36 /
Roman kimi hekayə
düşüncəli insanları elə qarşılayıb, elə əylən-
dirir, elə maarifləndirirdi ki, kimsə fərqli
dindən olduğunun fərqinə varmırdı. Lap
bir komandanın azarkeşi olan müxtəlif mil-
lətlərin, müxtəlif dinlərin insanları kimi...
Həmin “Tanrı evləri”nin baş ofisinin
2050-ci ildə apardığı statistikaya görə, təş-
kilatın 1123 binası vardı. Cəmi iyirmi ildə
beş min illik dini parçalanmalara son qoy-
muşdu. Bəşəri ideyalar Azərbaycanda doğ-
mağa başlamışdı.
Tikilmiş binaların dizaynı, üslubu,
aurası hamını özünə cəlb edirdi. Onlar içəri-
dən küncsüz, guşəsiz idi. Çöldən baxdıqda
isə adama elə gəlirdi ki, bina səmaya bitişib.
Çünki şüalar birbaşa ənginliklərdə yox olur-
du. Heç bir dini atributu özündə əks etdir-
məyən bu cür tikililərin üstündə bütün din-
lərin simvolları var idi. Amma səmada gah
görünür, gah da yox olurdular. Bu, dinlərin
birliyini əks etdirirdi. Burada hər kəs özünü
tapa bilərdi. Konsepsiyasına görə, əvvəllər
100 metr diametri olan “Tanrı evləri”nin
Roman kimi hekayə
/ 37
içərisinə bütün dinləri əks etdirən rəsmlər
və simvollar qoyulmuşdu. İrili-xırdalı is-
tənilən dinin nümayəndəsi özünü orda tapa
bilər, Tanrısı ilə dərdləşə bilərdi. Bura gə-
lənlər o qədər hüzur içində olurdular ki,
sonralar elə onların təklifi ilə binanın içini
bəzəyən bütün rituallar, simvollar yığışdı-
rıldı. “Tanrı evləri”nin təsisçisi olan “Ərgə-
nəkon prodakşn”ın da razılığı ilə divarlarda
bütün dillərdə “Yaşasın insanlıq!” şüarı ya-
zıldı.
İnsanlar uydurulmuş Tanrıları unuda-
raq öz həqiqətləri ilə yaşayırdılar. Sadəcə
insanın müəyyən etdiyi qanunlarla. Çünki
Tanrının adından təklif edilən qaydalar
artıq insanlara doğma gəlmirdi, dəyişən xa-
rakterə sahib olan insan dinlərin təklif və
tələb etdiyi qaydalardan daha çox inkişaf
etmişdilər. Lap ilk miflərdən olan Adəm və
Həvva mifində olduğu kimi. Hələ o zaman
insan Tanrı adından qoyulan qadağalara
yox demiş, Tanrının istədiyi müti obrazın-
dan çıxmışdır. Tövratda deyildiyi kimi, in-
38 /
Roman kimi hekayə
sanların gözləri açılmışdı, bəzi məsələlərdə
Tanrıları ilə belə razılaşmırdılar. Onun sa-
hib olduqlarına iddialı idilər. Çünki Tanrı-
nın insan oğluna verdiyi qadın qadağan
olunmuş meyvəni yedirməklə ərinin gö-
zünü açmışdı. Bu həqiqəti insana dediyi
üçün Tanrı İlana qəzəblənmiş, onu cəzalan-
dırmışdı. Tanrının sirrinə bələd olan insan
bir ömür onunla mübarizəyə qalxmış, elə
bil, onunla yarışa girmişdi. Sanki Tanrı insa-
na da qəzəblənib, “Nə bilirsən elə, görüm nə
qədər dərinliklərə gedə biləcəksən” deyib,
insan oğlundan üz döndərmişdi. İnsan oğlu
isə bacardığı qədər yeni Tanrı modeli yarat-
mağa çalışmış, elminin inkişafı ilə onun
istedadına yaxınlaşmağa çalışmışdı.
Bilgə də yeni bir model təklif etmişdi
insanlara. Nə qədər uğurlu olduğunu gələ-
cək göstərəcəkdi. Lakin onun konsepsiya-
sında hər kəsin sitayişi dostluq və sevgi
Tanrısı idi. “Tanrı evləri” məscidlər, sina-
qoqlar, kilsələr, məbədlər kimi günün
müəyyən saatlarında, xüsusi günlərdə in-
Roman kimi hekayə
/ 39
san axını ilə dolub-daşmırdı. Bura gələnlər,
sadəcə istirahətə gəlir, hər irqdən, hər mil-
lətdən, hər cinsdən olan insanlarla görüşüb
söhbətləşir, tanış olur, bilgilərini paylaşır-
dılar. Hamının çadırı göy qübbəsi, bayrağı
isə Günəş idi...
İlk “Tanrı evi” Azərbaycanın qədim
paytaxtı, Tanrının insanlarla ilk dəfə əlaqə-
yə girdiyi Təbriz yaxınlığında salınmış Tu-
ran şəhərində qurulmuşdu. Turan şəhərinin
mərkəzi küçələrindən birində yerləşən bu
bina sonralar “Tanrı evləri” şəbəkəsinin baş
qərargahına çevrildi. Azərbaycandakı dini
icmalar isə sahib olduqları ibadətgahları
muzeyə çevirmək üçün dövlətə müraciət et-
dilər. Keçmişin bir parçası olduğunu göstə-
rən məscidlər, kilsələr, sinaqoqlar Atəşgah
kimi turizm məqsədi ilə fəaliyyət göstərmə-
yə başladı. Elə buna görə də, Azərbaycanda
insanlar bir olan Yaradıcıya tapınır, hər kəs
öz tanrısını necə düşünürdüsə, xəyalında da
elə yaşadırdı. Demək olar ki, dünyanın üçdə
ikisində dinlər mifə çevrilərək tarixin yad-
40 /
Roman kimi hekayə
daşına keçmişdi. Onların yaşam tərzini, sa-
dəcə, qanunlar yönləndirirdi. Dünyanın
mədəniyyət, tolerantlıq mərkəzinə çevrilən
Azərbaycan Turan birliyində aparıcı mövqe
tuturdu. Turan birliyinin hökmranlığı ilə isə
dünyada dini münaqişələrə son qoyulmuş-
du.
Bütün bunların yaradıcısı Bilgə Turan
idi. Mən onu axtarıb tapmaq üçün düz 15
ilimi həsr etmişdim. Bütün bu mədəniyyət
və biznes imperiyasının banisi hər şeyin
qaydasında getdiyi bir vaxtda qəfildən qeyb
olmuşdu.
Dostları ilə paylaş: |