Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


IV. ORTA QRUPDA RİYAZİ TƏSƏVVÜRLƏRİN FORMALAŞMASI



Yüklə 2,56 Mb.
səhifə24/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   20   21   22   23   24   25   26   27   ...   106
SRTFM

IV. ORTA QRUPDA RİYAZİ TƏSƏVVÜRLƏRİN FORMALAŞMASI.
1. Orta qrupda riyazi işin təşkili, təlimin metod və priyomları.

Sadə riyazi təsəvvürlərin inkişafı məşğələləri uşaq bağçasının orta qrupundan keçilməyə başlanır. Məşğələlər həftədə bir dəfə, il ərzində 36 məşğələ keçirilir. Məşğələnin müddəti 15-20 dəq.olur.

Orta qrupun uşaqlarının diqqəti olduqca qeyri-sabitdir. Bilikləri möhkəmləndirmək üçün onları mütləq işlə maraqlandırmaq lazımdır. Ona görə də yaxşı olar ki, məşğələdə didaktik oyunlara daha çox yer verilsin. Çünki uşağa verilən bilik oyun formasında olarsa uşaq onu daha tez qavrayar. Bu vaxt uşaqda həm də şən əhval-ruhiyyə yaranır.

Məşğələnin axırında əksər hallarda məşğələnin mövzusuna uyğun hərəkətli oyunlar aparılır: “Öz evini tap”, “Avtomobillər və qarajlar”və s.

Riyaziyyat məşğələlərində əyani-hərəkət təlim priyomundan istifadə edirlər. 3-4 yaşlı uşaqlarda tədqiqat işlərinə qabiliyyət intensiv inkişaf edir. Məs. toxunma-hərəkət hissilə tədqiqat və s. Bununla əlaqədar uşaqlarda riyazi obyektlərin xassələrini aşkar etməyə çox və ya az dərəcədə həvəs oyadırlar.

Tərbiyəçi uşaqların qarşısında axtarış tələb edən suallar qoyur. “nə üçün dairə diyirlənir, kvadrat isə yox?”

Uşaqlar bilavasitə müşahidə etdiklərini nitqlərində əks etdirərək bilikləri təcrübə yolu ilə qazanırlar. Bununla da biliklərin formal mənimsənilməsini aradan qaldırmaq mümkün olur. İlk məşğələlərdən həmin qrupun uşaqları qarşısında idrak məsələləri qoyurlar, bu məsələlər onların hərəkətlərinə məqsədyönlü xarakter verir.

Yeni materialın izahı zamanı uşaqları tərbiyəçi ilə birlikdə və ayrı-ayrı işləri görməyə cəlb edirlər. Məs.Onlar tərbiyəçi ilə birlikdə fəzada həndəsi fiqurun formasını göstərə bilərlər. Körpə yaşlılar qrupunda olduğu kimi bu yaşda da uşaqlar üçün yeni asan işlərin dəfələrlə göstərilməsi vacibdir, bu zaman əyani vəsaitlər dəyişilir, tapşırıqlar, iş priyomları variantlarla verilir.Uşaqların əyani vəsaitlərlə işləri rəngarəng olduqca onlar bilikləri daha şüurlu mənimsəyirlər.

Tərbiyəçi sualları elə qoyur ki, yeni biliklər öz əksini dəqiq sözdə tapır. Uşaqları daima öyrədirlər ki, öz hərəkətlərini izah etsinlər. Nə və necə etdiklərini, nəticədə nə alındığını danışsınlar. Tərbiyəçi uşaqları səbrlə dinləyir, onların əvəzinə danışmır, fikirlərini tamamlamır.

Tərbiyəçi uşaqların nitqindəki səhvləri düzəldərək, sözləri, ifadələri təkrar etdirir,onları əyani materiala istinad etməyə həvəsləndirir. “Bax,hansı zolaq qısadır?”

Uşaqlar tapşırığın yerinə yetirilməsini əlaqəli şəkildə söyləməyi öyrənirlər. Onlar sonralar ancaq şifahi göstərişlər əsasında hərəkət edirlər. Lakin uşaqlar çətinlik çəkərlərsə, tərbiyəçi həm nümunədən, həm də əlavə suallardan istifadə edir.

Bu yaşda uşaqları tapşırığı axıra qədər dinləməyə alışdırmaq çox çətindir. Tərbiyəçi daima uşaqları tapşırığı diqqətlə dinləməyə və yadda saxlamağa,onu verilən tapşırığı ardıcıllıqla yerinə yetirməyə həvəsləndirir.

Orta yaşlı qrupda vəsaitlərlə səliqə ilə davranmaq və onlardan düzgün istifadə etmək bacarığının tərbiyə edilməsinə böyük diqqət verilməsini davam etdirirlər.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə