Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
99
Aydın Əzimov haqqında və b. məqalələri qeyd edə bilərik. İstedadlı
gəncin publisistik sahədəki bu fəaliyyətinə müəllimləri – akademik, Xalq
artisti Oqtay Rəcəbov, Bəstəkarlar İttifaqının katibi, musiqişünas Zemfira
Qafarova və b. qiymət veriblər.
İlahə Qismət 2014-cü il noyabr ayının 23-də Arif Məlikovun
“Məhəbbət əfsanəsi” baletinin Moskvanın Böyük Teatr səhnəsində
baş tutmuş premyerasında Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə
nümayəndə heyətinin üzvü kimi iştirak edib. “Muğam” vokal-instrumental
qrupunda solist olaraq çıxış edir. 2014-cü ildə bəstəkarın (sözləri və
musiqisi özünə aid olan) “Sənsizəm” adlı mahnısına “Yeni Ulduz-11”in
qalibi Anar Məmmədovun ifasında klip çəkilib. Həmin ildə İlahə Qismətin
“Muğamatım bir dəryadır” adlı layihəsi Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib
olmuş, layihə Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilib və
uğurla sonuclanıb. Həmçinin Dövlət Neft Şirkəti, Mədəniyyət və Turizm
Nazirliyinin və İTV-nin birgə layihəsi olan “Əsrin müqaviləsi”nin 20 illik
yubileyinə həsr olunmuş “20 şanlı il” mövzusunda ən yaxşı vokal əsər
müsabiqəsində I yerə layiq görülərək, “Diplom” və qiymətli hədiyyələr
qazanıb. Əsər Xalq artisti Samir Cəfərov tərəfindən ifa edilib.
2014-cü ildən etibarən Bakı Musiqi Akdemiyasının əməkdaşıdır.
Bəstəkarlıq fəaliyyəti zamanı fərqli janrlarda bir çox əsər bəstələyib:
“Rəngli lövhələr”- uşaq albomu (2005-2008-ci illərdə yazılmış pyeslər
daxildir)
“Qalaktika”- proqramlı prelüdlər toplusu (2009-2011- ci illər)
“Müqəddəs Vətən” - Hərbi orkestr üçün Marş (2005-ci il )
“Sənsizəm” adlı mahnı - söz/mus.- İlahə Qismət (2006-cı il)
“Anxiety” (Əndişə) – fortepiano üçün sonatina (2011-ci il)
Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” adlı silsilə
romanslar (2011-2012-ci illər)
“Arzulara gedən yolda” qısametrajlı filminə musiqilər (2012-ci il)
“Yadıma sən düşəndə” xalq mahnısının simli kvartet və balaban üçün
işlənməsi (2011-ci il)
“Reasons” String Quartet N-1- Bela Bartoka həsr olunub ( 2013-cü il)
“Qələbə” Simfonik Poema – Böyük Simfonik Orkestr üçün nəzərdə
tutulub (2014-cü il)
“Əsrin müqaviləsi” adlı himnn – söz/mus.- İlahə Qismət (2014-cü il)
“Paysaqe” adlı əsər - Böyük Simfonik Orkestr üçün nəzərdə tutulub
(2015-cı il)
SƏS... SÖZ... RƏNG...
100
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
101
SƏS... SÖZ... RƏNG...
102
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
103
SƏS... SÖZ... RƏNG...
104
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
105
SƏS... SÖZ... RƏNG...
106
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
107
SƏS... SÖZ... RƏNG...
108
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
109
SƏS... SÖZ... RƏNG...
110
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
111
SƏS... SÖZ... RƏNG...
112
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
113
SƏS... SÖZ... RƏNG...
114
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
115
SƏS... SÖZ... RƏNG...
116
KAMRAN NƏSİROV
(Kamran Yusif oğlu Nəsirov) –
11 mart 1982-ci ildə Bakı şəhərində
doğulub. Orta təhsilini Bakıdakı 20 saylı
məktəbdə alıb. 1999-2003-cü illərdə Bakı
Biznes Universitetinin “Beynəlxalq iqtisadi
münasibətlər” fakültəsində təhsil alaraq,
beynəlxalq iqtisadi münasibətlər ixtisası
üzrə bakalavr dərəcəsi qazanıb.
Musiqiyə böyük həvəsi olduğundan,
tələbəlik illərində eyni zamanda Bakı şəhəri 34 Saylı Musiqi məktəbinə
daxil olub və 2003-cü ildə həmin məktəbi fortepiano ixtisası üzrə əla
qiymətlə bitirib. Daha sonra musiqi təhsilini davam etdirmək üçün
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə
“Fortepiano” ixtisası üzrə daxil olub və 2007-ci ildə oranı da uğurla
bitirib.
Kollecdə oxuduğu illərdə həyat və yaradıcılıqları ilə yaxından
tanış olduğu dünya və Azərbaycan bəstəkarlarının əsərləri onun
dünyagörüşündə önəmli rol oynayıb və o özü də bir sıra əsərlər
bəstələyib.
Xalq musiqisinə olan böyük həvəsinə görə 2007-ci ildə sənədlərini
Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisasına verib və
“Forteriano üçün prelüdlər”, “Vals-pyes”, “Aşıq mahnısı”, “Lay-
lay”, “Skertso”, “Marş”, “Vətənim” əsərlərini təqdim edərək,
gələcəkdə müəllimi (ustadı) olan (görkəmli bəstəkar Əşrəf Abbasovun
oğlu, Qara Qarayevinsə tələbəsi olmuş) Bakı Musiqi Akademiyasının,
Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar incəsənət
xadimi Cəlal Abbasovun bəstəkarlıq sinfinə daxil olub.
Konservatoriyada təhsil aldığı və sonrakı illərdə aşağıdakı
əsərləri bəstələyib: Prelüdlər: №11, №12, №13, “Aşıqsayağı”, “Lirik
prelüd”, “Novruz alovu”, “Hoboy və fortopiano üçün pyes”, “Yanvar
elegiyası”, simli kvartet və simli orkestr üçün “Üzeyirnamə”, “Klarnet
və xalq çalğı alətləri üçün konsert”, “Məhəbbətin fəryadı” simfonik
poeması.
Dostları ilə paylaş: |