S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə160/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
250 
ultrafiltrlənməsidir və iki dəfə ardıcıl olaraq membrandan 
keçirilməsi. Belə emaldan sonra zərdabda yalnız 0,1% 
azotlu birləşmələr qalır. Lakin digər üsullarla emal zamanı 
bu göstəricilərin qalığı 0,35-0,5% olur. 
Keyfiyyətindən asılı olaraq süd şəkəri iki növə bölünür: 
1.
əla növ - laktozanın miqdarı 
kül maddələ-
ri
zülalların miqdarı 
2%. 
2.
I növ - laktozanın miqdarı 
kül maddələri 
zülalların miqdarı 
5%. 
Saflaşdırılmış süd şəkəri
. Saflaşdırılmış süd şəkəri xam 
süd şəkərindən (əla növün tələblərinə cavab verən) və aşa-
ğıdakı əməliyyatlar vasitəsilə istehsal olunur: 
-
Xam süd şəkərinin suda həll edilməsi və təmizlən-
məsi. Əməliyyat xüsusi reaktorlarda və ya uzunmüddətli 
pasterizasiya vannalarında hər 100 kq şəkərə 40-45 litr su 
əlavə etməklə, 90
0
C-ə qədər qızdırmaqla, 1-2% şəffaflaş-
dırıcı kömür, 0,05-0,07% natrium-hidrosulfat və 2% xır-
dalanmış diatomit qarışdırmaqla həyata keçirilir. Kömür 
və diatomit yüksək adsorbsiya xassələrinə malik olduğu 
üçün kənar qarışıqları udur, natrium-hidrosulfat isə rəng-
verici birləşmələri rəngsizləşdirir.Hər üç vasitə həll olmaz 
hala keçirilir və filtrlənmə zamanı məhsuldan uzaqlaşdırı-
lır. 
-
Məhsulun filtrlənməsi, kristallaşdırılması, melassa-
nın ayrılması, qurudulması, üyüdülməsi və qablaşdırılma-
sı. Məhsulun kristallaşdırılması 13-15
0
C-də 8-10 saat 
müddətində aparılır. Qalan əməliyyatlar xam süd şəkərin-
də olduğu kimidir. Saflaşdırılmış süd şəkəri ağ rəngli kiçik 
kristallı tozdur. Onun tərkibində 99% laktoza, 0,7% nəm-
lik, 0,3% kül maddələri olmalıdır. Ağır metallardan qalay 
və mis duzları uyğun olaraq hər bir kq məhsulda 50 və 5 
mq-dan artıq olmamalı, qurğuşun duzlarının olmasına 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə