Risklərin İdarə Edilməsi Standartı Mündəricat


Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



3

Banklarda  risklərin  idarə  edilməsi  funksiyasını  həyata  keçirən  nümunəvi  təşkilati  struktur 

bu diaqramda təsvir olunur. 

 

Təsvir  olunan  strukturun  təşkilati  elementləri  müxtəlif  adlarla  tanına  bilər  və  vəzifələrin 



icrası  bankın  müxtəlif  struktur  bölmələri  tərəfindən  həyata  keçirilə  bilər.  Risklərin  idarə 

edilməsi  funksiyasını  həyata  keçirən  təşkilati  strukturda  önəmli  amil  odur  ki,  bank 

daxilində bütün əhəmiyyətli vəzifə və səlahiyyətlər, hesabat vermə və nəzarət iyerarxiyası 

müəyyən edilsin.  

Risklərin  idarə edilməsi üzrə səlahiyyət səviyyələri və onlarla əlaqədar operativ qərarların 

qəbul edilməsi Müşahidə Şurasından başlanır və yuxarıdan aşağı hər bir ixtisas sahəsi üzrə 

həvalə  olunur.  Məsələn,  bankda  risklərin  idarə  edilməsi  prosesini  həyata  keçirən  və 

yaranan  məsələlər  üzrə  gündəlik  qərarların  qəbul  edilməsi  səlahiyyəti  risklərin  idarə 

edilməsi  komitələrinə  həvalə  edilə  bilər  (diaqramda  göstərilən  təşkilati  struktura  əsasən). 

Risklərin  idarə edilməsi  komitələri Müşahidə Şurası tərəfindən təsdiq  edilmiş əsasnaməyə 

əsasən  fəaliyyət  göstərirlər  və  öz  işində  risklərin  idarə  edilməsi  qaydalarını  rəhbər 

tutmalıdırlar. 



Müşahidə

 Şurası  

Müşahidə Şurası bankın fəaliyyəti nəticəsində məruz qaldığı bütün riskləri başa düşməli və 

onlar  haqqında  tam  məlumatlar  əldə etməlidir.  O,  həmçinin  bankın  fəaliyyəti  nəticəsində 

üzləşdiyi  bütün  risklərin  münasib  səviyyələrini  müəyyən  etməli  və  riskləri  düzgün 

müəyyənləşdirən,  qiymətləndirən  və  onlara  nəzarət  edən  səmərəli  risklərin  idarə  edilməsi 

sisteminin  yaradılmasını  təmin  etməlidir.  Bu  məqsədlə  Müşahidə  Şurası  risklərin  idarə 

edilməsini həyata keçirən təskilatı strukturunu və risklərin idarə edilməsi üzrə bütün qayda 

və prosedurları təsdiqləyir.  

Müşahidə  Şurası  risklərin  idarə  edilməsi  üçün  tam  məsuliyyət  daşıdığı  halda,  idarəedici 

məsuliyyət İdarə Heyətinin üzərinə qoyulur. 



İdarə Heyət

i   

İdarə Heyəti Müşahidə Şurası tərəfindən təsdiq edilən və risklərin idarə edilməsini həyata 

keçirən  təskilatı  strukturu  yaradır  və  risklərin  idarə  edilməsi  üzrə  bütün  qayda  və 

prosedurları hazırlayır.  

İdarə  Heyəti  mütəmadi  olaraq  Müşahidə  Şurasına  risklərin  idarə  edilməsi  barədə  hesabat 

verir  –  bu  adətən  bankda  müəyyən  edildiyi  kimi,  İdarə  Heyətinin  Müşahidə  Şurasına 

verdiyi aylıq və rüblük hesabatların bir hissəsini təşkil edir.   

Müşahidə Şurası

 

Audit Komitəsi  

Risklərin 

İdarəedilməsi 

Komitələri 

İdarə Heyəti

 

Digər 

departamentlər 

Risklərin idarə edilməsi 

departamenti 



Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



4

Risklərin idarə edilməsi üzrə daxili komitələr  

Müşahidə Şurası İdarə Heyətindən asılı olmayan və risklərin idarə edilməsi üzrə müstəqil 

qərarlar qəbul edə bilən daxili komitələr  yaradır. Bu komitələr, bankın fəaliyyəti haqqında 

ətraflı  məlumata  və  bankda  risklərin  idarə  edilməsi  üzrə  konkret  məsuliyyətə  malik  olan 

İdarə  Heyətinin  bir  neçə  üzvündən,  eləcə  də  bankın  struktur  bölmələrinin    rəhbər 

işçilərindən təşkil olunurlar. 

Razılaşdırılmış  hesabat  prosedurlarına  uyğun  olaraq  daxili  komitələr  eyni  zamanda 

Müşahidə  Şurasına  və  İdarə  Heyətinə  hesabat  verir.  Risklərin  idarə  edilməsini  daha  da 

operativ həyata keçirmək və əməliyyat cəhətdən dəstəkləmək üçün bankda adətən müvafiq 

riskləri  idarəetmə  departamenti  yaradıla  və  ya  bu  işə  müvafiq  əməkdaşlar  müvəkkil  edilə 

bilər.  Riskləri  idarəetmə  departamenti  və  müvəkkil  əməkdaşlar  daxili  komitələrlə  sıx 

fəaliyyət göstərirlər.  

Daxili  komitələrin  funksiyaları,  vəzifə  və  səlahiyyətləri  İdarə  Heyəti  tərəfindən 

məsləhətləşmələrdən  sonra  hazırlanan  və  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilən  daxili 

komitələrin  əsasnamələr  ilə  müəyyən  olunur  və  bankın  fəaliyyəti  nəticəsində  üzləşdiyi 

risklərin  idarə  edilməsindən  ibarətdir.  Daxili  komitələr  aşağıdakı  sahələr  üzrə  konkret 

məsuliyyət daşımalıdır: 

 



risklərin  və  onlara  nəzarət  üsullarının  müəyyənləşdirməsi,  müvafiq  risk  xəritəsinin 

tərtib edilməsi;  

 

risklərin  idarə  edilməsi qaydalarının  hazırlanması  və onların tətbiq edilməsinə  nəzarət 



edilməsi  (bu  qaydalarda  risklərin  strukturu  və  idarə  edilməsi  metodologiyası  müfəssəl 

təsvir edilir və bu qaydalar müntəzəm olaraq yeniləşdirilir); 

 

risklərə  nəzarət  üçün  limitlərin  müəyyən  edilməsi  (buraya  qarşı  tərəfin  maksimal  risk 



təhlükəsi,  risk  mövqeyi  məbləği  kimi  sadə  tərkibli  limitlər  və  Riskə  məruz  dəyər,  Stres 

testlər  kimi  risklərin  qiymətləndirməsi  metodları  ilə  ölçülən  təkmilləşdirilmiş  limitlər 

daxildir); 

 



bankın  vəsaitlərin  aktiv  və  passivləri  üzrə  bölüşdürülməsi.  Bölüşdürülmə  ilə  bağlı 

qərarlar  likvidlik  boşluğu  (cəlb  edilmiş  vəsaitlərlə  yerləşdirilmiş  vəsaitlər  arasında  fərq) 

təhlilləri  əsasında  qəbul  edilməlidir.  Likvidlik  riski  mövqeyini  bağlamaq  üçün  ehtimal 

edilən  müddət  müəyyən  edilməlidir.  Bu  məqsədlə  Riskə  məruz dəyər  metodu  tətbiq  edilə 

bilər; 



 



bankın vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə kreditləşdirmə və 

maliyyələşdirmə  sxemlərinin  təsdiq  edilməsı.  Bu  sxemlərdə  bankın  daxilində  əməliyyat 

vahidlərinin  biri  birinə  təklif  etdiyi  aktiv,  öhdəliklər,  kapital  və  balansdankənar 

məhsullarının qiymətləri də əks olmalıdır. 

Müşahidə  Şurası  bankın  üzləşdiyi  bütün  risklərin  idarə  edilməsini  həyata  keçirərkən, 

vəzifələrini spesifik risk kateqoriyasını idarə etməkdə məsul olan bir və ya bir neçə xüsusi 

komitə yarada bilərlər. Məsələn: 

 



Kredit komitəsi (KK) - kreditlərin təsdiqlənməsini və idarə edilməsini yerinə yetirir; 

 



Aktiv  və  passivləri  idarəetmə  komitəsi  (APİK)  -  bankın  maliyyə  vəsaitlərinin 

bölüşdürülməsinin təsdiqləməsini və idarə edilməsini yerinə yetirir; 

 

Riskləri  idarəetmə  komitəsi  (RİK)  -  digər  risklərin  idarə  edilməsi  həyata  keçirir  və 



mövcud risklərin idarə edilməsi üzrə daxili komitələrinin fəaliyyətini əlaqələndirir. 

Daha  iri  banklarda  daxili  komitələrin  hər  biri  RİK-in  birbaşa  ümumi  nəzarəti  altında 

fəaliyyət  göstərir.  Onlar  razılaşdırılmış  prosedurlara  uyğun  olaraq  RİK-ə  hesabat  verirlər, 

lakin buna baxmayaraq sərbəst iş qrafikinə malik olurlar. 




Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə