı 
mənalarda işləndiyi barədə təəssürat almağa imkan verir. Eyni 
mətndə şair həm “qopuz”, həm də “saz” sözünü işlətmişdir: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə