Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   ...   5   6   7   8   9   10   11   12   13

Roman kimi hekayə

 / 63 


 

−  Bütün  bunların  səbəbkarı  siz  imiş-

siniz. Necə olub ki, heç kim bunu dərk edə 

bilməyib.  Bəli,  bütün  qadınlar  kimi  siz  də 

iddialı olduğunuzdan və hökm etmək istə-

diyinizdən belə davranmısınız. Amma dəy-

məzdi.  Özünüzü  mələk  kimi  göstərib,  bir 

insanın ideyalarını və həyatını mənimsəmi-

siniz. Niyə axı, Aycan xanım, niyə? 

− Sən nə danışırsan, Orxan?! Nədən da-

nışırsan?! Bu nə ədəbsizlikdir edirsən?! 

−Bəli,  ədəbsizlik  edirəm.  Çünki  siz  də 

bir gün etmisiniz. Elcanla birləşib onu məhv 

etmisiniz.  

Bu sözləri eşidəndə o, dizləri üstə çök-

dü. Mən də sirrin açıldığı üçün belə etdiyini 

düşünüb, yenə də ürəyimi boşaltdım. Am-

ma sən demə, Aycan xanım Bilgədən xəbər 

aldığı  üçün  belə  edirmiş.  Onun  yaşadığın-

dan  xəbər  tutduğu  üçün  halı  dəyişmişdi. 

Amma bunları edən sevgi imiş. Astaca əlim-

dən tutub: − “Danış, mənə ondan danış. Ya-

şayırmı?  Sənə  nə  dedi?  Niyə  getdiyini  də 



64 / 

Roman kimi hekayə 

 

dedimi?”,  −  deyir,  dayanmadan  yalvarırdı. 



Mən bir az səbirlə bütün olanları danışdım.  

Aycan xanım özünü heç nə olmamış ki-

mi aparırdı. Sadəcə: − “O yaşayır, bunu bi-

lirdim. O yaşamasaydı, mən də yaşaya bil-

məzdim”, − deyib, öz-özünə danışırdı. Ona 

baxdıqca düşünürdüm ki, insan niyə bu qə-

dər  ikiüzlü  olur?  Sonra  da  özüm  üçün 

müəyyənləşdirdiyim prinsipi xatırlayıb gü-

lümsəyirdim.  İnsan  elə  bir  dəhşətli  mexa-

nizmdir ki, nə zaman nə edəcəyi bəlli deyil. 

İnsanın içində elə bir qüvvə hərəkətdədir ki, 

özü belə bir andan sonra nə edəcəyini dəqiq 

söyləyə bilməz. Bəzən bizlərə elə gəlir ki, in-

sanı  tanıyırıq,  amma  qətiyyən  doğru  fikir 

deyil.  Biz  sadəcə  insanın  özünü  idarə  edə 

bildiyi zamanda onu görür və tanıdığımızı 

zənn edirik. O zaman ki, o, idarəni itirir, onu 

tanımaq daha mümkün olmur. Çox maraq-

lıdır,  insan  özünü  itirəndə  onu  kim  tapır, 

kim idarə edir? Bu sualın cavabını mən də 

bilmirəm. Bir onu bilirəm ki, insanın xislə-

tindəki  ikilikdən  biri  daima  digəri  ilə  yarı-




Roman kimi hekayə

 / 65 


 

şır. Hamımızın başına elə hadisələr gəlir ki, 

anın mində biri qədər zaman kəsiyində bir 

neçə dəfə fikrimizi dəyişirik. İçimizdəkinin 

biri  “hə”,  biri  “yox”  deyir.  Sən  bu  “hə”  və 

“yox”ların içində hansını qabağa atdınsa, o 

da qələbə çalır. Görürsünüz, sözdən söz çı-

xır. Bu sən kimdir axı, “hə” və ya “yox”u qa-

bağa  itələyir.  Məgər  “Quran”da  deyildiyi 

kimi, hər şeyi Tanrı etmirmi? Mən təkcə Ay-

canı  günahlandırmaq  fikrində  deyiləm. 

Çünki  ən  böyük    günah  və  qəbahət  məhz 

Bilgənindir.  Bəs  o  niyə  xəyanət    etmişdi? 

“Xəyanət” sözü də öz qüvvəsini itirib artıq. 

Kişi  psixologiyasına  görə,  bir  qadını  sev-

məklə başqa qadınla yatmaq arasındakı fərq 

böyükdür.  Əgər  yatdığı  qadından  sadəcə 

bir neçə dəqiqəlik zövq alırsa və sonra unu-

dursa, demək, bu xəyanət deyil. Doğrudan-

mı bu belə də olmalıdır? Bəs adını  “sevgi” 

qoyduğumuz o andıra qalmış nədir? Bir az 

da  dalana  dirənsə,  deyəcək  ki,  “ruhum  sə-

nindir, sadəcə, cismim murdardır”. Qadına 

isə ruhla bərabər cism də lazımdır axı. Kir-




66 / 

Roman kimi hekayə 

 

lənməmiş, ləkələnməmiş... Bəlkə də, bütün 



qadınlar sevgililərinin onlara xəyanət etdik-

lərini bilirlər. Kişilər də elə zənn edirlər ki, 

qadınını inandırıb. Çox qəliz məsələdir. Nə 

qədər danışsaq da, nəticəyə gələ bilmərik.  

Amma indi məni narahat edən o idi ki, 

bəlkə də, Aycan xanım ərinin xəyanətini bi-

lib,  ona  görə  ona  belə  bir  böyük  zərbə  vu-

rub. Bunu düşünəndə bu qədər intellektual 

imperiya sahibi olmuş bir insanın nə qədər 

cılız  olduğunun  fərqinə  vardım.  Dünyaya 

əqidə və mədəniyyət bəxş et, insan oğlunun 

əldə edə biləcəyi ən uca zirvəyə qalx, amma 

bu  cür  cılız  düşüncələrə  qapıl.  Demək  ki, 

elm,  texnika  nə  qədər  inkişaf  edirsə-etsin, 

insan düşüncəsi elə yaradıldığı gündəki ki-

mi  qalır.  Bunu  bir  zamanlar  Allahın  oğlu  

adlandırılan  İsada  da  görürük,  sonuncu 

peyğəmbərdə  də.  Hətta  Adəmdə  də.  Mə-

həmməd  peyğəmbər  kimi  bir  dühanın  qa-

dınlar qarşısındakı zəifliyi məgər yalan idi? 

Çox qəribədir insan. Sanki Tanrı da Adəmi 

yaradandan  sonra  peşman  olub  və  onda 




Roman kimi hekayə

 / 67 


 

yarım  qalanları  Həvvaya  verib.  Bəlkə  də, 

Tanrı  qadını  və  kişini  bir  bədəndə  yarada-

caqmış, amma bunu etmədiyi üçün peşman 

olub və kişidən sonra qadını yaradıb.  

Deyirlər, Tanrı insanı özünə bənzədib. 

Məncə,  qətiyyən  doğru  deyil.  Tanrı  əgər 

insanı özünə bənzətsəydi, onu tək yaradar-

dı. İnsanın Tanrı ola biləcəyindən qorxduğu 

üçün onu ikiyə bölüb və bu ucsuz-bucaqsız 

dünyaya buraxıb.  

Bu haqda çoxlu fərziyyələr yürüdə bilə-

rik, amma məsələ onda idi ki, Aycan xanım 

ərinin dostu ilə yatmışdı. Bunu bilənlər isə 

Bilgəni məhv etmək üçün hadisəni lentə al-

mışdılar.  Məni  bu  düşüncələrdən  ayıran 

Aycanın,  “Hazırlaş,  gedirik”,  −  deməsi  ol-

du. 


Hara  gedəcəyimizi  bilmədən  onunla 

çıxdım.  O  danışmırdı.  Maşına  oturan  kimi 

sürücüyə,  −  “ofisə sür”, −  dedi.  Biz  ora  ça-

tanda artıq gecə idi. Amma Elcan hələ də la-

boratoriyada çalışırdı. Aycan xanım otağına 

girən kimi Elcanı çağırtdırdı.  




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə