Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   18   19   20   21   22   23   24   25   ...   147

30 
 
Erkən orta əsr mənbələri Şimali Qafqazda, Dağıstanın sahilboyu rayonlarında, Dərbəndə qədər Qafqaz 
dağları  ətrafında yerləşdirilən və artıq eramızın  əvvəllərindən  Şimali Albaniya ərazisinə axışan müxtəlif türk 
tayfaları haqqında məlumat verirlər. Lakin bizim əlimizdə köçəri türk tayfalarının III əsrdən əvvəl Albaniyada 
olmasına dair məlumat yoxdur. Arxeoloji dəlillər Albaniya ərazisindəki qədim türklər haqqında qiymətli 
məlumat verir. 1935-ci ildə Y.İ. Qummel Gəncəçay bölgəsində Xanlardan cənub-qərbdəki 7 nömrəli kurqanda 
qazıntı aparmışdır. Qarətçilər altı qədim qəbirdən yalnız birinə - 3-cü sərdabəyə toxunmamışdılar. Nisbətən iri 
olan bu qəbirdə ağ gildən 10 sm qalınlığında düzəldilmiş xüsusi döşənəkdə uzadılmış iki adam və bir tısbağa 
dəfn olunmuşdu. Skeletdən aydın olur ki, onlardan biri arxası üstə boyaboy, digəri isə sağ böyürü üstə, ayaqları 
bükülü halda birincinin baş  tərəfində uzadılmışdı. Tısbağa qəbirin qərb küncündə arxası üstə idi. Görünür 
tısbağa müqəddəs heyvan sayılmış və onu öldürmək qadağan imiş. Bu günə qədər də Azərbaycanda tısbağanı 
öldürmək günah sayılır- Azərbaycanın bir sıra bölgələrində - Gəncədə, Mingəçevirdə Abşeronda və başqa 
yerlərdə qədim torpaq, katakomba və kurqan qəbirlərində məzarın küncündə tısbağa qınına rast gəlinir. 
Abşeron yarımadasının şərq hissəsində, Mərdəkan, Şüvəlan qəsəbələri sahəsində Tunc dövrünün sonu 
və  dəmir dövrünün əvvəlinə aid bir sıra qədim abidələr aşkar edilmişdir. Arxeoloq Q. M. Aslanovun apardığı 
arxeoloji qazıntılar zamanı içərisində avadanlıq olan bir neçə qəbir üzə çıxarılmışdır. Buradakı çoxlu əşyalar - 
keramika məmulatı, silah, bəzək şeyləri ilə yanaşı, tısbağa qını və sümükləri də diqqəti cəlb edir. Həmin dövrə 
aid Mingəçevir qəbirlərində  də  tısbağa qını  və sümükləri tapılmışdır. Qəbirlərdə  tısbağa qını  və qalıqlarının 
olması görünür, burada yaşamış qəbilələrin dəfn mərasimi ilə bağlı olmuşdur. Tısbağa qədim zamanlarda 
[61 - 
62]
 Çində əbədiyyət rəmzi idi. Qədim türklərin qəbir əşyaları arasında tısbağa da vardır. Şimali Monqolustanda 
türk xaqanı Kül-Tiginə 731-ci ildə imperator Syuantszunun göndərdiyi çinli ustalar tərəfindən tikilmiş yaraşıqlı 
abidədə arxasına runik kitabəli stela bərkidilmiş çox iri (uzunluğu 2,25 m) mərmər tısbağa tapılmışdır. 
Qədim türklər bu adəti çinlilərdən götürmüşlər. Ehtimal ki, Abşeronda, Mingəçevirdə, Gəncədə və digər 
yerlərdəki, tısbağa ilə  dəfnetmə  qədim türklərə  məxsusdur. Bu göstərir ki, e.ə. birinci minilliyin əvvəllərində 
Albaniya ərazisində irandilli və qafqazdilli tayfalarla yanaşı qədim türk tayfaları da yaşayırdı. Burada onların 
sayı eramızın əvvəllərində və sonralar Dərbənd keçidi vasitəsilə şimaldan gələn köçəri türklər hesabına artırdı. 
Biologiya elmləri namizədi  R. M. Qasımovanın Azərbaycanın qədim  əhalisinin antropoloji tiplərinin 
respublikanın müasir əhalisinin antropoloji tiplərinə uyğun gəlməsinə dair tədqiqatları da fıkrimizi təsdiqləyir və 
müasir Azərbaycan türkləri ilə  qədim türklər arasında varislik əlaqələrinin olduğunu təsdiq etməyə 
ə
sas verir. 
Mil düzündə, Üçtəpə kurqanında aparılan qazıntı zamanı VII əsrin  əvvəlinə, yaxud birinci yarısına aid edilən 
adlı-sanlı  xəzər döyüşçüsünün qəbri aşkar edilmişdir. Dərbənd və  Qəbələ  ətrafında və hunlar üçün səciyyəvi 
olan deformasiyaya uğramış  kəllələr tapılmışdır. Məlumdur ki, Qəbələ bölgəsi VI əsrdə tayfaları ilə 
məskunlaşmışdı  və bu şəhər sabir tayfalarının mərkəzi sayılırdı. Qədim türk tayfalarının Albaniyada olması 
barədə arxeologiya ilə yanaşı, "etnik mənsubiyyətin müəyyənləşdirilməsində qiymətli material, çox vaxt yeganə 
və başqaları ilə müqayisədə ən doğru mənbə"
3
 olan toponimika da məlumat verir. Əgər bir dilə mənsub coğrafi 
ad uzun müddət  ərzində qorunub-saxlanılırsa və böyük ərazidə yayılırsa, inamla demək olar ki, orada məhz 
həmin dildən istifadə olımmuş və o dildə danışan əhali yaşamışdır. 
Azərbaycanlıların etnogenlərində  iştirak etmiş türk tayfa qruplarının adları Azərbaycanın bir sıra 
yaşayış  məntəqələri, kənd və yer adlarında mühafızə olunmuş etnonimlərdə (yaxud antroponimlərdə)  əksini 
tapmışdır. Qədim türk dillərinin leksikası ilə bağlı olan bir sıra toponimlər də mövcuddur. Bu toponim və 
etnonimlərin öyrənilməsi türk tayfalarının Albaniyaya axınının və azərbaycanlıların mənşəyi məsələsinin 
tədqiqi baxımından mühüm maraq doğurur. Coğrafı adların bir sıra toponimləri qədim dövrə  və eramızın ilk 
əsrlərinə gedib çıxır. Onlardan biri yunan-latınca Albaniya formasının müvafiq gəldiyi Arrandır. Məlumdur ki, 
antik və yunan-Roma tarixçiləri, coğrafıyaşünasları qədim və erkən orta əsrlər Azərbaycan ərazisinin mühüm bir 
hissəsini Albaniya adlandırmışlar.
*
 Arran ölkəsinin adının ilk dəfə çəkilməsi III əsrdən, İranda, Nəqşi - Rüstəm 
dərəsindəki Kəbeyi-Zərdüşt abidələrində Sasani hökmdarı I Şapurun (242-272-ci illər) zəbt etdiyi ölkələr 
sadalanan kitabədən məlumdur. 
[62 - 63]
 
Təqribən 262-ci ildə üç dildə (Parfıya, yınan və fars) həkk olunmuş kitabənin mətnində Şapura tabe olan 
ölkələrin sadalandığı uzun siyahıda Zaqafqaziya ölkələri də (Parfıya versiyas;nda) qeyd edilmişdir. 
(t
’r) pt (k) n 
Atrpatakan Atropatena 
’rmny 
Ərmini Ərminiyə 
wyrsn Virşi İberiya 
sykn Sikn 
Maxeloniya 
’rdn 
Arran və Albaniya qapıları 
dl
’skn 
Balasakan Balasakan 
                                                 
*
 "Albaniya" və "Arran" adları məsələsindən Y. B. Yusifov daha ətraflı bəhs etmişdir. Onun fıkrincə, Arran sözünün mənşəyi bilavasitə
yaxud dolayısı ilə İber-Qafqaz dillərinə gedib çıxır. Lakin onun istifadə olunan materialların fıloloji təhlilinə əcaclanan nəticələri 
inandırıcı deyil. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə