Risklərin İdarə Edilməsi Standartı Mündəricat



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



11

 



Zəmanətlərin  davamlılığının  ardıcıl  surətdə  giymətləndirilməsi  və  girovun  dəyərinin 

qiymətləndirilməsi üçün mexanizmlərə; 

 

Borc  məbləğlərinin  bir  hissəsinin  və  ya  hamısının  (əsas  və  faiz  məbləği)  kredit 



müqaviləsinin  şərtlərinə  əsasən  yığılmaması  zamanı,  borcun  qiymətdən  düşmüş  kimi 

müəyyən edilməsi prosedurlarına; 

 

Xalis satış dəyərini əks etdirmək üçün girovun qiymətləndirilməsi prosedurlarına. 



Risklərin  İdarə  Edilməsi  Komitəsi  mümkün  qədər  ayrıca  bir  Kredit  Komitəsi  vasitəsilə 

müştərinin  və  əks-tərəfin  kredit  etimadının  qiymətləndirilməsində,  ayrı-ayrı  kredit 

limitlərinin müəyyən edilməsində maraqlı olmalıdır. 

2.2.3.

 

Kredit risklərinin idarə edilməsi 

Kredit  risklərinin  səmərəli  idarə  edilməsinə  nail  olmaq  üçün,  idarə  edilmənin  bütün 

səviyyələrində  aydın  olan  kredit  risklərinin  qiymətləndirilməsi  və  hesabat  vermə  üçün 

aydın təyin olunmuş metodologiya yaradılmalıdır. 

Kreditlər  təsdiqləndikdən  sonra,  Risklərin  İdarə  Edilməsi  Departamenti  kredit  riskinə 

nəzarət etmək üçün məsuliyyəti üzərinə götürür. Yaxşı olardı ki, bu prosedur iki cür olsun: 

ənənəvi kredit risklərinin idarə edilməsi və riyazi baxımdan. 

“Ənənəvi”  strukturda  Risklərin  İdarə  Edilməsi  Departamenti  kredit  risklərinin  idarə 

edilməsində aşağıdakı funksiyaları yerinə yetirməlidir: 

 



Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək; 

 



Mütəmadi  olaraq  müştərinin  fəaliyyətindəki  dəyişiklikləri  qiymətləndirmək  üçün 

onunla görüşlər təşkil etmək; 

 

Davamlı  olaraq  kreditin  yalnız  kredit  sazişində  göstərilən  məqsədlər  üçün  istifadə 



olunmasını yoxlamaq; 

 



Mövcud  olan  bütün  məlumatlar  (kütləvi  informasiya  vasitələrinin  nəşrləri  daxil 

olmaqla) vasitəsilə müştərinin, eləcə də onun zəmanətçilərinin maliyyə vəziyyətinə nəzarət 

etmək; 



 



Lazım  gəldikdə  vaxtı  ötmüş  kreditlərlə  əlaqədar  müvafiq  prosedurlardan  istifadə 

etmək. 


Daha təkmilləşdirilmiş səviyyədə kredit risklərinin idarə edilməsi üçün “ənənəvi” metodla 

yanaşı  daxili  və  xarici  kredit  dərəcəsi  (reytinq)  sistemlərinə,  kreditin  ödənilməməsi 

ehtimalına  və  yığılma  dərəcəsinə  əsaslanan  “riyazi”  metodlardan  istifadə  etmək  olar.  Bu 

metod fəaliyyət nəticələrinin və kapital bölgüsünün hesablanması üçün imkan yaradır. 



2.2.4.

 

Kredit riskinin qiymətləndirilməsi 

Kredit  risklərinin  kəmiyyətinin  təyin  olunması  sadəcə  olaraq  ayrı-ayrı  müştəri  üçün 

kreditin  ödənilməməsi  ehtimalının  hesablanması  deyildir.  O,  həmçinin  risklərin  spesifik 

müştəriyə  və  ya  sənayeyə  doğru  konsentrasiyasını  və  girovun  dəyərindəki  dəyişiklikləri 

əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit portfeli və  yaxud ayrı-ayrı kreditlər üzrə 

risklərin hesablanması məqsədi ilə təhlil edilməlıdır. 

Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana bilər: 

 



Qabaqcadan  ödənilmə  riski:  bu  risk  müştərinin  və  ya  əks  tərəfin  krediti  ödəyə 

bilməməsi nəticəsində yaranan zərər riskidir. Bu zaman zərərin ölçüsü qüvvədə olan bazar 

dərəcələrindən  asılı olur. Qabaqcadan ödənilmə riski,  kredit ekvivalentliyi prinsipinə  görə 

ölçülməlidir  və  riskin  vəziyyətinin  cari  bərpa  dəyərinin  bazardakı  dəyişikliklərin  nəticəsi 




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



12

kimi  müəssisənin  gələcək  potensial  risk  təhlükəsinin  bəzi  çoxsaylı  təxminlərinin  cəmini 

əks etdirməlidir. 

 



Cari  təhlükə:  bu əks  tərəfin  bu  gün  krediti  ödəyə  bilmədiyi  və  vəziyyətin  cari  bazar 

şəraitində yenidənqiymətləndirilməsinə ekvivalent olduqda yaranan zərər növüdür. 

 

Potensial  risk  təhlükəsi:  əks  tərəf  gələcəkdə  müəyyən  olunmuş  müddət  ərzində 



krediti  ödəyə  bilmədikdə  nəyin  itiriləcəyini  əks  etdirən  əməliyyatın,  gələcək  cari  bərpa 

dəyərinin  qiymətləndirilməsidir.  Mükəmməl  təcrübəyə  əsasən,  bu  dəyər  simulyasiya 

vasitəsilə  əldə  olunmalıdır  və  bazarın  dəyişkənliyi,  portfelin  təsiri,  əvəzləşdirmə 

müqavilələri,  girov  və  digər  kredit  vasitələrini  (zəmanətlər,  akkreditivlər  və  s.)  nəzərə 

almaqla, Riskə məruz Dəyərə  görə bazar riski simulyasiyasına analoji olmalıdır. Nisbətən 

mürəkkəbləşdirilmiş alternativ təcrübəyə  görə, potensial risk  təhlükəsini  hesablamaq üçün 

qiymətləndirmələrdən etibarlı istifadə oluna bilər. 

 



Gözlənilən  zərər,  mövcud  məlumata  əsasən  bankın  üzləşəcəyi  ehtimal  edilən 

zərərlərin səviyyəsini əks etdirir.Bu, gələcək potensial təhlükənin əks tərəfin krediti ödəyə 

bilməməsi  ehtimalı  və  nəzərə  alınmış  yığılma  dərəcələri  ilə  riyazi  ehtimaldır.  Gəlirlərə 

tətbiq  edilən  kredit  riski  dəyəri  kimi  istifadə  edilən  gözlənilən  kredit  itkisi  ölçüləri,  bankı 

uzun müddətli istifadə olunan kredit zərərlərindən qorumaq üçün bir vasitədir. 

 



Gözlənilməyən  zərər,  faktiki  zərərin  gözlənilən  zərərdən  yuxarı  və  ya  aşağı  olacağı 

ehtimalını  əks  etdirir.  Gözlənilməyən  zərərin  səviyyəsi,  müəyyən  edilmiş  etibarlılıq 

səviyyəsi  çərçivəsində  ən  pis  kredit  zərərini  ölçməklə  qiymətləndirilir.  Müəyyən  edilmiş 

etibarlılıq  səviyyəsi  çərçivəsində  gözlənilməyən  zərərləri  hasil  etmək  üçün  kifayət  risk 

kapitalının  bölüşdürülməsi  ilə  gözlənilməyən  zərər  ölçüləri,  bankı  gözlənilən  kredit 

zərərindən xeyli yüksək olan qısamüddətli zərərlərdən qoruyan vasitədir. 

 

Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada dəyər 



artıq  bank  tərəfindən  əks  tərəfə  göndərilmişdir.  Məsələn,  hesablaşma  riski  xarici  valyuta 

əməliyyatları  ilə  və  ya  qiymətli  kağızların  sərbəst  təchiz  edilməsı  zamanı  (ödəniş  qəbul 

edilməzdən  əvvəlki  təchizat)  yarana  bilər.  Spot  xarici  valyuta  əməliyyatları  baş  verdiyi 

halda,  bu  riskin  saat  qurşağındakı  fərqlər,  valyutanın  ödənilməsi  və  onun  benefisiarının 

hesabına  göndərilməsi  zamanı  yaranan  vaxt  fərqlərinə  görə  meydana  çıxması  ehtimal 

edilir. 


2.2.5.

 

Monitorinq 

Risklərin  İdarə  Edilməsi  Departamenti,  yuxarıda  qeyd  olunan  bütün  risk  ölçülərinə  ayrı-

ayrılıqda və ya ümumilikdə nəzarət etməli və müntəzəm olaraq müvafiq qarşı tərəf limitləri 

ilə müqayisə etməlidir. 

Əlavə  olaraq,  Risklərin  İdarə  Edilməsi  Departamenti  bankın  kredit  riski  təhlükəsi  olan 

sənaye  sahələri  üzrə  daima  tədqiqat  aparmalı,  eləcə  də  gələcəkdə  kredit  problemlərinin 

yaranmasına  gətirib  çıxara  bilən  problemlərin  ilkin  əlamətlərini  aşkar  etmək  məqsədi  ilə, 

borc  alan  müəssisələrin  fəaliyət  vəziyyətini  tədqiq  etməlidir.  Bu  səbəbdən,  həmin  sənaye 

sahələri  və  ya  borcalanlar  üzrə  mövcud  və  gələcək  kredit  riski  təhlükəsinin 

yenidənqiymətləndirməsi tələb olunur. 



2.3.

 

Likvidlik riski 

2.3.1

 

Anlayış

 

Likvidlik  riski,  bankın  aktivlərində  olan  artımı  maliyyələşdirə  bilməməsi  və  öz 

öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirə bilməməsi riskidir. 

Banklara təsir göstərə biləcək üç növ likvidlik riski vardır: 




Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə