Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə7/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   2   3   4   5   6   7   8   9   10   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Qısa xülasə 

 

Dekabr 2011 



Yekun variant

 

E/3 



Şəkil E.2  ŞD2 infrastruktur layihəsi üzrə iş həcmi  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ŞD2 infrastruktur layihəsi ilə bağlı yeri, miqyası  və planlaşdırılan fəaliyyətləri nəzərə alaraq, 



Ekologiya və  Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılıb ki, layihə üçün infrastruktur 

ƏMSSTQ sənədi hazırlanmalıdır. Digər bir ƏMSSTQ sənədi əsas ŞD2 layihəsinin işləri üçün 

(bu, qurudakı  və  dənizdəki qaz və kondensat hasilat qurğularının tikintisini və istismarını 

əhatə edəcək) hazırlanacaq və 2012/2013-cü illərdə təqdim olunacaq. 

 

E.3 Qiymətləndirilmiş variantlar və terminalın genişləndirilməsinin 

planlaşdırılması 

 

Belə müəyyənləşdirilib ki, ŞD2 qurğuları mövcud Səngəçal terminalına yaxın yerləşdirilməlidir. 



Nəzərdən keçirilmiş sahələrə mövcud terminal hüdudunun şərq,  şimal və  qərb tərəfindəki 

ərazilər daxildir. Bunların arasından terminalın qərbində genişləndirmə üçün uyğun bir yer 

müəyyən edilmişdir. 

 

ŞD2 infrastruktur layihəsinin bir hissəsi kimi qiymətləndirilmiş variantlar aşağıdakı  əsas 



aspektləri əhatə edir: 

 

 Terminalın yeni giriş-çıxış yolu; 



 Tikinti 

düşərgəsi və tikinti obyektləri; və 

 Drenaj 

və daşqından mühafizə üzrə layihələndirmə tədbirləri. 

 

Layihə elementlərinin potensial yerləri fiziki, ekoloji və texniki təhlükəsizlik çətinlikləri ilə öz 



əksini tapıb. Texniki əlverişlilik nəzərə alınmaqla, eləcə  də maraqlı  tərəflərlə aparılan 

məsləhətləşmələr nəticəsində giriş-çıxış yolunun marşrutu müəyyənləşdirilib. Giriş-çıxış 

yolunun marşrutunun seçilməsindən sonra, müəyyənləşdirilib ki, tikinti düşərgəsi və tikinti 

obyektləri ŞD2 genişlənmə ərazisinə yaxın yerləşməlidir. Həmçinin hidroloji modelləşdirmə və 

daşqın riskinin qiymətləndirilməsi işi də  həyata keçirilib və giriş-çıxış yolunun yeri və 

layihələşdirməsi müəyyənləşdirib. 

 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Qısa xülasə 

 

Dekabr 2011 



Yekun variant

 

E/4 



E.4 Qiymətləndirmə metodologiyası 

 

Şəkil E.3-də  təsvir olunduğu kimi, ŞD2 infrastruktur layihəsi üçün qəbul edilmiş  ƏMSSTQ 



qiymətləndirmə prosesi layihənin qüvvədə olduğu müddət  ərzində (tikinti-öncəsi fazadan 

tikinti fazasınadək) layihənin və onun əlaqədar fəaliyyətlərinin qiymətləndirilməsi üçün 

sistematik bir yanaşma təşkil edir. 

 

Şəkil E.3  ƏMSSTQ üzrə qiymətləndirmə prosesi 

 

 

ŞD2 infrastruktur layihəsinin  ətraf mühitə  və sosial-iqtisadi sahəyə  təsirləri 



qiymətləndirilmişdir. Bu zaman ŞD2 infrastruktur layihəsi üzrə fəaliyyətlər, eləcə də layihənin 

ətraf mühit və sosial-iqtisadi reseptorlar ilə qarşılıqlı təsir potensialına malik olan hər bir fazası 

üçün hadisələrin müəyyənləşdirilməsi əsas götürülmüşdür.  

 

Aşağıdakılar nəzərə alınmaqla 



ətraf mühitə 

təsirlərinin gözlənilən dərəcəsi 

qiymətləndirilmişdir: 

 

 



Hadisənin (vəziyyətin) miqyası: Aşağıdakı parametrlərə əsasən müəyyənləşdirilir: 

 

Miqyas – həyata keçirilən fəaliyyətin təsirinə məruz qalan ərazinin ölçüsü; 

 

Davametmə müddəti – fəaliyyətin baş verdiyi müddət; 

 

Təkrarlanma tezliyi – fəaliyyət hansı vaxt tezliyi üzrə təkrarlanır; və 

 

Təsirin intensivliyi – qüvvədə olan qanunvericiliyi və beynəlxalq təlimatları 

ehtiva edən məqbulluq standartına münasibətdə emissiyanın və ya atqının 

İlkin müəyyənləşdirmə və əhatə dairəsinin müəyyənləşdirilməsi 

Həyata keçirilməli olan qiymətləndirmənin növü/səviyyəsi 

Ehtimal olunna əsas problemlərin ilkin qiymətləndirməsi 

Layihənin əhatə etdiyi maraqlı tərəflərin iştirakı  



Layihənin Alternativləri 

Əsas kimi qəbul edilmiş 

variant üçün məqsədəuyğun 

alternativlərin təhlili  



Mövcud vəziyyət 

İlkin ekoloji və sosial-iqtisadi 

vəziyyət 

Əsas kimi qəbul edilmiş layihə variantı

Layihələndirmə məlumatlarının 

toplanılması və nəzərdən keçirilməsi  

Təsirin qiymətləndirilməsi 

Fəaliyyət miqyaslarının müəyyənləşdirilməsi 

Reseptor həssaslıqlarının müəyyənləşdirilməsi 

Mövcud nəzarət tədbirlərinin və əsas kimi qəbul 

edilmiş variantın təsirazaltma tədbirlərinin 

müəyyənləşdirilməsi 

Təsirin dərəcəsinin müəyyənləşdirilməsi  

Qalıq təsirlər 

Qalıq təsirlərin qiymətləndirilməsinin həyata keçirilməsi və tələb olunan hər hansı əlavə 

təsirazaltma tədbirlərinin müəyyənləşdirilməsi  

Məlumatın ictimaiyyətə açıqlanması və məsləhətləşmə 

Aşkar olunan ilkin nəticələrin və tövsiyələrin rəy və təkliflər almaq üçün  

maraqlı tərəflərə təqdim olunması 

ƏMSSTQ-nin yekunlaşdırılması və təsdiq üçün səlahiyyətli orqanlara təqdim olunması  



Monitorinq və təsirlərin azaldılması üçün görülən tədbirlər 

AGT üzrə SƏTTƏM İdarəetmə Sisteminin bir hissəsi kimi idarəetmə planlarının və prosedurlarının 

işlənib hazırlanması  

Ətraf mühit və sosial-iqtisadi sahə üzrə qarşılıqlı fəaliyyət 

Layihə işlərinin – reseptorlarının qarşılıqlı fəaliyyətinin müəyyənləşdirilməsi  



Transsərhəd və kumulyativ təsirlər 

Transsərhəd və kumulyativ təsirlərin 

qiymətləndirilməsi  



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə