Sadə kompüter qrafikası proqramları



Yüklə 0,81 Mb.
səhifə11/16
tarix19.03.2022
ölçüsü0,81 Mb.
#84593
1   ...   8   9   10   11   12   13   14   15   16
UNEC 1647085990

3.5.4. Qrafik planşetlər.

Kompüterdə təsvir yaratmaqla ciddi məşğul ola bilmək üçün xüsusi perosu olan qrafik planşetdən istifadə etmək lazım gəlir.



Qrafik planşet - bilavasitə əl üsulu ilə təsvirlər yaratmaq və onları kompüterə daxil etmək üçün istifadə edilən qurğudur.

Qrafik perodan istifadə etməklə planşet üzərində karandaşla kağız üzərində təsvir yaradanda olduğu kimi rəsm çəkmək olur. Qrafik redaktorlar qrafik peronu karandaş, fırça, mel və ya ixtiyari digər rəsm aləti qəbul edə bilir. Qrafik planşet istifadəçiyə kompüterdə ixtiyari formaya malik təsvirlər yaratmağa kömək edir. Wacom firmasının planşetləri daha etibarlı planşetlər hesab edilir. Pero adi qələmə oxşayır. Peroda qidalandırma elementi və birləşdirmə üçün istifadə edilən şunur olmur. Sıxılmaya həssasdır.

Qrafik planşetlərin istehsalı ilə məşğul olan aparıcı firmalar aşağıdakılardır:

Wacom,_Hitachi,_Genius,_Trust,_GTCO_ColComp,_Triumph;_Smart_Texnologies;_Archos.'>Acecad, Adesso, Aiptek, Wacom, Hitachi, Genius, Trust, GTCO ColComp, Triumph; Smart Texnologies; Archos.

İlk qrafik planşet Teleavtoqtaf adlandırılmışdır. Qrafik planşet üçün ilk patent 1888-ci ildə Elişa Qreyə verilmişdir. Müasir qrafik planşetlərə oxşar olan və Stylator adlanan qrafik planşet 1957-ci ildə yaradılmışdır. XX əsrin 70-ci illərindən başlayaraq qrafik planşetlər kommersiya müvəffəqiyyəti qazanmağa başlamışdır. İstehlak bazarı üçün ilk planşetlər Koala Ped adlanırdı.

Iş prinsipinə görə qrafik planşetlərin iki növü olur: elektrostastik və elektromaqnit texnologiyaya əsaslanmaqla yaradılan planşetlər. Elektromaqnit rezonansı texnologiyasına əsaslanan ilk qrafik planşet Wacom firmasında yaradılmışdır.

Planşetin buraxılışı (həlli) dyümdəki sətrlərin sayı – Lpi ilə ölçülür.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə